Adil niFTİ OĞlu məMMƏdov tibb elmləri namizədi



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə28/46
tarix26.03.2018
ölçüsü1,18 Mb.
#34529
1   ...   24   25   26   27   28   29   30   31   ...   46

 

 

 



111

          1965-ci  ildə  kənd  əhalisinin ambulator müəssisələrində 

həkimlərə gəlişlərin sayı 297,5 min olmuşdur. Kənd əhalisinin 

bir nəfərinə 1,1 gəliş düşürdü, 1953-cü ildə bu göstərici 0,4-ə 

bərabər olmuşdur. 

Feldşer ambulator xidmət köməyi də genişləndi. 1965-ci 

ildə  həkim müəssisələrində feldşer, feldşer-mama və başqa 

məntəqələrdə orta tibb işçilərinə  gəlişlərin sayı 561,4 min 

olmuşdur ki, bu da kənd  əhalisinin bir nəfərinə 4,1 gəliş  

düşmüşdür, 1953-cü ildə isə bu göstərici 3,0 olmuşdur. 

1965-ci ildə  kənd xəstəxanalarına 20748 xəstə daxil 

olmuşdur ki, bu da çarpayı fondundan istifadə göstəricisinin 

1953-cü ilə nisbətən 2 dəfə artmasını göstərir (1953-cü ildə bu 

göstərici 138,7 gün olmuşdursa, 1965-ci ildə 246,4 gün 

olmuşdur). 

1965-ci ildə  uşaqlara və qadınlara göstərilən tibb 

xidməti xeyli yaxşılaşmışdır. Pediatr sahələri kiçildi. Sahələrin 

sayı artdı, sahədə bütün yaşdan olan uşaqların sayı 1000 nəfərə 

endirildi

1



Bu sahə  həkimi pediatra imkan verdi ki, uşaqlara 

ixtisaslaşmış müalicə – rpofilaktika köməyi göstərilməsini 

təmin etsin, müalicə – profilaktika tədbirlərini geniş  həyata 

keçirsin; uşaqlar arasında yoluxucu xəstəliklərin və onlar 

arasında ölüm səviyyəsini aşağı salsın; sahədə  uşaqların bir 

yaşına çatana qədər olan vaxtda fəal patronajının təşkilini 

yaxşılaşdırsın. 

Qadınlara göstərilən müalicə profilaktika köməyinin 

keyfiyyəti daha da yaxşılaşmışdı. Hamilə qadınlara hamiləliyin 

ilk günlərində  və doğuşdan sonra tibbi xidmətin təmin 

olunması işində irəliləyiş olmuşdur. Ana ölümü və xəstəlikləri 

ilə mübarizədə müalicə – profilaktiki tədbirlərinin həyata 

keçirilməsi gücləndirildi, əhali arasında bu sahəyə aid sanitar – 

maarifi işi genişləndi. 

Respublikanın dövlət büdcəsindən çoxuşaqlı analara və 

tək analara verilən müavinətin həcmi artdı. Aylıq müavinət 

alanların sayı 13131 (o cümlədən şəhərlərdə 2010  

 

______________ 



 

 

 



112

1

 Naxçıvan MSSR-i Səhiyyə nazirliyinin arxivi.F.17, siyahı 2, qovluq 



168, səh.109.

 

və kənd yerlərində 11121) olmuşdur.



1

    


«Qəhrəman ana» fəxri adını alan anaların sayı 110, 

«Analıq şərəfi» ordeni ilə təltifolunanların sayı 3524, «Analıq 

medalı» medalı ilə 12391 olmuşdur; hamilə  və doğuş 

məzuniyyətinin vaxtının 77 təqvim günündən 112 günə qədər 

artırılması qadınlara göstərilən müalicə – profilaktika 

köməyinin yaxşılaşmasına səbəb olmuşdur. 

1953-1965-ci illərdə respublikanın rayonlarında 

(Noraşen rayonunun Ibadulla, Püsyan, Qarxunkəndləri; Culfa 

rayonunun Dizə  kəndi) kolxozlar tərəfindən birtipli kolxoz 

doğum evləri tikilmişdir. Artıq qadınların əksər hissəsi uşaqları 

bu doğum evlərində doğmağa başladılar. 

Rayonda doğulan uşaqlar xidməti məsləhətxanada, 

doğum evindən çıxandan sonra, birinci üç gündə  həkim 

potranajı ilə əhatə olunurlar.  

Bununla belə 1965-ci ildə  kənd yerlərində ümumi 

çarpayı fondundan və doğum çarpayılarından qeyri-qənaətbəxş 

istifadə olunmuşdur. 

1953-1965-ci illərdə Naxçıvan MSSR-i səhiyyə büdcəsi 

ilbə-il artmışdır. 1965-ci ildə  səhiyyə büdcəsi 1953-cü ilə 

nisbətən demək olar ki, 2 dəfə çox olmuşdur. Hər il 

sərmayənin artırılması tib müəssisələrini yeni aparatlarla, 

alətlərlə, avtomaşınlarla təchiz etməyə imkan vermiş, mövcud 

tibb müəssisələrinin  əsaslı  təmir edilməsinə  və yeni 

xəstəxanaların tikilməsinə şərait yaratmışdır. 

Naxçıvan  şəhərində 30 yerlik yasli – baxça, 100 

çarpayılıq vərəm əleyhinə dispanser tikilib istifadəyə verilmiş, 

100 çarpayılıq doğum evinin tikintisi qurtarmaq ərəfəsində 

olmuşdur. 

1953-1965-ci illərdə sanitar – epidemioloji stansiyalar 

malyariya stansiyaları ilə birləşdirilərək iriləşdi. Bundan sonra 

sanitar – epidemioloji stansiyalar daha da kompleks şəkildə 

tədbirləri müvəffəqiyyətlə həyata keçirməyə başladılar. 

Illər keçdikcə aydın oldu ki, Dövlət sanitar müfəttişliyi 

və sanitar – epidemioloji stansiyalar arasında 

_______________________ 



 

 

 



113

1

 Naxçıvan MSSR-i xalq təsərrüfatının inkişafı statistik məcmuə, 



Bakı, 1964-cü il, səh.134-135.

 

əlaqə və razılıq mövcud olmadığına görə xəbərdar edici və cari 



sanitar nəzarətinin arasında uyğunsuzluq  əmələ  gəlir, bu isə 

sanitar – epidemiya əleyhinə  tədbirlərin kompleks şəkildə, 

tələb olunan qaydada həyata keçirilməsini təmin etmirdi. Ona 

görə  təcrübə göstərdi ki, sanitar nəzarətin ayrı-ayrı hissələri 

arasında uyğunsuzluğu aradan qaldırmaq üçün bəzi təşkilati 

tədbirlərin həyata keçirilməsi məqsədə uyğun hesab edildi. 

Bunu nəzərə alaraq SSRI Səhiyyə nazirliyi 1955-ci ildə  

nazirliyin Baş sanitar müfəttişliyini Baş sanitar – epidemioloji 

idarəsi ilə birləşdirib vahid sanitar – epidemioloji stansiya 

idarəsini yaratdı. 

Belə birləşmə Naxçıvan MSSR-i Səhiyyə nazirliyinin 

aparatında 1955-ci ilin iyul ayında aparıldı. 

Nazirlikdə Dövlət sanitar müfəttişliyi vəzifəsi Səhiyyə 

nazirinin müavini səlahiyyəti hüququnda saxlanıldı, respublika 

sanitar – epidemioloji stansiyada isə  xəbərdarlıq edici sanitar 

nəzarət Dövlət sanitar müfəttişliyinin bazasında təşkil edildi.

1

    


1958-ci ildə Respublika sanitar – epidemioloji 

stansiyanın tikilməkdə olan binası istifadəyə verildi. 

Bir qədər sonra – 1956-cı ildə kənd səhiyyəsi də yenidən 

quruldu: - rayon səhiyyə şöbəsi ləğv olundu, rayon xəstəxanası 

isə rayon sanitar – epidemioloji stansiya ilə birləşdirildi. 

Qeyd etmək lazımdır ki, Azərbaycanda  birləşmə SSRI-

nin başqa respublikalarından fərqli olaraq kənddə  səhiyyənin 

təşkili özünə uyğun quruluşda strukturası işlənib hazırlandı. 

Naxçıvan MSSR-də  1958-1959-cu illərdə  kənd tibb 

müəssisələri yenidən qurulmuşdur. Yeni kompleks müəssisəyə 

SXB (sanitariya xəstəxana birləşməsi) adı verilmişdir; həmin 

müəssisə rayon səhiyyə şöbəsinin funksiyasını daşıyır. SXB-yə 

rayonun baş həkimi rəhbərlik edir. O, habelə dövlət sanitariya 

inspektorudur, beləliklə  həmin  şəxs rayon səhiyyə  işlərinin 

təşkilatçısı sayılır. 

Belə quruluş  kənd tibb müəssisələrinin işində 

_______________ 

1

 Naxçıvan MSSR-i MDA. F.17, siyahı 9, qovluq 49, səh.10



 

 

 



 

114


profilaktik istiqaməti təmin edir. Səhiyyə  işlərinə  rəhbərlik 

yenidən təşkil olunduqdan sonra o, bir qayda olaraq müəyyən 

məqsədə doğru yönəldilmiş  və  işgüzar olmuşdur. Rayonda 

mövcud kadrlardan və maddi vəsaitlərdən daha səmərəli 

istifadə etmək üçün şərait yaranmışdır. Burada müalicə 

sanitariya – epidemioloji xidmət arasındakı  təşkilati 

rabitəsizlik aradan qaldırılmışdır. Işlərin yenidən qurulması ilə 

əlaqədar olaraq müalicə və sanitariya – epidemioloji xidmətin 

birgə gündəlik işi təmin edilmiş  və  xəstəliklərə qarşı bütün 

cəbhə boyu mübarizə başlandı. 

Səhiyyənin gələcəkdə daha da inkişaf etdirilməsi üçün 

böyük əhəmiyyət kəsb edən qərarlardan biri də SIKP Mərkəzi 

Komitəsinin və SSRI Nazirlər Sovetinin 14 yanvar 1960-cı il 

58№-li «SSRI-də  əhaliyə tibbi xidmət göstərilməsini və 

əhalinin can sağlığının qorunmasını daha da yaxşılaşdırmaq 

tədbirləri haqqında»kıqərarı oldu. Bu qərara  əsasən 

Azərbaycan KP Naxçıvan Vilayət Partiya Komitəsi və 

Naxçıvan MSSR-i Nazirlər Soveti 6 iyul 1960-cı il 75/110№-li 

eyni qərar qəbul etdi. Bu qərara  əsasən Naxçıvan MSSR-də 

tədbirlər işlənib hazırlandı. Bunlara tibb müəssisələrinin 

genişləndirilməsi, müalicə – profilaktika müəssisələrinin 

tikilməsi tempinin sürətləndirilməsi və keyfiyyətinin 

yüksəldilməsi və  həmin müəssisələrin avadanlıqla təchiz 

olunması, bir sıra yoluxucu xəstəliklərin (difteriya, poliomielit, 

traxoma) ləğv edilməsi, qarın yatalağı, bağırsaq infeksiyaları, 

brusselloz və digər xəstəliklərlə  xəstələnmə hallarının kəskin 

sürətdə azaldılması və s. tədbirlər aiddir. 

Bu qərar habelə, zəhmətkeşlərin can sağlığının 

qorunması  işində  əhalinin özfəaliyyətinin yeni inkişafı üçün 

zəmin yaratdı. 

Naxçıvan  şəhərində 1961-ci ildə respublika səhiyyə 

maarif evində iki illik sağlamlıq universiteti təşkil edildi. 

Universitetin işində böyük təcrübəyə malik olan ixtisaslı 

həkimlər, partiya və ictimai təşkilatların nümayəndələri iştirak 

edirdilər. Dərslər mühazirə  və  təcrübi məşğələ  şəklində 

aparılırdı. Bəzi hallarda müalicə – profilaktika və  uşaq 

müəssisələrində ekskursiyalar təşkil edilirdi. Demək olar ki, 

hər yerdə mühazirələr tematikaya uyğun olaraq sanitar-maarifi




Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə