258
dinləyə-dinləyə işlərdim. Beləliklə, mən Azərbaycan ruhundan uzaqlaşmadım, yoxsa
bu əsər məni öz qüdrətli dalğaları üzərində apara bilərdi. Mən qorxurdum ki, rus
adamına çevriləm, qorxurdum ki, dilim Azərbaycan dilindən uzaqlaşsın». (135, 277)
Şair bu gözəl sənət abidəsini dilimizdə səsləndirdiyi üçün fərəhlənir və «Böyük
şairin şərəfinə» şerində yazırdı:
Axıtdım alnımın inci tərini,
Yanmadım ömrümün iki ilinə.
Rusiya şerinin şah əsərini
Çevirdim Vaqifin şirin dilinə! (131, 241)
S.Vurğun bu son misra vasitəsilə bir daha ana dilinə məhəbbətini ifadə etmişdir.
Şair bu məhəbbəti gənc nəslə də aşılamağa xüsusi səy göstərir, ana dilini
öyrənməyə və qorumağa çağırırdı. O, 1941-ci ildə yeni il münasibətilə gənc nəslə
təbrikində deyirdi: «Siz Nizamini, Azərbaycan ədəbiyyatını, Azərbaycan dilini
dərindən öyrənin, Vətənimizi Nizami kimi sevin, işləməyi, oxumağı ondan öyrənin».
(135, 152)
Şairin bu tövsiyəsinin poetik ifadəsi «Bizim gəncliyə» (1939) şerində öz əksini
tapmışdır:
Mən qəlbimlə, ilhamımla öpməkdəyəm bu gün sizi,
Əzbər deyin şerimizi, təmiz bilin dilimizi.
Bizim gənclik qaldıracaq ulduzların qucağına
«Vaqif»lərə ilham vermiş şer, sənət elimizi. (132, 35)
Səməd Vurğunun Azərbaycan əlifbası ilə bağlı maraqlı fikirləri vardır. Şair rus
qrafikası əsasında yaradılmış Azərbaycan əlifbasının layihəsinə özünün prinsipial
münasibətini bildirmişdir. O, layihənin müzakirəsində, (135, 96-98) habelə
respublika Ali Sovetinin sessiyasında (135, 99-103) bu barədə danışmışdır.
259
Şair «ə», «ö», «e», «ü» hərflərini, habelə «ğ» və «c» işarələrinin əlifbamıza daxil
edilməsinin qəti əleyhinə olmuş, həm də bunu elmi surətdə əsaslandırmışdır.
Səməd Vurğun elə bir əlifba yaradılmasını istəyirdi ki, bu əlifba Azərbaycan
dilinin bütün incəliklərinə, gözəlliyinə və milli xüsusiyyətlərinə cavab versin,
dilimizin gələcək inkişafını və çiçəklənməsini təmin etsin. Məhz bunlara görə də şair
dilimizdə «ü», «ö», «h», «c», «ğ» hərflərinə müvafiq səslərin olmadığına əsaslanaraq
onların əlifbamıza daxil edilməsini mümkünsüz hesab edirdi. Səməd Vurğun deyirdi:
«Biz dilimizin musiqililiyini, onun ahəngliliyini qorumalıyıq. İş «z» hərfinin əlifbaya
daxil edilib-edilməməsində deyil, iş ondadır ki, Azərbaycan dilinin öz milli
xüsusiyyəti vardır. Göstərilən hərflərin əlifbaya daxil edilməsi müəyyən dərəcədə
dilimizin ahəngini poza bilər». (135, 97)
Xalq yazıçısı İsmayıl Şıxlı əlifba layihəsinin müzakirələrindən birini belə
xatırlamışdır: «Axıra yaxın Səməd Vurğun dözmədi. Papirosun kötüyünü külqabına
atıb ayağa durdu. Əvvəlcə çubuq götürdü, sonra təbaşir. Yazı taxtasına yaxınlaşdı.
Üzünü Davud Quliyevə
∗
tutdu:
- De görüm, əlifbamızda «c», «a», «y», «e» hərfləri olduğu halda əlavə
«ə», «ö», «e» hərflərinə nə ehtiyac var?..
Bizim məqsədimiz dilləri yaxınlaşdırmaq və rus dilinin öyrənilməsini
asanlaşdırmaqdır.
-
Bəs öz dilimiz? – Səməd Vurğun səsini ucaltdı. Görünür, Davud Quliyevin
cavabı onu əsəbiləşdirmişdi: – onda qoy ruslar da öz əlifbasına «ə», «e», «h»
hərflərini əlavə etsinlər!
- Onların buna ehtiyacı yoxdur!
- Bizim də yoxdur!
Arxada gəzişən Teymur Yaqubov
∗∗
diksindi və qabağa gəldi.
-
Nə demək istəyirsən, Səməd?
-
Demək istəyirəm ki, artıq hərfləri qəbul etmək lazım deyil.
-
Alimlər bu işi səndən yaxşı bilirlər.
∗
Давуд Гулийев – дилшцнас.
∗∗
Теймур Йагубов – дювлят хадими.
260
-
Bilsələrdi bizi bu günə qoyub əlifbanı dəqiqədə bir dəyişməzdilər. İndi ki,
dəyişirlər, dilimizin fonetik xüsusiyyətlərini unutmazdılar...
-
Yenə deyəsən, millətçilik damarın tutub.
Bu sözlərin ciddi, yoxsa zarafatla deyildiyinin fərqinə vara bilmədik. Bir də onu
gördük ki, Səməd Vurğun təbaşiri hirslə yazı taxtasına vurub yerinə keçdi». (22, 99-
100) Şair 1950-ci illərdə Azərbaycan Elmlər Akademiyasında vitse-prezident
vəzifəsində işləyərkən dilimizə ağırlıq gətirən hərflərin əlifbadan çıxarılması
məsələsini qaldırmış, sonralar onun bu arzusu yerinə yetirilmişdir.
Azərbaycanın XIX əsrin əvvəllərində iki yerə parçalanması, yəni Rusiya və İran
arasında bölüşdürülməsi uzun illər ədəbiyyatımızın aparıcı mövzularından olmuşdur.
Bu tarixi ədalətsizlik, xalqımızın və torpağımızın iki yerə bölünməsi böyük
vətənpərvər Səməd Vurğunu da düşündürmüş və o, yeri gəldikcə öz əsərləriıdə həmin
məsələyə toxunmuşdur. Onun bu mövzuda yazılmış şerlərində Cənubda yaşayan
soydaşlarımızın həyatı göstərilir, onların azadlıq mübarizəsi alqışlanır, fars şovinizmi
ifşa edilir.
«Təbriz gözəlinə» (1935), «20 bahar» (1940), «Yandırılan kitablar» (1947),
«Körpünün həsrəti» (1948) şerləri, «Təbriz şairlər məclisinə» (1946) mənzum
məktubu Vurğunun Cənub həsrətinin poetik ifadəsidir. Şair başqa əsərlərində də bu
mövzuya toxunmuşdur.
«Təbriz gözəli»ndə Arazın o tayında yaşayan bacı və qardaşlarımızın acı
taleyindən söz açılır. Təbrizi sıx duman bürümüş, bu yurdun gözəli başına qara
örtmüşdür. Bu gözəlin atası da, babası da məşəqqətli ömür yaşamışdır. Onun taleyi də
şairin taleyinə bənzəyir. Şairin də dərdli bir keçmişi vardır: anası «təbibsiz, davasız»
can vermiş, çox erkən dünyasını dəyişmişdir. Lakin şairi «bir ürəyin ikiyə
parçalanması» daha çox düşündürür:
Dostları ilə paylaş: |