Adil niFTİ OĞlu məMMƏdov tibb elmləri namizədi



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə6/46
tarix26.03.2018
ölçüsü1,18 Mb.
#34529
1   2   3   4   5   6   7   8   9   ...   46

 

 

 



23 

 (Şərur qəzası) qəbul otaqları kənd xəstəxanasına çevrildi. Hər 

bir xəstəxanada 6 çarpayı oldu. Beləliklə Başnoraşen qəbul 

otağı öz yerində qaldı, amma Cəhri kəndindəki qəbul otağı 

Naxçıvan şəhərinə köçürüldü. 

Naxçıvan qəzasının Cənnəb kəndində isə feldşer 

məntəqəsi açıldı: b) ikinci dövrdə – fevral ayı 1908-ci ildə  

Cənnəb kəndində 6 çarpayılıq yeni xəstəxana açıldı. Orada 

olan feldşer məntəqəsi isə Naxçıvan qəzasının  Əbrəqunus 

kəndinə köçürüldü. Bundan başqa Naxçıvan qəzasının Cəhri 

kəndində,  Şərur qəzasının Xanlıqlar kəndində yeni feldşer 

məntəqəsi açıldı. 

Qeyd etmək lazımdır ki, o zamanlar şəhər əhalisinə tibbi 

xidmət göstərmək üçün heç bir xəstəxana yox idi. Ona görə 

Naxçıvan  şəhərində yaşayanlara tibbi yardım göstərmək 

məqsədi ilə  əlacsızlıqdan Cəhri kəndində olan 6 çarpayılıq 

kənd xəstəxanası 1905-ci ildə Naxçıvan  şəhərinə köçürülür. 

Naxçıvan  şəhər ictimai-idarə  üsulu tərəfindən həmin 

xəstəxanada 2 çarpayı artıq saxlamaq üçün ildə 1500 man. 

həcmində vəsait ayrılır. Məhz buna görə də Naxçıvan şəhərinin 

əhalisi kəndlilərlə bir yerdə bu 8 çarpayılıq kənd 

xəstəxanasından eyni hüquqda istifadə edirlər. 

Beləliklə 1 yanvar 1910-cu ildə Çar rejimi dağılanadək 

aşağıdakı qaydada kənd tibb şəbəkəsi təşkil edilir

1



Naxçıvan qəzası. Birinci kənd  sahəsi Naxçıvan 



şəhərində  xəstəxana (8 çarpayı) – birinci və ikinci polis 

sahəsinin 78 kənd və Naxçıvan  şəhər  əhalisinə xidmət edirdi. 

Ümumi xidmət sahəsi 1799 kv.metr, Ən uzaq məsafə 52 km., 

əhalisinin sayı 59923, feldşer məntəqəsi Cəhri kəndində idi. 

Ikinci kənd xəstəxanası – Cənnəb kəndində xəstəxana (6 

çarpayılıq), qəzanın 3-cü, 4-cü polis sahəsində 89 kənd 

əhalisinə xidmət edirdi. Ümumi xidmət sahəsi  2192 kv.metr, 

Ən uzaq məsafə 38 km., əhalisinin sayı 52726 nəfər, feldşer 

məntəqəsi Əbrəqunus kəndində yerləşirdi.  

Şərur qəzası. Şərur kənd həkim sahəsi 864 kv.metr, Ən uzaq  

məsafəsi 19 km., əhalisinin sayı 35986 nəfər, feldşer 

_________________ 

1

 Irəvan quberniyasının 1910-cu ilə aid yaddaş kitabı. Birinci şöbə, 



Irəvan, 1910-cu il, səh.22-23.

 

 



 

 

24



 məntəqəsi Xanlıqlar kəndində idi. 

01 yanvar 1910-cu ilə yuxarıda göstərilən qəzalarda 

aşağıda göstərilən tibb işçiləri qulluq edirdi: 

Naxçıvan qəzasında – qəza həkimi  Epitan Qeorqiyeviç 

Şenqeliya, mama Nina Dmitriyevna Babkova. Birinci sahənin 

kənd həkimi Appalon Qriqoryeviç Kantakuzin, mama Yelena 

Semyonovna  Şeykina. Ikinci sahənin kənd həkimi (məlumat 

yoxdur), mama Tamara Konstantinovna Matyukova. 

Şərur qəzasında – qəza həkimi  (boşdur), mama 

(boşdur).  Şərur sahəsinin kənd həkimi Hüseyn Qulubəy 

Cabbarbəy oğlu Səfiyev, mama Mariya Dmitriyevna 

Quminskaya. Hər iki qəzanın feldşerləri haqqında məlumat 

yoxdur. Beləliklə 1910-cu ildə  hər iki qəzada işləyən 

həkimlərin sayı – 7 (onlardan 3-ü  başqa idarədən idi), 

feldşerlərin sayı – 15 (onlardan 4-ü başqa idarədən idi) və 

mamalar – 5 (onlardan biri başqa idarədən idi). Çarpayıların 

sayı 20-yə  qədər çoxaldı. 1910-cu ildə 7 aptek olmuşdur ki, 

onların da 4-ü xüsusi sahibkarların əlində idi. 

1910-cu ildə Naxçıvan qəzasında  əhalinin 29788 

nəfərinə 1 həkim, 8046 nəfərinə 1 çarpayı düşürdü.  

Şərur qəzasında əhalinin 35956 nəfərinə 1 həkim, 5998 

nəfərinə 1 çarpayı düşürdü. 

Yeni əsasnamə qəbul olunandan sonra (8 mart 1904-cü 

il)  əhaliyə tibbi xidmətin vəziyyəti keçmiş illərə nisbətən bir 

qədər yaxşılaşır. Bunu daha aydın başa düşmək üçün 1889-

1905 və 1906-1910-cu illərdə Naxçıvan və  Şərur qəzalarında 

əhaliyə göstərilən ambulatoriya və stasionar xidmətin 

vəziyyətini nəzərdən keçirək.  




 

 

 



25 

4-cü cədvəl 

 

1889-1905 və 1906-1910-cu illərdə kənd xəstəxanalarında 



qəbul olunan ambulatoriya və stasionar xəstələrinin 

artıb əskilməsi haqqında məlumat

 

Qəbul olunan xəstələrin 



sayı 

Qəzalar 


Kənd xəstəxanası, 

feldşer məntəqəsi 

ilə birlikdə 

Illər 


Ambula-

toriyada 

stasionarda 

Cəhri 


1892

-

1905 



70,256 

Məlumat 


yoxdur 

Naxçıvan şəhəri 

1906

-

1910 



79,914 237 

Naxçıvan 

Çənənəb 

1908


-

1910 


23,471 10 

1889


-

1905 


73,135 

Məlumat 


yoxdur 

Şərur Başnoraşen 

1906

-

1910 



126,322 66 

1889


-

1905 


143,391 

Məlumat 


yoxdur 

CƏMI: 


1906

-

1910 



229,707 313 

 

 



 

 

_________________ 



1

 Qafqaz mülki idarələrində xidmət edən həkimlərin birinci 

qurultayının əsərləri, I cild, 3-cü buraxılış, Tiflis, 1914, səh.117, 134. 

 

 



 

26

Cədvəldən göründüyü kimi, əgər 1889-1905-ci illər, 



yəni 17 il ərzində Şərur qəzasında 73,135 ambulatoriya xəstəsi 

qəbul edilərək orta hesabla bir ildə əhalinin 1000 nəfərinə 113 

gəliş düşürdüsə, 1906-1910-cu illərdə (yəni 5 il ərzində) 

126,322 ambulatoriya xəstəsi qəbul edilərək, orta hesabla bir 

ildə əhalinin 1000 nəfərinə 702 gəliş düşürdü: əgər 1892-ci və  

1905-ci illər (yəni 14 il) ərzində Naxçıvan qəzasında 70,256 

ambulatoriya xəstəsi qəbul edilərək orta hesabla bir ildə 

əhalinin 1000 nəfərinə 49,7 gəliş düşürdüsə, 1906-1910-cu 

illər (yəni 5 il) ərzində üst-üstə 103,385 ambulatoriya xəstəsi 

qəbul edilərək orta hesabla 198,0 gəliş düşürdü;  əgər 1889-

1905-ci illər  ərzində  hər iki qəzada 143,391 ambulatoriya 

xəstəsi qəbul edilərək orta hesabla bir ildə  əhalinin 1000 

nəfərinə 61 gəliş düşürdüsə, 1906-1910-cu illərdə  hər iki 

qəzada 229,707 ambulatoriya xəstəsi qəbul edilərək orta 

hesabla bir ildə əhalinin 1000 nəfərinə 295 gəliş düşürdü. 

Yuxarıda göstərildiyi kimi, 1892-1905-ci illərə nisbətən 

hər iki qəzada  əhalinin 1000 nəfərinə düşən ambulatoriya 

xəstələrinin sayı 1906-1910-cu illərdə 6 dəfədən çox olmuşdur. 

Lakin qeyd etmək lazımdır ki, 1906-1910-cu illərdə xəstələrin 

sayının artması heç də o demək deyildir ki, əhaliyə göstərilən 

ambulatoriya xidməti qəzalarda yalnız tibb şəbəkəsinin 

genişləndirilməsi və tibb işçilərinin sayının artırılması 

nəticəsində olmuşdur. Bunun başlıca səbəbi  əhalinin iqtisadi 

yaşayış  şəraitinin zəifləməsi üzündən bir sıra yoluxucu və 

ictimai xəstəliklərin artması olmuşdur. 

Bununla yanaşı  cədvəldən göründüyü kimi 1906-1910-

cu illərdə  əhalinin xəstəxanaya  qəbulu olduqca dözülməz 

olmuşdu. Orta hesabla bir ildə hər xəstəxanada cəmi 21 xəstə 

yatmışdır. Halbuki, yalnız bir çarpayı il ərzində normal olaraq 

20-21 xəstə, habelə hər iki qəzada olan 20 çarpayı isə 400-420 

xəstə  qəbul edə bilərdi. Belə  vəziyyət onunla izah edilir ki, 

xəstəxanalarda müalicə  işi keyfiyyətsiz aparılırdı, dərman və 

sarğı materialları üçün hər xəstəyə  cəmi 5-6 qəpik pul 

buraxılırdı. Xəstələrin qidalanması üçün lazımi qədər  ərzaq 

buraxılmırdı. 

Dərman və sarğı materialları almaq üçün hər kənd 

xəstəxanasına 1890-1892-ci illərdə bir ildə 400 manat pul 



Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə