Adil niFTİ OĞlu məMMƏdov tibb elmləri namizədi



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə29/46
tarix26.03.2018
ölçüsü1,18 Mb.
#34529
1   ...   25   26   27   28   29   30   31   32   ...   46

 

 

 



115

elmi populyar və  sənədli filmlərin nümayişi ilə müşahidə 

olunurdu. 

Dərslərdə dinləyicilər insan anatomiyasının, 

fiziologiyasının  əsası,  şəxsi və ictimai gigiyena, istirahət və 

əmək rejimi, xəstəyə qulluq, həkimə  qədər ilk yardım 

göstərilməsi,  xəstəliklərin bəzilərinin profilaktikası  və s. ilə 

tanış olurdular. 

1965-ci ildə respublikada 5 sağlamlıq universiteti 

fəaliyyət göstərirdi. 

Respublikada yaradılmış sağlamlıq universitetləri 

sanitariya – maarifi sisteminin mühüm hissəsini təşkil edir ki, 

o da fəal ictimaiyyətçi kadrlar hazırlayır. 

Qırmızı Aypara Cəmiyyəti Naxçıvan MSSR-də 

səhiyyənin ictimai fəallarının  ən böyük dəstəsi hesab olunur. 

Cəmiyyətin üzvlərinin sayı ildən-ilə artır.  Əgər 1954-cü ildə 

respublika üzrə  Qırmızı Aypara Cəmiyyətinin üzvləri 37000 

idisə, 1965-ci ildə bu say 446 ilk təşkilatda 56000-ə çatmışdır. 

Sanitar postlarının sayı müvafiq illərdə 240-dan 474-ə, sanitar 

dəstələrin 20-dən 61-ə, donorların sayı 6000-dək artmışdır. 

Habelə ictimai sanitar müfəttişlərinin hazırlanması 700-ə 

qədər, komitet sədrlərinin və ilk təşkilatların hazırlanması 370-

ə qədər olmuşdur. 

Səhiyyə orqanları bütün profilaktika və sanitar 

sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsində daima ictimai 

fəallardan lazımi kömək almışlar. 

Cəmiyyətin üzvləri kənd və  şəhərlərin abadlaşdırılması 

məsələsinin həllində, fəhlə  və kolxozçuların sağlamlığının 

qorunmasında, uşaqların və yeniyetmələrin sağlamlığının 

möhkəmlənməsində,  əhali arasında sanitar – gigiyenik biliyin 

yayılmasında, əhalinin tibb xidmətinin yaxşılaşdırılmasında və 

s. fəal iştirak etmişlər. 

Cəmiyyətin təşkilatları  və üzvləri  şəhər və  kəndlərin 

təmizliyi uğrunda ümumxalq hərəkatında yaxından iştirak 

etmişlər. 

1953-1965-ci illərdə partiya və sovet orqanlarının 

rəhbərliyi altında təmizlik, sanitar mədəniyyəti uğrunda geniş 

xalq hərəkatı inkişaf etdi. 

 

 

 



116

1954-cü ildə Azərbaycan SSR Göyçay rayonunun 

zəhmətkeşləri təmizlik uğrunda istehsalatda və  məişətdə 

sanitar mədəniyyətinin qaldırılması  uğrunda yenidən təşəbbüs 

göstərərək xalq hərəkatını qaldırdılar. 

Faktiki olaraq bu göyçaylıların 1940-cı ildə başladığı 

sanitar mədəniyyəti uğrunda xalq hərəkatının davamı idi. 

Azərbaycan partiya və sovet orqanları bu təşəbbüsü 

bəyəndilər, belə hərəkətin Azərbaycanın bütün rayonlarında və 

Naxçıvan MSSR-də genişləndirilməsini tövsiyə etdilər. 

Sanitar mədəniyyəti uğrunda hərəkət respublikada 

tezliklə yayıldı.  Hərəkətin canlanmasının əsas səbəbi, bu işin 

nə  qədər kütləvi sağlamlaşdırma tədbir olduğu, xalq arasında 

geniş izahat işinin aparılması nəticəsində olmuşdur. 

Belə izahat işini tibb işçilərinin nəzarəti və yaxından 

köməkliyi ilə rayon və şəhər sovet deputatları, partiya fəalları, 

Qırmızı Aypara Cəmiyyətinin üzvləri, komsomollar, pionerlər, 

müəllimlər, aqronomlar və s. sistematik olaraq aparırdılar. 

1956-1965-ci illərdə Naxçıvan respublikasının partiya 

və sovet orqanları bütün rayon və şəhər zəhmətkeşlərinin fəal 

iştirakı ilə  şəhər və  kəndlərin daha da abadlaşdırılması  və 

yaşıllaşdırılması sahəsində xeyli iş gördülər. 

Respublikada aptek şəbəkəsi də çox inkişaf etmişdir. 

Burada Azərbaycan SSR Baş Apteklər Idarəsinin Naxçıvan 

rayonlararası  şöbəsi təşkil edilmişdir. Hazırda (1962-ci il) 

respublikada 14 aptek, 50-yə yaxın aptek məntəqəsi, analitik 

laboratoriya, sanitariya – gigiyena mağazaları  və başqaları 

fəaliyyət göstərir. 

Naxçıvan MSSR özünün müxtəlif kimyəvi tərkibli, 

yüksək müalicə xassəsinə malik çoxlu mineral su mənbələri ilə 

şöhrət qazanmışdır.Belə mineral su mənbələrinə Badamlı 

(Narzan tipli), Sirab (Borjomi tipli), Nəhəcir (Yessentuki tipli), 

Qızılvəng (Batalinsk tipli), Darıdağ arsenli su mənbələri və 

başqaları aiddir. Uzun illər aparılan tədqiqatlar nəticəsində 

alimlər Naxçıvan MSSR-də 135 mineral su mənbəi kəşf etmiş 

və bu haqda məlumat vermişlər. Çoxlu balneoloji və kurort 

yerlərinin olması burada kurortların, sanatoriyaların və 

istirahət evlərinin təşkil edilməsi üçün yaxşı şərait yaradır. 




 

 

 



117

Səhiyyə işlərinə ayrılan vəsait ilbə-il artmışdır. Belə ki, 

1940-cı ildə 777,3 min manat, 1950-ci ildə 1428,0 min man., 

1960-cı ildə 2320,0 min man. və 1965-ci ildə 3862,0 min man. 

vəsait  ayrılmışdır. Buradan aydın olur ki, 1965-ci ildə 1940-cı 

ilə nisbətən 5 dəfə, 1950-ci ilə nisbətən 2,7 dəfə, 1960-cı ilə 

nisbətən təqribən 1,7 dəfə çox vəsait ayrılmışdır. 

 

 



N Ə T I C Ə 

 

1. Naxçıvan MSSR-də  səhiyyənin inkişaf etdirilməsi 



haqqında beşillik (beşinci və altıncı) və yeddiillik planlarda 

nəzərdə tutulan tədbirlər müvəffəqiyyətlə yerinə yetirilirdi. 

2. Xəstəxanaların, onlarda olan çarpayıların, ambulator 

müəssisələrin sayı artdı,  əhaliyə göstərilən ixtisaslaşdırılmış 

tibbi xidmət genişləndi. 

3. SSRI Nazirlər Sovetinin, tibb işçilərinin  əmək 

haqqının artırılması haqqında olan qərarı (1955) respublikanın 

tibb işçilərinin maddi vəziyyətini yaxşılaşdırdı. 

1965-ci ildə  həkimlərin sayı 1953-cü ilə nisbətən 1,6 

dəfə, orta tibb işçilərinin sayı 1,8 dəfə artdı. Habelə, həkim –

mütəxəssislərin: stomatoloqların, ftiziatorların, nevropato-

loqların, cərrahların, pediatrların, mama – ginekoloqların sayı 

çoxaldı. 

1953-1965-ci illərdə  təkmilləşdirmə  və ixtisaslaşdırma 

kurslarından keçən həkimlərin sayı 5,3%-lə 16,1%, orta tibb 

işçilərinin sayı isə 3,4%-lə 7% arasında olmuşdur. 

4. Qadın və uşaq əhalisinə göstərilən tibbi xidmət xeyli 

yaxşılaşmışdı. Feldşer – mama məntəqələrinin, kolxoz doğum 

evlərinin, ginekoloji və  uşaq çarpayılarının, uşaq yasli – 

baxçalarının və onlardakı yerlərin sayı artdı. 

Pediatr sahələri kiçildi, tək və çox uşaqlı analara 

müavinətin həcmi genişləndi. 

Naxçıvan MSSR-i hökuməti uşaq və anaların 

mühafizəsinin yaxşılaşdırılması üçün dəfələrlə müvafiq 

tədbirlər planı qəbul etmişdir. 

5. Səhiyyə büdcəsi artmaqda davam etdi. Ona görə 

respublikanın tibb müəssisələrinin yeni aparatlarla və tibb 

 

 



 

118


alətlərilə, avtomaşınla, yumşaq və  bərk avadanlıqla təchizatı 

yaxşılaşdı. Xəstəxanaların tikintisi genişləndi. 

6. Sanitar – epidemiya əleyhinə stansiyalar daha da 

iriləşdi, kənd səhiyyəsi yenidən quruldu: - səhiyyə  şöbələri 

ləğv edildi, rayon xəstəxanaları  və sanepid stansiyalar 

birləşdirildi. Birləşmənin başında baş  həkim durdu. O, eyni 

zamanda Dövlət Sanitar müfəttişi oldu. Belə birləşmə  kənd 

tibb müəssisələrinin işində profilaktik istiqaməti təmin etdi. 

7. Sanitar mədəniyyətinin qaldırılması  uğrunda 

«göyçay» xalq hərəkatı genişləndi. Kənd və şəhərlərin daha da 

abadlaşdırılması və yaşıllaşdırılması üçün xeyli iş görüldü. 

Qırmızı Aypara Cəmiyyəti tərəfindən profilaktik və 

sanitar sağlamlaşdırıcı  tədbirlərin həyata keçirilməsində 

səhiyyə orqanlarına yaxından köməklik göstərildi. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə