91
4. Müharibə illərindən sonra bərpa və sosialist
təsərrüfatının inkişafı dövründə
Naxçıvan MSSR-də səhiyyə
(1946 – 1953-cü illər)
Böyük Vətən müharibəsindən sonra sovet xalqının
bütün gücü xalq təsərrüfatının bərpasına, onun gələcək
inkişafına, sosializs quruluşunun başa çatmasına və tədriclə
kommunizmə keçməyə yönəldi.
Naxçıvan respublikasının zəhmətkeşləri bütün sovet
xalqları ilə birlikdə dinc quruculuq əməyə başladılar.
1946-cı ilin mart ayında SSRI Ali Soveti dördüncü
beşillikdə 1946-1950-ci illərə aid bərpa və xalq təsərrüfatının
inkişaf planını qəbul etdi. Naxçıvan MSSR-i üzrə səhiyyə
planında nəzərdə tutulmuşdur ki, 1950-ci ildə çarpayıların sayı
1940-cı ildəki 399-dan 735-ə, daimi uşaq yaslilərində yerlərin
sayı 247-dən 351-ə, feldşer – ambulator məntəqələrinin sayı
60-dan 107-yə, sanitar – epidemioloji stansiyaların sayı 1-dən
4-ə, qadın və uşaq məsləhətxanalarının sayı 3-dən 7-yə və s.
çatdırılsın.
1
Müharibə illərindən sonra respublikanın səhiyyə
orqanlarının əsas
vəzifəsi nəinki, səhiyyənin şəbəkəsini
artırmaq, habelə tibbi xidmətin keyfiyyətini ixtisaslaşdırılmış
növ xidmətini inkişaf etdirməklə təmin etməkdən ibarət idi.
Bu ərəfədə Naxçıvan şəhər poliklinikası respublika
xəstəxanası ilə, Ordubad şəhər poliklinikası Ordubad şəhər
xəstəxanası ilə, Culfa şəhər poliklinikası Culfa şəhər
xəstəxanası ilə, Naxçıvan şəhər uşaq poliklinikası Naxçıvan
şəhər uşaq xəstəxanası ilə birləşdirildi.
2
Birləşmiş
xəstəxanalarda xəstələrin müalicəsini
yaxşılaşdırmaq və diaqnozun keyfiyyətini qaldırmaq məqsədilə
diaqnostik laboratoriya, fizioterapevtik və rentgen kabinələri
təşkil olundu.
______________
1
Naxçıvan MSSR-i MDA. F.17, siyahı 3, qovluq 101, səh.54.
2
Naxçıvan MSSR-i Səhiyyə nazirliyinin arxivi, fond 27, siyahı 2,
qovluq 152, səh.125.
92
Birləşmə müalicə işinin keyfiyyətini yaxşılaşdırdı,
həkimlərin ixtisasını yüksəltdi, hansı ki, əvvəllər onlar yalnız
ambulator şəraitində işləyirdilər.
Xəstəxanada işləyən həkimlər isə poliklinikalarda
xəstə qəbul etməklə evlərdə də yardım edirdilər. Belə xidmətin
göstərilməsi həkimlərə imkan verirdi ki, onlar xəstəliyin
poliklinika şəraitində və sahədə erkən stadiyası ilə daha
dərindən tanış olsunlar. Bu xəstəxanadan kənarda köməyin
keyfiyyətini yüksəldirdi.
1949-cu ilin fevralında Naxçıvan vərəm xəstəxanası
vərəm dispanseri ilə birləşdirildi. Doğum evləri rayon
xəstəxanaları ilə onun şöbəsi kimi (rayon mərkəzlərində),
onkoloji və zöhrəvi məntəqələr ambulatoriyalar (poliklinikalar)
ilə kabinet kimi, süd mətbəxləri uşaq-qadın məsləhətxanaları
ilə, qanköçürmə məntəqəsi Naxçıvan respublika xəstəxanası ilə
birləşdirildi.
1
1946-cı ilin mart ayında Xalq Səhiyyə Komissarlığı
nazirliyə çevrildi.
1946-cı ilin martında əhaliyə onkoloji xidmət
göstərmək üçün Naxçıvan şəhər poliklinikasının nəzdində
onkoloji kabinet açılır. Respublika xəstəxanasının ümumi
çarpayılarının hesabına 20 çarpayı onkoloji xəstələr üçün
ayrılır.
2
Bir vaxtdan sonra (may 1947) Ordubad şəhər, Şərur
rayon xəstəxanalarında hər birində 5 çarpayı olmaqla
onkoprofilaktik çarpayı ayrılır, bu rayonların poliklinikalarında
isə onkoprofilaktik kabinetlər təşkil edilir.
Onkoloji xəstəliklərlə mübarizə və müalicə 1951-ci
ildən (sentyabr) Naxçıvan şəhərində təşkil edilmiş respublika
onkoloji dispanserində aparılır.
Respublikada onkoloji dispanserin rəhbərliyi altında
respublikanın rayon və kənd xəstəxanaları xənçəng
________________
1
Naxçıvan MSSR-i Səhiyyə nazirliyinin arxivi, fond 27, siyahı 2,
qovluq 173, səh.11.
2
Yenə orada, qovluq 128, səh.25.
93
xəstəliyinin erkən formasını aşkara çıxartmaq məqsədilə
əhalinin kütləvi profilaktik müayinəsini aparmağa başladılar.
Respublikada vərəm xəstəliyinə qarşı mübarizə
tədbirlərini genişləndirmək məqsədilə Ordubad, Culfa və Şərur
rayonlarına hərəsinə 5 vərəm çarpayısı ayrıldı.
Naxçıvan şəhər doğum evində, rayon xəstəxanalarının
doğum şöbələrində yeni doğulanlara vərəm əleyhinə məcburi
vaksinasiya aparılması, habelə uşaq kontingentinin kütləvi
vaksinasiya edilməsi həyata keçirildi.
Vərəmin erkən diaqnozunu təyin etmək məqsədilə
uşaq bağçalarında və məktəblərdə uşaqların, uşaq müalicə –
profilaktika idarələrində, habelə ictimai yeməkxanalarda
işləyənlərin hər il müayinəsinə başlanıldı.
Müharibə illərindən sonra zöhrəvi xəstəliklərlə
mübarizəyə böyük diqqət yetirildi. Culfa rayonunda zöhrəvi
dispanser, Şərur, Əbrəqunus və Şahbuz rayonlarında isə
zöhrəvi məntəqələr təşkil edildi. Göbələk xəstəliyinə görə
kütləvi müayinəyə başlanıldı.
1947-ci ildə respublikanın əhalisinin 40%-i, 1952-ci
ildə isə 70%-i göbələk xəstəliyinə görə müayinə edildi. Aşkar
olunan xəstələr müalicəyə cəlb edildilər.
Zöhrəvi xəstəliklərə qarşı mübarizə tədbirlərinin
gücləndirilməsi nəticəsində 1952-ci ildə sifilisin aktiv forması
kəskin aşağı düşdü. 1946-cı ilə nisbətən xəstəlik demək olar ki,
4 dəfə azaldı.
1946-53-cü illərdə bədən tərbiyəsi idarələrinin
inkişafına da xüsusi diqqət yetirilirdi.
1949-cu ilin dekabrında respublika birləşmiş
xəstəxananın poliklinika şöbəsində bədən tərbiyəsi kabineti
açıldı, bir qədər sonra (avqust 1950-ci il) bu kabinet bədən
tərbiyəsi dispanserinə çevrildi.
Müharibə illərindən sonra respublikada tibb
müəssisələrinin şəbəkəsi inkişaf etdi və böyüdü. Xəstəxanalar
və onlarda çarpayıların sayı artdı. Bunu aşağıdakı cədvəldən
görmək olar.
94
22-ci cədvəl
Naxçıvan MSSR-də 1945-1953-cü illərdə xəstəxana
müəssisələrinin və onlarda çarpayıların sayı
Xəstəxana müəssisələri Xəstəxana çarpayılarının sayı
Illər
Şəhər Kənd
Cəmi
Şəhər
Kənd Cəmi
1945
9 7 16 420 90 510
1946 9 10 19 420 119 539
1947 9 10 19 420 122 542
1948 9 12 21 420 137 557
1949 10 13 23 450 148 598
1950 10 16 26 450 187 637
1951 12 19 31 480 205 685
1952 14 19 33 495 210 705
1953 14 20 34 495 225 720
Göründüyü kimi 1953-cü ildə
xəstəxana
müəssisələrinin sayı 1945-ci ilə nisbətən iki dəfə, çarpayıların
sayı isə 41,3% artmışdır.
Çarpayı fondundan istifadə olunması da yaxşılaşdı.
1945-ci ildə çarpayılar 132,4 gün işlədiyi halda 1953-cü ildə
bu göstərici 225,7 gün olmuşdur. Şəhər xəstəxanalarına qəbul
edilən kənd sakinlərinin sayı müqayisə edilən illərdə 2 dəfə
artmışdır.
1945-53-cü illərdə xəstəxanaların və onlarda olan
çarpayıların sayı, xüsusilə kənd yerlərində artmışdır. Belə ki,
kənd xəstəxanalarının sayı 1945-ci ildəki 7-dən 1953-cü ildə
20-yə, çarpayıların sayı eynilə 90-dan 225-ə çatmışdır. Başqa
sözlə müqayisəli illərdə xəstəxanaların sayı demək olar ki, 3
dəfə, çarpayıların sayı isə 2,5 dəfə artmışdır.
Çarpayıların artması ilə bərabər ixtisaslı tibbi yardım
da artmışdır. Bu ondan irəli gəlir ki, xəstəxanalarda
ixtisaslaşdırılmış müxtəlif şöbələr fəaliyyət göstərmişdir.
Terapevtik və uşaq çarpayıları 65,9%, cərrahi – 54,0%, göz –
37,5%, doğuş və ginekoloji – 18,0%, vərəm – 10,0% artmışdır.