119
6. 1966-cı ildə Naxçıvan MSSR-də
səhiyyənin vəziyyəti.
1967-ci il vəziyyətinə Naxçıvan MSSR-də çoxşaxəli,
böyük müalicə – profilaktika və sanitar – epidemiya əleyhinə
uğurlu fəaliyyət göstərən aşağıdakı tibb müəssisələrinin
şəbəkəsi var.
Naxçıvan şəhəri üzrə
1.
Respublika birləşmiş xəstəxanası – 200 çarpayılıq.
2.
Respublika traxoma dispanseri – 50 çarpayılıq.
3.
Respublika vərəm əleyhinə dispanseri – 100
çarpayılıq.
4.
Respublika dəri-zöhrəvi dispanseri – 35 çarpayılıq.
5.
Respublika onkoloji dispanseri – 25 çarpayılıq.
6.
Respublika ruhi-əsəb dispanseri – 50 çarpayılıq.
7.
Şəhər uşaq xəstəxanası – 50 çarpayılıq.
8.
Şəhər doğum evi – 100 çarpayılıq.
9.
Məktəb uşaq sanatoriyası – 50 çarpayılıq.
10. Südəmər uşaqlar evi – 30 çarpayılıq.
11. Stomatoloji poliklinika.
12. Respublika bədən tərbiyəsi dispanseri.
13. Respublika sanitar-epidemioloji stansiya.
14. Respublika sanitar maarif evi.
15. Şəhər təcili yardım stansiyası.
16.Tibb məktəbi.
17. Şəhər uşaq yaslisi – 3, - 135 yerlik.
Naxçıvan rayonu üzrə
1.
Mərkəzi rayon xəstəxanası Naxçıvan şəhərində – 75
çarpayılıq.
2.
Kənd sahə xəstəxanaları – 6, - 120 çarpayı (onlardan
4-ü 25 çarpayılıq və 2-si 10 çarpayılıq).
3.
Kolxoz doğum evi – 2, - 4 çarpayı (hər birində 2
çarpayı).
4.
Rayon sanitar-epidemioloji stansiya.
120
5.
Feldşer səhiyyə məntəqəsi – 6.
6.
Feldşer – mama məntəqəsi – 21.
7.
Feldşer traxoma məntəqəsi – 16.
8.
Uşaq yaslisi – 2, - 60 çarpayılıq.
Iliç (Şərur) rayonu üzrə
1.
Mərkəzi rayon xəstəxanası (şəhər tipli qəsəbədə) –
75 çarpayılıq.
2.
Rayon vərəm əleyhinə dispanseri (Dizə kəndində)–
25 çarpayılıq.
3.
Rayon traxoma dispanseri – 25 çarpayılıq.
4.
Rayon uşaq xəstəxanası – 50 çarpayılıq.
5.
Doğum evi (Başnoraşen kəndində) – 10 çarpayılıq.
6.
Kənd sahə xəstəxanaları – 12, - 205 çarpayı
(onlardan 5-i 25 çarpayılıq, 2-si 15 çarpayılıq, 5-i 10
çarpayılıq).
7.
Kolxoz doğum evləri – 2, - 4 çarpayı (hər birində 2
çarpayı).
8.
Rayon sanitar – epidemioloji stansiya.
9.
Feldşer səhiyyə məntəqəsi – 2.
10.Feldşer – mama məntəqəsi – 24
11.Feldşer traxoma məntəqəsi – 18.
12. Uşaq yaslisi – 5, - 125 yerlik.
Ordubad rayonu üzrə
1.
Mərkəzi rayon xəstəxanası – 50 çarpayılıq.
2.
Rayon vərəm əleyhinə dispanseri – 25 çarpayılıq.
3.
Rayon traxoma dispanseri – 25 çarpayılıq.
4.
Rayon uşaq xəstəxanası – 25 çarpayılıq.
5.
Qəsəbə xəstəxanası – 15 çarpayılıq (Parağaçay
qəsəbəsi).
6.
Kənd sahə xəstəxanası – 5, - 70 çarpayı (onlardan 1-i
25 çarpayılıq, 1-i 15 çarpayılıq və 3-ü 10 çarpayılıq).
7.
Rayon sanitar epidemioloji stansiya.
8.
Feldşer – mama məntəqəsi – 20.
9.
Feldşer səhiyyə məntəqəsi – 3.
121
10.Uşaq yaslisi – 2, - 60 yerlik.
Culfa rayonu üzrə
1.
Mərkəzi rayon xəstəxanası – 35 çarpayılıq.
2.
Rayon traxoma dispanseri – 15 çarpayılıq.
3.
Rayon uşaq xəstəxanası – 25 çarpayılıq.
4.
Kənd sahə xəstəxanaları – 3, - 60 çarpayı (onlardan
2-si 25 çarpayılıq, 1-i 10 çarpayılıq).
5.
Kolxoz doğum evləri – 2 – 4 çarpayılıq (hər
birində
2 çarpayı).
6.
Rayon sanitar epidemioloji stansiya.
7.
Feldşer – mama məntəqəsi – 16.
8.
Feldşer traxoma məntəqəsi – 3.
Şahbuz rayonu üzrə
1.
Mərkəzi rayon xəstəxanası – 35 çarpayılıq.
2.
Kənd sahə xəstəxanası – 2, - 35 çarpayı (1-i 25
çarpayılıq, 1-i 10 çarpayılıq).
3.
Kolxoz doğum evləri –1 , - 2 çarpayılıq.
4.
Rayon sanitar epidemioloji stansiya.
5.
Feldşer səhiyyə məntəqəsi – 1.
6.
Feldşer – mama məntəqəsi – 14.
7.
Feldşer traxoma məntəqəsi – 5.
Beləliklə, 1 yanvar 1967-ci ilə respublikanın ərazisində
aşağıda göstərilən tibb müəssisələri olub: - 735 çarpayıdan
ibarət 12 şəhər xəstəxanası, 500 çarpayıdan ibarət 29 kənd
xəstəxanası, 375 çarpayıdan ibarət 9 dispanser (onlardan 1-i 25
çarpayılıq kənd yerində), 14 çarpayıdan ibarət 7 kolxoz doğum
evləri, 165 yerlik şəhərlərdə 4 daimi uşaq yaslisi, 215 yerlik
kənd yerlərində 8 daimi uşaq yaslisi, 12 feldşer səhiyyə
məntəqəsi, 138 feldşer – mama və traxoma məntəqəsi.
Tibb müəssisələrinin və tibb kadrlarının fəaliyyətini əks
etdirən qısa təhlili təqdim edirik.
Görülən işlərin təhlilinin nəticəsi göstərdi ki, Naxçıvan
MSSR-də əhaliyə göstərilən müalicə – profilaktika xidməti
122
son illərdə xeyli genişlənmiş və onun keyfiyyəti yüksəlmişdir.
Bu respublikada tibb müəssisələrinin şəbəkəsinin artması,
əhaliyə ixtisaslaşdırılmış yardımın inkişafı, tibbi kadrların
çoxalması və onların vaxtaşırı ixtisaslarının artırılması
nəticəsində olmuşdur.
Ambulator – poliklinika xidməti.
Ambulator – poliklinika xidməti əhaliyə göstərilən tibbi
xidmətin
təşkilində daha səmərəli, kütləvi formasıdır və
səhiyyə sistemində əsas yeri tutur.
Ixtisaslaşdırılmış tibbi xidmətin
əhaliyə
yaxınlaşdırılması, xəstəliyin erkən formasının aşkara
çıxarılması, xəstələrin stasionara vaxtında göndərilməsi,
əhalinin sanitar – mədəni səviyyəsinin qaldırılması – bunların
hamısı əsasən ambulator – poliklinika xidmətinin metodudur.
Əhalinin böyük əksəriyyətinin həkim köməyinə
müraciəti ambulator – poliklinikaya olur ki, xəstənin müalicəsi
burada başlanır və burada qurtarır.
1966-cı ildə ambulator – poliklinika köməyini göstərən
müəssisələrin sayı – 50 (onlardan 21-i şəhərlərdə, 29-u kənd
yerlərində), 1940-cı ildə isə 30 olmuşdur (1-ci diaqram).
Poliklinikaların (ambulatoriyaların), dispanserlərin,
qadın və uşaq məsləhətxanalarının səmərəli fəaliyyətinin
əsasını sahə prinsipi xidməti təşkil edir, hansı ki, bu prinsip
əhaliyə keyfiyyətli müalicə profilaktika xidmətinin
göstərilməsi işində xüsusi əhəmiyyət kəsb edir.
Həyatın təsdiq etdiyi sahə – ərazi prinsipi xidməti
müalicə həkiminə imkan verir ki, o, öz sahəsində xəstəlikləri,
onun sanitar vəziyyətini, əhalinin tərkibini, onun əmək və
məişətini yaxşı öyrənsin.