99
Müharibə illərindən sonra sanitar – epidemioloji
stansiyalar qarşısında çox vacib məsələlər dururdu: - yoluxucu
xəstəlikləri kəskin aşağı salmaq, yoluxucu xəstələrin hamısını
xəstəxanaya cəlb etmək, yeyinti və kommunal və uşaq
müəssisələri üzərində ciddi sanitar nəzarəti aparmaq və
profilaktik tədbirlərin geniş miqyasda aparılmasına nail olmaq.
Bu illər ərzində Naxçıvan MSSR-də sanitar –
epidnmioloji stansiyalar şəbəkəsi böyüdü və möhkəmləndi.
Sanitar -–epidemioloji stansiyaların sayı 2-dən 6-ya çatdı.
Beləliklə 1953-cü ildə respublikanın bütün rayonlarında sanitar
– epidemioloji stansiyalar, onların nəzdində sanitar –
bakterioloji laboratoriyalar fəaliyyət göstərirdi. Rayon sanitar –
epidemioloji stansiyalar kompleks tədbirlər həyata keçirməyə
başladılar.
Naxçıvan MSSR-i Xalq Səhiyyə Komissarlığı sanitar
idarələrinə rəhbərliyi gücləndirmək, epidemiya əleyhinə və
profilaktik tədbirlərin vaxtında həyata keçirilməsinə nəzarət
etmək məqsədilə 1946-cı ilin mart ayının 8-də 27№-li əmr
verdi. Bu əmrə əsasən respublikada bütün sanitar – epidemiya
əleyhinə aparılan işin ümumi rəhbərliyi Baş Dövlət Sanitar
müfəttişinə – Naxçıvan MSSR-i Xalq Səhiyyə komissarının
müavininə həvalə edilir.
1
1946-cı ildə səhiyyə nazirliyinin apparatına 2 vahid ştat
– kommunal və qida sanitariyaları üzrə Böyük Dövlət Sanitar
müfəttişi və bir Böyük Dövlət Sanitar müfəttişinin köməkçisi
ştatı verilir.
1947-ci il mart ayında deratizasiya (gəmiricilərə qarşı)
tədbirləri həyata keçirmək və əhali arasında yoluxucu
xəstəliklərin qarşısını almaq məqsədilə respublika sanitar -–
epidemioloji stansiyasında deratizasiya dəstəsi təşkil olundu.
1948-ci ildə sanitar – epidemioloji stansiyalarda yeni
nomenklatura təsdiq olundu. Şəhər və
kəndlərin
abadlaşdırılması üçün geniş sağlamlaşdırma tədbirləri
___________________
1
Naxçıvan MSSR-i səhiyyə nazirliyinin arxivi, F.17, siyahı 2, qovluq
128, səh.26.
aparıldı. Bir çox kəndlərdə kəhrizlər təmir olundu, rayon
mərkəzlərində yeni su kəmərləri çəkildi.
100
1953-cü ildə sanitar – epidemioloji stansiyalarda işləyən
həkimlərin sayı 1945-ci ilə nisbətən demək olar ki, 4 dəfə artdı.
Onlarda yüksək ixtisaslı mütəxəssislər - sanitar həkimlər,
epidemioloqlar, bakterioloqlar, parazitoloqlar və başqaları
işləməyə başladılar. Habelə burada işləyən orta tibb işçilərinin
də sayı artdı.
Əhali arasında geniş profilaktik peyvəndlər aparıldı.
24-cü
cədvəl
1946-1953-cü illərdə əhali arasında aparılan
profilaktik peyvəndlər haqqında məlumat
1
Çiçək əleyhinə
Difteriyaya qarşı
Ill
ər
Vaksi-
nasiya
Revak-
sinasiya
Qar
ın
yata
la
ğı
na
qar
şı
Dizent
eriya-y
a
qar
şı
Vaksi-
nasiya
Revak-
sinasiya
V
əbaya q
ar
şı
1945 10970 22353 18035 18031 11838
4563
Məlu-mat
yoxdur
1946 20866 13892 26707 35227 7263 7675
3803
1947 5454 23739 22813 34255 8041 10286
5548
1948 4568 17034 24002 26785 10140
8174
6040
1949 7270 82607 29734 29734 7716 9109
8191
1950 3448 14776
8006 30241 3263 3638
19641
1951 7054 19669 28524 30826 5759 2734
597
1952 7379 17417 21462 24817 9947 3954
-
1953 7034 9697 5389 15389 10450
4801
1492
Naxçıvan MSSR-də əhalinin maddi və mədəni həyat
tərzinin yüksəlməsi, yoluxucu xəstəliyin müalicə və
profilaktikası üçün yeni dərman preparatlarının təcrübədə
tətbiqi nəticəsində yoluxucu xəstəliklərin -–paratif, səpgili və
qayıdan yatalaq, difteriya, qara yara, malyariya, sifilis və başqa
xəstəliklərin azalmasına səbəb oldu.
_________________
1
Naxçıvan MSSR-i səhiyyə nazirliyinin 1945-53-cü illərə aid illik
hesabat materialları.
Profilaktik işin həyata keçirilməsi əhalinin, xüsusən
kənd əhalisinin dispanserizasiyası ilə səciyyələnir. Tibbi
101
yardımın dispanser metodu əhalinin sağlamlıq vəziyyətini
müntəzəm olaraq müşahidə etməyə imkan verir.
Tibb müəssisələri əhalinin kütləvi müayinəsini
aparırdılar, aşkar olunan xroniki qrip xəstələri hesaba götürüb,
onları vaxtaşırı nəzarətdə saxlamaqla səhhətləri ilə maraqlanır,
lazım gəldikdə onlara tibbi yardım göstərməklə işə
düzəlmələrinə də köməklik göstərirdilər.
1947-ci ildə respublika əhalisinin 83,0%-i malyariyaya,
45,0%-i göbələk xəstəliyinə, 27,0%-i traxomaya qarşı müayinə
edilmişdir.
Aşkar olunan xəstələrə müvafiq müalicə aparılması qeyd
olunub. Lakin bu işdə bir çox çətinliyə və nöqsanlara rast
gəlinib. Bir neçə rayonda (Naxçıvan və Noraşen) epidemik
xəstəliklərə qarşı mübarizə zəif aparılıb, bəzi yerlərdə
yoluxucu xəstələrin 100%-i xəstəxanaya cəlb edilməsi təmin
olunmayıb, hələ də xəstəlik ocaqlarında sanitar təmizləmə işi
qaneedici olmayıb. Bunun nəticəsində müharibədən sonrakı
illərdə Naxçıvan və Noraşen (Şərur) rayonlarında bir sıra
yoluxucu xəstəliklərin baş verib yayılması olmuşdur. Buna
misal, qarın yatalağını, qızılcanı, skarlatinanı, dizenteriyanı,
epidemik hepatiti, göy öskürəyi və başqalarını göstərmək olar.
Əhali arasında sanitar maarifi geniş inkişafını tapır.
Sanitar maarifinin şurası təsdiq olunur.
Respublika sanitar maarif evində mühazirə bürosu və
mühazirəçilər qruppası təşkil edilir. Səhiyyənin yenidən
qurulması və əhalinin müalicə – profilaktika xidmətinin
keyfiyyəti uğrunda mübarizədə sanitar, maarif işinin
əhəmiyyətini daha da yüksəltdi. Işin məzmunu dəyişdi,
tematikalar çox sahəli oldu. Sahələrdə, poliklinika şöbələrində
və stasionarda sanitar maarifini geniş yaymaq üçün kompleks
plan tərtib edildi və həyata keçirildi.
Ambulatoriya və poliklinikaların uyğun xəstəxanalarla
birləşdirilməsindən (1948-49) sonra birləşmiş xəstəxanalarda
sanitar maarifi kabinələri təşkil edildi, balaca sanitar maarif
punktları isə ləğv edildi.
Qırmızı Aypara Cəmiyyətinin fəaliyyəti başlıca olaraq
əhaliyə tibbi xidmətin yaxşılaşdırılması işində, xəstəliyin və
travmatizmin aşağı salınması ilə mübarizədə, kütləvi
102
profilaktik tədbirlərin həyata keçirilməsində
səhiyyə
orqanlarına kömək göstərməyə yönəldilir. Tibbi kadrların və
sanitar fəallarının hazırlanmasında da kömək göstərir.
1949-cu ildə Naxçıvan MSSR-i Qırmızı Aypara
Cəmiyyəti xətti ilə 25 tibb bacısı, 55 nəfərdən ibarət sanitar
dəstələri, 225 sanitar gözətçilərinin rəhbərləri, 625 sanitar
fəalları, 8500 SMH nişançı və 524 SMHO nişançı hazırlandı.
Naxçıvan respublikasında Bakıdan vaxtaşırı gələn
Azərbaycan elmi-tədqiqat institutuları elmi konfranslar
keçirirdilər. Gələnlər arasında olan professorlar və yüksək
ixtisaslı mütəxəssislər yerli həkimlərə məsləhətlər veriridilər,
lazım gələndə isə xəstələrə ixtisaslı tibbi yardım göstərirdilər.
N Ə T I C Ə
1. Müharibə illərindən (1946-1953) sonra Naxçıvan
MSSR-də müalicə – profilaktika şəbəkəsi tibbi kadrlar və
səhiyyənin büdcəsi durmadan artdı. 1953-cü ildə 1946-cı ilə
nisbətən xəstəxanaların sayı 2,1 dəfə, onlarda olan çarpayıların
sayı 1,4 dəfə, xüsusən ixtisaslaşdırılmış çarpayıların sayı
artmışdır. 1953-cü ildə həkimlərin sayı 1946-cı ildəkinə
nisbətən 2,4 dəfə, orta tibb işçilərinin sayı 2,5 dəfə artmışdır.
Səhiyyənin material texniki bazası möhkəmlənmişdir. Tibb
obyektləri (xəstəxanalar, uşaq yasliləri və s.) tikildi, səhiyyə
büdcəsi 1953-cü ildə 1946-cı ilə nisbətən 2 dəfə artdı.
2. 1953-1946-cı illərdə respublikanın bütün
rayonlarında uşaq-qadın məsləhətxanaları, rayon sanitar
epidemioloji stansiyalar – onların nəzdində bakterioloji
laboratoriyalar təşkil olundu. Bir çox birləşmiş xəstəxanalarda
ixtisaslaşdırılmış şöbələr, poliklinikalarda (ambulatoriyalarda)
isə ixtisaslaşdırılmış kabinələr təşkil edildi.
3. Respublika əhalisinə tibbi yardımın keyfiyyəti
yaxşılaşdı: - çarpayı fondunun istifadəsi, ixtisaslaşdırılmış
tibbi xidmətin, xüsusi ilə kənd əhalisinə göstərilməsi
genişləndi.
4. Naxçıvan MSSR-i hökumətinin vərəmə,
traxomaya, malyariyaya, zöhrəvi və başqa yoluxucu