254
şısında fars dilində yaradılmasını «müdhiş faciə» adlandırmış, bununla yanaşı bu
faciənin sənətkarlarımızın milli ruhunu, azərbaycanlı qəlbini öldürə bilmədiyini
xüsusi qeyd etmişdir. Şair yazmışdır: «Nizaminin və onun bir çox böyük
müasirlərinin taleyi tarixən belə gətirmişdir ki, onlar fars dilində yazmağa məcbur
olmuşdular. Lakin bu müdhiş faciə də Nizaminin varlığından əsas xüsusiyyəti, – onun
böyük azərbaycanlı qəlbini, doğma xalqının mübariz qəlbini qoparda bilməmişdi».
(136, 23) Şair dediklərini Nizaminin öz misraları ilə sübuta yetirirdi. Nizami
Axsistanın «Leyli və Məcnun»un fars dilində yazması tələbinə qarşı deyir:
Qulluq halqasına düşdü qulağım,
Qan vurdu beynimə, əsdi dodağım.
Nə cürətim vardı ki, evdən qaçam,
Nə də gözüm vardı, xəzinə açam.
Ömrüm viran oldu, solub saraldım,
Bu əmrin önündə cavabsız qaldım.
Sirrimi deməyə bir məhrəm hanı?
Ona söyləyəydim bu macəranı. (136, 23)
Səməd Vurğunun Azərbaycan türkcəsi uğrunda mübarizəsi onun təkcə məqalə
və çıxışları ilə məhdudlaşmır. Şair bədii əsərlərində də bu məsələyə toxunmuş, ana
dilimizi xalqımızın ən böyük milli sərvəti kimi tərənnüm etmiş, onu qorumağa
çağırmışdır.
Vaqif Qacarla qarşılaşdığı səhnədə «Azəri yurdunun oğluyam mən də» deyir, öz
dilini, bu dilin varlığını cəsarətlə müdafiə edirdi. Səməd Vurğun bu məsələni hələ
1935-ci ildə qələmə aldığı «Şairin ölümü» şerində qoymuşdu. Burada Vaqifin
ömrünün Şuşa dövrü göstərilir. Qarabağın dilbər guşəsi olan Şuşanın sonsuz dərələri,
qalın meşələri, buradakı «boynu bükük tər bənövşələr» Vaqifin ilham mənbəyidir.
Lakin ən böyük səadət şairin öz şerlərini ana dilində qələmə almasıdır:
255
Könlünü bəsləmiş sazlar elində,
Deyir mahnısını ana dilində;
Səsinə səs verir dağda çobanlar... (131, 215)
Səməd Vurğun həm ana dilində, həm də xalqın öz milli təfəkkürünə bağlı
sənətin yaradılmasını, milli gerçəkliyin əks etdirilməsini tələb edirdi:
İran ordusunu yeridəndə, sən
Dedin ki, yadlara keçməsin vətən!
Dedin: sərçeşmələr, dağlar bizimdir,
Almalı, armudlu bağlar bizimdir!
Dedin ki, el dili, el şeri gərək. (131, 216)
Vaqifin ana dilimizin müdafiəçisi kimi çıxış etməsinə şair «Azad ilham»
(1936) şerində də toxunmuşdur:
Gərdi sinəsini o, fars dilinə,
Bağırdı: öz dilim, öz şerim gərək!
Bir yeni can verdi doğma elinə,
Üfüqdən-üfüqə qanad gərərək! (131, 232)
S.Vurğun yaşadığı dövrdə də ədəbiyyatımızın və dilimizin milli gerçəklikdən
uzaqlaşması hallarını pisləyir, yad təsirlərə qarşı qətiyyətlə mübarizə aparırdı:
Nədən şerimizin baş qəhrəmanı
Gah Turandan gəlir, gah da İrandan?
Bəs mənim ölkəmin varlığı hanı?
Böyük bir şairin yazdığı dastan
Gah Turandan gəlir, gah da İrandan!.. (133, 18)
Əlbəttə, şair burada həmin illərdə yazılan və öz mövzusu ilə
256
onu təmin etməyən əsərlərin dilini də nəzərdə tuturdu. Azərbaycan dilçisi, professor
Yusif Seyidov bu barədə yazır: «XX əsrin əvvəllərindən başlayaraq bədii dilə dolan
osmanlı dili ünsürləri 20-ci illərdə, müəyyən dərəcədə hətta 30-cu illərdə də özünü
göstərirdi. S.Vurğun bu münasibətlə H.Cavidin dilini tənqid edirdi. Bu məsələlərin
izahında, eləcə də bu cəhətdən H.Cavidin dilinə münasibətdə S.Vurğun həddindən
artıq sərtlik göstərir; bu, bəzən onun faktlara tam dəqiqliklə yanaşmasına mane olur.
Lakin oxucu başa düşür ki, Səməd yeni dövrün tələblərindən çıxış edirdi və məsələyə
soyuqqanlıqla deyil, ürək yanğısı ilə yanaşırdı. O, ümumən bədii dilimizi, H.Cavidin
dilini də milli əsaslar üzərində inkişaf edən təmiz, aydın bir dil kimi görmək
istəyirdi». (128, 193)
Azərbaycan dilinin geniş miqyasda işlədilməsi, bu dildə şer və mahnıların
yazılması şairi fərəhləndirirdi:
Bir yeni rəng alır Mil də, Muğan da,
Bu bayram günündə, bayram ilində.
Alim də, şair də, dağda çoban da
Deyir mahnısını ana dilində. (132, 209)
Yaxın keçmişimizdə mövcud olmuş bir vəziyyət çoxlarının ürəyini ağrıtmışdır.
Məlumdur ki, bir sıra rəsmi və qeyri-rəsmi yığıncaqlarda, iclas və müxtəlif
tədbirlərdə natiqlər əsasən rus dilində çıxış etmişlər. Bu isə ana dilimizin rəsmi
yerlərdən sıxışdırılmasına səbəb olmuşdur. Məhz 1930-cu illərdə öz dilinə laqeyd
münasibət bəsləyən, yüksək tribunalardan bu dildə danışmaq istəməyən vəzifə
sahibləri alovlu vətənpərvər Səməd Vurğunun qəzəbli səsini eşitdilər. Böyük cəsarət
sahibi Səməd Vurğun yazdı:
Nədən bu torpağın şirin ləhcəsi
Şairəm deyənə biganə qalsın?
Niyə gurladıqca suların səsi
Ondakı qüvvəti rüzgarlar alsın?
Şairəm deyənə biganə qalsın?..
257
Nədən söyləməsin ana dililə
Öz odlu nitqini yoldaş komissar?
Türkcə danışmasın sevgilisilə
Bu mənhus adətdə böyüklükmü var?
Məndən inciməsin yoldaş komissar! (133, 18)
Azərbaycan türkcəsi uğrunda mübarizə aparan Səməd Vurğun tərcümə
əsərlərinin dilinə də xüsusi diqqət yetirməyi tələb etmiş və özü bunun klassik
nümunəsini yaratmışdır. O, tərcüməyə oricinal əsər kimi yanaşırdı. A.S.Puşkinin
«Yevgeni Onegin» poemasını dilimizə çevirən şair yazırdı: «Mən belə hesab edirəm
ki, «Yevgeni Onegin» Azərbaycan dilində mənim oricinal əsərim olmalıdır, yəni
Azərbaycan dilində onun tam hüquqlu müəllifi mən olmalıyam – bəli, məhz müəllifi.
Və əgər mən buna nail ola bilməmişəmsə, demək, bu tərcüməyə yenidən
qayıtmalıyam, onu elə yüksəklərə qaldırmalıyam ki, milli ədəbiyyatımızın və
xalqımızın mədəniyyət xəzinəsinə daxil olsun». (135, 278)
Tərcüməyə bu cür məsuliyyətlə yanaşan şair iş prosesində dilimizin
imkanlarından məharətlə istifadə etmişdir. Şair yazır: «Mən istəyirdim Tatyananın
etiraflarını, həyəcanlarını azərbaycanlılara mümkün qədər aydın çatdırım, mən
istəyirdim ki, azərbaycanlı Tatyana haqqında oxuyarkən onun qəlbində nələr baş
verdiyini bilsin, duysun, o da mənim kimi Tatyananı sevsin, ona ehtiram göstərsin».
(135, 267)
S.Vurğun tərcümədə Puşkin şerinin sadəliyini, onun dilinin lakonizmini, fikir və
hisslərinin zənginliyini, aforizmlərini, zahiri formasını saxlamağa gərgin əmək sərf
etmiş və buna nail olmuşdur. Bununla yanaşı, tərcüməçinin özünün milli ruha
bağlılığı da tərcümənin uğuruna təsir göstərmişdir. Bu baxımdan Səməd Vurğunun
məlumatı xüsusi maraq doğurur: «Yayda mən həmişə üç ay Bakı bağlarında
işləyirdim. Milli ruhdan uzaqlaşmamaq üçün mən həyat yoldaşımdan xahiş edərdim
ki, patefonda Azərbaycan havaları çaldırsın. Və həmişə balkonda Azərbaycan
havalarını
Dostları ilə paylaş: |