Adil niFTİ OĞlu məMMƏdov tibb elmləri namizədi



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə2/46
tarix26.03.2018
ölçüsü1,18 Mb.
#34529
1   2   3   4   5   6   7   8   9   ...   46

 

 

 



yazdığı kitabda bu fraqmentlərin  əksərindən geniş istifadə 

olunmuşdur. Bunu nəzərə  alaraq oxuculardan xahiş olunur ki, 

bu monoqrafiyada cümlələrin, cədvəllərin, rəqəmlərin üst-üstə 

düşməsinə, təkrarlanmasına rast gələndə heç də 

təəccüblənməsinlər. 

Bu monoqrafiya hər şeydən əvvəl tarixi əhəmiyyət kəsb 

edir. Burada Naxçıvanın sovetləşməsinin ilk illərində, bərpa, 

quruculuq və müharibənin ağır, acılı illərində səhiyyənin tarixi 

və  mərhələli inkişafı ilə  bərabər respublikanın tibb 

kollektivinin, xüsusən səhiyyə  təşkilatçılarının fədakar  əməyi, 

əzmlə    və  səylə  işə can yandırmaları da göstərilib. Onların 

səhiyyənin bazasının möhkəmləndirilməsinə, 

əhalinin 

sağlamlaşdırılmasına, sanitar-sağlamlaşdırıcı 

tədbirlərin 

vaxtında həyata keçirilməsinə  sərf etdikləri səmərəli  əməyi, 

göstərdikləri xidməti işıqlandırmağa cəhd etmişik. 

Nə  qədər buna nail olmuşuq, onu oxucuların 

mülahizəsinə veririk. 

 

 

 



8

I FƏSIL.  

 

SOVET HAKIMIYYƏTININ QƏLƏBƏSINƏ 

QƏDƏR NAXÇIVANDA TIBB XIDMƏTININ 

INKIŞAF TARIXI (1828-1920-ci illər) 

 

Naxçıvanın qədim tarixi var. Naxçıvanın indiki 



ərazisində o vaxtlar məskunlaşan tayfalar, maddi mədəni 

qədim abidələr Neolit dövrünə (e.ə.7-6-cı minillər) aiddir. 

Çoxsaylı maddi mədəni memarlıq abidələri göstərir ki, 

Naxçıvan çox keçmişdə özünün yüksək mədəniyyəti ilə yaxın 

şərqdə şöhrət  tapmışdır. 

VIII-X  əsrlərdə Naxçıvan, Culfa, Ordubad iri peşə-

ticarət mərkəzi olmuşdur.  

VII-XIV  əsrlərdə Naxçıvan Sacilər, Səlcuqlar, 

Eldənizlər, Monqollar dövlətlərinin tərkibində olmuşdur. 

XV-XVI  əsrlərdə Naxçıvan yarım köçəri feodal 

dövlətlərin – Qaraqoyunlu, Ağqoyunlu və  Səfəvilər 

dövlətlərinin tərkibində olmuşdur. 

1903-cü ildə I Şah Abbasın qoşunları  tərəfindən 

dağıdılmışdır. XVIII əsrin əvvəllərində isə  Şəhər Nadir Şahın 

qoşunları tərəfindən tutulmuşdur. 

Özünün çoxillik tarixi ərzində Naxçıvan yadellilər 

tərəfindən işğal edilmiş, dəfələrlə dağıdılmış  və talan 

edilmişdir. 

Lakin nə yadelli qoşunların basqınları, nə  əsarət altına 

salmaq cəhdləri, nə də onun qarət edilməsi xalqın vətənə olan 

məhəbbətini söndürə bilməmişdir. Onlar silahlanaraq öz 

torpağı, ailəsi və uşaqları uğrunda vuruşdular. 

XVIII əsrin ortalarında yarımmüstəqil Naxçıvan xanlığı 

yaradıldı. 

1826-28-ci illərdə Rusiya-Iran müharibəsi gedişində 

1827-ci ilin iyununda rus qoşunları Naxçıvanı  zəbt etdilər. 

Türkmənçay müqaviləsinə  əsasən Naxçıvan xanlığı Irəvan 

xanlığı ilə birlikdə Rusiyaya birləşdirildi.  Çar höküməti  

Irandan və Türkiyədən minlərlə erməni  ailəsini Naxçıvan 

Xanlığı ərazisinə köçürmüşdür.  1828-ci ilədək azərbaycanlılar 

diyarın  əhalisinin 92%-ni təşkil edirdilərsə, 1897-ci ildə bu 



 

 

 



66,3%-ə enmiş, ermənilərin sayı isə artaraq 32,7%-ə 

çatmışdır.

Naxçıvan diyarı Çar hökumətinin Qafqazda apardığı 



inzibati islahata (10 aprel 1840) əsasən Gürcüstan-Imperiya 

quberniyasının tərkibində Naxçıvan qəzası kimi (1841) təşkil 

edilmiş, sonra isə (1849-cu ildə) Irəvan quberniyasının 

tərkibinə keçirilmişdi. 

Ilk  əvvəl Naxçıvan  ərazisində iki qəza (Naxçıvan və 

Ordubad) olub, sonralar isə (1867-ci ildə) bu qəzalar 

birləşdirilərək bir qəza – Naxçıvan qəzası adlanır. 

1870-ci ildə    Irəvan quberniyasının tərkibində növbəti 

qəza – Şərur-Dərələyəz qəzası  təşkil edilir. Bu iki polis 

sahəsindən – Şərur (I sahə) və Dərələyəz (II sahə) ibarət olur. 

Biz yalnız I sahədə (Şərur) məskunlaşan kənd əhalisinə 

göstərilən tibbi xidmət haqqında tam məlumat verəcəyik. O ki, 

qaldı II sahəyə (Dərələyəz), burada kənd  əhalisinə göstərilən 

tibbi xidmətə aid cüzi məlumat olduğundan onu təsvir etmək 

mümkün olmadı. Ona görə  gələcəkdə  Şərur-Dərələyəz qəzası 

sadəcə olaraq Şərur qəzası kimi göstəriləcək. 

Beləliklə Naxçıvan diyarında, Sovet hakimiyyəti  

qurulanadək, iki qəza (Naxçıvan və  Şərur-Dərələyəz) 

olmuşdur. 

Naxçıvanın Rusiya imperiyasının tərkibinə keçirilməsi

onu özünün ucqar  müstəmləkəsinə çevirsə də obyektiv olaraq 

xarici hücumlardan, ara müharibələrinin, feodal çəkişmələrinin 

törətdiyi bəlalardan xilas etdi. 

Azərbaycanın böyük filosofu, dramaturqu və 

maarifpərvəri Mirzə  Fətəli Axundov ölümündən bir il qabaq, 

1877-ci ildə Azərbaycanın görkəmli maarifpərvəri və ictimai 

xadimi Həsən bəy Zərdabiyə  yazdığı  məktublarının birində 

Azərbaycanın Rusiya tərkibinə daxil olması  nəticəsində onun 

yadellilərin  basqını    təhlükəsindən  qurtarmasının 

əhəmiyyətindən danışaraq qeyd etmişdi: «Heç olmazsa ona 

minnətdar ol ki, biz Rusiya dövlətinin  

_______________ 

1

 Naxçıvan Ensiklopediyası. «Azərbaycan Elmlər Akademiyası». 



Bakı, 2002-ci il, səh. 385, 517

 

 



 

 

10



himayəsi sayəsində keçmişdə sonsuz işğalçı orduların saysız 

basqın və talanlarından xilas olduq və  nəhayət, rahatlıq  əldə 

etdik»

1



Bununla belə tarixi materiallar göstərir ki, Çar Rusiyası 

Cənubi Qafqazı  ələ keçirməkdə  məqsədi öz iqtisadi və siyasi 

maraqlarını  əsas tutaraq müstəmləkəlik siyasətini həyata 

keçirmişdir. 

Naxçıvanda Sovet hakimiyyətinin qələbəsi dövrünə 

qədər olan illərdə  səhiyyə  işlərinin vəziyyətini təsvir etmək 

üçün bəzi tarixi məlumatları nəzərdən keçirək. 

Naxçıvanda inqilaba qədər işləmiş  həkimlərin verdiyi 

məlumatlardan aydın olur ki, Rusiyanın tərkibinə daxil olana 

qədər Naxçıvanda heç bir xəstəxana və  həkim olmamışdır. 

Əhali tibbi yardım almaq üçün ara həkimlərinə, mollalara, 

seyidlərə, dərvişlərə, falçılara müraciət edirdi. 

Şərur qəzasının həkimi H.Səfiyev qəzada ilk xəstəxana 

açılana qədər olan dövrü təsvir edərək yazır: «…O vaxta qədər 

(1889-cu ilədək, yəni ilk xəstəxana açılana qədər) əhali ancaq 

ara həkimləri və dəlləklərin köməyi ilə keçinirdi…»

2

.  


Insanın anatomiyası, fiziologiyası  və  xəstəliklərin 

mahiyyəti barəsində heç bir təsəvvürü olmayan bu cür 

başabəla«həkimlərin» günahı üzündən hər il  yüzlərlə adam, o 

cümlədən körpə uşaq onların qurbanı olurdu. 

«Irəvan quberniyasında səhiyyə  işlərinin müasir 

vəziyyəti» adlı  məqalədə aparılan türkəçarə müalicə üsulları 

tənqid edilərək belə yazılır: «Ehtimal ki, bəşəriyyətin  əmələ 

gəlməsi ilə bir gündə yaranan xalq təbabəti hələ bu günə qədər 

uşaqlıq dövründə qalmış, onda sadəlik və  uşağa aid 

xüsusiyyətlər çoxdur. Doğrudan da məsələn, xəstənin heyvan 

dərisinə salınması, qanaxmanın peyinlə dayandırılması, 

yaranın üstünə nəcisdən məlhəm qoyulması,  ovsun  oxunması,  

cadulama  və  s.  bu   kimi 

 

_________________________ 



1

 «Əkinçi» qəzeti, 1877-ci il, №2. 

2

 Qafqaz mülki idarələrində xidmət edən həkimlərin birinci 



qurultayının əsərləri, II cild, 2-ci buraxılış, Tiflis, 1916, səh.54. 

müalicə  üsullarını başqa cür necə izah etmək olar?…»

1




Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə