Adil niFTİ OĞlu məMMƏdov tibb elmləri namizədi



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə15/46
tarix26.03.2018
ölçüsü1,18 Mb.
#34529
1   ...   11   12   13   14   15   16   17   18   ...   46

 

 

 



59 

Naxçıvan MSSR-də malyariya xəstəliyinin yayılma 

dərəcəsini öyrənmək üçün 1929-cu il iyun ayında buraya 

dosent I.Axundovun rəhbərliyi ilə ekspedisiya gəlir və 4 ay 

müddətində  Şərur rayonunda müayinə aparır. Ekspedisiya 44 

kənddə 4875 nəfəri malyariyaya qarşı müayinədən keçirib. 

Nəticədə aydın olub ki, Şərur rayonunda dalaq indeksi (dalağın 

böyüməsi) 27,5%, parazitar indeks (parazit gəzdirən) – 6,5% 

olmuşdur. 

Parazitlərin növünə görə bölünməsi göstərir ki, 

malyariyanın forması belə olmuşdur: kvartana (dörd günlük)- 

49,7%, tropik malyariya – 45,0%, üçgünlük malyariya – 2,2% 

və qarışıq malyariya – 3,1%.

1

    



Naxçıvan Xalq Səhiyyə Komissarlığı yarandığı gündən vərəmə 

qarşı mübarizə aparmağı özünün əsas məsələsi hesab etmişdir. 

Çox təəssüf ki, Sovet hakimiyyətinin ilk illərində  vərəmin 

yayılması haqqında əsaslı rəqəmli məlumat yoxdur. Lakin bəzi 

materiallar göstərir ki, o illərdə Naxçıvanda vərəm geniş 

yayılmışdır. Məsələn, həkim Y.Marqulis «Gigiyena və 

epidemiologiya» jurnalının 1926-cı il 8-ci №-də yazmışdır ki: 

«Vərəm Naxçıvanda özünə yuva salmışdır). 

Naxçıvan MSSR-i Xalq Səhiyyə Komissarlığının verdiyi 

məlumata  əsasən 1928-ci ildə respublikada 474 vərəmli xəstə 

(0,43%) olmuşdur. Sovetləşmənin ilk illərində xüsusi tibb 

müəssisəsi olmadığına görə  vərəmə qarşı mübarizə  tədbirləri 

respublikanın ümumi tibb şəbəkəsi tərəfindən aparılırdı. 

Əhalinin həyat  şəraitinin aşağı  səviyyədə olması, 

əlverişsiz sanitar-gigiyenik vəziyyət sovetləşmənin ilk illərində 

dəri-zöhrəvi xəstəliklərinin yayılmasına  şərait yaratmışdır. 

Keçəllik, qotur və başqa dəri xəstəlikləri daha çox yayılmışdır. 

Ona görə də Səhiyyə Komissarlığı bu sahəyə də xüsusi diqqət 

yetirmişdir. 

Naxçıvan Xalq Səhiyyə Komissarının müavini 

V.Mudrıxın məruzəsindən görünür ki, 1924-25-ci illərdə 

_________________ 

1

 I.Axundov və M.Şahsuvarlı. Şərurda malyariya (Naxçıvan MSSR). 



Azərbaycan Tropik institutunun əsərləri, Bakı, 1936-cı il, səh.19.

 

əhali arasında dəri və zöhrəvi xəstəliklərin yayılması 20%-ə 



çatmışdır. Xəstəliyin  əksərini sifilis xəstələri təşkil edirdi. 

 

 



 

60

Şəhər əhalisi arasında 265 belə xəstənin qeydə alınması haqda 



qeydiyyat var. 

Zöhrəvi xəstəliklərlə mübarizə aparmaq üçün 1925-ci 

ildə Naxçıvan  şəhərində zöhrəvi dispanser, bir az sonra isə 

favazori açılır. Daha sonra, 1926-cı ildə, Naxçıvan mərkəzi 

laboratoriya nəzdində dəri – zöhrəvi kabinə açılır. 

Naxçıvanda Sovet hakimiyyətinin ilk illərində traxoma 

xəstəliyi  əhali üçün böyük bəla idi. Traxomanın fəsadlaşması 

üzündən  yüzlərlə əlil hadisəsi olurdu. Xəstəlik əhali arasında 

Arazətrafı düzənlikdə daha çox yayılmışdı. 

Həkim Y.Marqulis öz məqaləsində göstərir ki, (1926) 

traxoma xəstəliyi haqqında  əhalinin sanitar-gigiyenaya dair 

elementar təsəvvürü olmadığına görə tibb işçiləri qarşısında, 

traxoma və onun profilaktikası sahəsində ciddi iş aparmaq 

vəzifəsi durur.  

Traxoma xəstəliyi məktəblilər arasında da geniş 

yayılmışdır. 1925-ci ildə Naxçıvanda  şəhər məktəblərində 

traxomaya tutulanların faizi – qızlar arasında 47%, oğlanlar 

arasında 35% olmuşdur. 

1926-cı ildə ölkə  xəstəxanasında göz şöbəsi, Naxçıvan 

mərkəzi ambulatoriyada isə göz kabinəsi, bir ildən sonra 

Ordubadda da göz kabinəsi təşkil edilir. 1930-cu ildə ölkə 

xəstəxanasında göz çarpayılarının sayı 30-a çatdırılır. 

Respublikada yuxarıda göstərilən xəstəliklərdən başqa 

dizenteriya, qurd invaziyası, qızılca, təbii çiçək və digər 

yoluxucu xəstəliklər də xeyli yayılmışdır. 

1925-ci ilin payız ayında Naxçıvanın dağlıq hissəsində 

qızılca xəstəliyi daha da şiddətlənmişdi. Həmin xəstəlikdən baş 

verən ölüm hadisəsi isə 15-16%-ə çatmışdır. 

Naxçıvan Səhiyyə Komissarlığının 1928-ci ilə aid 

hesabatında epidemik xəstəliklərin gedişatı haqqında belə 

məlumat verilir: skarlatina – 123 hadisə, qızılca – 369, 

dizenteriya – 422, qulaq altı vəzin xəstəliyi – 460, göy öskürək 

– 1402, qripp – 1446. 

Başqa xəstəliklər arasında birinci yeri qurd xəstəliyi 

tutur. Müayinə vaxtı bu xəstəlik böyük faiz 42-dən 63,2%-ə 

qədər təşkil etmişdir. 




 

 

 



61 

Naxçıvanda Sovet hakimiyyətinin bərqərar  olmasının 

ilk illərində  əhali arasında sanitar maarif işinin aparılmasına 

xüsusi diqqət yetirilir. Əsas məqsəd  əhalinin sağlamlığının 

qorunması və sanitar əmin-amanlığa nail olmaqdan ibarət olub. 

Sanitar maarifi əhalinin sanitar savadsızlığının ləğv 

edilməsində  əsaslı rol oynamışdır. Epidemik xəstəliklərlə 

mübarizə etmək yollarını, gigyeniya elminin əhaliyə 

çatdırılmasını təmin etmişdir. 

Sanitar maarifinin ona xas olan forması -  o vaxtlar 

hamının başa düşəcəyi dildə oxunan mühazirələr, söhbətlər, 

mitinqlərdə çıxışlar etmək və sairədən ibarət idi. 

Epidemiya  əleyhinə  tədbirlərin təbliğ edilməsi ilə 

bərabər ana  və uşaqların mühafizəsi, yaşayış yerlərinin əmin-

amanlığı, vərəmlə, dəri-zöhrəvi və başqa xəstəliklərlə 

mübarizə kimi vacib məsələlər işıqlandırılırdı. 

1930-cu ildə Naxçıvan  şəhərində sanitar maarifi evi 

təşkil edilir. Tezliklə orada sərgi düzəldilir ki, əhali oraya 

həvəslə gəlir (7-ci şəkil). 

Əhalinin çoxsaylı  fəalları xalqın sağlamlığının 

qorunmasında tibb işçilərinin fəal köməkçisi olmuşlar. Buna 

misal, Qırmızı Aypara Cəmiyyətinin fəallarını, kolxoz və 

müəssisələrdən olan ictimai sanitar müvəkkillərini, evlər 

idarəsində  və s. yerlərdə olan səhiyyə komissiyalarını 

göstərmək olar. Bundan başqa səhiyyə  xətti üzrə  əhalinin 

ictimai özfəaliyyətini təşkil etmək sahəsində xeyli iş 

görülmüşdür. 

1924-25-ci illərdə dairələrdə sanitar şuralar, kəndlərdə 

isə  kənd sanitar komissiyaları  təşkil edilir, onların tərkibinə 

həkimlər və ictimai təşkilatların nümayəndələri daxil edilir.

1

    


Naxçıvan MSSR-də Qırmızı Aypara Cəmiyyətinin təşkil 

edilməsi respublikanın səhiyyə orqanlarına sanitar 

müdafiəsinin və əhalinin sanitar mədəniyyətinin yüksəlməsinə 

böyük köməklik göstərmiş oldu. 

____________________ 

1

 H.Sultanov «Naxçıvan hökumətinin 1925-ci ilə aid fəaliyyəti 



haqqında məruzə», Irəvan, 1926-cı il, səh.32.

 

 



 

 

 



62

 

 



7-ci şəkil 

Yenicə təşkil edilmiş sərgiyə baxış 

 

1928-ci ildə 4 qəza, 7 rayon komitəsi və 23 özək var idi. 



Naxçıvan qadınlar klubu nəzdində 1928-ci il may ayının 

16-da ilk tibbi yardım dərnəyi təşkil edilir. Dərnəkdə  məşğul 

olan qadınların sayı 22 olur. Dərnəyə 

həkim 


E.Q.Mahmudbəyov rəhbərlik edir. Burada tibb bacıları  və 

sanitarkalar hazırlanır.

1

      


Əhalinin ictimai-sanitar özfəaliyyətinin təşkil 

edilməsində sanitar maarif evinin böyük köməyi olmuşdur. 

 

 

 

 

 



 

 

 



 

________________ 

1

 Naxçıvan MSSR, MDA fond 17, siyahı 1-2, qovluq 44, səh.19. 




Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə