Adil niFTİ OĞlu məMMƏdov tibb elmləri namizədi



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə8/46
tarix26.03.2018
ölçüsü1,18 Mb.
#34529
1   ...   4   5   6   7   8   9   10   11   ...   46

 

 

 



31 

köhnə palaz əvəz edirdi

1



Çar Rusiyası dövründə Naxçıvan və  Şərur qəzalarında 



əhali amansızcasına istismar edilir, onlar arasında profilaktik 

və sanitariya-sağlamlıq tədbirləri olduqca zəif həyata 

keçirilirdi. Yuxarıda göstərildiyi kimi, tibb müəssisələrinin, 

həkim və orta təhsilli tibb işçilərinin sayı son dərəcə az idi. 

Iqtisadi gerilik hökm sürür, eləcə  də  məişət və  əmək  şəraiti 

aşağı səviyyədə idi. Məhz bu səbəblər üzündən ölkədə tez-tez 

epidemiyalar baş verirdi. 

1892-ci ilin yay ayında baş vermiş  vəba epidemiyası 

vaxtı Naxçıvan qəzasında 2583 vəbalı  xəstə qeydə alınmış, 

onlardan 1227 nəfəri (47,5%-i) ölmüşdür. Naxçıvan şəhərində 

isə 250 vəbalı xəstədən 157-si (62,8%-i) ölmüşdür.  

1904-cü ildə Naxçıvan və  Şərur qəzalarında vəba 

epidemiyasının baş verməsinin qarşısını almaq və epidemiya 

əlehinə tədbirləri gücləndirmək məqsədi ilə 1904-cü ildə Şərur 

qəzasının Başnoraşen kəndində (iyul), Ordubad şəhərində 

(avqust) və Naxçıvan  şəhərində (sentyabr) həkim-sanitar 

məntəqələri təşkil edilir. Onlara sanitar tədbirlərin həyata 

keçirilməsinə və xidmət dairəsində sanitar vəziyyətinə nəzarət 

etmək həvalə olunmuşdur. Xəstəlik hadisəsi baş verən vaxt ona 

qarşı bilavasitə mübarizəyə qoşulmaq nəzərdə tutulmuşdur. 

1904-cü ilin avqust ayında Naxçıvan  şəhərində  vəbalı 

xəstələr üçün 10 sarpayılıq, sentyabr ayında  Şərur qəzasının 

Başnoraşen kəndində isə 3 çarpayılıq xəstəxana açılır. 

Naxçıvan və  Şərur qəzalarında baş verən vəba 

epidemiyası  zəhmətkeşlər arasında çoxlu qurbanlar apardı. 

Təkcə 1904-cü ildə  vəba epidemiyası zamanı Naxçıvan 

qəzasında vəbaya tutulmuş 837 xəstədən 628 nəfəri (yəni 

xəstələnənlərin 74%-i), Şərur qəzasında isə 845 vəbalı 

xəstədən 660 nəfəri (yəni xəstələnənlərin 78,1%-i) ölmüşdü

2



 

________________ 

1

 Qafqaz mülki idarələrində xidmət edən həkimlərin birinci 



qurultayının əsərləri, II cild, 2-ci buraxılış, Tiflis, 1916, səh.51.   

2

 Irəvan quberniyasının 1906-cı ilə aid yaddaş kitabı. «Irəvan 



quberniyasında 1904-cü ildə 

vəba epidemiyasının 

xülasəsi»,Irəvan,1905,səh.97.

  

 



 

 

32



Başqa sözlə desək, 1904-cü ildə  hər iki qəzada 

ümumiyyətlə ölmüş 3428 nəfərdən 1288-i (yəni ümumi ölüm 

hallarının 37,6%-i) yalnız vəba xəstəliyindən olmuşdur. 

Beləliklə, 1904-cü ildə Keçmiş Naxçıvanda  əhalinin hər 

10000 nəfərinə 110 vəbalı  xəstə düşürdü. Elə  kəndlər var idi 

ki, vəbaya tutulan xəstələrin 90-95%-i, hətta 100%-i vəfat 

edirdi. Məsələn, 1904-cü ildə  hər iki qəzanın 35 kəndində 

xəstələnən 204 vəbalı  xəstənin hamısı ölmüşdür. Buna misal 

Naxçıvan qəzasının Aşağı  Rəmeşin, Kükü, Şada, Payız, 

Nehrəm, Yuxarı Uzunoba, Camaldın, Culfa, Əliabad, Şahbuz, 

Kolanı, Tumbul; Şərur qəzasının Zeyvə, Keştaz, 

Mahmudkənd, Siyaqut, Vayxır, Tumaslı, Qarxın və sair 

kəndlərini göstərmək olar.  

Irəvan qubernatoru quberniya həkiminin müşayiəti ilə 

1904-cü il oktyabr ayının 14-də yerlərdə  vəba epidemiyası 

əleyhinə aparılan tədbirlərin necə təşkil edildiyi ilə şəxsən tanış 

olmaq üçün Naxçıvana gəlir və bir neçə gün burada qaldıqdan 

sonra geriyə qayıdır. Çox təəssüflə qeyd etmək lazımdır ki, bu 

gəlişin nəzərə çarpacaq dərəcədə elə bir təsiri olmur. Xəstəlik 

isə ara vermədən günü-gündən çoxalır. Təkcə bunu göstərmək 

kifayətdir ki, 1904-cü il noyabr ayının 1-dən dekabr ayının 1-

nə kimi vəbalı xəstələrin sayı 617 nəfərə çatmışdı ki, bunların 

da 481-i (yəni xəstələnənlərin 78%-i) vəfat etmişdi. 

Irəvan quberniyasında 1904-cü ildə vəba epidemiyasının 

yayılması  səbəbləri aydınlaşdırılarkən belə yazılmışdır: «Bu 

haqda  danışmazdan  əvvəl aşağıdakı suallara cavab vermək 

lazımdır:… Məgər bizim yaşayış  şəraitimizin sanitariya 

vəziyyəti o qədər hazır idimi ki, biz vəba kimi qorxulu bir 

düşmənin qarşısına cürətlə çıxaq? Biz kifayət qədər hazırdıqmı 

ki, vəba xəstəliyini vaxtında aşkar edək və vaxtında onun 

qarşısını alaq? Bu sualların yalnız bir cavabı var: Yox! yox!»

1



1894-cü ildə Naxçıvan qəzasında 4 nəfər və  Şərur 

qəzasında bir nəfər cüzəmlı xəstə qeydə alınmışdır. Tədbir  

görülmədiyindən xəstələrin sayı ildən-ilə artır. Hər iki 

__________________ 

1

 Irəvan quberniyasının 1906-cı ilə aid yaddaş kitabı, üçüncü hissə. 



Irəvan, 1905, səh.102.

 



 

 

 



33 

qəzada 1894-1907-ci illərdə xəstəliyin nə dərəcədə yayılmasını 

bilmək üçün aşağıdakı cədvəli nəzərdən keçirək: 

 

5-ci cədvəl 



1894-1907-ci illərdə cüzam xəstəliyinin gedişi 

haqqında məlumat 

 

Yuxarıda deyilənlərdən və  cədvəldən göründüyü kimi, 



1894-cü ildə qeyd olunan cüzam xəstəliyinə qarşı vaxtında 

tədbir görülmədiyindən, xəstəlik yayılaraq 26 kəndi bürüyür və 

onun sayı 14 il ərzində (1908-ci ilədək) 5-dən 53-ə çatır ki, 

bunun da 48 nəfəri (yəni xəstələnənlərin 90,5 %-i) ölümlə 

nəticələnir. 

Qəzalar üzrə götürdükdə Naxçıvanda xəstələnən 41 

nəfər cüzamlı  xəstənin 38-i (yəni xəstələnənlərin 92,7 %-i), 

Şərurda isə 12 xəstədən 10-u (yəni xəstələnənlərin 83,3 %-i) 

vəfat etdiyi aydın olur. 1907-ci ildə Naxçıvan və  Şərur 

qəzalarında uşaqlar arasında skarlatina epidemiyası baş verir. 

Bu epidemiya zamanı Naxçıvan qəzasında skarlatinaya tutulan 

229 uşağın 18-i (yəni xəstələnənlərin 8 %-i), Şərur qəzasında 

isə xəstələnən 56 uşağın 20-si (yəni xəstələnənlərin 35,6 %-i) 

ölür. Beləliklə, hər iki qəzada skarlatina ilə  xəstələnən 285 

uşaqdan 38-i (yəni xəstələnənlərin 13,3%-i) ölmüşdür

1



Tibbi statistikanın lazımi səviyyədə aparılmaması bir 

çox xəstəliklər haqqında dəqiq rəqəmlər göstərməyə imkan 

vermir. Lakin bir sıra materiallardan aydın olur ki, o zamanlar 

müraciət edən xəstələr içərisində 

vərəmli, 

____________________ 

1

 Irəvan quberniyasının 1912-ci ilə aid yaddaş kitabı, VII fəsil, 



Irəvan, 1912, səh.3-7.

 

Qeydə alınmış Ölmüş 



Qəzalar Yaşayış 

məntəqəsi  kişi qadın Cəmi kişi qadın cəmi 

Naxçıvan  17  24 17  41 23 15  38 

Şərur 


9  7 5  12 5 5  10 

CƏMI: 


26  31 22  53 28 20  48 

 

 



 

34

traxomalı, dəri-zöhrəvi və bu kimi yoluxucu xəstəliklərə 



tutulanların sayı az olmamışdır. 

«Qafqaz həqqında məlumatlar məcmuəsi» adlı  əsərdə 

Naxçıvanda o zamanlar bir sıra xəstəliklərlə yanaşı qanlı 

ishalın, qızılcanın, keçəlliyin, müxtəlif göz xəstəliklərinin 

hökm sürdüyü göstərilir.

1

 Habelə Naxçıvan və  Şərur 



qəzalarında qarın yatalağının, qanlı ishalın, sifilisin, vərəmin 

olmasını, 1908-1909-cu illərdə Culfada və Yayçı  kəndində 

çiçək və  Nəsirvaz kəndində (Ordubad rayonu) skarlatina 

epidemiyasının baş verməsini (60 uşaqdan 50-si ölmüşdür) 

təsdiq edən sənədlər də vardır. 

Yuxarıda göstərilən fakt və  rəqəmlərdən aydın olur ki, 

keçmiş Naxçıvanda səhiyyə  işlərinin kədərli mənzərəsi necə 

idi. Buradan belə  nəticə  çıxarmaq olar ki, Naxçıvan və  Şərur 

qəzaları  təbii çiçək, qarın yatalağı, vəba, cüzam, qanlı ishal, 

dəri-zöhrəvi xəstəlikləri, traxoma, vərəm, göy öskürək, qızılca, 

skarlatina və başqa yoluxucu xəstəliklərin mənbəyi idi. 

Elə müəllifə rast gəlməzsən ki, o öz əsərində keçmiş 

Azərbaycanda, xüsusən Naxçıvanda malyariya xəstəliyinin 

vəziyyətindən danışarkən onun xalqın qənimi, bəlası olmasını, 

zəhmətkeşlər arasında geniş yayılmasını  və çoxlu qurbanlar 

aparmasını göstərməsin. Doğrudan da xalq arasında 

«qızdırma» adlanan bu xəstəlik keçmişdə hər il yüzlərlə adamı, 

xüsusən uşaq və hamilə qadınları məhv edirdi. Əhali arasında 

malyariya Naxçıvan qəzasına nisbətən  Şərur qəzasında daha 

geniş yayılmışdı. Bu haqda «Böyük sovet ensiklopediyası»nda 

Naxçıvan MSSR-də  səhiyyə  işlərinin keçmişdəki zəif 

inkişafından,  əhali arasında xəstəliklərin yayılmasından bəhs 

edilərək göstərilir ki, əhali arasında yatalaq, traxoma, 

malyariya (Arazətrafı zolaqda əhalinin 70-80%-i, Noraşendə 

isə – az qala 100%-ə  qədəri) xəstəlikləri geniş yayılmışdı

2



Məsələn, Naxçıvan 

 

______________________ 



1

 «Qafqaz haqqında məlkmatlar məcmuəsi», VII cild, Tiflis, 1880, 

səh.258. 

2

 Böyük Sovet Ensiklopediyası, 29-cu cild, 2-ci nəşr, 



Moskva,1954,səh.276.


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə