Adil niFTİ OĞlu məMMƏdov tibb elmləri namizədi



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə27/46
tarix26.03.2018
ölçüsü1,18 Mb.
#34529
1   ...   23   24   25   26   27   28   29   30   ...   46

 

 

 



107

26-cı cədvəl 

 

Naxçıvan MSSR-də xəstəxana müəssisələrinin 



və  onlarda çarpayıların sayı 

 

Xəstəxana müəssisələri Xəstəxana çarpayılarının sayı 



Illər 

Şəhər-


lərdə 

Kənd-


lərdə 

cəmi 


Şəhər-

lərdə 


Kənd-

lərdə 


cəmi 

1953 14  20  34  495 225 720 

1954 15  21  36  515 235 750 

1955 15  22  37  515 235 750 

1956 15  23  38  515 250 765 

1957 15  23  38  580 265 845 

1958 14  24  38  575 280 855 

1959 15  24  39  585 285 870 

1960 15  25  40  585 315 900 

1961 15  25  40  730 335 1065 

1962 15  25  40  770 370 1140 

1963 16  27  43  820 450 1270 

1964 19  28  47  905 475 1380 

1965 21  30  51  970 525 1495 

 

Cədvəldən göründüyü kimi 1965-ci ildə  xəstəxana 



müəssisələrinin sayı 1,5 dəfə, onlarda olan çarpayıların sayı isə 

eyni illərdə 2 dəfədən çox artmışdır. 

1953-cü ilə nisbətən 1965-ci ildə ixtisaslaşdırılmış 

çarpayıların sayı da artmışdır. Məsələn, terapevtik çarpayıların 

sayı 4 dəfədən çox, ginekoloji – 2 dəfə, yoluxucu – 2,5 dəfə, 

vərəm – 2,5 dəfə, doğum – 2,0 dəfə, cərrahi – 1,3 dəfə onkoloji 

– 2,5 dəfə, göz – 1,5 dəfə artmışdır. 

Çarpayı fondunun istifadə göstəricisi respublika üzrə 

1953-cü ildəki 225,7 gündən 1965-ci ildə 251,4 günə  qədər 

böyümüşdür. 

1953-cü ilə nisbətən xəstəxanalara daxil olan xəstələrin 

sayı 1965-ci illə müqayisədə 2 dəfə artmışdır. Belə ki, əgər 

1953-cü ildə respublikanın stasionarlarına 13230 xəstə (o 

cümlədən şəhər stasionarlarına 8590, kənd stasionarlarına 4640 

xəstə) daxil olmuşdursa, 1965-ci ildə 27015 xəstə (o cümlədən 

şəhərlərdə 16869, kəndlərdə 10146 xəstə) daxil olmuşdur. 

 

 

 



108

Sovet hökuməti tibb işçilərinin güzəranının yaxşılaşması 

üçün daima diqqət yetirirdi. 

1955-ci ildə SSRI nazirlər soveti tibb işçilərinin  əmək 

haqqlarının artırılması haqqında qərar verdi. Bu qərar tibb 

işçilərinin maraqla işləmələrinə,  əhaliyə daha əzmlə xidmət 

etməyə ruhlandırdı. 

1953-1965-ci illərdə respublikada tibb işçilərinin sayı 

xeyli artdı və onların hazırlığının keyfiyyəti yüksəldi. 

 

27-ci cədvəl 



 

Naxçıvan MSSR-də 1953-1965-ci illərdə 

tibbi kadrları haqqında məlumat 

 

Həkimlərin sayı (diş 



həkimlərsiz) 

Orta tibb işçilərinin sayı 

Illər 

şəhərdə 


kənddə 

cəmi 


şəhərdə 

kənddə 


cəmi 

1953 100  15  115  285  256  541 

1954 101  23  124  255  297  552 

1955 100  21  121  336  290  626 

1956 108  24  132  425  373  798 

1957 124  21  145  454  409  863 

1958 131  24  155  499  413  912 

1959 130  29  159  500  391  891 

1960 128  32  160  488  445  933 

1961 135  34  169  475  467  942 

1962 137  31  168  494  460  954 

1963 139  31  170  498  451  949 

1964 144  33  177  481  481  962 

1965 156  35  191  539  437  976 

 

Cədvəldən göründüyü kimi 1965-ci ildə 1953-cü ilə 



nisbətən həkimlərin sayı 1,6 dəfə, orta tibb işçilərinin sayı isə 

1,8 dəfə artmışdır. 

Respublikada habelə mütəxəssis həkimlərin sayı da 

çoxaldı. Bu müddətdə stomatoloqların sayı – 7 dəfə, 

ftiziatorların – 3 dəfə, cərrahların (xüsusən, onkoloqları  və  

travmatoloqları  əlavə etməklə) -–2 dəfə, pediatrların – 1,7 

dəfə, göz həkimlərinin – 1,2 dəfə, terapevtlərin 

(fizioterapevtləri, infeksionistləri  əlavə etməklə) – 1,5 dəfə, 




 

 

 



109

həkim – gigiyenistlərin (sanitar həkimlərin, epidemioloqların, 

bakterioloqların və s.) – 1,2 dəfə artdı 

Respublikada tibb müəssisələrinin həkim və orta tibb 

işçiləri ilə  təmin olunması  dərəcəsi göstərdi ki, 1965-ci ildə 

həkim kadrlarla təminat 82,2%, orta tibb işçiləri ilə  təminat 

90,1% olmuşdur. 

Respublikada tibb işçilərinin  təkmilləşməsi və 

ixtisaslaşması sahəsində xeyli iş görülmüşdür. Hər il 

həkimlərin 8-10%-i, orta tibb işçilərinin 5-6%-i müxtəlif 

təkmilləşdirmə institutlarında və orta tibb məktəblərində öz 

ixtisasını artırır. Onlardan çoxu  Moskvanın, Leninqradın, 

Kiyevin, Bakının, Xarkovun şəhərlərində institutlarda 

təkmilləşmə  və ixtisaslaşma kurslarını keçmişdir. Bundan 

başqa həkim və orta tibb işçiləri hər il öz ixtisaslarını cürbə-cür 

seminarlarda, iş yerlərində və s. artırmışlar. Məsələn, Naxçıvan 

şəhərində  şəhər doğum evinin bazasında kənd mamalarının 

ixtisasını artırmaq üçün ay yarımlıq kurslar, respublika 

traxoma dispanseri bazasında həkimlər üçün traxomanın 

profilaktikası  və müalicəsi məsələsinə aid seminar məşğələsi 

təşkil edilmişdir. 

1953-1965-ci illər  ərzində Naxçıvan tibb məktəbi 400-

dən çox orta tibb təhsilli ixtisasçı hazırlamışdır ki, onlar da 

respublikanın  şəhər və  kənd tibb müəssisələrində  işə 

düzəlmişlər. 

Kənd  əhalisinə tibbi xidməti yaxşılaşdırmaq məqsədilə 

Naxçıvan MSSR-i şəhərlərindən həkim və mamalar kənd 

yerlərinə göndərilirdi.

1

   


Respublikanın rayon və  kənd xəstəxanalarına, feldşer-

mama məntəqələrinə  və başqa müalicə – profilaktika 

müəssisələrinə metodiki və praktiki kömək göstərmək üçün 

Naxçıvan şəhər müalicə – profilaktika müəssisələri tərəfindən 

şef köməyi təşkil olunmuşdur. 

Köçəri heyvandarlara və maldarlara tibbi yardım 

göstərmək üçün səhiyyə orqanları demək olar ki, hər bir 

yaylaqda və qışlaqda həkim və feldşer səhiyyə məntəqəsi 

________________ 

 

1



 Naxçıvan MSSR-i Səhiyyə nazirliyinin arxivi, F.17, siyahı 2, 

qovluq 221, səh.19, 80.

 

 

 



 

110


təşkil edirlər. Bundan başqa qışlaqlarda mümkün olan yerlərdə 

artezian quyusu vururlar, evlər tikirlər. Kənd təsərrüfatının 

tarla işləri vaxtında kənd  əhalisinə tibbi kömək göstərmək 

məqsədilə  hər il respublikanın  şəhərlərindən ixtisaslı  həkim 

briqadaları, onların tərkibində  təcrübəli mütəxəssislər 

göndərilib. 

Kənd  əhalisinin dispanserizasiyası davam etdirilib. 

Kolxoz kəndlisinin kütləvi profilaktik müayinəsi geniş həyata 

keçirilib. 

Naxçıvan MSSR-i Səhiyyə naziri Hüseyn Abbasov 

1954-cü ildə noyabr ayının 29-da 202№-li «Naxçıvan MSSR-i 

kənd əhalisinin dispanserizasiyasının tədbirləri haqqında» əmr 

verib.

1

     



Bu əmr respublikada kənd əhalisinin dispanserizasiyası-

nın daha da geniş miqyasda aparılmasına və onun 

keyfiyyətinin yaxşılaşmasına səbəb oldu. Əmrə  əsasən 

dispanserizasiyaya birinci növbədə kombaynçılar, traktorçülar, 

yüksək məhsul əldə edənlər, qabaqcıl maldarlar, süd sağanlar, 

briqadirlər, 15-18 yaşında olan yeniyetmələr, kolxoz, MTS və 

sovxoz rəhbərləri, ürək və damar sistemi xəstələri, mədə – 

bağırsaq, qripp xəstələri cəlb edilib. 

1953-1965-ci illərdə  kənd tibb müəssisələrinin tibbi 

kadrların sayının artması davam etdi və  kənd  əhalisinin 

ambulator və stasionar xidməti yaxşılaşdı. Kənd tibb 

 

müəssisələrinin diaqnostik müalicə aparatları  və avadanlıqları 



ilə təchizatı bir qədər yüksəldi. 

1965-ci ildə  kənddə  xəstəxana və ambulator müəssisələrinin 

sayı 1953-cü ilə nisbətən 1,5 dəfə, xəstəxana çarpayılarının 

sayı 2,3 dəfə, feldşer, feldşer-mama və başqa məntəqələrin sayı 

2,7 dəfə artmışdır. Kənd  rayonu  xəstəxanalarında  həkim   

mütəxəssislər – nevropatoloq, göz həkimi, sanitar həkim

stomatoloq və s. işləməyə başladılar. 

Ayrı ixtisaslar üzrə  çarpayıların sayı artdı: terapiya üzrə 

– 2,3 dəfə, doğum üzrə – 2 dəfə. Bundan başqa uşaq və vərəm 

çarpayıları açıldı. 

__________________ 

1

 Naxçıvan MSSR-i Səhiyyə nazirliyinin arxivi, F.17, siyahı 2, 



qovluq 221, səh.301.

 



Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə