Adil niFTİ OĞlu məMMƏdov tibb elmləri namizədi



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə24/46
tarix26.03.2018
ölçüsü1,18 Mb.
#34529
1   ...   20   21   22   23   24   25   26   27   ...   46

 

 

 



95 

Həmçinin onkoloji çarpayılar respublika dispanserində 

açılmışdır. 

Müharibə illərindən sonra  səhiyyə  kənd yerlərində 

intensiv inkişaf etdi. Müalicə – profilaktika şəbəkəsi ilbə-il 

artdı, kənddə  həkimlərin sayı çoxaldı,  əhaliyə göstərilən tibbi 

xidmətin keyfiyyəti yaxşılaşdı, rayon xəstəxanaları 

möhkəmləndi, kənd  əhalisinə tibbi xidmətin ixtisaslaşdırılmış 

növü təkmilləşdi. 

Rayon xəstəxanaları  təşkilatı  mərkəz kimi əhaliyə 

ixtisaslaşdırılmış tibbi xidmətin geniş surətdə göstərilməsini 

təmin etməklə    kənd sahə  xəstəxanalarının müalicə – 

profilaktika işlərinə, həm də rəhbərlik edirdi. 

Respublika xəstəxanası  təşkilatı – metodik mərkəz 

kimi bir tərəfdən rayon xəstəxanalarının işinin keyfiyyətinin 

qaldırılmasına, o biri tərəfdən kənd  əhalisinə yüksək ixtisaslı 

müalicə göstərilməsinə yaxından köməklik edirdi. 

Tarla işlərinin vaxtında kənd  əhalisinə tibbi köməyi 

yaxınlaşdırmaq və yaxşılaşdırmaq üçün respublikanın 

şəhərlərindən vaxtaşırı ixtisaslaşdırılmış briqadalar kəndlərə 

göndərilirdi. Briqadaların tərkibində terapevt, cərrah, ftiziatr, 

veneroloq, sanitar həkim, ginekoloq, göz həkimi və başqaları 

olurdu. 

Naxçıvan MSSR-də müharibə illərindən sonra tibbi 

şəbəkənin artması ilə  bərabər tibbi kadrların sayı da 

çoxalmışdır.

1

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



96

_______________ 

1

 Azərbaycan SSR-i Səhiyyə nazirliyinin arxivi, F.1, siyahı 1, qovluq 



66-79, səh.17-105.

 



 

 

 



97 

23-cü cədvəl 

 

Naxçıvan MSSR-də 1945-1952-ci illərdə 



tibbi kadrların artması haqqında 

 

Həkimlərin sayı (diş 



həkimlərsiz) 

Orta tibb işçilərinin sayı 

Illər 

Şəhər  


Kənd  

Cəmi  


Şəhər  

Kənd  


Cəmi  

1945 38 16 54 64 138  202 

1946 52 16 68 119 158  277 

1947 67 30 97 123 178  301 

1948 81  35  116 160 224 

384 


1949 95  22  117 203 207 

410 


1950 107 24 131 235 223 

458 


1951 102 21 123 211 217 

428 


1952 109 19 128 281 227 

508 


 

Göstərilən rəqəmlərdən aydın olur ki, 1952-ci ildə 

həkimlərin sayı 1945-ci ilə nisbətən 2,4 dəfə, orta tibb 

işçilərinin sayı 2,5 dəfə artmışdır. 

Tibb işçilərinin ixtisaslaşması  və  təkmilləşməsinə  də 

daim diqqət verilirdi. 

Təkcə 1947-ci ildə 23,0%-dən çox həkim cürbə-cür 

ixtisaslaşma və təkmilləşmə kurslarında olmuşlar. 

Orta tibb işçilərini hazırlamaq üçün və dezinfektorları, 

banifikatorları  və xinizatorları  təkrar hazırlamaq üçün qısa 

müddətli kurslar təşkil edilirdi.

1

  



Naxçıvan MSSR-i səhiyyə orqanları müharibə illərindən sonra 

ana və  uşaqların mühafizəsinin yaxşılaşması üçün geniş 

tədbirlər həyata  keçirdilər. 1948-ci ilin oktyabr ayında 

kolxozçu hamilə qadınların səhhətinin qorunması  məqsədilə 

kolxoz doğum evləri təşkil edildi.

2

  



Uşaq çarpayılarının sayı 1953-cü ildə 1945-ci ilə 

nisbətən 1,7 dəfə, doğum çarpayılarının sayı 1,3 dəfə, o  

 

_______________ 



1

 Naxçıvan MSSR-i Səhiyyə nazirliyinin arxivi, f.17, siyahı 2, qovluq 

153, səh.65. 

2

 Yenə orada.



 

 

 



 

98

cümlədən kənd yerlərində – 2,4 dəfə artmışdır. 1953-cü ildə 



daimi yaslilərin sayı 1945-ci ilə nisbətən 9-dan 14-ə, onlarda 

olan yerlərin sayı eyni ilə 1,3 dəfə çox olmuşdur. 

1947-1949-cu illərdə Naxçıvan  şəhərində yeni qadın 

məsləhətxanası, Ordubad, Culfa və  Şahbuz rayonlarında isə 

uşaq və qadın məsləhətxanaları  təşkil olundu. Bu illərdə 

fəaliyyət göstərən feldşer və mama məntəqələri birləşdirilərək 

feldşer-mama məntəqəsi adlandırıldı. 

Belə  dəyişiklik tibbi yardımın, xüsusən uşaqlara və 

qadınlara göstərilən köməyin yaxşılaşdırılmasına səbəb oldu. 

Bundan başqa feldşer-mama məntəqələrinin sayı artdı. 1953-cü 

ildə artıq respublikada belə məntəqələrin sayı 54-ə çatdı. 

1953-cü ildə  uşaq və qadın müəssisələrinin sayı 1945-ci 

ilə nisbətən 2 dəfə artdı. 1953-cü ildə artıq hər rayonda uşaq və 

qadın məsləhətxanaları var idi. Bundan başqa Naxçıvan uşaq 

xəstəxanasında ixtisaslaşdırılmış kabinələr: - burun-qulaq-

boğaz, nevroloji, dəri və göz xəstəlikləri – təşkil edilir.  

Uşaqlara göstərilən müalicə – profilaktika xidmətini 

daha da yaxşılaşdırmaq məqsədilə rayon uşaq 

məsləhətxanalarında çalışan həkim – pediatrlar ambulatori-

yada böyük yaşlı  uşaqları  qəbul etməyə başladılar və bütün 

yaşlardan olan uşaqlara stasionarda xidmət etdilər. Həkim 

ginekoloqlar hamilə 

və 

xəstə qadınlara qadın 



məsləhətxanalarında qəbul təşkil etdilər, həmçinin doğum 

şöbələrində  işləyərək ginekoloji xəstələrə stasionarda kömək 

göstərdilər. 

1948-50-ci illərdə  səhiyyə büdcəsinin artması  əsasən o 

illərdə respublikada tikilən səhiyyə obyektlərinin hesabına 

olmuşdur. Bu illərdə Ordubad şəhərində uşaq yaslisi, Noraşen 

rayonunun (indiki Şərur) Qarabağlar kəndində  kənd 

xəstəxanası, Naxçıvan şəhərində həkimlər üçün  yaşayış binası 

tikildi. Habelə  Batabat    yaylağında yerli   sağlamlaşdırıcı 

«meydança» – istirahət evi tikilib istifadəyə verildi.

1

   


________________

 

1



 Naxçıvan MSSR-i səhiyyə nazirliyinin arxivi, F.17, siyahı 3, qovluq 

135, səh.80.

 



Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə