Adil niFTİ OĞlu məMMƏdov tibb elmləri namizədi



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə9/46
tarix26.03.2018
ölçüsü1,18 Mb.
#34529
1   ...   5   6   7   8   9   10   11   12   ...   46

 

 

 



35 

qəzasında 1906-cı ildə – 4621 nəfər, 1907-ci ildə – 3749 nəfər, 

1908-ci ildə – 893 nəfər, 1909-cu ildə – 6575 nəfər və 1910-cu 

ildə 5476 malyariyalı xəstə qeydə alınmışdı. 

Malyariya xəstəliyinin gedişi haqqında verilən 

məlumatların birində  xəstəliyin törətdiyi ağırlaşmalar 

xarakterizə edilərək göstərilir ki, malyariyanın təsirindən 

hamilə qadınlarda tez-tez uşaqsalma və vaxtından əvvəl doğuş 

hadisələri baş verir, habelə zahılıq dövrü yüksək temperatur, 

daxili cinsiyyət üzvlərinin müxtəlif səbəblərdən ağırlaşması ilə 

nəticələnir ki, bu da çox vaxt zahı qadının ölümünə  səbəb 

olurdu. 


Müəllif qeyd edir ki, xroniki malyariya nəticəsində 

qanazlığı müşahidə edilən qadınların bir neçəsində illərlə 

aybaşı olmur

1



Kənd həkimi Kantakuzinin müşahidəsinə  əsasən 1909-

cu ildə malyariya epidemiyası zamanı Naxçıvan  şəhərində 

uşaqsalma və vaxtından qabaq doğuşdan sonra ağırlaşmış, 

uzun sürən uşaqlıq qanaxması və s. səbəblər üzündən 100-dən 

çox qadın (çoxusu cavan yaşlarda) ölmüşdür. 

Beləliklə, öz-özlüyündə aydın olur ki, inqilabdan, 

qabaqkı Naxçıvanda  əhalinin təbii artımının son dərəcə 

azalması, ölümün, xüsusən uşaq ölümünün çoxalmasına səbəb 

– yuxarıda göstərildiyi kimi – xəstəliklərin geniş surətdə 

yayılması, yaşayış  şəraitinin aşağı  səviyyədə olması idi. 

«Naxçıvan MSSR»-i kitabının müəllifi A.Nadirov bu barədə 

haqlı olaraq yazır: «Sovet hakimiyyəti qurulmamışdan  əvvəl 

Naxçıvan MSSR-nin hazırki  ərazisində  əhalinin təbii artımı 

son dərəcə  aşağı idi. Bunun əsas səbəbi, hər  şeydən  əvvəl, o 

zaman  əhalinin  ən geniş kütlələrinin iqtisadi vəziyyətinin 

olduqca ağır olması, habelə malyariya, səpgili yatalaq və başqa 

bu kimi ağır xəstəliklərin yayılması… idi.

2

 



 

_________________ 

1

 Həkim Malyujenko M. Irəvan quberniyasının 1912-ci ilə aid yaddaş 



kitabı, VII fəsil, Irəvan, 1912, səh.35 

2

 A.Nadirov. Naxçıvan MSSR (iqtisadi-coğrafi oçerk), Bakı, 1959, 



səh.39.

 

6-cı cədvəl 



 

 

 



36

 

1904-1910-cu illərdə Naxçıvan və Şərur qəzalarında 



əhalinin təbii artıb-əksilməsi haqqında məlumat

     



Doğulanların 

sayı 


Ölənlərin sayı 

Təbii artım 

Ill

ər 


Ə

halinin


 say

ı 

 



Mütl

əq 


ml



ərl

ə 

 



H

ər 1000 




 gör

ə 

Mütl



əq 



ml

ərl


ə 

H

ər 1000 





 gör

ə 

Mütl



əq 



ml

ərl


ə 

H

ər 1000 





 gör

ə 

1904 152865  3880  25,4 3428  22,4 452  3,0 



1906 153769  3185  20,7 2614  17,0 571  3,7 

1908 154911  4543  29,3 3382  21,8 1161  7,5 

1910 157232  4864  30,9 3269  20,8 1594  10,1 

 

Elə illər də olmuşdur ki, (1904-cü ildə), hər 1000 



nəfərə düşən təbii artım 3-ə, ölüm 22,4-ə, doğum isə 25,4-ə 

çatmışdır. Deyilənləri daha düzgün başa düşmək üçün 

Naxçıvan və Şərur qəzalarında 1910-cu ildə əhalinin hər 1000 

nəfərinə düşən doğumu, ölümü və təbii artımı Azərbaycan SSR 

və Naxçıvan MSSR-in 1962-ci ilə aid göstəriciləri ilə 

müqayisə edək: 

 

 Doğum Ölüm Təbii artım 



Keçmiş Naxçıvan (1910-cu ildə 30,9 20,8  10,1 

Naxçıvan MSSR (1962-ci ildə) 47,7 7,8  39,9 

Azərbaycan SSR (1962-ci ildə) 40,3 7,4  32,9 

SSRI (1962-ci ildə) 22,5 

7,5 

15,0 


 

________________ 

1

 Bu cədvəli tərtib edərkən Irəvan quberniyasının 1904-1910-cu illərə 



aid yaddaş kitabından istifadə edilmişdir. 

 



 

 

 



37 

Ağır iqtisadi vəziyyət və çar hökumətinin Naxçıvan 

əhalisinə etinasızlığı  nəticəsində yüksək xəstələnmə  və ölüm 

halı ilə yanaşı əlillik də artırdı. Belə hadisə 1897-ci ildə Rusiya 

imperiyasının  əhalisinin birinci siyahıya alınmasında qeyd 

edilmişdir. 

7-ci cədvəl 

 

1897-ci ildə əhalinin siyahıya alınmasında əlillik 



haqqında məlumat 

 

Əlillərin sayı 



Qəzalar və şəhərlər 

Əhalinin 

sayı 

Korlar  


Kar və 

lallar 


Ağıldan 

kəm 


Cəmi 

Naxçıvan şəhəri  8790 26 4  5 35 

Ordubad şəhəri 4611 8 - 1 9 

Naxçıvan qəzası 

(şəhərlə birlikdə) 

100771 304 73  68 445 

Şərur qəzası 

38269 101 30  20 151 

Hər iki qəzada 

CƏMI 


139040 405 103 88 596 

 

Məlumatdan aydın olur ki, əhalinin hər 1000 nəfərinə 



düşən əlillərin sayı belə olub: 

Naxçıvan  şəhəri üzrə – korlar 2,9; kar və lallar – 0,4; 

ağıldan kəmlər – 0,6; cəmi əlillər – 3,9; 

Ordubad şəhəri üzrə - korlar 2,7; ağıldan kəmlər – 0,2; 

cəmi əlillər – 1,9; 

Naxçıvan qəzası üzrə  (şəhərlərlə birlikdə) - korlar 0,3; 

kar və lallar – 0,7; ağıldan kəmlər – 0,7; cəmi əlillər – 4,4; 

Şərur qəzası üzrə - korlar 2,6; kar və lallar – 0,8; ağıldan 

kəmlər – 0,5; cəmi əlillər – 3,9; 

Hər iki qəza üzrə - korlar 2,9; kar və lallar – 0,7; ağıldan 

kəmlər – 0,6; cəmi əlillər – 4,2. 

Çar hökumətinin devrilməsinə  qədər Naxçıvanda 

səhiyyə işlərinin kədərli tarixi belə olmuşdur. 

1917-ci il fevral inqilabından sonra Naxçıvanda 

müvəqqəti hökumətin və Xüsusi Cənubi Qafqaz Komitəsinin 

yerli hakimiyyət orqanları formal olaraq yaradıldı. Bu yeni 

 

 

 



38

hakimiyyət  əslində devrilmiş çar üsuli-idarəsindən çox az 

fərqlənirdi. 

1917-20-ci illərdə Naxçıvan və  Şərur qəzaları 

daşnakların və onların ingilis – amerikan ağalarının əlində idi. 

Bu ağalar Naxçıvan və Şərur qəzalarında yaşayan xalqları bir-

biri ilə salışdırır, onlar arasında qırğın törədirdilər. Onların 

yeritdikləri düzgün olmayan siyasətin nəticəsində yüzlərlə 

adam milli qırğınların qurbanı oldu. 

Ölkədə olan bu acınacaqlı vəziyyəti görən həkim və orta 

təhsilli tibb işçiləri öz şəxsi təhlükəsizliklərini təmin etmək 

üçün qəzanı  tərk edirlər. Beləliklə, 1917-1920-ci illərdə 

əhaliyə göstərilən tibbi xidmət son dərəcə xarablaşır. Təkcə 

bunu göstərmək kifayətdir ki, 1920-ci ildə  hər iki qəzada bir 

həkim və bir neçə orta təhsilli tibb işçisi var idi. 

Bu illərlə statistik məlumatlar saxlanılmadığından 

əhaliyə göstərilən tibbi xidmət haqqında məlumat yoxdur. 

Amma bir sıra materiallardan aydın olur ki, həmin illərdə 

xəstəliklər və aclıq nəticəsində gündə 40-50 adam ölürmüş. 

1918-22-ci illərdə Naxçıvanda həkim işləmiş (1920-ci 

ildə o, ilk səhiyyə komissarı olmuşdur)  Əli Abbas oğlu 

Abbasov 1918-20-ci illərdəki həkimlik fəaliyyətindən 

danışarkən qeyd edib ki, «o illərdə Naxçıvanda səhiyyə  işləri 

olduqca acınacaqlı  vəziyyətdə idi.» O, təkbaşına işləmək 

məcburiyyətində olub. 1918-ci ildə Naxçıvana gələndə burada 

1910-cu ildən həkimlik edən, əhali arasında  yaxşı mütəxəssis 

kimi qiymətləndirilən, böyük təcrübəyə malik olan K.Qilneri 

və E.Şenqelini görür. Az vaxt içində onlar, bütün orta tibb 

işçiləri və yeganə mama şəxsi təhlükəsizliklərini qorumaq 

məqsədilə  qəzanı  tərk edirlər. Bu səbəbdən  Ə.Abbasov 

müraciət edən xəstələrə  tək başına, qəbul otağında, kömək 

göstərir. Ağır xəstələrə isə evlərdə yardım edir. O illərdə 

dərman çatışmayıb, peyvənd materialının olmaması üzündən 

uşaqlar arasında çiçək xəstəliyi günü-gündən artırmış. Xüsusilə 

qaçqınlar arasında ağır xəstələrin sayı daha çox olmuşdur. 

Beləliklə, göstərilən, hətta az-maz materiallardan məlum 

olur ki, 1917-20-ci illərdə  səhiyyənin vəziyyəti dözülməz 

dərəcədə pisləşib. Olub-qalan tibb şəbəkəsi dağıdılıb, tibbi 

kadrlar ölkəni tərk edib, yerlərdə sanitar vəziyyəti kəskin 



Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə