Adil niFTİ OĞlu məMMƏdov tibb elmləri namizədi



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə17/46
tarix26.03.2018
ölçüsü1,18 Mb.
#34529
1   ...   13   14   15   16   17   18   19   20   ...   46

 

 

 



67 

          Uşaq müəssisələrinin rəhbərlərinin hazırlanması  uşaq 

sağlamlıq şəbəkəsinin genişlənməsinə imkan verdi.  

1935-ci ildə Naxçıvan, Noraşen (Şərur) və Ordubad 

rayon mərkəzində uşaq meydançaları təşkil edildi. 

Sovet hökuməti yorulmadan uşaqların sağlamlığının 

vəziyyətinin yaxşılaşmasına diqqət verirdi. 1940-cı ilin fevral 

ayında Naxçıvan MSSR-i X.K.S «Naxçıvan MSSR-də daimi 

və mövsümü yasli şəbəkəsinin genişləndirilməsi haqqında» 

qərar qəbul etdi. 

SSRI Xalq Komissarlar Soveti (1936) abortların 

qadağan edilməsi ilə  əlaqədar olaraq qadınların maddi və 

məişət  şəraitinin yaxşılaşdırılması haqqında bəzi tədbirlər 

nəzərdə tutmuşdu. Hamilə qadınlara birdəfəlik müavinət və 

süd verən analara hər ay müavinətin həcmi artdı. 6 uşağı olan 

anaya, bundan sonra doğulan uşaqlarına, birdəfəlik müavinət 

verilirdi. 

10 uşaq anasına, hər yeni doğulan uşağa görə birdəfəlik 

5000 manat və 4 il müddətinə 3000 manat verilirdi. 

1937-ci ilin yanvar ayında SSRI hökumətinin qərarına 

uyğun olaraq Azərbaycan SSR-i XKS «Tibbi göstərişə görə  

abortlara icazə verilməsi qaydaları haqqında» qərar qəbul etdi. 

Abortların qadağan edilməsi özünü doğrultmadı. Həkimlər 

hamiləliyə qarşı  dərmanların qəbul edilməsi qaydalarını 

qadınlara daha öyrətmədilər. 

1940-cı ildə respublikada aşağıdakı  uşaq və qadın 

müəssisələri var idi: 25 çarpayılıq uşaq xəstəxanası, 27 

çarpayılıq 3 doğum evi (onlardan ikisi 12 çarpayı  kənd 

yerlərində), 3 uşaq məsləhətxanası (onlardan ikisi sərbəst), 2 

süd mətbəxi, 3 mama məntəqəsi, 7 daimi (247 yerlik) və 61 

mövsümü (1597 yerlik) yaslilər – xalq səhiyyə komissarlığının 

nəzdində 24 uşaq baxçası – 762 yerlik, uşaq həkimlərinin və 

mama – ginekoloqlarının sayı 1936-cı ilə nisbətən 7-dən 10-a 

qədər çoxalmışdır. Habelə mamaların, mama – feldşerlərin, 

tibb bacılarının sayı 41-dən 95-ə çatmışdır. 

 

 



 

 

68



*** 

 

Respublikada müalicə  şəbəkəsi ilə yanaşı sanitar 



idarələr də genişlənir. 1937-ci ildə Naxçıvan şəhərində ilk dəfə 

respublika sanitar stansiyası (baş  həkim vəzifəsinə  Əli 

Süleyman oğlu Xəlfə-zadə təyin edilir), onun nəzdində sanitar-

bakterioloji  laboratoriya təşkil edilir. Onun yaradılması 

epidemiya əleyhinə tədbirlərin həyata keçirilməsində böyük rol 

oynayır. 1937-ci ildə Naxçıvan rayonunda baş vermiş  qızılca 

xəstəliyinə qarşı  qəti tədbirlər görüldü və  qısa bir vaxtda 

xəstəlik aradan  qaldırıldı. Infeksiya baş verən vaxt onun ləğv 

edilməsi üçün təsirli tədbirlər görülürdü. Epidemiya  ocağında 

təcili təcridxanalar təşkil edilir, ora həkim briqadaları, 

dezinfeksiyaedici məhlullar və s. göndərilirdi. Məsələn, 

Şahbuz rayonunun 3 kəndində  və  Əbrəqunus rayonunun bir 

kəndində skarlatina xəstəliyi baş verdiyinə görə 1937-ci ilin 

noyabr ayının 7-dən 23-dək hər birində 10-15 adam tutan 

təcridxana  (izolyator) təşkil edilmişdir.

 

 Bunun nəticəsində 



xəstəlik tez bir vaxtda ləğv edilmişdir. 

Naxçıvan MSSR-i X.K.S. 31.01.1940-cı il qərarında 

göstərilir ki, «respublika ərazisində baş vermiş yeni 

infeksiyanın tezliklə ləğv edilməsi və onun qarşısının alınması 

üçün Xalq Kommunal Təsərrüfat Komissarlığına və rayon 

icraiyyə komitələrinin sədrlərinə tapşırıq verilib ki, onlar 

epidemiya  əleyhinə  tədbirlərin həyata keçirilməsində tibb 

işçilərinə vaxtında hər tərəfli köməklik göstərsinlər». 

Başqa sirayət edən xəstəliklərə – bruselliyoz, sibir 

yarasına qarşı tədbirlər də nəzərdən qaçırılmırdı. 

Təbii çiçək, difteriya, qarın yatalağı, dizenteriya və s. 

xəstəliklərə qarşı profilaktik peyvəndlər aparılıb. Onların 

miqdarı aşağıdakı cədvəldə göstərilib: 

 



 

 

 



69 

11-ci cədvəl 

 

1937-1940-cı illərdə aparılan peyvəndlərin sayı 



 

Çiçək əleyhinə Difteriya 

əleyhinə 

Illər 


vaksi-

nasiya 


revaks

i-

nasiya 



vaksi-

nasiya 


revaksi-

nasiya 


  Qarın 

ya- 


talağına 

qarşı 


Dizente-

riyaya 


qarşı 

1937 11376 57519 1604 

5876 


3775 

1938 39193 51873 1834  352 

5391 

8406 


1939 8925 27348 8763  1275  4697 

8068 


1940 6587 21024 1682  1404  7477  15609 

 

Kompleks epidemiya tədbirlərin həyata keçirilməsi 



nəticəsində malyariya, traxoma, sifilis, yatalaq və başqa 

xəstəliklər kəskin aşağı salındı. Bunu 1937-1940-cı illərdə baş 

vermiş yoluxucu xəstəliklərdən görmək olar. 1940-cı ildə 

1937-ci ilə nisbətən yoluxucu xəstəliklər xeyli azalmışdır: belə 

ki, qarın yatalağı 24-dən 4 hadisəyə, paratif 4-dən 3-ə, qızılca 

612-dən 20-yə, skarlatina 712-dən 52-yə, difteriya 30-dan 10-

a, dizenteriya və enterokolit 287-dən 204-ə, su çiçəyi 78-dən 

59-a, uşaqlarda dispepsiya 621-dən 154-ə, malyariya 20537-

dən (1936) 14345-ə. Bəzi infeksiyalar (epidemik hepatit, qızıl 

yel, dəri leyşmaniozu, Sibir yarası, stalbnyak) 1940-cı ildə 

ümumiyyətlə qeydə alınmamışdır. Bununla belə cüzi sayda 

qripp və səpgili yatalaq qeyd olunmuşdur. 

Malyariya xəstəliyi ilə planlı surətdə ümumidövlət 

miqyasında mübarizə aparmaq məqsədilə Azərbaycan SSR 

X.K.S. yanında malyariya komitəsi tərəfindən 1932-ci ildə 

ikinci beşillikdə malyariya ilə mübarizə aparmaq üçün baş plan 

tərtib edilir.

1

    



Malyariya ilə mübarizə işinə maraqlı təşkilatlar, idarələr 

və ictimai təşkilatlar cəlb olunurlar. 

1935-ci ildə malyariyalı  xəstələrin sayı 25565, 1936-cı ildə – 

20537 olmuşdursa, 1940-cı ildə bu rəqəm 14345 olmuşdur. 

Rəqəmlər göstərir ki, respublikada 1940-cı ildə malyariyalı 

_________________ 

1

 N.Məmmədli. Azərbaycan SSR-də ikinci beşillikdə malyariya və 



onunla mübarizə. Bakı, 1932-ci il.

 

 



 

 

70



xəstələrin sayı demək olar ki, 1935-ci ilə nisbətən 2 dəfə 

azalmışdır. 

Naxçıvan Respublikasında malyariya əleyhinə 

müəssisələrin sayı artmışdır və 1940-cı ildə 2 tropik stansiya, 2 

malyariya dispanseri və 3 malyariya məntəqəsi fəaliyyət 

göstərirdi. 

Vərəm xəstəliyi ilə mübarizə davam etdirilir. 1936-cı 

ilin may ayında Naxçıvan  şəhərində respublika xəstəxanası 

nəzdində 15 çarpayıdan ibarət vərəm şöbəsi təşkil edilir, şəhər 

poliknikasında isə vərəm kabinəsi açılır. Bir ildən sonra (1937 

– fevral) Naxçıvan  şəhərində  vərəm  əleyhinə 20 çarpayılıq 

dispanser təşkil olunur. 

Traxoma xəstəliyinə qarşı  mübarizə daha da 

gücləndirilir. 1933-34-cü illərdə Naxçıvan  şəhərində traxoma 

dispanseri, 1936-cı ildə isə onun nəzdində 40 çarpayılılıq 

stasionar təşkil edilir. Kənd yerlərində traxoma məntəqələrinin 

sayı 9-a çatdırılır. 1932-33-cü illərdə respublikada traxomanın 

yayılma dərəcəsi seçmə yolu ilə yoxlanılan vaxt aydın olur ki, 

onun yayılma dərəcəsi heç də yerlərdə eyni deyil. 

Culfada traxomanın yayılması 84,4%-ə çatır, elə yer var 

ki, orada daha çox faiz (məsələn, Yaycı  kəndində 90,1%) 

olmuşdur. Ordubad rayonunda bu göstərici 50%-dən çox 

olmuşdur. Ordubad rayonunun dağ  və dağətəyi sahəsində 

traxomanın yayılması aşağı faiz olmuşdur. Ordubadda fəhlə və 

qulluqçular arasında traxomalı  xəstələrin sayı 25,1%, 

məktəblilər arasında 28,6% olmuşdur. 1932-ci ildə evlərdə 

aparılan müayinə vaxtı 307 ailədə 44,1% traxomalı  xəstə, 

onlardan qadınlar – 69,9%, kişilər – 31,1% təşkil etmişdir. 

Naxçıvan rayonunun düzənlik hissəsində traxomalı 

xəstələrin faizi 44,6%, Şərur rayonunda isə 36,6% olmuşdur. 

Yaylaqlarda olanlara tibbi xidmət göstərilməsinə böyük 

diqqət verilirdi. Həkim, mama və sanitarkadan ibarət tibbi 

dəstə  hər il yaylaqlara göndərilirdi. Bunlardan başqa hər 

yaylaqda uşaq yaslisi təşkil edilirdi. 

1940-cı ildə Naxçıvan  şəhər səhiyyə  şöbəsi təşkil edilir 

ki, Naxçıvan şəhərində olan tibb obyektləri ona tabe olur. 




Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə