Adilxan bayramov səMƏd vurğUN



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə74/85
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38235
1   ...   70   71   72   73   74   75   76   77   ...   85

 
 
265
yaratmış, eyni zamanda məcazların köməyi il öz fikirlərini ifadə etmişdir. Səməd 
Vurğun demək istəyir ki, zülmətə  şəfəq saçan o alovlar qəhrəman bir milləti 
alqışlayan şairlərin ruhu, Azərbaycan dilində yaradılmış qoşma və bayatıların, gəraylı 
və şikəstələrin, qoca Şərqin şöhrəti Füzulinin qəzəlinin işığıdır, nurudur. 
Şair dilimizə xor baxan, Azərbaycan türkünü təhqir edən alçağa xatırladır ki, 
Azərbaycan gözəli dahilər böyütmüşdür.  İnsan qul doğulmamışdır. Hər bir azadlıq 
dastanı qanlarla yazıldığı üçün yanıb od olsa da, külə dönməz. 
Özünü Odlar ölkəsinin – Azərbaycanın «günəş donlu övladı» adlandıran  şair 
bütün millətlərə hörmətlə yanaşmağı vacib sayır. O bildirir ki, «hər torpağın öz eşqi 
var, hər millətin öz adı!» Bu misrada Səməd Vurğun yaradıcılığına xas olan iki cəhət-
milliliklə ümumbəşərilik birləşir, biri digərini tamamlayır. 
Şair burada qədim bir faktı xatırlatmış  və ona müasir ruh aşılamışdır. Bu, 
xalqımızın  əsrlər boyu qəsbkarlara qarşı apardığı ölüm-dirim savaşları, qəhrəman-
lıqlar tarixidir: 
 
Bir varaqla tarixləri, utan mənim qarşımda,  
Anam Tomris kəsmədimi Keyxosrovun başını?  
Koroğlunun, Səttarxanın çələngi var başımda.  
Nəsillərim qoymayacaq daş üstündə daşını;  
Anam Tomris kəsmədimi Keyxosrovun başını? (132, 213) 
 
Şair öz çıxışlarının birində  həmin məsələyə bir daha toxunaraq fars 
şovinistlərinin ünvanına hiddətlə demişdir: «Siz istədiyiniz qədər Azərbaycan dilində 
yazılmış  əsərlərdən tonqallar yaratsanız belə, burasını yadınızdan çıxartmamalısınız 
ki, bunlar yalnız kağızlardır, bununla Azərbaycan xalqının qəlbində siz ağalara qarşı 
yaranmış gizlin nifrət və kini alışdırıb alovlandırırsınız». (55) 
Səməd Vurğunun «Körpünün həsrəti»  şeri də onun Cənub həsrəti ilə bağlıdır. 
Şair bu şeri 1948-ci ildə həyat yoldaşı ilə bir- 


 
 
266
likdə qatarla gedərkən Araz çayı üzərindəki Xudafərin körpüsünə xitabən yazmışdır: 
          
 
 
 
Araz qırağında dayandı qatar,  
Elə bil qəlbim də dayandı bir dəm...  
Sıxlaşdı göydəki seyrək buludlar,  
Deyəsən başıma dolandı aləm. (132, 232) 
 
Qatardakılar pəncərələrdən Arazın o tayına baxırlar. O tayda gördüyü kəndin 
mənzərəsi  şairin qəlbini ağrıdır. Çardaqlı damlar, kəndin yanında seyrək-seyrək 
gəzən adamlar, bomboş  həyətlər, bağlı qapılar, qəbristanlıqda  əyilmiş baş daşları... 
acı bir mənzərə yaradır. 
Səməd Vurğun həmin vaxt o tayda gördüklərini 1950-ci ildə Bakıda rus dilində 
nəşr olunmuş «Cənubi Azərbaycan  şairləri» kitabına yazdığı müqəddimədə belə 
təsvir etmişdir: «Arazın o tayındakı dağların, çılpaq qayaların ətəklərində bomboş bir 
kənd vardır. Mən heç olmazsa, bircə  nəfər adam görmək, at kişnəməsi, yaxud it 
hürüşü eşitmək ümidi ilə uzun müddət bu kəndə baxdım. Lakin heyhat!.. Qarşımdakı 
bu kənddə heç bir həyat əlaməti yox idi». (136, 216) 
Şerin birinci hissəsi belə bir ovqatın təsiri ilə yaranmışdır.  Şair bu səhnələri 
təsvir etdikdən sonra özünə müraciət edir: 
 
Ah, ürək duyduqca bu səhnələri,  
Adətim olmuşdur alışıb yanmaq.  
Yanğına düşmüşdür könlüm şəhəri  
Böyük bir dərd imiş şair yaranmaq! (132, 233) 
 
Bu körpünü – bu nadir sənət incisini bir memar yaratmışdır. Qayalar üstündə da-
yanmış körpünün yaşı bilinmir. Onun bir daşı, bir kərpici belə yerindən düşməmişdir. 
Şair bu abidəni bütün gözəlliyi ilə görür, rəsmini çəkir: 


 
 
267
Üzünə gün düşüb, şəfəq güləndə  
Kərpici bir yaqut kimi qızarır.  
Üstünə dağlardan duman gələndə,  
Sərt qayalar kimi o da bozarır. (132, 233) 
 
Həssas şair başqa bir cəhətə də diqqət yetirir: 
 
Gözüm körpüdədir... Dayanmış qatar,  
Elə bil o qəsdən saxlayır bizi.  
Körpünü basmışdır yabanı otlar,  
Nə cığır görünür, nə ayaq izi... (132, 234) 
 
Bəli,  şairin görə bilmədiyi ayaq izləridir. Çünki bunlar yoxdur. Neçə vaxtdır 
buradan bir insan belə keçmir, körpünün gözləri elə bil yol çəkir: «Fəqət nə gələn var, 
nə də bir gedən». 
Səməd Vurğun Cənub probleminə bir sıra çıxış və məqalələrində də toxunmuş, 
bu böyük dərdi müxtəlif məqamlarda xatırlatmış, öz etirazını bildirmişdir. Onun 
Moskvada, «Literaturnaya qazeta»nın 4 sentyabr 1948-ci il tarixli sayında dərc 
olunmuş «Pod znamenem proqressa» adlı  məqaləsində fars şovinistlərinin Cənubda 
yaşayan soydaşlarımıza qarşı törətdikləri  əməllər qəzəblə damğalanmışdır. Bu 
məqalənin o vaxt Moskva mətbuatında çap olunması böyük əhəmiyyətə malik idi. 
Şair yazırdı: «Azərbaycan xalqının yarıdan çoxu bizim yüz addımlığımızda, xırdaca 
Araz çayının o tayında yaşayır.  İndi  İran Azərbaycanının bütün küçə  və 
meydanlarında dar ağacları qurulduğu, bütün ölkənin zindanlara çevrildiyi hamıya 
məlumdur. Köhnə cəlladlar, İran irticasına xidmət edənlər Azərbaycanın azadlıqsevən 
adamlarını məhkəməsiz və istintaqsız bu dar ağaclarından asırlar». (136, 89-90) 
Səməd Vurğun bildirir ki, İranda yaşayan azərbayçanlıların ana dili zorla əllərin-
dən alınmışdır, bütün İranda Azərbaycan dilində dərs keçən bir məktəb belə yoxdur. 
Fars şovinistlərinin Azərbaycan dilində yazılmış kitabları yandırması şairi hiddətlən- 


 
 
268
dirir.  Şair irticaçıları belə bir həqiqəti dərk etməyə çağırır ki, hər hansı bir xalqın 
dilini, xüsusən öz südü ilə Nizami kimi dahi sənətkar yetirən, bütün Yaxın  Şərqdə 
məşhur olan ölməz  şair Füzulinin rübabına qida verən xalqın dilini məhv etmək 
olmaz! 
Səməd Vurğun  İranda yaşayan azərbaycanlılara qarşı aparılan qəddarlıq 
hərəkətlərini bütün dünya ictimaiyyətinə çatdırmağa çalışır və bu istiqamətdə 
fəaliyyət köstərirdi. O, 1948-ci ilin avqust ayında Sülhü müdafiə edən mədəniyyət 
xadimlərinin Ümumdünya konqresinin iştirakçılarına da bu barədə  məlumat ver-
mişdir. Şair belə yazmışdır: «Xaricdəki beş milyonluq

 qardaş və bacılarımıza qarşı 
iranlı  cəlladların tətbiq etdikləri və XX əsrə layiq olmayan inkvizitor tədbirlərinə 
mən, Azərbaycan mədəniyyətinin nümayəndəsi və Azərbaycan xalqının  şairi olmaq 
etibarilə  Qərb və  Şərqin,  Şimal və  Cənubun qabaqcıl mədəniyyətinin konqresdə 
iştirak edən nümayəndələri qarşısında etiraz səsimi ucaltdım». (236, 90) 
Səməd Vurğunun 1949-cu ildə  qələmə aldığı «Qəhrəmanlara eşq olsun!» adlı 
məqaləsi öz azadlığı  uğrunda mübarizə aparan cənublu soydaşlarımıza divan tutan 
irticaya qarşı yönəlmişdir.  Şair «öz müqəddəs qanları ilə  Təbrizin daşlı küçələrini, 
meydanlarını, bütün İran Azərbaycanı torpağını, eləcə  də bütün İran torpağını 
suvaran, dar ağacı ayağına mərdanə gedən qəhrəmanları» alqışlayır. Bu ləyaqətli 
oğullar Azərbaycan xalqının azadlığı uğrunda canlarını verirlər. Onlar bilirlər ki, milli 
azadlığı olmayan bir torpaqda iqtisadi, ictimai, siyasi azadlıq ola bilməz. 
S.Vurğun Cənubi Azərbaycan milli-azadlıq hərəkatının Dadaş Tağızadə, Cavi-
dan, Sübhi kimi öncüllərinin adını çəkir, bu qəhrəman oğulların dediklərini xatırladır. 
Şair polkovnik Cavidanın  şəxsində azadlıq uğrunda canından keçənlərə belə deyir: 
«Sənin qartal vüqarı ilə tufanları, fırtınaları yarıb keçən, yaxın və uzaq gələcəkdə belə 
səslənəcək bu qadir səsinə, həyat və mübarizə iradənə  eşq olsun! Sənə döşlərindən 
süd vermiş anaya, Nizamilər, Füzulilər rübabına ilham vermiş, Babək, Koroğlu, 
Səttar- 
                                           

 Жянуби Азярбайжанда йашайан азярбайжанлыларын сайы бундан бир нечя дяфя артыгдыр. (А.Б.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə