Adil niFTİ OĞlu məMMƏdov tibb elmləri namizədi



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə23/46
tarix26.03.2018
ölçüsü1,18 Mb.
#34529
1   ...   19   20   21   22   23   24   25   26   ...   46

 

 

 



91 

4. Müharibə illərindən sonra bərpa və sosialist 

təsərrüfatının inkişafı dövründə  

Naxçıvan MSSR-də səhiyyə 

(1946 – 1953-cü illər) 

 

Böyük Vətən müharibəsindən  sonra sovet xalqının 



bütün gücü xalq təsərrüfatının bərpasına, onun gələcək 

inkişafına, sosializs quruluşunun başa çatmasına və  tədriclə 

kommunizmə keçməyə yönəldi. 

Naxçıvan respublikasının zəhmətkeşləri bütün sovet 

xalqları ilə birlikdə dinc quruculuq əməyə başladılar. 

1946-cı ilin mart ayında SSRI Ali Soveti dördüncü 

beşillikdə 1946-1950-ci illərə aid bərpa və xalq təsərrüfatının 

inkişaf planını  qəbul etdi. Naxçıvan MSSR-i üzrə  səhiyyə 

planında nəzərdə tutulmuşdur ki, 1950-ci ildə çarpayıların sayı 

1940-cı ildəki 399-dan 735-ə, daimi uşaq yaslilərində yerlərin 

sayı 247-dən 351-ə, feldşer – ambulator məntəqələrinin sayı 

60-dan 107-yə, sanitar – epidemioloji stansiyaların sayı 1-dən 

4-ə, qadın və  uşaq məsləhətxanalarının sayı 3-dən 7-yə  və s. 

çatdırılsın.

1

  

Müharibə illərindən sonra respublikanın səhiyyə 



orqanlarının  əsas vəzifəsi nəinki, səhiyyənin  şəbəkəsini 

artırmaq, habelə tibbi xidmətin keyfiyyətini ixtisaslaşdırılmış 

növ xidmətini inkişaf etdirməklə təmin etməkdən ibarət idi. 

Bu  ərəfədə Naxçıvan  şəhər poliklinikası respublika 

xəstəxanası ilə, Ordubad şəhər poliklinikası Ordubad şəhər 

xəstəxanası ilə, Culfa şəhər poliklinikası Culfa şəhər 

xəstəxanası ilə, Naxçıvan  şəhər uşaq poliklinikası Naxçıvan 

şəhər uşaq xəstəxanası ilə birləşdirildi.

Birləşmiş 



xəstəxanalarda xəstələrin müalicəsini 

yaxşılaşdırmaq və diaqnozun keyfiyyətini qaldırmaq məqsədilə 

diaqnostik laboratoriya, fizioterapevtik və rentgen kabinələri 

təşkil olundu. 

______________ 

1

 Naxçıvan MSSR-i MDA. F.17, siyahı 3, qovluq 101, səh.54. 



2

 Naxçıvan MSSR-i Səhiyyə nazirliyinin arxivi, fond 27, siyahı 2, 

qovluq 152, səh.125.

 

 



 

 

 



92

 

Birləşmə müalicə  işinin keyfiyyətini yaxşılaşdırdı, 



həkimlərin ixtisasını yüksəltdi, hansı ki, əvvəllər onlar yalnız 

ambulator şəraitində işləyirdilər. 

Xəstəxanada işləyən həkimlər isə poliklinikalarda 

xəstə qəbul etməklə evlərdə də yardım edirdilər. Belə xidmətin 

göstərilməsi həkimlərə imkan verirdi ki, onlar xəstəliyin 

poliklinika  şəraitində  və sahədə erkən stadiyası ilə daha 

dərindən tanış olsunlar. Bu xəstəxanadan kənarda köməyin 

keyfiyyətini yüksəldirdi. 

1949-cu ilin fevralında Naxçıvan vərəm xəstəxanası 

vərəm dispanseri ilə birləşdirildi. Doğum evləri rayon 

xəstəxanaları ilə onun şöbəsi kimi (rayon mərkəzlərində), 

onkoloji və zöhrəvi məntəqələr ambulatoriyalar (poliklinikalar) 

ilə kabinet kimi, süd mətbəxləri uşaq-qadın məsləhətxanaları 

ilə, qanköçürmə məntəqəsi Naxçıvan respublika xəstəxanası ilə 

birləşdirildi.

1

  



1946-cı ilin mart ayında Xalq Səhiyyə Komissarlığı 

nazirliyə çevrildi. 

1946-cı ilin martında  əhaliyə onkoloji xidmət 

göstərmək üçün Naxçıvan  şəhər poliklinikasının nəzdində 

onkoloji kabinet açılır. Respublika xəstəxanasının ümumi 

çarpayılarının hesabına 20 çarpayı onkoloji xəstələr üçün 

ayrılır.

2

  



Bir vaxtdan sonra (may 1947) Ordubad şəhər,  Şərur 

rayon xəstəxanalarında hər birində 5 çarpayı olmaqla 

onkoprofilaktik çarpayı ayrılır, bu rayonların poliklinikalarında 

isə onkoprofilaktik kabinetlər təşkil edilir. 

Onkoloji xəstəliklərlə mübarizə  və müalicə 1951-ci 

ildən (sentyabr) Naxçıvan  şəhərində  təşkil edilmiş respublika 

onkoloji dispanserində aparılır. 

Respublikada onkoloji dispanserin rəhbərliyi altında 

respublikanın rayon və kənd xəstəxanaları xənçəng 

________________ 

1

 Naxçıvan MSSR-i Səhiyyə nazirliyinin arxivi, fond 27, siyahı 2, 



qovluq 173, səh.11. 

2

 Yenə orada, qovluq 128, səh.25.



 


 

 

 



93 

xəstəliyinin erkən formasını  aşkara çıxartmaq məqsədilə 

əhalinin kütləvi profilaktik müayinəsini aparmağa başladılar. 

Respublikada vərəm xəstəliyinə qarşı mübarizə 

tədbirlərini genişləndirmək məqsədilə Ordubad, Culfa və Şərur 

rayonlarına hərəsinə 5 vərəm çarpayısı ayrıldı. 

Naxçıvan şəhər doğum evində, rayon xəstəxanalarının 

doğum  şöbələrində yeni doğulanlara vərəm  əleyhinə  məcburi 

vaksinasiya aparılması, habelə  uşaq kontingentinin kütləvi 

vaksinasiya edilməsi həyata keçirildi. 

Vərəmin erkən diaqnozunu təyin etmək məqsədilə 

uşaq bağçalarında və  məktəblərdə    uşaqların, uşaq müalicə  –

profilaktika  idarələrində, habelə ictimai yeməkxanalarda 

işləyənlərin hər il müayinəsinə başlanıldı. 

Müharibə illərindən sonra zöhrəvi xəstəliklərlə 

mübarizəyə böyük diqqət yetirildi. Culfa rayonunda zöhrəvi 

dispanser,  Şərur,  Əbrəqunus və  Şahbuz rayonlarında isə 

zöhrəvi məntəqələr təşkil edildi. Göbələk xəstəliyinə görə 

kütləvi müayinəyə başlanıldı. 

1947-ci ildə respublikanın  əhalisinin 40%-i, 1952-ci 

ildə isə 70%-i göbələk xəstəliyinə görə müayinə edildi. Aşkar 

olunan xəstələr müalicəyə cəlb edildilər. 

Zöhrəvi xəstəliklərə qarşı mübarizə  tədbirlərinin 

gücləndirilməsi nəticəsində 1952-ci ildə sifilisin aktiv forması 

kəskin aşağı düşdü. 1946-cı ilə nisbətən xəstəlik demək olar ki, 

4 dəfə azaldı. 

1946-53-cü illərdə  bədən tərbiyəsi idarələrinin 

inkişafına da xüsusi diqqət yetirilirdi. 

1949-cu ilin dekabrında respublika birləşmiş 

xəstəxananın poliklinika şöbəsində  bədən tərbiyəsi kabineti 

açıldı, bir qədər sonra (avqust 1950-ci il) bu kabinet bədən 

tərbiyəsi dispanserinə çevrildi. 

Müharibə illərindən sonra respublikada tibb 

müəssisələrinin şəbəkəsi inkişaf etdi və böyüdü. Xəstəxanalar 

və onlarda çarpayıların sayı artdı. Bunu aşağıdakı  cədvəldən 

görmək olar. 

 

 

 



 

94

22-ci cədvəl 



 

Naxçıvan MSSR-də 1945-1953-cü illərdə xəstəxana 

müəssisələrinin və onlarda çarpayıların sayı 

 

Xəstəxana müəssisələri Xəstəxana çarpayılarının sayı 



Illər 

Şəhər Kənd  

Cəmi  

Şəhər  


Kənd Cəmi  

1945 


9 7 16 420  90 510 

1946 9  10  19  420  119  539 

1947 9  10  19  420  122  542 

1948 9  12  21  420  137  557 

1949 10 13 23  450  148  598 

1950 10 16 26  450  187  637 

1951 12 19 31  480  205  685 

1952 14 19 33  495  210  705 

1953 14 20 34  495  225  720 

 

Göründüyü kimi 1953-cü ildə 



xəstəxana 

müəssisələrinin sayı 1945-ci ilə nisbətən iki dəfə, çarpayıların 

sayı isə 41,3% artmışdır. 

Çarpayı fondundan istifadə olunması da yaxşılaşdı. 

1945-ci ildə çarpayılar 132,4 gün işlədiyi halda 1953-cü ildə 

bu göstərici 225,7 gün olmuşdur. Şəhər xəstəxanalarına qəbul 

edilən kənd sakinlərinin sayı müqayisə edilən illərdə 2 dəfə 

artmışdır. 

1945-53-cü illərdə  xəstəxanaların və onlarda olan 

çarpayıların sayı, xüsusilə  kənd yerlərində artmışdır. Belə ki, 

kənd xəstəxanalarının sayı 1945-ci ildəki 7-dən 1953-cü ildə 

20-yə, çarpayıların sayı eynilə 90-dan 225-ə çatmışdır. Başqa 

sözlə müqayisəli illərdə  xəstəxanaların sayı demək olar ki, 3 

dəfə, çarpayıların sayı isə 2,5 dəfə artmışdır. 

Çarpayıların artması ilə  bərabər ixtisaslı tibbi yardım 

da artmışdır. Bu ondan irəli gəlir ki, xəstəxanalarda 

ixtisaslaşdırılmış müxtəlif  şöbələr fəaliyyət göstərmişdir. 

Terapevtik və uşaq çarpayıları 65,9%, cərrahi – 54,0%, göz – 

37,5%, doğuş və ginekoloji – 18,0%, vərəm – 10,0% artmışdır. 



Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə