123
Naxçıvan MSSR-də 1913-1966-cı illərdə
ambulator-poliklinika müəssisələrinin
sayı (ilin axırına).
1-ci diaqram
Naxçıvan respublikasında 01.01.1967-ci ildə şəhər
həkim sahələrinin sayı – 39-a, onlardan 11-i terapiya, 20-si
pediatriya və 8-i mama-ginekologiya sahəsi olmuşdur.
Respublikada əhalinin artması və həkim kadrlarının
çatışmaması nəticəsində həkim sahələrində əhalinin sayı çox
olaraq qalır.
Şəhər və kənd müalicə – profilaktika müəssisə-lərində
dispanser üsulu ilə tibbi xidmət göstərmək əsas yeri tutur.
Dispanser üsulu vasitəsilə tibbi xidmət respublikanın
tibb müəssisələrinin fəaliyyətində profilaktik istiqamətdə
124
həyata keçirilir.
Demək olar ki, respublikanın kənd
təsərrüfatının bütün mexanizatorları, istehsalat qabaqcılları,
kolxoz rəhbərləri, başqa kateqoriyadan olan sənaye və
müəssisələrin işçiləri vaxtaşırı dispanser müayinəsindən
keçirilirlər. Insanlarda müəyyən formada aşkar olunan
xəstəliklər qeydiyyata götürülür, onlara aktiv nəzarət edilir.
Tibb yardımının dispanser üsulu ilə göstərilməsi əhalinin
sağlamlıq vəziyyətini müntəzəm olaraq müşahidə etməyə
imkan verir. Dispanserizasiyanın aparılmasında bütün ixtisaslı
həkimlər fəal iştirak edirlər. Əhaliyə dispanser xidməti təkcə
müalicə – profilaktika müəssisələri tərəfindən deyil, həm də
respublikanın bütün dispanserləri tərəfindən göstərilir.
14-18 yaşlı yeniyetmələrin dispanserizasiyasına xüsusi
fikir verilir. Hər il onlar tibbi müayinədən keçirilir, müayinə
vaxtı bütün ixtisasdan olan həkimlər iştirak edirlər.
Gələcəkdə əhaliyə ixtisaslı yardımı planlı surətdə
inkişaf etdirmək üçün müalicə – profilaktika müəssisələrinin
xidmət təcrübələrinin müsbət tərəfini istifadə etmək qarşıda
durur. Bu məqsədlə müalicə – profilaktika müəssisələrinin
1965-ci ilə aid fəaliyyətini 1958-ci illə müqayisədə öyrəndik.
Bu, bizə imkan verdi ki, tibbi xidmətin və onun
keyfiyyətinin qanunauyğunluğunu aşkara çıxaraq.
Əgər 1958-ci ildə respublikanın əhalisinin ambulator –
poliklinika müəssisələrində həkimə 455,1 min gəlişi
olmuşdursa, 1965-ci ildə həkimə gəlişlərin sayı 610,3 min
olmuşdur. 1958-ci ildə respublikada gəlişlərin sayı əhalinin bir
nəfərinə 3,0 olmuşdursa, 1965-ci ildə bu göstərici 3,3
olmuşdur və ya 10% artmışdır.
Hər il respublikanın ambulator–poliklinika
müəssisələrində əhaliyə göstərilən ixtisaslaşdırılmış tibbi
xidmət genişlənir. Bunu aşağıda cədvəldə göstərildiyi kimi
həkimlərə ayrı-ayrı ixtisaslar üzrə edilən gəlişlərin
məlumatından görmək olar.
125
28-ci cədvəl
Naxçıvan respublikası üzrə 1958-1965-ci illərdə
həkimlərə ayrı-ayrı ixtisaslar üzrə gəlişlərin
orta sayı (minlə).
Şəhərlərdə
Kəndlərdə
1958 1965 1958
1965
Ftiziatrda 7,8
11,6
1,7
4,2
Onkoloqda 2,4
2,6
- -
Dəri-zöhrəvidə 40,0
36,8
-
1,9
Göz həkimində 40,1
46,6
0,7 14,2
Terapevtdə 91,5
93,4
2,3
38,6
Cərrahda 35,3
41,5
3,4
5,1
Mama-ginekoloqda
22,2 29,2 0,8
6,2
Pediatrda 62,9
73,7
2,9
8,3
Burun-qulaq-boğaz
həkimində
15,9 22,6 0,1
0,1
Cəmi 318,1
358,0
11,9
78,6
Cədvəldən göründüyü kimi şəhər əhalisinə göstərilən
ixtisaslaşdırılmış yardım kənd əhalisinə nisbətən xeyli
yüksəkdir. 1958-ci ilə nisbətən 1965-ci ildə şəhərlərdə, eləcə
də kənd yerlərində həkim-terapevtlərə, cərrahlara, pediatrlara,
ftiziatrlara, göz həkimlərinə və başqa mütəxəssislərə gəlişlərin
sayı artmışdır.
Kənd əhalisi həkim köməyindən başqa feldşer
məntəqələrinin köməyindən də geniş istifadə edir.
1965-ci ildə feldşer, feldşer – mama məntəqələrində
orta tibb işçilərinə gəlişlərin sayı 565,2 min, kənd əhalisinin bir
nəfərinə orta hesabla gəlişin sayı 4,4 olmuşdur.
Buradan belə nəticəyə gəlmək olar ki, Naxçıvan
respublikasında kənd əhalisi hələlik əsasən feldşer
köməyindən, çox az hissəsi isə həkim köməyindən istifadə
edir. Belə vəziyyət göstərir ki, kənd əhalisinin həkimlə
təminatı hələ ki, qaneedici deyil.
126
Evdə yardım
Poliklinikaların fəaliyyətində əsas yeri xəstələrə evdə
yardım göstərmək tutur. Bu cür növ yardım respublikada hər
bir şəhər poliklinikasının (ambulatoriyanın) vacib funksiyasıdır
və bütün həkimlərin, poliklinika (ambulatoriya)
mütəxəssislərinin işinin mühüm hissəsidir.
1965-ci ildə evdə yardıma 68,6 min gəliş olmuşdur ki,
bu respublika əhalisinin ambulator poliklinika müəssisələrində
həkimlərə etdiyi ümumi gəlişlərin 11,5%-ni təşkil edir. Orta
hesabla 1965-ci ildə respublika əhalisinin bir nəfərinə – 0,8
evdə həkim yardımı, o cümlədən bir şəhər sakininə 0,9 və bir
kənd sakininə – 0,1 gəliş düşür.
Təcili tibbi yardım
Təcili tibbi yardım respublika əhalisinə tibbi xidmətin
təşkili sistemində ən ümdə yeri tutur.
Respublikada 01.01.1966-cı ildə bir müstəqil və 3
rayon birləşmiş xəstəxanalarının tərkibində təcili tibbi yardım
stansiyaları olub. 1965-ci ildə onlar tərəfindən 18,1 min şəxsə
ambulator və çağırış vaxtı tibbi yardım göstərilmişdir, o
cümlədən müstəqil təcili tibbi yardım stansiyalarında 11,4 min,
rayon birləşmiş xəstəxanalarının tərkibində olan təcili tibbi
yardım stansiyalarına 6,7 min şəxsə kömək göstərilmişdir.
1958-ci ilə nisbətən 1965-ci ildə təcili tibbi yardım
xidməti artmışdır. 1960-cı ildə Naxçıvan şəhər təcili tibbi
yardım stansiyası V kateqoriyadan IV kateqoriyaya keçib.
Bununla əlaqədar olaraq həkimlərin və orta tibb işçilərinin ştat
vahidi artıb. Lakin təcili tibbi yardım xidmətində ciddi
çətinliklər və nöqsanlar olub ki, bunun nəticəsində
stansiyaların işinin səviyyəsi aşağı olub. Məsələn, onların
radius xidməti 40-45 km, yolların yararsız halda olması,
stansiyaların gücünün zəif olması, klimat şəraiti və s. –
bunların hamısı çağırışların vaxtında yerinə yetirilməsini
çətinləşdirmişdir.