Ad: Günay Soyad: İsgəndərova Qrup


Büdcə təşkilatlarında büdcə uçotunun obyekti



Yüklə 19,05 Kb.
səhifə3/3
tarix20.05.2022
ölçüsü19,05 Kb.
#87438
1   2   3
Büdcə təşkilalarında mühasibat xidmətinin təşkili

Büdcə təşkilatlarında büdcə uçotunun obyekti

Mühasibat uçotunun obyekti dedikdə büdcə və elmi idarələr daxilində mühasibat uçotunun bilavasitə öyrəndiyi fəaliyyət sahəsi nəzərdə tutulur. Bundan əvvəlki mövzuda göstərildiyi kimi, büdcə və elmi idarələrdə mühasibat uçotunun obyekti əsasən aşağıdakılardır:

Göründüyü kimi, büdcə təşkilatlarında mühasibat uçotunun əsas obyekti kimi təşkilatların gəlirləri və xərclərindən ibarətdir. Burada gəlirlərin əmələ gəlməsi, hesablanması və müəssisəyə daxil edilməsi prosesindəki hərəkətin mərhələsindən asılı olaraq iki qrupa bölünür:

  • Hesablanmış gəlirlər;

  • Kassa gəlirləri.

Hesablanmış gəlirlərə o gəlir növləri daxildir ki, onlar müəssisənin hesablarına daxil olmamışdan qabaq müəssisənin mühasibatlığı tərəfindən hesablanır və bu barədə onları ödəyəsi idarə, təşkilat və şəxslərə tədiyə öhdəlikləri təqdim edilir. Bu öhdəliklərdə ödənişin məbləği və müddəti göstərilir. Belə gəlirlərə sifarişçi təşkilat və müəssisələrə göstərilmiş kadr hazırlığı, elmi-tədqiqat və təcrübə-konstruktor xidmətləri və digər xidmətlər üçün hesablanmış ödənişlər daxildir. Kassa gəlirləri həqiqi olaraq müəssisənin cari hesablarına və kassasına daxil olunmuş gəlirlərdir. Büdcə təşkilatları tərəfindən büdcədənkənar vəsaitlər üzrə gəlirlər smetasının yerinə yetirilməsi səviyyəsi ancaq kassa gəlirlərinin həcmi ilə xarakterizə olunur. Büdcə təşkilatlarının xərcləri də iki qrupa bölünür:

  • Kassa xərcləri;

  • Faktiki xərclər.

Büdcə təşkilatlarının kassa xərcləri nağd və ya köçürmə yolu ilə onun sərf edilmiş pul vəsaitidir. Bu isə heç də xərclənmiş vəsait deyildir, ancaq bu məqsəd üçün buraxılmış vəsaitdir. Buraxılmış vəsaitdən müəyyən hissə xərclənməyərək geri qaytarıla bilər. Bundan başqa kassa xərcləri heç də bütün xərcləri əhatə etmir. İşçilərə hesablanmış, lakin ödənməmiş əmək haqqı, yerinə yetirilmiş iş üçün idarə və təşkilatlara hesablanmış, lakin verilməmiş ödəniş və s. kassa xərclərinə daxil olmur. Faktiki xərclər həqiqətən müəssisənin vəsaiti hesabına hesablanmış və ödənilmiş xərclərdir. Xərclər smetasının icra səviyyəsi faktiki xərclərin səviyyəsi ilə xarakterizə olunur. Gəlirlər və xərclər smetasının icrası barədə hər ilin sonunda büdcə təşkilatları və elmi idarələr hesabat tərtib edir ki, bunun da əsas forması smetanın icrası balansıdır. Büdcə təşkilatları və elmi idarələrdə mühasibat uçotunun üçüncü mühüm obyekti pul vəsaitlərinin uçotudur. Pul vəsaitlərinin uçotu həmin vəsaitlərin əmələgəlmə mənbələri, təyinatları və yerləşməsindən asılı olaraq aşağıdakı sintetik hesablarda aparılır: Pul vəsaitləri uçotu təşkilatın maliyyə vəsaitlərinin qorunub saxlanılması və öz məqsədi üzrə xərclənməsinə ciddi nəzarəti təmin etməlidir.
Mühasibat uçotunun ən mühüm obyektlərindən biri də hesablaşma – kredit əməliyyatlarıdır. Bu təşkilatlar öz fəaliyyətlərinin gedişində müxtəlif idarə, təşkilat, müəssisə və şəxslərlə hesablaşma vəziyyətində olur, onlarla satıcı, podratçı, alıcı və sifarişçi təşkilatlar, büdcə təşkilatları, maliyyə və sığorta orqanları, müxtəlif idarələr, təşkilatlar və şəxslər arasında hesablaşmalar meydana çıxır.
ƏDƏBİYYAT

  1. “Büdcə təşkilatlarında uçot və hesabat” tədris proqramı. Bakı-2012

  2. B.A.Xankişiyev “Büdcə idarələri və müəssisələrində mühasibat uçotu”. Bakı-1979

  3. B.A.Xankişiyev “Büdcə uçotu və hesabatı” dərs vəsaiti. Bakı-1987

  4. B.A.Xankişiyev, B.İ.Babayev, Ş.H.Əliyev “Büdcə və elmi idarələrdə mühasibat uçotu” (dərs vəsaiti). Bakı-1992

  5. B.A.Xankişiyev “Maliyyə orqanlarında büdcə uçotu və nəzarəti” (dərs vəsaiti), Bakı-1996

Yüklə 19,05 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə