Adil niFTİ OĞlu məMMƏdov tibb elmləri namizədi



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə16/46
tarix26.03.2018
ölçüsü1,18 Mb.
#34529
1   ...   12   13   14   15   16   17   18   19   ...   46

 

 

 



63 

N Ə T I C Ə 

 

1. Naxçıvan MSSR-də Sovet hakimiyyəti qurulandan 



sonra ilk günlərdən başlayaraq əhaliyə tibbi kömək göstərmək 

Naxçıvan Inqilab Komitəsinin əsas vəzifəsindən biri olmuşdur. 

2. Səhiyyə  şöbəsi vətəndaş müharibəsinin ağır illərində 

bütün gücünü səhiyyənin  əsas prinsiplərinin həyata 

keçirilməsinə sərf edir. 

3. Ölkənin iqtisadiyyatı  bərpa olundu və inkişaf etdi, 

xalq təsərrüfatının vəziyyəti yaxşılaşdı, sosialist tikintisi 

genişləndi. Respublikanın mədəni səviyyəsi artdı,  əhalinin 

güzaranı yaxşılaşdı. 

4. Tibb müəssisələri bərpa edildi, yeniləri təşkil edildi

respublikanın fəhlə  və  kəndli  əhalisinə pulsuz tibbi xidmət 

göstərilməyə başlandı. Daha sonra tibb müəssisələrinin 

şəbəkəsi planlı surətdə inkişaf etdi. Ana və uşaq müəssisələri, 

sanitar epidemiya əleyhinə  xidməti təşkil edildi. 

5. Naxçıvan MSSR hökuməti respublikada səhiyyənin 

vəziyyətini yaxşılaşdırmaq haqqında dəfələrlə  qərarlar qəbul 

etdi. 

6. Ictimaiyyətin səhiyyə  xətti üzrə özfəaliyyəti təşkil 



edildi. Ictimaiyyətin fəalları və tibb işçiləri tərəfindən aparılan 

sanitar maarif işi genişləndirildi. 

 

 

 



 

64

2. Xalq təsərrüfatının sosialist quruluşunun başa çatması 



və sosialist cəmiyyətinin möhkəmlənməsi dövründə 

Naxçıvan MSSR-də səhiyyə (1933-1940-cı illər) 

 

Sosialist quruluşunun iri addımlarla inkişafı, ölkənin 



sürətlə  sənayeləşdirilməsi, kənd təsərrüfatının sosialist 

rekonstruksiyası, fəhlə sinfinin, şəhər və 

kənd 

zəhmətkeşlərinin mədəni-məişət  şəraitinin yaxşılaşması – 



bütün bunlar Naxçıvan MSSR-də  əhalinin sağlamlığının 

yaxşılaşmasına və səhiyyənin gələcək inkişafına səbəb oldu. 

Birinci beşilliyin axırında respublikada səhiyyə böyük 

nailiyyətlər  əldə etdi. Çarpayı fondu, xəstəxanaların, 

dispanserlərin, həkim səhiyyə  məntəqələrinin, feldşer tibb 

məntəqələrinin sayı xeyli artdı. Tibbi kadrların sayı çoxaldı. 

Əhalinin xəstələnmə halı get-gedə azaldı. 

Ikinci beşillik respublikada əhalinin sağlamlığı  uğrunda 

mübarizə etmək üçün daha geniş şərait yaratdı. 

1933-34-cü illərdə Naxçıvan  şəhərində traxoma 

dispanseri, Ordubad şəhərində malyariya dispanseri, Culfa 

şəhərində 15 çarpayılıq xəstəxana ambulatoriya ilə açıldı. 

Respublikada yenə  də aptek, həkim, feldşer, traxoma və 

malyariya məntəqələri təşkil edildi. 

Respublikada sanitar maarif evinin nəzdində ilk dəfə 

olaraq tibbi kitabxana fəaliyyətə başladı, Naxçıvan və Noraşen 

(Şərur) malyariya stansiyaları Tropik stansiyaya çevrildi. 

1934-cü ildə respublikada çarpayıların sayı 1913-cü ilə 

nisbətən 10 dəfə artdı, həkim və orta tibb işçilərinin sayı 

çoxaldı. Əgər 1913-cü ildə respublika ərazisində cəmi 5 həkim, 

14 orta tibb işçisi var idisə, 1936-cı ildə  həkimlərin sayı 32, 

orta tibb işçilərin sayı 110 olmuşdur, başqa sözlə  həkimlərin 

sayı 6 dəfə, orta tibb işçilərinin sayı 8,5 dəfə artmış oldu. 

Respublikada təcili yardım poliklinika və 

ambulatoriyalar tərəfindən göstərilirdi. Lakin bu əhalinin bu 

xidmətə olan tələbatını ödəmirdi. Ona görə 1936-cı ildə 

Naxçıvan  şəhər poliklinikasının nəzdində  təcili tibbi yardım, 

bir qədər sonra, 1937-ci ilin may ayında o sərbəst təcili yardım 

stansiyasına çevrilir. 



 

 

 



65 

Naxçıvan Respublikasının zəhmətkeşlərini müainədən 

keçirmək məqsədilə 1937-ci ildə Naxçıvan, Ordubad 

şəhərlərinin poliklinikalarında və Noraşen (Şərur) 

ambulatoriyasında həkim komissiyası təşkil edilir. 

1937-ci il 18 sentyabrda çağırılmış X Fövqəladə Ümumi 

Naxçıvan Sovetlər qurultayında Naxçıvan MSSR-in yeni 

Konstitusiyası qəbul edilir. Konstitusiyanın (əsas qanunu) 86-

cı maddəsində yazılıb: «Naxçıvan MSSR-i vətəndaşları 

istirahət etməyə ixtiyarlıdırlar. Bu iş gününün 7 saata qədər 

qısaldılmasını  təmin edir, ildə bir dəfə  fəhlə  və qulluqçulara, 

əmək haqqını saxlamaq şərtilə, məzuniyyət verilir və onlar 

sanatoriya  şəbəkələrindən, istirahət evlərinin xidmətindən 

istifadə etmək ixtiyarına malikdirlər». 

87-ci maddədə yazılıb: «Naxçıvan MSSR-i vətəndaşları 

qocaldıqda, habelə  xəstələndikdə  və  əmək qabiliyyətini 

itirdikdə maddi təminata ixtiyarlıdır».

1

  



Sovet hökuməti Naxçıvan MSSR-də  səhiyyənin 

inkişafına böyük diqqət verirdi, bunun nəticəsində tibb 

müəssisələrinin  şəbəkəsi ildən-ilə genişlənirdi. 1935-36-cı 

illərdə Naxçıvan  şəhərində, Noraşen (Şərur) və  Şahbuz 

rayonlarında uşaq yasliləri və doğum evlərinin tikintisinə 

başlanılır.  

Sonralar respublikanın xalq təsərrüfatının planına əsasən 

tibb obyektlərinin tikintisi genişlənir. Belə ki, 1939-cu ildə 

Naxçıvan  şəhərində respublika xəstəxanası, mama-feldşer 

məktəbi, süd mətbəxi; Noraşen,  Şahbuz,  Əbrəqunus rayon 

mərkəzlərində  xəstəxana, Naxçıvan, Culfa, Ordubad 

şəhərlərində  və Noraşen,  Əbrəqus kənd sovetlərində  uşaq 

yasliləri tikilir.

2

  



1939-cu ilin may ayında Naxçıvan MSSR-i  XKS və 

Azərbaycan KP(b) Naxçıvan Vilayət Partiya Komitəsi 

«Naxçıvan MSSR-i xalq təsərrüfatının inkişafı üçün beşillik 

planın təsdiq edilməsi haqqında» qərar çıxardılar. Bu 

_________________ 

1

 Naxçıvan MSSR-i Baş sovetinin I sessiyası, 24-27 iyul 1938-ci il 



stenoqrafik hesabat. Naxçıvan 1939-cu il, səh.54. 

2

 Naxçıvan MSSR-i M.D.A. fond 17, siyahı 1-2, qovluq 123, səh.32, 



68.

 

 



 

 

66



qərarda respublika səhiyyəsinin inkişafı üçün 4369,9 min 

manat həcmində vəsait təsdiq edilir.

1

  

Naxçıvan MSSR-i Xalq Komissarlar Sovetinin 28 



avqust 1938-ci il qərarını yerinə yetirərək Səhiyyə komissarı 

Həmid  Əsədov səylə çalışır və obyektlərin qərarda göstərilən 

vaxtda başa çatmasına nail olur. 

Yalnız 1939-cu ildə respublikada tibb obyektlərinin 

tikintisi üçün 1525,0 manat nəzərdə tutulmuşdur ki, bu da 

1939-cu ilə Aid səhiyyə büdcəçinin 20,7%-ni təşkil etmişdi. 

Lakin obyektlərin tikintisi ləng gedirdi, tikinti materiallarının 

və  fəhlə qüvvəsinin çatışmaması  səbəbindən buraxılış 

obyektləri təyin olunan vaxtda təhvil verilmirdi. 

Hər il səhiyyə üçün ayrılan vəsait artırdı. Əgər 1926-27-

ci illərdə Naxçıvan MSSR-i səhiyyəsinə 278,2 min manat, 

1932-ci ildə 652,0 min manat, 1935-ci ildə 2068 min manat 

ayrılmışdırsa 1940-cı ildə bu məbləğ 7773,4 min manat 

olmuşdur. Beləliklə  səhiyyənin büdcəsi 1926-27-ci illərə 

nisbətən 28 dəfə, 1932-ci ilə nisbətən 12 dəfə, 1935-ci ilə 

nisbətən 3,8 dəfə çox olmuşdur. 

 

*** 


 

Respublikada sistematik olaraq uşaq və qadın 

məsləhətxanaları, doğum evləri və yaslilərin sayı artırdı. 1935-

ci ildə respublikada 2 uşaq və qadın məsləhətxanası, 4 daimi 

(100 yerlik) və 46 fəsli (1410 yerlik) yaslilər var idi. 1936-cı 

ilin yanvar ayında Bakıdan təkər üstündə kolxoz yasliləri 

alınır. 

1937-ci ildə Naxçıvan şəhərində yenidən 25 çarpayıdan 

ibarət uşaq xəstəxanası açılır, Başnoraşen kəndində isə yeni 

tikilmiş binada 4 çarpayılıq doğum evi təşkil edilir. 

Culfa və Ordubad xəstəxanalarının doğum  şöbələri 

açılır. 1938-ci ildə Culfa şəhərində  uşaq xəstəxanası, 1940-cı 

ildə isə Naxçıvan  şəhərində 15 çarpayılıq südəmər uşaq evi 

təşkil edilir. 

_____________________ 

1

 Naxçıvan MSSR-i M.D.A. fond 17, siyahı 1-2, qovluq 123, səh.32, 



68.

 



Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə