Adil niFTİ OĞlu məMMƏdov tibb elmləri namizədi



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə11/46
tarix26.03.2018
ölçüsü1,18 Mb.
#34529
1   ...   7   8   9   10   11   12   13   14   ...   46

 

 

 



43 

işləyir.


1

     


Respublikada tədricən səhiyyənin  şəbəkəsi və tibb 

işçilərinin sayı artmağa başlayır. 1922-ci ildə burada 2 

xəstəxana, sanitar müfəttişliyi (komitet), feldşer məntəqələri və 

şəhər apteki var idi. 

01.01.1922-ci ilə bu müəssisələrdə 4 həkim (A.Abbasov, 

Malyuyenko, M.T.Sultanov və F.Kəngərli), 4 feldşer, 1 tibb 

bacısı, 1 sanitar müfəttişi (orta tibb işçisi), 4 əczaçı və 32 kiçik 

və texniki işçi işləyirdi. 

1922-ci ilin ortalarında Respublikada, 2 qəzada səhiyyə 

şöbəsi təşkil edilir: Şərurda (S.Q.Antonov), Ordubadda 

(Q.Serqeyev). Habelə Naxçıvan 

şəhərində 

şəhər 

ambulatoriyası, uşaq xəstəxanası, islah evi ambulatoriyası, 2 



feldşer məntəqəsi (biri Şərur qəzasının  Şaxtaxtı  kəndində, o 

biri Ordubad qəzasının Cənnəb kəndində), Bənəniyar kəndində 

olan feldşer məntəqəsi isə Culfaya (Naxçıvan qəzası) 

köçürülür. 

Get-gedə, hər il tibb müəssisələrinin və tibbi kadrların 

sayı artır. 

01.01.1923-cü ilə 3 xəstəxana, 2 ambulatoriya, 3 feldşer 

məntəqəsi sanitar müfəttişliyi (komitə)  şəhər apteki və xüsusi 

kənd apteki var idi ki, onlarda da 6 həkim, 6 feldşer, 1 mama, 1 

tibb bacısı və 2 əczaçı işləyirdi.

2

     


Azərbaycan SSR-in tərkibində Naxçıvan Muxtar Sovet 

Sosialist Respublikası yaradılandan sonra (9 fevral 1924-cü il) 

burada 3 qəza təşkil olundu: Naxçıvan, Ordubad və  Şərur 

qəzaları. Qəzalar öz növbəsində dairələrə bölündü. 

Respublikada  dairələrin sayı 12 idi. Onlardan 8 Naxçıvan 

qəzasında, 4 isə Şərur qəzasında. 

1921-ci il mart ayının 16-da RSFSR və Türkiyə arasında 

«Dostluq və qardaşlıq haqqında müqavilə» Naxçıvanda Sovet 

hakimiyyətinin möhkəmlənməsinə təkan verdi. Bu müqaviləyə 

əsasən Naxçıvan Vilayəti Azərbaycan 

SSR-in himayəsi altında Muxtar Respublika kimi qəbul edildi. 

________________ 

1

 Naxçıvan M.D.A. fond 17, siyahı 2, qovluq 1, səh.11 



2

 Naxçıvan MSSR Səhiyyə nazirliyinin arxivi, fond 17, siyahı 2, 

qovluq 3, səh.1-27 

 

 



 

44

 



1921-ci ildə Vilayət Inqilab Komitəsinin dekretinə 

əsasən Naxçıvan Xalq Komissarlar Soveti yaradıldı  və onun 

tərkibində Xalq Səhiyyə Komissarlığı  təşkil edildi və  Əli 

Abbas oğlu Abbasov ilk Səhiyyə komissarı təyin edildi. O, bu 

vəzifədə 1922-ci ilin fevral ayına kimi işlədi. 

Kommunist Partiyası  və Sovet hökumətinin qayğısı 

nəticəsində sovetləşmənin ilk illərində Naxçıvanın iqtisadi 

həyatında müsbət irəliləyiş oldu. Ölkədə duz sənayesi 

bütünlüklə bərpa olundu və istehsalat texnikası yaxşılaşdı. 

1923-cü ildə Ordubad şəhərində artıq 7 ipəksarıyan 

zavod işə salındı. Kəndlilər kənd təsərrüfatında böyük 

nailiyyətlər  əldə etdilər. 1922-ci ildə respublikada 32 min 

desyatin olduğu halda 1923-24-cü  illərdə o, müharibə illəri 

səviyyəsinə çatdı  və 55 desyatin oldu. Bu illərdə pambıqçılıq 

və pambıq məhsulu 1913-cü ilə nisbətən 5 dəfə genişləndi. 

Naxçıvan MSSR-i Xalq Komissarlar Soveti xalq təsərrüfatının 

bərpası, kənd təsərrüfatının yaxşılaşdırılması, sosialist 

quruluşunun genişləndirilməsi ilə yanaşı  əhalinin mədəni 

səviyyəsinin qaldırılmasına və əmin-amanlığın yaxşılaşmasına, 

savadsızlığın ləğv edilməsinə,  habelə  kəndlilərə  və  fəhlələrə 

pulsuz tibbi yardım göstərilməsini təşkil etmək məsələsinə 

ciddi fikir verirdi. 

1913-cü ildə ölkədə cəmi 13 məktəb var idi ki, bunlarda 

da  2000-ə yaxın adam təhsil alırdı. 

1920/21-ci təhsil illərində burada 45 məktəb olduğu 

halda 1923/24 tədris illərində  məktəblərin sayı 63-ə, 

müəllimlərin sayı 80-ə,  şagirdlərin sayı 4146-ya, o cümlədən 

qızların sayı 910-a çatmışdır. 

1922-ci ildə savadsızlığı  ləğv etmək üçün xüsusi qadın 

pedaqoji kurslar və bir çox dərnəklər açılır. Bununla belə 

sovetləşmənin ilk illərində  əldə edilən nailiyyətlərə 

baxmayaraq hələ  də ölkənin xalq təsərrüfatında kəskin 

nöqsanlar var idi. 

Bu haqda Naxçıvan SSR-i Xalq Komissarlar Sovetinin 

sədri H.Sultanov 1927-ci ildə yazırdı ki, «Naxçıvan ölkəsində 

olan müəssisələrin fəaliyyətini 




 

 

 



45 

qənaətbəxş hesab etmək olmaz»

1

.  


Naxçıvan ölkəsində  zəhmətkeşlərə tibbi xidməti 

yaxşılaşdırmaq məqsədilə 1923-cü ildə Azərbaycan SSRi 

M.I.K. və Xalq Komissarları Soveti qərara alır ki, feldşer 

məntəqələri və malyariya stansiyaları üçün avadanlıq və 

ləvazimat almaqdan ötrü yığılan  ərzaq rüsumu hesabına 10% 

həcmində vəsait ayrılsın.

2   

    


1923-cü ildə Naxçıvan  şəhərində  sığortalananlar üçün 

ambulatoriya, malyariya ambulatoriyası, Ordubad qəzasında 

həkim məntəqəsi, Şərur qəzasının Başnoraşen kəndində feldşer 

məntəqəsi, Cəhri kəndində (Naxçıvan qəzası) feldşer 

məntəqəsi açılır. 

Beləliklə 01.01.1924-cü ilə Respublikada 1 xəstəxana 

(xəstəxanaların sayının azalması ondan irəli gəlmişdir ki, Şərur 

qəzasında xəstəxana üçün münasib bina olmadığına görə 

xəstəxananın  əvəzində malyariya stansiyası açılır, Naxçıvan 

şəhərində isə  uşaq xəstəxanası  şəhər xəstəxanası ilə 

birləşdirilərək orada uşaq  şöbəsi kimi fəaliyyət göstərir), 4 

ambulatoriya, 1 həkim məntəqəsi, 4 feldşer məntəqəsi, 1 

malyariya stansiyası, 1 malyariya ambulatoriyası, sanitar 

müfəttişliyi (komitet), 2 aptek (onlardan biri şəhər 

xəstəxanasında) fəaliyyət göstərir. Bu müəssisələrdə 4 həkim, 

1 diş  həkimi, 8 feldşer, 2 feldşer-mama, 1 tibb bacısı  və 3 

əczaçı işləyirdi.

3

     



Kənd yerlərində stasionar çarpayıları olmadığına görə 

kənd  əhalisinə  şəhər xəstəxanasında tibbi yardım göstərilirdi. 

Kənd yerlərində xəstəxana üçün müvafiq bina olmadığına görə 

orada xəstəxana açmaq mümkün olmurdu. 

1924-cü ildə Ordubad həkim məntəqəsi ambulatoriyaya 

çevrilir. Kənd yerlərində 3 feldşer məntəqəsi, Ordubad 

şəhərində isə şəhər apteki açılır. 

Beləliklə 1925-ci ilə respublikada aşağıdakı tibb 

şəbəkəsi və kadrlar var idi: 35 çarpayılıq Naxçıvan şəhər 

________________ 

1

 H.Sultanov «Naxçıvan ölkəsi və onun iqtisadiyyatı», Bakı, 1927-ci 



il, səh.60. 

2

 Naxçıvan M.D.A. fond 17, siyahı 2, qovluq 1, səh.11. 



3

 Naxçıvan MSSR MDA, fond 17, siyahı 1-2, qovluq 155, səh.6-7 

 

 

 



46

xəstəxanası – uşaq  şöbəsi ilə birlikdə, 5 ambulatoriya, 1 

malyariya stansiyası, 2 çevik (uçan) malyariya dəstəsi, 1 

sanitar müfəttişliyi (komitə), 7 feldşer məntəqəsi, 3 aptek 

(onlardan biri xəstəxananın nəzdində). 

Onlarda 8 həkim, 2 diş  həkimi, 13 feldşer, 2 feldşer-

mama, 2 tibb bacısı və 3 əczaçı işləyirdi. 

1935-ci ildən başlayaraq büdcənin genişlənməsi və kənd 

iqtisadiyyatında irəliləyiş imkan verdi ki,  respublikada 

əhalinin sağlamlığı üçün geniş  tədbirlər həyata keçirilsin və 

müalicə-profilaktika müəssisələri genişləndirilsin. Buna 

baxmayaraq səhiyyənin vəziyyəti əhalinin ona olan ehtiyacını 

kifayət qədər ödəmirdi. 

Naxçıvan MSSR Xalq Komissarlar Sovetinin sədri 

1926-cı ildə öz məruzəsində səhiyyənin vəziyyətinə toxunaraq 

qeyd edir ki: - «1925-ci ilə  qədər respublikada əhalinin 

sağlamlığı üçün az iş görülüb. Belə  vəziyyət hökumət 

qarşısında məsələ qoyur ki, ümumi sanitar vəziyyətin 

yaxşılaşdırılması, müalicə müəssisələrinin genişləndirilməsi və 

onun kənd yerlərinə yaxınlaşdırılması üçün tədbirlər həyata 

keçirilsin».

1

 



Naxçıvan MSSR Xalq Səhiyyə komissarı  Məmməd 

Ismayıl (Baba) Allahverdi oğlu Qədimov 4 oktyabr 1925-ci 

ildə Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığının kollegiya 

iclasında Naxçıvan respublikasında səhiyyənin vəziyyətini 

ətraflı  təhlil edir. O, göstərir ki, 1923-cü ildə bütün müalicə 

müəssisələrinə 4000 gəliş olmuşdur, 1924-cü ildə isə 

malyariya stansiyaları da daxil olmaqla 130000 gəliş 

olmuşdur. O, qeyd edir ki, malyariya ölkə  əhalisinin  əsas 

qənimi və  bəlasıdır.  Şərurda  əhali az qala 100%, Naxçıvan 

qəzasında 50-70%, Ordubadın cənub hissəsində 12% 

malyariya xəstəliyinə tutulmuşdur. Statistik rəqəmlərdən aydın 

olur ki, əhalinin 12%-i sifilis xəstəliyi ilə, 30%-i göz xəstəliyi 

ilə, traxoma ilə  xəstələnir. Daha sonra o, qeyd edir ki, 

mamaların çatışmaması üzündən ara mamalarla mübarizə 

aparmaq çətindir. Sanitar maarif işi həkim 

_________________ 

1

 Xalq Komissarlar Sovetinin sədri Həmid Sultanovun 1925-ci ildə 



Naxçıvanın fəaliyyəti haqqındakı məruzəsi. Irəvan şəhəri, 1926-cı il, 

səh.25. 



Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə