Adil niFTİ OĞlu məMMƏdov tibb elmləri namizədi



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə7/46
tarix26.03.2018
ölçüsü1,18 Mb.
#34529
1   2   3   4   5   6   7   8   9   10   ...   46

 

 

 



27 

buraxılırdı. Bu puldan hər xəstəyə Başnoraşen xəstəxanasında 

3,2 qəpik, Cəhri xəstəxanasında isə 9 qəpik xərcləməyə icazə 

verirdilər. Sonralar xəstəxanalarda dərman və sarğı 

materiallarına buraxılan xərc bir qədər artırıldı. Hər 

xəstəxanaya feldşer məntəqəsi ilə birlikdə 800 manat pul 

buraxıldı. Lakin xəstəyə düşən dərman pulu isə artmadı. 

Məsələn, bu vəsait artırılan illər Başnoraşen kəndində  hər bir 

xəstəyə 3 qəpik, Naxçıvan şəhərindəki kənd xəstəxanasında 5 

qəpik, Çənənəb kənd xəstəxanasında isə 10 qəpik dərman pulu 

xərclənməsinə icazə verildiyi qeyd edilir. Bir ildə qəbul olunan 

stasionar və ambulatoriya xəstələrinin sayını  nəzərə alsaq, 

aydın olur ki, hər bir xəstəyə  cəmi 3-3,3 qəpik pul sərf 

olunurdu. 

Şərur qəzasının Başnoraşen kənd xəstəxanasının həkimi 

H.Səfiyev xəstələrə buraxılan dərman pulundan şikayətlənərək 

yazır ki,  «xəstəxanaya və feldşer məntəqəsinə buraxılan vəsait 

çatışmadığından həkim məcbur olur ki, xəstəyə lazımi tibbi 

yardım göstərməkdən imtina etsin. Sonra müəllif qeyd edir ki, 

ambulatoriya və stasionar xəstələrinə keyfiyyətli müalicə 

göstərilməsi üçün vəsaiti artırmaq lazımdır…»

1

.  



Xəstəxanada yatan xəstələrin qidalanmasına buraxılan 

vəsait onları təmin etmirdi, bundan başqa xəstələrə lazım olan 

ərzağı tapmaq olmurdu. Bu haqda Çənənəb kənd həkimi 

Y.Kaminski yazır ki, «Smeta üzrə hər xəstəyə bir gecə-gündüz 

ərzində 30 qəpik çatır. Bu pulla xəstəni saxlamaq qeyri 

mümkündür. Bu 30 qəpiyə  xəstəyə yalnız az miqdarda isti 

xörək, bir yumurta və bir qədər çörək vermək olar. Xəstələr 

normal qidalansınlar deyə, istər-istəməz öz ciblərindən  əlavə 

pul verməli olurlar»

2

.  



Əhaliyə göstərilən tibbi yardımın aşağı səviyyədə olması 

və 


xəstələrin xəstəxanaya az qəbul olunmasının 

________________ 

1

 Qafqaz mülki idarələrində xidmət edən həkimlərin birinci 



qurultayının əsərləri, II cild, 2-ci buraxılış, Tiflis 1916, səh. 54-55. 

2

 Yenə orada, səh. 66.



 

 

 



 

28

 bir  səbəbi də  kənd xəstəxanasının xidmət etdiyi sahədə 



40000-45000 nəfərin olması, kəndlərin xəstəxanadan xeyli 

uzaqda yerləşməsi idi. Kənd 

yollarının bərbad halda olması, 

ümumiyyətlə münasib və rahat nəqliyyat vəsaitinin olmaması 

və s. səbəblər  üzündən, xüsusilə  qış aylarında, xəstəxanaya 

qəbul daha da azalırdı. Bu da onunla izah edilir ki, qışda çoxlu 

qar yağması nəticəsində kəndlərin çoxunun yolları bağlanırdı. 

Çənənəb kənd həkimi Y.Kaminski bu haqda belə yazır: 

«Yolların  əlverişsiz və yararsız halda olması, iş gününün 

itirilməsi və s. bunların hamısı o qədər də varlı olmayan əhali 

üçün maneçilik törədirdi. Qışda qar yağanda isə yuxarılarda 

olan kəndlər başqa yerlərlə tamamilə  əlaqəsini kəsir və dağ 

cığırları təhlükəli olduğundan yalnız tək-tük adam tapılırdı ki, 

o da son dərəcə ehtiyac üzündən, qonşu kəndlərə getməyi 

qərara alsın»

1



Ona görə göstərilənləri və habelə  həkim kadrlarının 

kəskin azlığını  nəzərə alsaq belə  nəticəyə  gəlmək olar ki, 

qəzalarda yaşayan kənd  əhalisinə göstərilən tibbi xidmət nə 

dərəcədə aşağı səviyyədə idi. 

Ölkənin sanitariya vəziyyəti keçmişdə çox ağır idi. 

Küçələr başdan-başa zibillə dolu olurdu. Habelə küçələrin 

bərbad olması üzündən qışda palçıqdan, yayda isə tozdan 

keçmək mümkün olmurdu. «Molla Nəsrəddin» jurnalı 

Naxçıvanın belə acınacaqlı  vəziyyətinə gülərək keçmiş 

Naxçıvandakı küçələrin bərbad halda olmasını öz nömrələrinin 

birində  tənqid edir. Jurnalda çəkilən karikaturada bir nəfər 

Naxçıvan şəhər əhalisinin dəvə üstündə işə getməsi və dəvənin 

yarıya qədər palçığa batması göstərilir (5-ci şəkil). 

Sanitariya işlərinə  nəzarət yetirilməsi polis işçilərinə 

tapşırılmasına baxmayaraq, əslində bu işlə heç kim məşğul 

olmurdu. 

Naxçıvan şəhərində qədimdə  3 hamam var idi: - 

Şeyxəlibəy hamamı, Əlifəzli hamamı və qaçqın Mirzəəlibəy 

_________________ 

1

 Qafqaz mülki idarələrində xidmət edən həkimlərin birinci 



qurultayının əsərləri, II cild, 2-ci buraxılış, Tiflis 1916, səh.62.

 



 

 

 



29 

hamamı. Ordubadda isə  cəmi 2 hamam var idi. Kəndlərin 

əksərində  hamam yox idi. O kənddə ki, hamam var idi, onlar 

da çirkab sularla dolu olurdu. Əhali çimmək üçün 

 

 

 



 

5-ci şəkil 

Naxçıvan şəhəri Puşkin küçəsi 

 

ümumi hovuzlardan istifadə edirdi ki, bu da dəri və yoluxucu 



xəstəliklərin yayılması üçün əlverişli bir mənbə idi. 

«Molla Nəsrəddin» jurnalının inqilabdan qabaqkı 

nömrələrinin birində hamamda çimənlərin vəziyyətini təsvir 

etmişdir. 6-cı  şəkildən göründüyü kimi hamam otağının 

ortasında olan hovuzdan necə istifadə edilir.  

Kənd həkimi Y.Kaminski Naxçıvan qəzasının ikinci 

sahəsində (indiki Culfa rayonunda – A.M.) yaşayış şəraitindən 

və sahənin sanitariya vəziyyətindən məlumat verərək yazır ki, 

«sahənin yaşayış  şəraiti ümumiyyətlə  aşağı idi. Əhalinin 

istifadə etdiyi bulaq suyu kəndlərdə bir qayda olaraq 

çirkləndirilirdi. Kəndlərdə zibil tökmək üçün daimi yer 

ayrılmadığından zibil və başqa tullantılar ya çaya, ya da kəndin 

kənarına tökülürdü»

1



 

 

 



30

 

 



 

 

6-cı şəkil 



Kənd hamamı 

 

Yerlərdə nüfuzlu polis nümayəndələrinin olmaması 



üzündən  əhaliyə verilən göstərişlər vaxtında icra olunmurdu, 

əhali tibb işçilərinin göstərişlərinə çox vaxt etinasızlıqla 

yanaşırdı. Protokol tərtib edilməsi işə az kömək edirdi. 

Kənd həkimi H.Səfiyev  Şərur qəzasının ümumi halı  və 

əhalinin sanitariya vəziyyəti haqqında verdiyi məlumatda 

göstərir ki, qışda əhali otağın ortasında qazılmış təndirdən həm 

çörək yapmaq üçün, həm də soyuqdan qorunmaq üçün istifadə 

edirdi. Belə ki, təndirə çörək yapılandan sonra onun üstünə 

kürsü qoyur və bunun da üzərinə böyük bir yorğan salırdılar. 

Ailə üzvlərinin hamısı bu yorğanın altında yatırdılar. 

Müəllif yazır: «Heç bir evdə mebel yox idi, bunu  

 

_______________ 



1

 Qafqaz mülki idarələrində xidmət edən həkimlərin birinci 

qurultayının əsərləri, II cild, 2-ci buraxılış, Tiflis, 1916, səh.59-60. 



Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə