Adil niFTİ OĞlu məMMƏdov tibb elmləri namizədi



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə20/46
tarix26.03.2018
ölçüsü1,18 Mb.
#34529
1   ...   16   17   18   19   20   21   22   23   ...   46

 

 

 



79 

3. Böyük Vətən müharibəsi illərində 

Naxçıvan MSSR-də səhiyyə 

 (1941-1945-ci illər) 

 

Faşist Almaniyasının Vətənimiz üzərinə xaincəsinə 



hücumu sovet adamlarının yaradıcı  əməyini pozdu. 

Kommunist Partiyasının və Sovet hökumətinin çağırışı ilə 

bütün sovet xalqı  Vətəni müdafiə etmək üçün ayağa qalxdı. 

Dövlətimizin bütün qüvvə  və  vəsaiti hiyləgər düşmənə qarşı 

müharibədə qələbəmizin təmin edilməsinə yönəldildi. «Hər şey 

cəbhə üçün! Hər  şey qələbə üçün!» - partiyamızın  şüarı belə 

idi. 

Böyük Vətən müharibəsi illərində  səhiyyə orqanları 



qarşısında çox mühüm bir vəzifə – cəbhədə  və arxada 

yoluxucu xəstəliklərin yayılmasına yol verməmək vəzifəsi 

dururdu. 

Müharibənin ilk illərindən Naxçıvan MSSR Xalq 

Səhiyyə Komissarlığı respublikada sanitariya işlərini tələb 

olunan səviyyədə saxlamaq və yoluxucu xəstəliklərin 

yayılmasına yol verməmək üçün hər cür tədbir gördü. Bununla 

əlaqədar olaraq Naxçıvan Muxtar respublikasının Xalq 

Səhiyyə Komissarlığı tərəfindən verilmiş 1942-ci il 29 yanvar 

tarixli  əmrdə deyilirdi ki, səhiyyə orqanlarının  ən mühüm 

vəzifəsi arxanı sanitariya cəhətdən yaxşı  vəziyyətdə 

saxlamaqdan, yoluxucu xəstəliklərin yayılmasına yol 

verməməkdən, ilk növbədə, səpgili yatalağın qarşısını almaq 

üçün hər yerdə geniş miqyasda tədbir görməkdən ibarətdir. 

Əmrdə respublikanın tibb işçilərinə bir vəzifə olaraq 

tapşırılırdı ki, səhiyyə  fəallarının, evdar qadınların, sanitariya 

postlarının və başqalarının iştirakı ilə briqadalar təşkil edib 

sənaye, ticarət və iaşə müəssisələrinin, həyətlərin, kolxozların, 

mənzillərin və digər obyektlərin sanitariya vəziyyətini 

yoxlasınlar, aşkara çıxarılan nöqsanları yerində aradan 

qaldırsınlar, yaşayış  məntəqələrinin təmizliyinə nail olsunlar 

və s. 


Böyük dövlət əhəmiyyəti olan bu vəzifə yerinə yetirildi. 

Respublikanın tibb işçiləri bir nəfər kimi yoluxucu xəstəliklərə 

qarşı mübarizəyə başladılar. 1942-ci ilin əvvəllərində 

 

 



 

80

Naxçıvan Muxtar Respublikasının Xalq Səhiyyə Komissarlığı 



və onun yerli orqanları yanında  epidemiyaya qarşı fövqəladə 

komissiyalar yaradıldı. Bu komissiyalar yerlərdə epidemiyaya 

qarşı mübarizə  təşkil edir və yaşayış  məntəqələrində, iaşə, 

kommunal və sənaye müəssisələrində, uşaq tərbiyə ocaqlarında 

sanitariya qaydalarının gözlənməsinə  nəzarət edirdilər. Onlar 

sanitar fəallarının işini  əlaqələndirib birləşdirirdilər. Bu işdə 

Qırmızı Aypara Cəmiyyəti mühüm yer tuturdu. 

Respublika fövqəladə Komissiyasının və Xalq Səhiyyə 

Komissarlığının  əmrinə (iyun 1942-ci il) əsasən dövlət 

malyariya və epidemiya  inspektorlarının boş qalmış 

vəzifələrinə tibb işçiləri seçilib götürüldü. 

1942-ci il iyunun 30-da respublikanın xalq səhiyyə 

komissarı  SSRI  Xalq  Səhiyyə Komissarlığının  əmrinə uyğun 

olaraq «Şəhər poliklinika və ambulatoriyalarında epidemiyaya 

qarşı mübarizə  və  şəhər  əhalisinə tibbi xidmətin sahə – ərazi 

sisteminin möhkəmləndirilməsi  haqqında»  əmr verdi. Əmrdə 

səhiyyə orqanlarına yoluxucu xəstəliklərə tutulanları vaxtında 

aşkara çıxarıb xəstəxanalara qoymaq, xəstəlik olan yerlərin 

vaxtında  və düzgün dezinfeksiya edilməsinə  nəzər yetirmək, 

xəstəlik müşahidə edilən yerləri və yoluxucu mədə-bağırsaq 

xəstəliyi keçirmiş olan adamları  nəzarət altında saxlamaq 

vəzifəsi tapşırıldı. Bu əmr respublikanın tibb işçiləri tərəfindən 

diqqətlə yerinə yetirildi. Yoluxucu xəstəliyə tutulan adamları 

aşkara çıxarmaq üçün tibb işçiləri evləri gəzir, həmin xəstəliyə 

tutulmağa  şübhəli adamları  dərhal xəstəxanaya göndərir, 

xəstəliyin ocaqlarını dezinfeksiya edirdilər. Sanitar nəzarəti 

gücləndirilmiş, təmizlik uğrunda mübarizə genişləndirilmişdi. 

Profilaktika məqsədi ilə edilən peyvənd geniş miqyas almışdı. 

1944-cü ildə habelə  vəba xəstəliyinin diaqnozunu təyin 

etmək üçün laboratoriya açılır. Respublikada epidemiya 

əleyhinə  işləri gücləndirmək məqsədilə Naxçıvan MSSR-i 

Xalq Komissarları Soveti nəzdində  aşağıdakı  tərkibdə 

respublika fövqəladə komissiyası yaradıldı: Naxçıvan MSSR-i 

XKS-in sədri, Azərbaycan KP Naxçıvan 

Vilayət komitəsinin katibi, Naxçıvan MSSR-i Səhiyyə 

 

16-cı cədvəl 




 

 

 



81 

 

1944-1945-ci illərdə qoruyucu peyvəndlər 



haqqında məlumat 

 

 



Çiçək 

 əleyhinə 

Difteriya  

əleyhinə 

Illər 

Vaksi-


nasiya 

Revak-


sina 

siya 


Vaksi-

nasiya 


Revak-

sina- 


siya 

Qarın 


yatalağı 

əleyhinə 

 

 

Dizente- 



riya  

əleyhinə 

1944 3641  23883  8319  9563  14914  14912 

1945 10970  21353  11838  4563  18035  18031 

 

komissarı, Naxçıvan MSSR-i Daxili işlər komissarı  və 



respublika prokuroru.  

Buna görə  də müharibə illərində respublikanın yalnız 

bəzi yerlərində ayrı-ayrı adamların səpgili yatalağa və digər 

yoluxucu xəstəliklərə tutulduğu müşahidə edilmişdi. Lakin tibb 

işçilərinin fədakarlığı sayəsində bu yoluxucu xəstəliklər də 

vaxtında aradan qaldırıldı. 

Arxiv sənədlərinə  nəzər yetirsək, görərik ki, bu və ya 

digər yoluxucu xəstəliyin qarşısının alınması haqqında 

Naxçıvan MSSR Xalq Komissarları Soveti dəfələrlə    qərar 

çıxarmışdır.

1

  

Müharibə illərində respublika səhiyyəsi qarşısında duran 



vəzifələrdən biri də 

vərəmə qarşı mübarizəni 

genişləndirməkdən, onun əhali  arasında yayılmasına yol 

verməməkdən ibarət di. 1943-cü ilin may ayında Naxçıvan 

MSSR Xalq Komissarları Soveti «Naxçıvan MSSR-də vərəmə 

qarşı mübarizə haqqında» qərar çıxarmışdı. 

Respublikanın tibb kollektivi bu mühüm sənəddə 

göstərilənlərə  əməl edərək vərəmli xəstələrə müalicə – 

profilaktika yardımını yaxşılaşdırmaq, onları  aşkara çıxarıb 

vaxtında müalicəyə cəlb etmək sahəsində xeli iş görmüşdür. 

________________ 

1

 Naxçıvan MSSR MDA (Mərkəzi dövlət arxivi), F.17, siyahı 8, 



qovluq 10, səh.60.

 

 



 

 

82



Az vaxt içərisində Naxçıvan şəhərində vərəm dispanseri 

açıldı (1944-cü ildə), müvafiq tibb kadrları ilə  təmin edildi, 

çarpayıların sayı 25-dən 55-ə çatdırıldı.

1

    



Xalq maarifi, ictimai təminat orqanları  və başqa 

təşkilatlar da vərəmə qarşı mübarizəyə cəlb edilmişdilər. 

«Müdafiə  sənayesi müəssisələri fəhlələrinə tibbi 

xidmətin yaxşılaşdırılması haqqında» SSRI Xalq Səhiyyə 

Komissarlığının  əmrinə müvafiq olaraq, 1942-ci ilin dekabr 

ayında Naxçıvan MSSR Xalq Səhiyyə Komissarlığı eyni 

məzmunda  əmr vermişdi. Həmin  əmr  əsasında Naxçıvan duz 

mədənində  çalışan fəhlə və qulluqçulara ixtisaslı tibb yardımı 

göstərmək üçün üç ay müddətində xüsusi həkim briqadası 

yaradıldı. Bir qədərdən sonra (1943-cü ilin iyun ayında) 

Parağaçay mədəni geoloji – kəşfiyyat dəstəsində çalışan 

fəhlələr üçün tibb məntəqəsi təşkil edildi. 

Müharibə illərində Naxçıvan MSSR-in bütün ərazisində 

özünə  və başqalarına ilk tibbi yardım göstərməyin  əhaliyə 

öyrədilməsinə böyük əhəmiyyət verilirdi. Bununla əlaqədar 

olaraq 1942-ci ilin oktyabr ayında Naxçıvan MSSR Xalq 

Komissarları Soveti xüsusi qərar qəbul etmişdi. Bu qərarda 

göstərilirdi ki, respublikanın  ərazisində yaşayan bütün yaşlı 

əhali (16-60 yaşlarında) ilə istehsalatdan ayrılmadan məcburi 

surətdə SMH (sanitariya müdafiəsinə hazıram) normaları, 11-

25 yaşlarında olan uşaqlarla isə SMHO normaları üzrə hazırlıq 

keçmək lazımdır.          Hazırlıq Qırmızı Aypara Cəmiyyətinin 

proqramı həcmində  keçilirdi.

2

  



Böyük Vətən müharibəsi illərində kolxoz kəndlərində 

kolxoz tibb bacıları  işləyən tibb məntəqələri yarandı. Sanitar 

fəalları  işinin bu forması  kənddə  əhalinin can sağlığının 

yaxşılaşdırılmasına xeyli kömək etdi, kolxozçuların sanitariya 

mədəniyyətini yüksəltdi. 

1944-cü ilin aprelində Naxçıvan MSSR Xalq 

Komissarları Soveti «Kolxoz tibb bacılarının hazırlanması 

______________ 

1

 Naxçıvan MSSR MDA (Mərkəzi dövlət arxivi), F.17, siyahı 2, 



qovluq 109, səh.63. 

2

 Naxçıvan MSSR MDA. F.17, siyahı 8, qovluq 5, səh.29.




Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə