Adil niFTİ OĞlu məMMƏdov tibb elmləri namizədi



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə25/46
tarix26.03.2018
ölçüsü1,18 Mb.
#34529
1   ...   21   22   23   24   25   26   27   28   ...   46

 

 

 



99 

          Müharibə illərindən sonra sanitar – epidemioloji 

stansiyalar qarşısında çox vacib məsələlər dururdu: - yoluxucu 

xəstəlikləri kəskin aşağı salmaq, yoluxucu xəstələrin hamısını 

xəstəxanaya cəlb etmək, yeyinti və kommunal və  uşaq 

müəssisələri üzərində ciddi sanitar nəzarəti aparmaq və 

profilaktik tədbirlərin geniş miqyasda aparılmasına nail olmaq. 

Bu illər  ərzində Naxçıvan MSSR-də sanitar – 

epidnmioloji stansiyalar şəbəkəsi böyüdü və möhkəmləndi. 

Sanitar -–epidemioloji stansiyaların sayı 2-dən 6-ya çatdı. 

Beləliklə 1953-cü ildə respublikanın bütün rayonlarında sanitar 

– epidemioloji stansiyalar, onların nəzdində sanitar – 

bakterioloji laboratoriyalar fəaliyyət göstərirdi. Rayon sanitar – 

epidemioloji stansiyalar  kompleks tədbirlər həyata keçirməyə 

başladılar. 

Naxçıvan MSSR-i Xalq Səhiyyə Komissarlığı sanitar 

idarələrinə  rəhbərliyi gücləndirmək, epidemiya əleyhinə  və 

profilaktik tədbirlərin vaxtında həyata keçirilməsinə  nəzarət 

etmək məqsədilə 1946-cı ilin mart ayının 8-də 27№-li  əmr 

verdi. Bu əmrə əsasən respublikada bütün sanitar – epidemiya 

əleyhinə aparılan işin ümumi rəhbərliyi Baş Dövlət Sanitar 

müfəttişinə – Naxçıvan MSSR-i Xalq Səhiyyə komissarının 

müavininə həvalə edilir.

1

  



1946-cı ildə səhiyyə nazirliyinin apparatına 2 vahid ştat 

– kommunal və qida sanitariyaları üzrə Böyük Dövlət Sanitar 

müfəttişi və bir Böyük Dövlət Sanitar müfəttişinin köməkçisi 

ştatı verilir. 

1947-ci il mart ayında deratizasiya (gəmiricilərə qarşı) 

tədbirləri həyata keçirmək və  əhali arasında yoluxucu 

xəstəliklərin qarşısını almaq məqsədilə respublika sanitar -–

epidemioloji stansiyasında deratizasiya dəstəsi təşkil olundu. 

1948-ci ildə sanitar – epidemioloji stansiyalarda yeni  

nomenklatura təsdiq olundu. Şəhər və 

kəndlərin  

abadlaşdırılması üçün geniş sağlamlaşdırma tədbirləri 

___________________ 

1

 Naxçıvan MSSR-i səhiyyə nazirliyinin arxivi, F.17, siyahı 2, qovluq 



128, səh.26.

 

aparıldı. Bir çox kəndlərdə  kəhrizlər təmir olundu, rayon 



mərkəzlərində yeni su kəmərləri çəkildi. 

 

 



 

100


1953-cü ildə sanitar – epidemioloji stansiyalarda işləyən 

həkimlərin sayı 1945-ci ilə nisbətən demək olar ki, 4 dəfə artdı. 

Onlarda yüksək ixtisaslı mütəxəssislər - sanitar həkimlər, 

epidemioloqlar, bakterioloqlar, parazitoloqlar və başqaları 

işləməyə başladılar. Habelə burada işləyən orta tibb işçilərinin 

də sayı artdı. 

Əhali arasında geniş profilaktik peyvəndlər aparıldı. 

 

 24-cü 



cədvəl 

1946-1953-cü illərdə əhali arasında aparılan 

profilaktik peyvəndlər haqqında məlumat

1

 



 

Çiçək əleyhinə

Difteriyaya qarşı

Ill


ər 

Vaksi-


nasiya 

Revak-


sinasiya 

Qar


ın 

yata


la

ğı

na



 

qar


şı

 

Dizent



eriya-y

qar



şı

 

Vaksi-



nasiya 

Revak-


sinasiya 

V

əbaya q



ar

şı

 



1945 10970 22353 18035 18031 11838

4563 


Məlu-mat 

yoxdur 


1946 20866 13892 26707 35227 7263  7675 

3803 


1947 5454 23739 22813 34255 8041 10286 

5548 


1948 4568 17034 24002 26785 10140

8174 


6040 

1949 7270 82607 29734 29734 7716  9109 

8191 

1950 3448 14776



8006 30241 3263  3638 

19641 


1951 7054 19669 28524 30826 5759  2734 

597 


1952 7379 17417 21462 24817 9947  3954 

1953 7034 9697  5389 15389 10450



4801 

1492 


 

Naxçıvan MSSR-də  əhalinin maddi və  mədəni həyat 

tərzinin yüksəlməsi, yoluxucu xəstəliyin müalicə  və 

profilaktikası üçün yeni dərman preparatlarının təcrübədə 

tətbiqi nəticəsində yoluxucu xəstəliklərin -–paratif, səpgili və 

qayıdan yatalaq, difteriya, qara yara, malyariya, sifilis və başqa 

xəstəliklərin azalmasına səbəb oldu. 

_________________ 

 Naxçıvan MSSR-i səhiyyə nazirliyinin 1945-53-cü illərə aid illik 



hesabat materialları.

 

Profilaktik işin həyata keçirilməsi  əhalinin, xüsusən 



kənd  əhalisinin dispanserizasiyası ilə  səciyyələnir. Tibbi 


 

 

 



101

yardımın dispanser metodu əhalinin sağlamlıq vəziyyətini 

müntəzəm olaraq müşahidə etməyə imkan verir. 

Tibb müəssisələri  əhalinin kütləvi müayinəsini 

aparırdılar, aşkar olunan xroniki qrip xəstələri hesaba götürüb, 

onları vaxtaşırı nəzarətdə saxlamaqla səhhətləri ilə maraqlanır, 

lazım gəldikdə onlara tibbi yardım göstərməklə  işə 

düzəlmələrinə də köməklik göstərirdilər. 

1947-ci ildə respublika əhalisinin 83,0%-i malyariyaya, 

45,0%-i göbələk xəstəliyinə, 27,0%-i traxomaya qarşı müayinə 

edilmişdir. 

Aşkar olunan xəstələrə müvafiq müalicə aparılması qeyd 

olunub. Lakin bu işdə bir çox çətinliyə  və nöqsanlara rast 

gəlinib. Bir neçə rayonda (Naxçıvan və Noraşen) epidemik 

xəstəliklərə qarşı mübarizə  zəif aparılıb, bəzi yerlərdə 

yoluxucu xəstələrin 100%-i xəstəxanaya cəlb edilməsi təmin 

olunmayıb, hələ  də  xəstəlik ocaqlarında sanitar təmizləmə  işi 

qaneedici olmayıb. Bunun nəticəsində müharibədən sonrakı 

illərdə Naxçıvan və Noraşen (Şərur) rayonlarında bir sıra 

yoluxucu xəstəliklərin baş verib yayılması olmuşdur. Buna 

misal, qarın yatalağını, qızılcanı, skarlatinanı, dizenteriyanı, 

epidemik hepatiti, göy öskürəyi və başqalarını göstərmək olar. 

Əhali arasında sanitar maarifi geniş inkişafını tapır. 

Sanitar maarifinin şurası təsdiq olunur. 

Respublika sanitar maarif evində mühazirə bürosu və 

mühazirəçilər qruppası  təşkil edilir. Səhiyyənin yenidən 

qurulması  və  əhalinin müalicə – profilaktika xidmətinin 

keyfiyyəti uğrunda mübarizədə sanitar, maarif işinin 

əhəmiyyətini daha da yüksəltdi. Işin məzmunu dəyişdi, 

tematikalar çox sahəli oldu. Sahələrdə, poliklinika şöbələrində 

və stasionarda sanitar maarifini geniş yaymaq üçün kompleks 

plan tərtib edildi və həyata keçirildi.  

Ambulatoriya və poliklinikaların uyğun xəstəxanalarla 

birləşdirilməsindən (1948-49) sonra birləşmiş  xəstəxanalarda 

sanitar maarifi  kabinələri təşkil edildi, balaca sanitar maarif 

punktları isə ləğv edildi. 

Qırmızı Aypara Cəmiyyətinin fəaliyyəti başlıca olaraq 

əhaliyə tibbi xidmətin yaxşılaşdırılması  işində, xəstəliyin və 

travmatizmin aşağı salınması ilə mübarizədə, kütləvi 

 

 



 

102


profilaktik tədbirlərin həyata keçirilməsində 

səhiyyə 


orqanlarına kömək göstərməyə yönəldilir. Tibbi kadrların və 

sanitar fəallarının hazırlanmasında da kömək göstərir. 

1949-cu ildə Naxçıvan MSSR-i Qırmızı Aypara 

Cəmiyyəti xətti ilə 25 tibb bacısı, 55 nəfərdən ibarət sanitar 

dəstələri, 225 sanitar gözətçilərinin rəhbərləri, 625 sanitar 

fəalları, 8500 SMH nişançı və 524 SMHO nişançı hazırlandı. 

Naxçıvan respublikasında Bakıdan vaxtaşırı  gələn 

Azərbaycan elmi-tədqiqat institutuları elmi konfranslar 

keçirirdilər. Gələnlər arasında olan professorlar və yüksək 

ixtisaslı mütəxəssislər yerli həkimlərə  məsləhətlər veriridilər, 

lazım gələndə isə xəstələrə ixtisaslı tibbi yardım göstərirdilər. 

 

 



N Ə T I C Ə 

 

1. Müharibə illərindən (1946-1953) sonra Naxçıvan 



MSSR-də müalicə – profilaktika şəbəkəsi tibbi kadrlar və 

səhiyyənin büdcəsi durmadan artdı. 1953-cü ildə 1946-cı ilə 

nisbətən xəstəxanaların sayı 2,1 dəfə, onlarda olan çarpayıların 

sayı 1,4 dəfə, xüsusən ixtisaslaşdırılmış çarpayıların sayı 

artmışdır. 1953-cü ildə  həkimlərin sayı 1946-cı ildəkinə 

nisbətən 2,4 dəfə, orta tibb işçilərinin sayı 2,5 dəfə artmışdır. 

Səhiyyənin material texniki bazası möhkəmlənmişdir. Tibb 

obyektləri (xəstəxanalar, uşaq yasliləri və s.) tikildi, səhiyyə 

büdcəsi 1953-cü ildə 1946-cı ilə nisbətən 2 dəfə artdı.  

2. 1953-1946-cı illərdə respublikanın bütün 

rayonlarında uşaq-qadın məsləhətxanaları, rayon sanitar 

epidemioloji stansiyalar – onların nəzdində bakterioloji 

laboratoriyalar təşkil olundu. Bir çox birləşmiş xəstəxanalarda 

ixtisaslaşdırılmış  şöbələr, poliklinikalarda (ambulatoriyalarda) 

isə ixtisaslaşdırılmış kabinələr təşkil edildi. 

3. Respublika əhalisinə tibbi yardımın keyfiyyəti 

yaxşılaşdı: - çarpayı fondunun istifadəsi,  ixtisaslaşdırılmış 

tibbi xidmətin, xüsusi ilə  kənd  əhalisinə göstərilməsi 

genişləndi. 

4. Naxçıvan MSSR-i hökumətinin vərəmə, 

traxomaya, malyariyaya, zöhrəvi və başqa yoluxucu 



Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə