251
Şairin «Xanlar» pyesində yaratdığı ana obrazı – Qızyetər həm də qonaqpərvər
bir Azərbaycan qadını kimi yadda qalır. O, mənsub olduğu xalqın övladıdır. Bu
xalqın isə rus çarizminin idarə üsulu ilə bir yerə sığmayan qaydaları vardır:
...Bir qayda vardır eldə, obada;
Qonaq əziz olar, qaçaq olsa da.
Onu ələ vermək namərdlik olar. (130, 187)
Rus candarmları onu döyür, təhqir edirlər. Lakin ölümcül hala düşən Qızyetərin
polad iradəsini sındıra bilmirlər. Onun dediyi sözlər olduqca təbii səslənir və bu
fədakar azərbaycanlı qadını xeyli ucaldır:
Fələyin zindanı kürəyimdədir,
Zamanın zənciri biləyimdədir,
Qonağın yerini soruşursunuz?
Yarın ürəyimi, ürəyimdədir... (130, 191)
Xalqın həyat tərzində və məişətində baş verən dəyişikliklər də Səməd Vurğunun
nəzərindən qaçmamışdır. Bu baxımdan «Muğan» poemasında şairin pambıqçı qızla
söhbəti maraqlıdır. Pambıqçı qız şairin «Bəs sənin yoxdur ipək paltarın?» sualına
belə cavab verir: «Elə geyirəm ki, yeri gələndə». Söhbətdən məlum olur ki, indi kənd
adamlarının iş və bayram paltarları ayrı-ayrıdır.
Əlbəttə, xalqımıza aid adətlərin heç də hamısı ürəkaçan deyil. Xalqın həyatında,
məişətində insanı alçaldan, onu mütiliyə, qul olmağa çağıran adətlər də olmuşdur və
onların bəziləri indi də yaşamaqdadır.
Şair «Talıstan» poemasında insanları «azca aşım, ağrımaz başım» fikri ilə
yaşamağa səsləyən adətləri pisləyir, nə qədər acı da olsa, xatırladır ki, xalqımızın
tarixində «qıllı börkə», «sarı kürkə» bit düşən səhifələr var. Keçmiş məişətimizdəki
bu cür
252
uyğunsuzluqlar bir sıra xəstəliklər gətirmiş, bəzən də neçə-neçə insan ömrünü
yarımçıq qoymuşdur.
Şair öz əsərlərində karvanların talanması, evlərə basqın edilməsi, cindarlıq və
yalançı falçılıq («Talıstan»), azyaşlı qızların ərə verilməsi («Macəra»), ailədə qız
uşağının dünyaya gəlişinin pis qarşılanması, qadına kobud münasibət, onun öz ərinin,
hətta yad kişinin ayağını yuması («Bəsti»), ər tərəfindən döyülməsi («Anamın dərdi»)
kimi adətləri tənqid edir, bu cəhətlərin xalqımızın həyatında o qədər də kök
atmadığını göstərir və tədricən aradan çıxmasını alqışlayırdı.
Yüksək vətənpərvərlik ruhlu əsərlərin yaradılmasını bir vəzifə kimi qarşıya
qoyan Səməd Vurğun özü bu mövzuda dəyərli ədəbi nümunələr yazdığı kimi,
Azərbaycan dilinin saflığı uğrunda da mübarizə aparır, eyni zamanda öz əsərlərində
dilimizin imkan və zənginliklərini təcəssüm etdirirdi. Şair dilin əhəmiyyəti, bədii dil,
ədəbi dil, əlifba məsələləri barədə dəyərli fikirlər söyləmiş, Azərbaycan dilinin
inkişafı və saflaşması naminə səmərəli fəaliyyət göstərmişdir.
S.Vurğun dilimizin zənginləşməsində və inkişafında xalq ədəbiyyatını əvəzsiz
mənbə hesab edirdi. Şair göstərirdi ki, həyat həqiqətləri, insanların sevinc və
iztirabları xalq ədəbiyyatında tapıldığı kimi, Azərbaycan türkcəsinin gözəl ifadə
nümunələri, yaşamış olduğumuz iqtisadi, ictimai həyatımızın bədii obrazları,
xalqımızın müxtəlif dövrlərdəki bədii zövqləri də zəngin el ədəbiyyatında istənilən
qədər vardır.
S.Vurğun hələ 1935-ci ildə yazmışdır: «Bu günkü şerimizin xalis Azərbaycan
türkcəsi uğrunda apardığı mübarizədə şübhə yoxdur ki, el ədəbiyyatının böyük
yardımları ola bilər. Vaqif kimi böyük bir sənətkarın bu gün belə sevilərək
oxunmasına səbəb onun geniş xalq kütləsi dili ilə, onların zövqü ilə yazması
olmamışdırmı? Hələ də özünü yabançı dillər təsirindən qurtarmamış şairlərimiz,
Azərbaycan türkcəsini bu ədəbiyyat vasitəsilə öyrənməlidirlər; onu yaradan geniş
kütlələrlə üzvi surətdə bağlanmalıdırlar». (135, 26)
253
Məhz buna görə də şair ana dilini bu mənbələrdən – folklordan, M.P.Vaqif, Aşıq
Ələsgər, C.Məmmədquluzadə və M.Ə.Sabirdən öyrənməyi öz həmkarlarına tövsiyə
edirdi. S.Vurğun Aşıq Ələsgərdən öyrənməyi bu el sənətkarının xalis Azərbaycan
türkcəsində yazılmış şerlərində bir açıqlıq, saflıq və təbiiliyin olması, milli ifadə
formaları və milli obrazların çoxluğu ilə əsaslandırırdı. Şair bu işdə aşıq
ədəbiyyatının əvəzsiz rolunu və əhəmiyyətini qəsd etməklə yanaşı, öz əsərlərində rus
və əcnəbi sözlərini işlədərək süni surətdə dilə «yenilik» gətirmək istəyənləri ciddi
tənqid edirdi. «Azərbaycan türkcəsi yaratmaq uğrunda apardığımız mübarizədə el,
aşıq ədəbiyyatından istifadə etməliyik. Bizim bəzi yazıçılarımız bəzi rus və əcnəbi
sözləri işlədərək ortaya bir «yenilik» çıxarmaq istəyirlər. Lakin bunlar bir yenilik
deyil, bunlar bizim şerimizi korlamaq, şerimizin sahib olduğu gözəl Azərbaycan
türkcəsini pozan, onu varvarizmə aparan təşəbbüslərdir ki, biz bunlarla ciddi
mübarizə etməliyik». (135, 27)
S.Vurğun Azərbaycan dilinin müasir vəziyyətindən bəhs edərkən onu da
unutmurdu ki, dilimiz bu səviyyəyə asanlıqla və birdən-birə gəlib çatmamışdır. O,
tarixin müxtəlif mərhələlərində klassik şerimizin bəzən zəmindən uzaqlaşdığına,
böyük sənət nümunələrinin yad dillərdə, xüsusən fars dilində yazıldığına təəssüflənir
və həm də bunun səbəblərini açıqlayırdı. Şair deyirdi: «Müxtəlif dövrlərdən bir-birini
təqib edərək gələn ərəb, monqol, fars, rus və osmanlı istilaları altında mütəmadiyən
əzilən, öz milli mədəniyyətini və dilini bəzən büsbütün itirən, bəzən də inkişaf
etdirməyə imkanı olmayan Azərbaycan öz şairlərinin simasında qəzəl və mərsiyə
ədəbiyyatına keçərək milli şer və sənət formalarından uzaqlaşmağa məcbur olmuşdur.
Heç də təsadüfi deyildir ki, Nizami Gəncəvi, Mirzə Şəfi Vazeh, Xaqani kimi bir sıra
böyük və dahi sənətkarlarımız öz ana türk dillərini buraxaraq, bütün zəngin
yaradıcılıqlarını o zamanın hakim fars dilində verməyə məcbur olmuşlar». (136, 21)
Səməd Vurğun həmin sənət nümunələrinin məcburiyyət qar-
Dostları ilə paylaş: |