Adil niFTİ OĞlu məMMƏdov tibb elmləri namizədi



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə32/46
tarix26.03.2018
ölçüsü1,18 Mb.
#34529
1   ...   28   29   30   31   32   33   34   35   ...   46

 

 

 



127

Xəstəxana yardımı 

 

Respublikanın səhiyyə orqanları çarpayı fondunun 



genişləndirilməsi və onların ixtisaslaşdırılması, tibb işçilərinin 

ixtisasının artırılması, xəstəxana müəssisələrinin texniki 

təchizatının təmin edilməsi, xəstələrə keyfiyyətli və  mədəni 

tibbi xidmət göstərilməsinin yaxşılaşdırılması üçün bir sıra 

tədbirlər həyata keçirmişlər. Xəstəxana müəssisələrinin artımı 

2-ci diaqramda göstərilib. 

 

 

NAXÇIVAN MSSR-də 1913-1966-cı ILLƏRDƏ 



XƏSTƏXANA MÜƏSSISƏLƏRININ SAYI 

(ilin axırına) 

 

 



 

2-ci diaqram 

 

 

 



Buradan göründüyü kimi respublikada xəstəxana 

şəbəkəsi mütəmadi olaraq ilbə-il artır.  Əgər 1913-cü ildən 

 

 

 



128

1930-cu ilə  qədər cəmi bir xəstəxana olmuşdursa, 1930-cu 

ildən 1940-cı ilə qədər bu rəqəm 4 dəfə artmışdır. 

1950-ci ildə bu say 26-ya çatmış, sonrakı illərdə isə 

xəstəxanaların sayı daha da artmışdır; 1960-cı ildə onların sayı 

40, 1966-cı ildə isə 51 olmuşdur. 

Son illərdə  kənd  əhalisinə ixtisaslaşdırılmış tibb 

xidmətini daha yaxşılaşdırmaq məqsədilə  kənd sahə 

xəstəxanalarının iriləşməsinə diqqət artırılmışdır. Bunu 

aşağıdakı cədvəldən görmək olar. 

 

29-cu cədvəl 



 

1958-1965-ci illərdə kənd sahə xəstəxanalarının 

gücünün artması 

 

01.01.1959-cu ilə 01.01.1967-ci 



ilə 

Kənd sahə xəstəxanala-

rında çarpayıların sayı 

xəstəxanaların 

sayı 

xəstəxanaların sayı 



10 16 

12 


15 5 3 

25 1 


13 

cəmi 22 28 

 

Kənd sahə  xəstəxanalarının iriləşdirilməsi ilə  əlaqədar 



olaraq tibb müəssisələrinin fəaliyyətində keyfiyyət göstəriciləri 

də yaxşılaşdı. Xəstəxanaların böyüməsi ilə yanaşı çarpayıların 

və xüsusən ixtisaslaşdırılmış çarpayıların sayı da artdı. 

Respublikada çarpayıların sayının ilbə-il artması 

əhalinin stasionar xidmətindən geniş istifadə etməsinə əlverişli 

şərait yaratdı. 

1965-ci ilin axırında respublikada 1415 çarpayı 

olmuşdur ki, bu da 1958-ci ilə nisbətən 1,7 dəfə çox olmuşdur. 

Bu səhiyyə orqanlarının SIKP MK-nin və SSRI nazirlər 

sovetinin 14 yanvar 1960-cı il «SSRI-də  əhaliyə tibbi xidmət 

göstərilməsini və  əhalinin can sağlığının daha da 

yaxşılaşdırmaq tədbirləri haqqında» qərarının yerinə 

yetirilməsi üçün gördüyü böyük işin nəticəsi kimi 

qiymətləndirilir. 




 

 

 



129

Bir çox xəstəxanalar yerli sovetlər və kolxozlar 

tərəfindən ayrılan binalarda açılıb ki, bunun nəticəsində  də 

kənd yerlərində çarpayıların sayı 1958-ci ildəki 280-dən 1965-

ci ildə 525-ə çatmışdır. 3-cü diaqramda 1913-cü ildən 1966-cı 

ilə 


qədər xəstəxana çarpayılarının sayının artması 

göstərilmişdir. 

 

 

NAXÇIVAN MSSR-də 1913-1966-cı ILLƏRDƏ 



XƏSTƏXANA ÇARPAYILARININ 

ÜMUMI SAYI (ilin axırına) 

 

 



 

 

 



 

3- cü diaqram 

 

 

 



 

1965-ci ildə  xəstəxana çarpayıları ilə  təminat belə 

olmuşdur:  əhalinin 10000 nəfərinə 82,1 çarpayı düşmüşdür. 

Hər il respublikada şəhər xəstəxanalarının çarpayı fondunun 

müəyyən hissəsi kənd  əhalisinin hospitallaşması üçün istifadə 

olunur. 1965-ci ildə 67,5% kənd yerlərindən gələn xəstələr 

 

 

 



130

şəhər xəstəxanalarında müalicə olmuşlar. Ona görə çarpayıları 

bölüşdürəndə bu xüsusiyyəti nəzərə alsaq aydın olar ki, şəhər 

və  kəndlərdə faktiki olaraq çarpayı ilə  təminat bir-birindən o 

qədər də fərqlənmir. 

Qeyd etmək yerinə düşər ki, Naxçıvan MSSR-də 

əhalinin çarpayı ilə  təminatı ilbə-il artdığı halda onunla 

həmsərhəd olan xarici ölkələrdə bu, çox aşağı  səviyyədə 

olmuşdur.

1

   



 

30-cu cədvəl  

 

Əhalinin 10000 nəfərinə düşən xəstəxana 



çarpayıları ilə təminat 

 

 Illər 



Əhalinin 10000 nəfərinə görə 

Naxçıvan MSSR-i 

1965 

82,1 


Türkiyə 1964 

17,0 


Iran 1964 10,6 

 

Məlumatların analizi göstərir ki, Naxçıvan 



respublikasında stasionarlar əhalinin böyük hissəsinə xidmət 

edir. Belə ki, 1958-ci ildə respublikanın xəstəxanalarında 17,0 

min nəfər müalicə olmuşdur ki, bu da əhalinin ümumi sayının 

12,1%-ni təşkil edir. 1965-ci ildə  xəstəxanalarda müalicə 

olunanların sayı 27,0 minə çatmışdır ki, bu da  əhalinin ümumi 

sayının 14,8%-ni təşkil edir. 

Əhalinin xəstəxanaya qəbulunun həcmi  böyümüşdür. 

Əgər 1958-ci ildə 100 nəfər sakindən 12,1%-i xəstəxanaya 

qəbul olunmuşdursa, 1965-ci ildə bu göstərici 14,8-ə çatmışdır.  

Səhiyyənin nailiyyətlərindən biri də  əhaliyə ixtisaslaşdı-

rılmış növ tibb xidmətinin təmin edilməsi və onun inkişaf 

etdirilməsidir. 

 

_________________ 



1

 Beynəlxalq səhiyyə təşkilatının illik məlumatı, 1965-ci il.

 

Respublikada bu vacib məsələyə böyük diqqət yetirilib. 



Son illərdə ayrı-ayrı ixtisaslaşdırılmış xəstəxana çarpayılarının 

sayı artmışdır. 




 

 

 



131

1965-ci ildə 1958-ci ilə nisbətən çarpayı fondu terapiya, 

cərrahiyyə, onkologiya, doğum, uşaq, göz, vərəm və 

infeksionist ixtisasları üzrə artmışdır. 

Ixtisaslaşdırılmış  xəstəxana çarpayıları  kəndlərə nisbətən 

şəhərlərdə daha səmərəli sürətlə artmışdır. 

Əhalinin stasionar köməyinə olan ehtiyacını təmin etmək 

üçün çarpayı fondundan səmərəli istifadə etmək əsas şərtdir. 

Respublikada 1965 – ci ildə çarpayılardan istifadə – şəhər 

xəstəxanalarında 264,4 gün, kənd xəstəxanalarında isə 246,4 

gün olmuşdur. Göründüyü kimi kənd xəstəxanasında 

çarpayılardan bir qayda olaraq aşağı  səviyyədə istifadə 

olunmuşdur. 

Çarpayı fondundan istifadə olunmasının əsas şərtlərindən 

biri də  xəstənin, orta hesabla, neçə gün çarpayıda yatmasıdır. 

1965-ci ildə bir xəstə orta hesabla 13,5 gün xəstəxanada 

yatmışdır (şəhər xəstəxanalarında 14,1 gün, kənd 

xəstəxanalarında 12,4 gün). 

1965-ci ildə 1958-ci ilə nisbətən  şəhər xəstəxanalarında 

ayrı-ayrı ixtisaslar üzrə xəstələrin çarpayıda qalma müddəti bir 

qədər artmışdır. Buna misal olaraq terapevtik (1958-ci ildə 

14,1 gündən 1965-ci ildə 14,2 günədək), onkoloji (18,3 gündən 

28,6 günədək), göz (21,3 gündən 54,1 günədək), dəri-zöhrəvi 

(20,6 gündən 37,5 günədək), vərəmli (43,2 gündən 54,1 

günədək) xəstələri göstərmək olar. 

Kənd yerlərində  xəstələrin çarpayıda qalma müddəti 

vərəmli xəstələrdə (1958-ci ildə 30,6 gündən 1965-ci ildə 56,3 

günədək) və ümumi şöbələrdə (9,6 gündən 12,4 günədək) 

artmışdır. 

Xəstələrə tibbi xidmət göstərilməsinin  ən vacib 

göstəricilərindən biri də «xəstəxanada ölüm hadisəsi» 

göstəricisidir. 1965-ci ildə respublikanın bütün stasionarlarında 

yatan və oradan çıxarılan 27653 xəstədən bütün xəstəliklər 

üzrə 138-i ölmüşdür. Başqa sözlə  xəstəxanaların ölüm 

göstəricisi 1958-ci ildə 0,9%-dən 1965-ci ildə 0,5%-ə 

enmişdir. 



Kadrlar 

 

 



 

 

132



Son illərdə Naxçıvan respublikasında tibb 

müəssisələrinin  şəbəkəsinin genişlənməsi ilə  əlaqədar olaraq 

tibbi kadrların da sayı artmışdır. 1958-ci ildə respublikada 155 

həkim, onlardan 131-i şəhərlərdə, 24-ü kənd yerlərində 

olmuşdur. 1965-ci ildə isə onların sayı artaraq 191-ə, onlardan 

156-sı şəhərlərdə, 35-i kəndlərdə olmuşdur. 

4-cü diaqramda həkimlərin artması müqayisəli 

dinamikada göstərilib. 

 

NAXÇIVAN MSSR-də 1913-1966-cı ILLƏRDƏ 

HƏKIMLƏRIN ÜMUMI SAYI (ilin axırına) 

 

 



 

 

4- cü diaqram 



 

Bununla bərabər qeyd etmək lazımdır ki, həkimlər şəhər 

və  kəndlərdə qeyri-bərabər bölünmüşlər. 1965-ci ildə ümumi 

işləyən həkimlərin sayından 81,7%-i şəhər həkimləri, 18,3%-i 

isə  kənd həkimləridir. Həkimlərin  əksəri Naxçıvan  şəhərində 

işləyirlər. Bu, onunla izah olunur ki, respublika və başqa 

müalicə – profilaktika müəssisələri Naxçıvan  şəhərində 

yerləşir. 

1965-ci ildə respublikada əhalinin 10000 nəfərinə 10 

həkim düşür. Qeyd etmək lazımdır ki, Naxçıvan MSSR-i 




Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə