Adil niFTİ OĞlu məMMƏdov tibb elmləri namizədi



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə19/46
tarix26.03.2018
ölçüsü1,18 Mb.
#34529
1   ...   15   16   17   18   19   20   21   22   ...   46

 

 

 



75 

Göstərilən rəqəmlərdən aydın olur ki, 1935-1940-cı 

illərdə tibb məktəbi 210 orta tibb işçisi (onlardan 161-i feldşer 

və 49-u mama) buraxmışdır. 

Respublikada tibbi xidmətin keyfiyyətini 

yaxşılaşdırmaq üçün həkimlərin və orta tibb işçilərinin 

ixtisasının təkmilləşdirilməsi üçün cürbəcür tədbirlər 

keçirilirdi. Belə ki, həkimlər və orta tibb işçiləri mütəşəkkil 

olaraq Bakı  və Sovet Ittifaqının başqa  şəhərlərində olan tibb 

idarələrinə ezam edilirdilər. 

Bundan başqa  həkimlər üçün əsas ixtisaslar üzrə 

kurslar və seminarlar təşkil edilirdi. Həmçinin tibb bacıları və 

yasli işçiləri üçün  cürbə-cür kurslar təşkil olunmuşdu. 

 

* * * 



 

Sosialist iqtisadiyyatının və mədəniyyətinin nailiyyətləri 

əsasında sanitar mədəniyyəti də artmağa başladı.  Əhalinin 

əmək və  məişət  şəraiti, sanitar-gigiyena vəziyyəti durmadan 

yaxşılaşdı,  şəhərlərin, fəhlə  qəsəbələrinin və  kəndlərin sanitar 

abadlığına diqqət artırıldı. 

Bununla  əlaqədar səhiyyə  təşkilatları qarşısında yeni 

məsələlər dururdu - sanitar–maarif işini daha da inkişaf 

etdirmək və onun işini yeni tələblər əsasında qurmaq. 

Tibb işçiləri bədən tərbiyəsinin kütləvi işində fəal iştirak 

edirdilər.  Ə.M.H. nişanı normalarının verilməsini təbliğ 

edirdilər. 

Ölkədə ildən-ilə  əhalinin səhiyyə sahəsində ictimai 

hərəkatı daha geniş inkişaf edirdi, xüsusən sağlamlıq 

tədbirlərinin aparılmasında özünü göstərirdi. 

Yaşayış yerlərinin qaydaya salınması  və  təmizlik 

uğrunda kütləvi hərəkat,  əhalinin özfəaliyyəti sağlamlığın 

qorunması sahəsində yeni mərhələ oldu. Respublikada göyçay 

hərəkatı böyük inkişaf tapdı. 

Azərbaycan SSR-in Göyçay rayonunda tibb işçilərinin 

təşəbbüsü ilə partiya və sovet orqanlarının rəhbərliyi altında 

1940-41-ci illərdə yaşayış yerlərinin sanitar 

abadlaşdırılmasında kütləvi iş genişləndi. 

 

 



 

76

Qeyd etmək yerinə düşərdi ki, Göyçayda bu hərəkata 



təşəbbüs göstərən və o illərdə orada səhiyyə şöbəsinə rəhbərlik 

edən  Ələkbər  Əhəd oğlu Ismayılov olmuşdur. O, 1944-1953-

cü illərdə Naxçıvanda səhiyyə naziri vəzifəsində  işləmişdi. 

Ə.Ismayılov Naxçıvanda işlədiyi təqribən 10 il ərzində, 

xüsusən Vətən müharibəsinin ağır illərində, səhiyyənin inkişaf 

etməsi üçün səmərəli işlər görmüşdür. Tibb müəssisələrinin 

möhkəmləndirilməsi, yenilərinin açılması, çarpayıların, 

ixtisaslı həkimlərin çoxalması sahəsində səylə işləmişdir. 

Azərbaycan  Xalq Səhiyyə komissarı göyçaylıların 

təcrübəsini Azərbaycanın bütün rayonlarına yayılması 

haqqında 1940-cı il iyul ayının 27-də 1022 №-li əmr verdi. 

Göyçaylılar qarşılarında konkret məsələ qoydular: sadə 

ayaqyolu və hamam tikmək, su təchizatı məsələlərində sanitar 

qayda yaratmaq, sadə hidrotexniki tədbirlər aparmaq, həyət və 

evləri sanitar qaydaya – səhmana salmaq, mövsümi uşaq 

yaslilərini təşkil etmək; habelə malyariya, traxoma, qurd və 

dəri xəstəliklərini aşkar etmək və bu kimi xəstələri müalicə 

etmək, çiçəyə, difteriyaya, qarın yatalağına və dizenteriyaya 

qarşı kütləvi  qoruyucu peyvəndlər aparmaq məqsədilə bütün 

əhalinin başdan-başa kütləvi müayinəsini təşkil etmək tövsiyə 

olunurdu. 

Bu xalq hərəkatı Naxçıvan MSSR-də  də yayıldı. 

Naxçıvan  Xalq Səhiyyə komissarı bu haqda yanvar ayının 4-

də  4№-li  əmr verir. Əmrdən aydın olur ki, bu hərəkatın 

respublika  ərazisində  həyata keçirilməsi nə  qədər böyük 

əhəmiyyətli iş olacaq. 

Respublikanın tibb işçiləri partiya və sovet orqanlarının 

rəhbərliyi və köməyi sayəsində sağlamlaşdırıcı  tədbirlərin 

həyata keçirilməsinə başladılar və  kəndlərdə göyçaylıların 

təcrübəsi, metodu üzrə tibbi kömək göstərmək təşəbbüsünə 

qoşuldular. 

Bu məqsədlə 1941-ci ilin yanvar ayının 5-dən 30-na 

kimi Naxçıvan respublikasında həkim və feldşer məntəqələri 

vasitəsilə malyariyaya, keçəlliyə, qotura, traxomaya və başqa 

xəstəliklərə qarşı  əhalinin başdan-başa müayinəsi aparıldı. 

Aşkar olunan xəstələr müalicəyə cəlb edildilər. 




 

 

 



77 

Sanitar – sağlamlaşdırıcı 

tədbirlərin həyata 

keçirilməsində rayon və  kənd zəhmətkeş deputatları 

sovetlərinin fəalları gündəlik iştirak edirdilər. 

Çox təəssüflə qeyd etmək lazımdır ki, Böyük Vətən 

müharibəsi belə nəcib bir  hərəkatın davam etdirilməsinə mane 

oldu və müvəqqəti olaraq onun tam həyata keçirilməsini geri 

atdı. 

 

*** 



 

Respublikada gənclərin fiziki inkişafını və mineral su 

mənbələrini öyrənmək üçün Səhiyyə Komissarlığı Bakıdan 

ekspedisiya dəvət etdi. 

1933-cü ildə professor N.I.Anserov və  həkim 

B.A.Hüseynov tərəfindən respublikada çağırış komissiyasının 

materialları  əsasında 4 ilə aid (1908-1911-ci illər) 4078 nəfər 

çağırış yaşlı gənclərin fiziki inkişafı öyrənildi. 

Aşağıda fiziki müayinənin nəticəsi göstərilir: 

 

15-ci cədvəl 



 

Naxçıvan MSSR-i gənclərinin fiziki  

inkişafı haqqında 

 

Boyu, sm-lə 



Çəkisi, kq-la 

Döş qəfəsinin ölçüsü 

164,92 57,60 

86,02 


 

Fəqət bu materiallar nə  qədər qiymətli olsa da onlar 

yeganədir. Ona görə respublikanın bütün gənclərinin fiziki 

inkişafı  məsələsinə bu materialların nəticəsinə əsasən baxmaq, 

qiymət vermək mümkün deyil. 

Qeyd etmək lazımdır ki, Səhiyyə komissarı Nadir 

Məmmədlinin təşəbbüsü və xahişi ilə Azərbaycan SSR-i Xalq 

Səhiyyə Komissarlığı ilk dəfə olaraq Naxçıvanda mineral 

suları  çıxarmaq və suların tərkibini öyrənmək məqsədi ilə 

1933-cü ildə Naxçıvana mütəxəssislər ekspedisiyası göndərdi. 

Naxçıvan respublikasının  ərazisində ilk dəfə 3 rayonda, 

o da tam müayinə edilməyən, 48 cürbə-cür mineral su 

 

 

 



78

mənbələri tapıldı. Kimyəvi  maddələrin çatmaması üzündən 

onlardan yalnız 20-si müayinə edildi. Əsas diqqəti cəlb edən – 

Darıdağ  mışyaqlı, Nəhəcir, Badamlı, Sirab, Dərəşəm, Qızıl-

Vəng, Gömrü mineral su mənbələri oldu. Beləliklə ilk 

müayinələr müsbət nəticələndi. 

Naxçıvan MSSR-də  səhiyyə son on ildə öz inkişafında 

az maneələrə rast gəlməyib: kadrların çatışmaması, 

avadanlığın və aparatların azlığı, tibb idarələri üçün münasib 

binaların olmaması, yeni tikilən binaların ləng başa çatması və 

sairə. Bunlara baxmayaraq səhiyyə öz inkişafında böyük 

nailiyyətlər  əldə etmişdir. Böyük Vətən müharibəsinin 

başlanmasına qədər respublikada keçən illərə nisbətən inkişaf 

etmiş tibb şəbəkəsi və çoxlu sayda tibb kadrları oldu. 

 

 

N Ə T I C Ə 



 

1. 1930-40-cı illərdə tibb müəssisələrinin  şəbəkəsi, 

onlarda olan çarpayılar geniş inkişaf tapdı, tibb kadrlarının, 

xüsusən həkimlərin sayı artdı.  Əhali ilk dəfə ixtisaslı tibbi 

kömək almağa başladı. Təcili yardım köməyi genişləndirildi. 

2. Respublikada  səhiyyə büdcəsinin ilbə-il artması 

nəticəsində tibb müəssisələrinin tibb ləvazimatı, yeni 

aparatlarla təchizatı yaxşılaşdı. Yeni xəstəxanalar, 

ambulatoriyalar, uşaq və qadın məsləhətxanaları, doğum 

evləri, uşaq yasliləri tikilib istifadəyə verildi. 

3. SSRI X.K.S.-in «Kənd həkim sahəsinin 

möhkəmləndirilməsi haqqında»kı  qərarı kolxoz kəndlisinə 

tibbi xidmətin daha da yaxşılaşdırılmasına səbəb oldu. O, kənd 

həkimlərinin maddi – məişət  şəraitinin yaxşılaşdırılmasına da 

şərait yaratdı. 

4. Səhiyyə sahəsində  əhalinin ictimai hərəkatının 

genişlənməsi  əhali arasında sanitar  mədəniyyətin artmasına 

səbəb oldu. Bu vaxt göyçay hərəkatının təcrübəsindən geniş 

istifadə olundu. 



Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə