Adil niFTİ OĞlu məMMƏdov tibb elmləri namizədi



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə22/46
tarix26.03.2018
ölçüsü1,18 Mb.
#34529
1   ...   18   19   20   21   22   23   24   25   ...   46

 

 

 



87 

yovanı, Zərifə Camalbəyovanı, Xeyrənsə Abdullayevanı, 

Səffiyyə Sultanovanı və başqalarını göstərmək olar ki, onların 

da müharibənin başa çatmasında, düşmən üzərində  qələbədə 

xidmətləri olmuşdur. 

Müharibə illərində    səhiyyə orqanları qarşısında çox 

mühüm vəzifələr dururdu. Indi yerdə qalan kadrlarla gərgin 

işləmək tələb olunurdu. Belə ki, orduya səfərbər olunanları 

əvəz etmək lazım idi. 

Arxiv materiallarından göründüyü kimi  müharibə 

illərində tibb işçilərinin sayı artmamışdır. Aşağıda onlar 

haqqında məlumat qeyd edilir. 

19-cu cədvəl 

 

1940-1945-ci illərdə Naxçıvan MSSR-də 



həkim və orta tibb işçilərinin sayı 

 

Illər Həkimlər 



Orta tibb işçiləri 

1940 55 


200 

1941 40 


149 

1942 50 


201 

1943 49 


212 

1944 59 


206 

1945 54 


202 

 

Cədvəldən göründüyü kimi, 1941-ci ildə həkimlərin sayı 



1940-cı ildəkinə nisbətən 27,3%, orta tibb işçilərinin sayı isə 

25,5% azalmışdı. Bu, bir çox tibb işçilərinin Sovet Ordusu 

sıralarına səfərbərliyə alınması ilə əlaqədar idi. Yalnız 1945-ci 

ildə həkimlərin sayı 54 nəfərə, orta tibb işçilərinin sayı isə 202 

nəfərə, yəni 1940-cı il səviyyəsinə çatdı.

1

    



Müharibə illərində Naxçıvan tibb məktəbi orta tibb 

işçiləri hazırlamaqda idi. Onların bir çoxu məktəbi qurtaran 

kimi könüllü olaraq cəbhəyə getdilər. Məktəbi 1941-45-ci 

illərdə bitirənlər haqqında aşağıdakı cədvəldə 

______________ 

1

 Naxçıvan MSSR Səhiyyə Nazirliyinin arxivi. F.17, siyahı 3, qovluq 



53, səh.40.

 

 



 

 

88



20-ci cədvəl 

 

1941-1945-ci illərdə Naxçıvan tibb məktəbində orta tibb 



kadrlarının hazırlanması haqqında məlumat 

 

I l l ə r 



 

1941 1942 1943 1944 1945 cəmi 

Feldşerlər  68 60 25 -  - 153 

Mamalar 


- 20 - - - 20 

Tibb bacıları  23  15  -  36 16 90 

Əczaçı  

22 


17 



39 


Cəmi 113 

112 


25 

36 


16 

302 


 

məlumat verilib. 

Cədvəldən göründüyü kimi müharibə davam etdiyi 

müddətdə bu məktəb 153 feldşer, 20 mama, 90 tibb bacısı və 

39 əczaçı hazırlamışdır

1

.  



1943-cü il avqustun 22-də SSRI Xalq Komissarları 

Soveti ilə Kommunist Partiyasının Mərkəzi Komitəsi «Alman 

faşist işğalçılarından azad edilmiş rayonlarda təsərrüfatı bərpa 

etməyin mühüm tədbirləri haqqında» qərar qəbul etdilər. Bu 

qərar səhiyyə orqanlarından müharibənin sanitariya işinə 

vurduğu yaraları ardıcıl surətdə sağaltmağı  və müharibə 

əllillərinə geniş surətdə yardım göstərməyi tələb edirdi. 

Arxiv sənədlərindən görünür ki, Naxçıvan MSSR 

səhiyyə orqanları partiya və hökumətin qərarına  əməli işlərlə 

cavab vermişlər. 1943-cü ilin sentyabrında müalicə – sanitariya 

ocaqlarını  bərpa etməkdə  və  zəhmətkeşlərə tibbi – sanitariya 

xidmətini genişləndirməkdə Ukrayna Çerkassı vilayətinin 

səhiyyə orqanlarına kömək etmək üçün Naxçıvan MSSR Xalq 

Səhiyyə Komissarlığı  və onun yerli orqanları yanında xüsusi 

komissiyalar təşkil edilmişdi. Bu komissiyalar Çerkassı 

vilayəti səhiyyə orqanlarına hazırladıqları müəyyən plan 

əsasında yardım göstərirdilər

2



______________ 

1

 Naxçıvan MSSR Səhiyyə Nazirliyinin arxivi. F.17, siyahı 3, qovluq 



53, səh.40. 

2

 Naxçıvan MSSR Səhiyyə Nazirliyinin arxivi. F.17, siyahı 2, qovluq 



109, səh.75.

 



 

 

 



89 

Müharibə dövrünün çətinliklərinə baxmayaraq, 

respublikada səhiyyə  işlərinə ayrılan vəsait artdı. Bunu 

aşağıdakı cədvəldən görmək olar. 

 

21-ci cədvəl 



 

Naxçıvan MSSR-in səhiyyəsinin 1941-1945-ci 

illərə  aid büdcəsi 

 

Illər Ilə təyin olunan vəsait (min manatla) 



1941 6985,3 

1942 5363,4 

1943 5232,0 

1944 5917,8 

1945 7434,6 

O vaxtkı valyuta  məzənnəsi ilə 

 

Cədvəldən göründüyü kimi yalnız 1942-1943-cü 



illərdə büdcə bir qədər azalmışdır. Lakin artıq 1945-ci ildə 

1941-ci ilə nisbətən büdcə vəsaiti 6,4% artmışdır. 

Beləliklə, Böyük Vətən müharibəsi illərində ölkənin 

bütün səhiyyə işçiləri kimi Naxçıvan MSRR-nin tibb işçiləri də 

əmək cəbhəsində  qəhrəmancasına çalışmış  və sovet 

vətənpərvərliyinin timsalı olmuş, eyni zamanda, sovet xalqının 

alman faşizminə və yapon militaristlərinə çaldığı qələbə işində 

böyük xidmət göstərmişlər. 

 

 

 



 

 

N Ə T I C Ə 

 

1. Böyük Vətən müharibəsi Naxçıvan MSSR-in səhiyyə 



işçiləri üçün də böyük sınaq oldu. O illərdə  qəhrəmancasına 

çalışaraq özlərini vətənpərvərlik nümunəsi kimi  göstərdilər. 

2. Müharibə illərində  səhiyyə  işçilərinin gərgin  əməyi 

nəticəsində onlar bütün çətinlikləri aradan qaldırmaq üçün 

səylə çalışdılar. Tibb müəssisələrinin və çarpayıların sayı artdı. 

 

 



 

90

3. Müharibənin ilk illərində Naxçıvan MSSR-i Xalq 



Səhiyyə Komissarlığı  və onun yerli orqanları yanında 

yaradılan epidemiyaya qarşı fövqəladə komissiyalar 

respublikada sanitar – epidemiya əminamanlığına böyük 

kömək etdi. Kompleks tədbirlərin vaxtında həyata keçirilməsi 

nəticəsində müharibənin çox sərt illərində respublikanın əhalisi 

kütləvi epidemiyanı görmədi. 

4. Müharibə illərində Naxçıvan MSSR-i Xalq 

Komissarlar Sovetinin çıxardığı  qərarlar vərəmə qarşı 

mübarizənin müvəffəqiyyətlə aparılması  işinə kömək etdi. 

Sənaye müəssisələrində  işləyənlərə, Vətən müharibəsi 

əlillərinə, kolxozçulara göstərilən tibb xidmətin yaxşılaş-

dırılmasına, ana və  uşaqların mühafizəsinə, kolxoz tibb 

bacılarının hazırlanmasına, sanitar maarifinin geniş 

yayılmasına şərait yaratdı. 

 



Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə