Adil niFTİ OĞlu məMMƏdov tibb elmləri namizədi



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə21/46
tarix26.03.2018
ölçüsü1,18 Mb.
#34529
1   ...   17   18   19   20   21   22   23   24   ...   46

 

 

 



83 

haqqında» qərar qəbul etmişdi. Həmin qərarda göstərilirdi: 

vilayət Qırmızı Aypara Cəmiyyətinə tapşırılsın ki, kənddə 

kolxoz  əhalisinə tibbi yardımı yaxşılaşdırmaq və kolxozçular 

arasında sanitariya  mədəniyyətini yüksəltmək məqsədi ilə 

kolxoz tibb bacıları kursu təşkil etsin.  Bununla əlaqədar olaraq 

respublika Qırmızı Aypara Cəmiyyəti yanında təşkil edilən 

kursdan 127 kolxoz tibb bacısı buraxıldı.

1

      


Müharibə illərində respublikada vətən müharibəsi  

əlillərinə geniş miqyasda tibbi yardım təşkil edilmişdi. Onlara 

dövlət pensiyası, pulsuz protez verilir, yüksək dərəcədə 

ixtisaslı tibbi yardım göstərilirdi, xüsusi əlillər evi 

yaradılmışdı. Sanatoriya, istirahət evləri və sağlamlıq 

ocaqlarının geniş şəbəkəsi onlara xidmət göstərirdi.

2

   


Naxçıvan MSSR-in səhiyyə orqanları  tərəfindən Vətən 

müharibəsi  əlillərinə  əlillik dərəcələrinə görə göstərilən tibbi 

xidməti təsvir etmək üçün bəzi rəqəmləri nəzərdən keçirək. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



_________________ 

1

 Naxçıvan MSSR MDA. F.17, siyahı 8, qovluq 5, səh.29. 



2

 Yenə orada, qovluq 110, səh.5.

 

 

 



 

84

17-ci cədvəl 



 

Əlillərin əlillik dərəcələrinə görə qruplara 

bölünməsi  haqqında məlumat 

 

1944-cü il 



1945-ci il 

I qr. 


II qr. 

III qr. 


cəmi 

I qr. 


II qr. 

III qr. 


cəmi 

18  557 1097 1672 15 502 1254 1771 

 

1942-ci ilin dekabr ayında respublikanın bütün şəhər və 



rayon poliklinikalarında həkim  əmək eksport komissiyaları 

(HƏEK) təşkil olundu. 

Müharibənin ən ağır illərində belə Kommunist Partiyası 

və Sovet hökuməti ana və uşaqların sağlamlığının qorunmasına 

xüsusi qayğı göstərirdilər. 1942-ci il noyabrın 23-də SSRI 

Xalq Komissarları Soveti «Valideynsiz qalmış uşaqların təmin 

edilməsi haqqında» qərar qəbul etmişdi. 9 aydan sonra isə 

«Uşaqlara tibbi xidmət göstərilməsi sahəsində  səhiyyə 

orqanlarının və uşaq tərbiyə ocaqlarının işini və ehtiyacı olan 

uşaqların yeməyini yaxşılaşdırmaq tədbirləri haqqında» qərar 

çıxarılmışdı. 

1944-cü il iyunun  8-də SSRI Ali Sovetinin Rəyasət 

Heyəti «Hamilə qadınlara, çoxuşaqlı  və  tək analara dövlət 

köməyinin artırılması, ana və  uşaqların mühafizəsinin 

gücləndirilməsi, «Qəhrəman ana» fəxri adının, «Analıq şərəfi» 

ordeni və «Analıq medalı»nın təsis edilməsi haqqında» fərman 

qəbul etdi. Bununla əlaqədar olaraq Azərbaycan SSR Xalq 

Komissarları Soveti 3.12.1944-cü ildə uşaq tərbiyə ocaqlarının 

genişləndirilməsi, qadınlara və  uşaqlara tibbi xidmətin 

yaxşılaşdırılması haqqında qərar çıxardı. 

SSRI Xalq Komissarları Sovetinin 1944-cü il 10 noyabr 

tarixli qərarına uyğun olaraq 1945-ci ildə Naxçıvan MSSR 

Xalq Komissarları Soveti «Naxçıvan MSSR-də  uşaqlara 

müalicə – profilaktika yardımı, doğum evləri və qadın 

məsləhətxanaları üzrə inspektorlar haqqında» qərar qəbul etdi. 

Bu qərar  əsasında uşaq və qadınlara müalicə – profilaktika 

yardımını daha da yaxşılaşdırmaq məqsədilə 1945-ci ilin 

sentyabr ayında Naxçıvan MSSR Xalq Səhiyyə Komissarlığı 




 

 

 



85 

yanında uşaqlara müalicə – profilaktika yardımı üzrə baş 

inspektor, habelə doğum evləri və qadın məsləhətxanaları üzrə 

inspektor vəzifələri təsis edilmişdir. Eyni zamanda bütün rayon 

səhiyyə  şöbələrinə  uşaqlara müalicə – profilaktika yardımı 

üzrə inspektorlar verilmişdir.

1

  

Yuxarıda göstərilən qərarlarda nəzərdə tutulan tədbirləri 



yerinə yetirərək respublika Xalq Səhiyyə Komissarlığı uşaqlara 

və qadınlara tibbi xidməti daha da yaxşılaşdırmaq üçün bir çox 

işlər gördü. Uşaq xəstəxanalarında çarpayıların sayı artırıldı, 

körpə evlərinin, yay sağlamlıq meydançalarının  şəbəkəsi 

genişləndirildi. 

1943-cü ildə Naxçıvan  şəhərində 40 çarpayılıq məktəb 

uşaq sanatoriyası açıldı. 

Doğum çarpayılarının sayı 1940-cı ildəki 32-dən 1945-

ci ildə 51-ə çatdırıldı, yaslilərin sayı müvafiq olaraq 7-dən 9-a, 

uşaq baxçalarının sayı 24-dən 38-ə çatdırıldı. Bunlar o vaxtlar 

səhiyyə şöbələrinin nəzdində olmuşlar. 

Müharibə illərində Naxçıvan MSSR-də sanitariya 

maarifinin yaxşılaşdırılması üçün də tədbirlər görülürdü. Hələ 

1941-ci ildə respublika Xalq Səhiyyə Komissarlığı sanitariya 

maarifi şurası yaratmışdı. Bu şuraya 15 həkim daxil edilmişdi. 

Həmin ilin avqust ayında Naxçıvan MSSR Xalq Komissarları 

Soveti  əhali arasında sanitariya maarifi işini yaxşılaşdırmaq 

üçün xüsusi qərar qəbul etdi. Bu qərar  əsasında respublika 

sanitariya maarifi evi yanında sanitariya maarifinə dair 

filmlərin nümayiş etdirilməsi üçün yay kino – teatrı açıldı. 

Respublika tibb işçilərinin ixtisasının artırılmasına kömək 

etmək üçün 1945-ci ilin mart ayında sanitariya maarifi evi 

yanında olan tibb kitabxanası respublika elmi-tibb kitabxanası 

kimi yenidən təşkil edildi. 

Müharibənin törətdiyi çətinliklərə baxmayaraq

respublika tibb ocaqlarının şəbəkəsi ildən-ilə artırdı. 

Respublikanın rayonlarında 5 ambulatoriya, 10 həkim 

sahəsi, 33 feldşer məntəqəsi, 22 traxoma məntəqəsi, 7  

 

________________ 



1

 Naxçıvan MSSR MDA. F.17, siyahı 8, qovluq 22, səh.23.

 

 

 



 

86

malyariya məntəqəsi, 11 kənd doğum evi əhaliyə tibbi xidmət 



göstərmişdir.  Xəstəxanalarda çarpayıların miqdarı çoxalırdı. 

Belə ki, 1941-ci ildə 14 xəstəxana (9-u şəhərlərdə, 5-i 

kəndlərdə) və bu xəstəxanalarda 435 çarpayı (350-si 

şəhərlərdə, 85-i kəndlərdə) olduğu halda, 1945-ci ildə 

xəstəxanaların sayı 16-ya (9-u şəhərlərdə, 7-si kəndlərdə) və 

çarpayıların sayı 510-a (420-si şəhərlərdə, 90-ı  kəndlərdə)

1

 

çatmışdı. Xəstə  uşaqlar, yoluxucu xəstəliklər xəstəxanala-



rında, vərəmə tutulanlar üçün, cərrahiyə  və doğum 

çarpayılarının miqdarı xüsusilə artmışdı. Bunu aşağıdakı 18-ci 

cədvəldən görmək olar. 

 

18-ci cədvəl 



 

1941-1945-ci illərdə Naxçıvan MSSR-də 

çarpayıların sayı 

 

Illər 



Şəhərdə  

Kənddə  


Cəmi 

1941 350 

85 

435 


1942 406 

83 


489 

1943 380 

83 

463 


1944 405 

83 


488 

1945 420 

90 

510 


 

Cədvəldən göründüyü kimi 1941-ci ilə nisbətən 1945-ci 

ildə çarpayıların sayı 14,7% (şəhər yerlərində 16,7%, kənd 

yerlərində 5,6%) artmışdır.  

Böyük Vətən müharibəsinin ilk günlərində Muxtar 

respublikanın həkim və orta tibb işçilərinin xeyli hissəsi 

Vətənin çağırışına cavab olaraq Sovet Ordusu və Hərbi Dəniz 

Donanması sıralarına səfərbərliyə alındılar. 

Həkimlərdən Tofiq Sultanovu, Mehdi Bağırovu, Abbas 

Əliyevi,  Əbdüləli Tahirovu, Əkbər Ismayılovu, Camal 

Ibrahimovu,  Əkbər Fəttahovu, Valentina Suxovanı, Abdulla 

Abdullayevi,  Əzim Kazımovu, Hacı Mehdiyevi, Cabbar 

Cəfəırovu, orta tibb işçilərindən Dilbər Təhməzbə- 

_______________ 

1

 Azərbaycan SSR Səhiyyə nazirliyinin arxivi, F.1, siyahı 1, qovluq 



K-71. 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə