Adil niFTİ OĞlu məMMƏdov tibb elmləri namizədi



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə10/46
tarix26.03.2018
ölçüsü1,18 Mb.
#34529
1   ...   6   7   8   9   10   11   12   13   ...   46

 

 

 



39 

pisləşib. Millətlər arasında qırğın nəticəsində əhali son dərəcə 

yoxsullaşıb. Bunların hamısı əhali arasında xəstəliyin, xüsusən 

yoluxucu xəstəliklərin artmasına səbəb olub. 

 

N Ə T I C Ə 

 

1. Rusiyanın tərkibinə daxil olana qədər Naxçıvanda heç 



bir tibb idarəsi və həkim olmamışdır. Əhali tibbi yardım almaq 

üçün ara həkimlərinə, mollalara, seyidlərə, dərvişlərə, falçılara 

və s. müraciət etmişlər. 

2. 1828-ci ildən, yəni Naxçıvanın Rusiyaya 

birləşdirilməsindən sonra, ərazidə ilk tibb ocaqları  və tibb 

kadrları yaradıldı. Bu ara həkimləri ilə mübarizədə əhəmiyyətli 

rol oynadı  və Naxçıvanda tibb işinin irəli getməsinə  zəmin 

yaratdı. 

Bununla belə Çar hökumətinin müstəmləkəçilik siyasəti 

əhaliyə öldürücü təsir edirdi. O, əhalinin rifa halının, onun 

sağlamlığının qayğısına bigənə idi. Buna görə tibb idarələrinin, 

həkimlərin, orta tibb işçilərinin sayı təqribən 90 il ərzində son 

dərəcə azlıq təşkil edirdi. Əhaliyə  həkim köməyi qeyri-

qənaətbəxş idi. 

3. Qəzalarda  əhali ixtisaslı yardımın nə olduğunu 

bilmirdi. Burada nə uşaq, nə qadın tibb idarələri, nə də sanitar-

epidemioloji xidmət təşkil edilməmişdir. 

4. Iqtisadi gerilik, məişət və  əmək  şəraitinin aşağı 

səviyyədə, yaşayış yerlərinin antisanitar vəziyyətdə olması, 

tibb işinin olduqca zəif inkişafı – bunlar hamısı yoluxucu 

xəstəliklərin: - təbii çiçək xəstəliyinin, vəbanın, yatalağın, 

malyariyanın, dizenteriyanın, traxomanın, prokazanın uşaq 

yoluxucu xəstəliklərinin baş verməsinə  və yayılmasına səbəb 

olurdu. 


5. Əhali  arasında ümumi ölüm, xüsusən uşaq ölümü çox 

yüksək səviyyədə,  əhalinin artımı  aşağı  səviyyədə  əhalinin 

əlilliyi yüksək dərəcədə idi. 

6. 1917-20-ci illərdə tibbi xidmət daha da pisləşir

xəstəliklər günü-gündən artır. 1917-ci ilə  qədər Naxçıvanda 

işləyən tibb işçiləri ağır siyasi vəziyyətlə əlaqədar 1-2 nəfərdən 

başqa hamısı  qəzanı  tərk edir. Sayca onsuz da az olan tibb 

 

 



 

40

şəbəkəsi dağılır. Sanitar vəziyyət son dərəcə pisləşir, vəba, 



malyariya, vərəm, sifilis, traxoma və başqa yoluxucu 

xəstəliklər  əhalinin get-gedə yoxsullaşmasının nəticəsində 

artır.   



 

 

 



41 

II FƏSIL.  

 

SOVET HAKIMIYYƏTI ILLƏRINDƏ 



NAXÇIVAN MSSR-də SƏHIYYƏNIN 

INKIŞAFI 

 

1. Naxçıvanda Sovet hakimiyyəti qurulan illərdə 



bərpa, sənayeləşmə, kənd təsərrüfatının 

kollektivləşməsi dövründə səhiyyə 

(1920 – 1932-ci illər) 

 

1920-ci il iyulun 28-də Naxçıvan zəhmətkeşləri Qızıl 



Ordunun köməyi ilə müdaxiləçiləri devirdilər və Sovet 

hakimiyyətini qurdular. Dörd il keçdikdən sonra (9 fevral 

1924-cü il) Azərbaycan SSR-nin tərkibində Naxçıvan MSSR-i 

yaradıldı. Naxçıvanda Sovet hakimiyyətinin qələbəsi Naxçıvan 

zəhmətkeşlərinin tarixi müqəddəratında  əsaslı dönüş yaratdı. 

Beləliklə  də ölkənin iqtisadi və  mədəni inkişafı üçün geniş 

imkanlar açıldı. Bunun nəticəsində respublikada səhiyyə işləri 

yenidən quruldu və inkişaf etdi, əhaliyə tibbi yardım 

göstərilməsi yaxşılaşdırıldı. 

1920-ci il oktyabrın 10-da Naxçıvan inqilab komitəsinin 

dekreti ilə ölkədə ilk səhiyyə  şöbəsi yaradıldı. Bu ağır illərdə 

əhaliyə tibbi yardımın təşkili və səhiyyənin inkişaf etdirilməsi 

işi Naxçıvanda inqilabi hərəkatın iştirakçısı olan Əli Abbas 

oğlu Abbasova tapşırıldı. Bir neçə aydan sonra səhiyyə şöbəsi 

səhiyyə komissarlığına çevrildi. Ə.Abbasov səhiyyə komissarı 

təyin edildi. 

Ilk günlərdən etibarən sovet səhiyyəsinin prinsipləri 

əsasında əhaliyə tibbi yardım göstərilməsi işinə başlandı. 

Qeyd etmək lazımdır ki,  sovetləşmənin ilk illərində 

səhiyyə işini yenidən bərpa etmək əhaliyə tibbi xidməti təşkil 

etmək o qədər də tez başa gəlmədi. Bir tərəfdən büdcənin zəif 

olması, mərkəzi səhiyyə orqanları, xüsusən Azərbaycan 

Səhiyyə komissarlığı ilə  əlaqənin tam bərpa edilməməsi, 

əvvəllər sayca cüzi də olsa müalicə müəssisələrinin 

dağıdılması, olub – qalan tibb işçilərinin hərc-mərcilik 

nəticəsində 1918-1920-ci illərdə ölkəni tərk etmələri, 

 

 

 



42

xəstəliklərin, xüsusən yoluxucu xəstəliklərin həddindən artıq 

artması – bunlar hamısı yenicə təşkil edilmiş səhiyyə şöbəsinin 

fəaliyyətinə ciddi maneələr, çətinliklər yaradırdı. Bunlara 

baxmayaraq, səhiyyə  işinin günü-gündən yaxşılaşdırılması 

sahəsində gərgin iş görülürdü. 

1920-ci ildə XI Ordunun Qafqaz polkunun hissələri ilə 

Naxçıvana gəlmiş və 1967-ci ilə qədər Naxçıvanda işləmiş tibb 

bacısı E.F.Uspenskaya öz xatirələrində o illərdə Naxçıvan 

əhalisinin vəziyyətini təsvir edirdi: «Biz Naxçıvana gələndə 

əhali az idi.  Bir çoxu öz əmin-amanlığını qorumaq üçün ev-

eşiyini tərk edərək qaçmışdı. Bizim gəlişimizlə onlar uşaqları 

ilə geri dönməyə başladılar. Qaçqınların bir çoxu ölmüşdü, 

onlar xüsusən aclıqdan  əzab çəkmişdilər.  Şəhər dağıdılmışdır 

və bərbad hala salınmışdır. Burada Sovet hakimiyyəti bərqərar 

olandan sonra camaat çox sevinirdi. Tibb xidməti haqqında 

danışmağa dəyməz, o çox zəif idi. Naxçıvanda vur-tut bir ya 

iki həkim qalmışdı. Kəndlərdə  nə tibb ocağı, nə  də tibb 

personalı var idi. Ona görə mən və polkun həkimi N.Dmitriyev 

çağırışa  əsasən rayonlara, kəndlərə gedərək  əhaliyə tibbi 

kömək göstərirdik».

1

    



1920-ci ilin axırlarında Bakı ilə  əlaqə  bərpa olandan 

sonra Naxçıvana həkimlər, orta tibb işçiləri və s. gəlməyə 

başlayır. Məsələn, 1920-ci ilin avqust ayında Azərbaycan 

Inqilab Komitəsinin səhiyyə komissarlığı Naxçıvanda sirayət 

edən yoluxucu xəstəliklərlə mübarizə etmək üçün buraya bir 

vaqon dərman preparatları göndərir.

2

     


Naxçıvanda Sovet hakimiyyətinin ilk aylarında  şəhər 

xəstəxanası  bərpa edildi və çarpayıların sayı 20-dək artırıldı, 

yeni uşaq evi, ambulatoriya, sanitariya müfəttişliyi təşkil 

olundu və aptek açıldı. 01.01.1921-ci ildə bu tibb idarələrində 

1 həkim (Abbasov A.A.), 3 feldşer (Qədimov M., 

Allahverdiyev A. və Allahverdiyev M.), 1 sanitar müfəttişi 

(Məhərrəmov M.T.), 2 əczaçı (Musayev I. və Qədimov A.),12 

xəstəyə qulluq edən, 5 sanitarka və 1 aşbaz 

_________________ 

1

 Moskva şəhəri «Feldşer və akuşerka» jurnalı, 1964-cü il, №11, 



səh.51. 

2

 Naxçıvan M.D.A. fond 25, siyahı 2, qovluq 1, səh.15. 




Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə