Ајәтуллаһ-үзма Мәһәммәд Фазил Ләнкәрани



Yüklə 2,08 Mb.
səhifə21/23
tarix01.11.2017
ölçüsü2,08 Mb.
#7817
1   ...   15   16   17   18   19   20   21   22   23

وَلْيَكُنْ فِي خَاصَّةِ مَا تُخْلِصُ لله بِهِ دِينَكَ: إِقَامَةُ فَرَائِضِهِ الَّتي هِيَ لَهُ خَاصَّةً، فَأَعْطِ اللهَ مِن بَدَنِكَ فِي لَيْلِكَ وَنَهَارِكَ، وَوَفِّ مَا تَقَرَّبْتَ بِهِ إِلَى اللهِ مِنْ ذلِكَ كَاملاً غَيْرَ مَثْلُوم وَلاَ مَنْقُوص، بَالِغاً مِنْ بَدَنِكَ مَا بَلَغَ


Pak və xalis niyyətlə, xalqın xeyrinə gördüyün bütün işlər Allah üçün olsa da ən yaxşı vaxtı ibadət (nəfsin paklanması) üçün qərar ver.

Yalnız Allah üçün olan vacib ibadətlər xüsusi vaxtda yerinə yetirilməlidir. Gün uzunu cismini və canını ona tapşır, Allaha yaxınlıq vasitəsi olan vəzifələri cisminə əziyyət olsa belə, qədərincə yerinə yetir.”

CƏMİYYƏT NAMAZINDA MƏ’MUMLARA (İQTİDA EDƏNLƏRƏ) ÇƏTİNLİK YARATMAMAQ


İslamda fərdi ibadət üçün incəliklər nəzərdə tutulsa da, cəmiyyət namazında mə’mumların halını nəzərə almaq ciddi tapşırılır. İslam dini insanların bir yerə toplanmasını çox əhəmiyyətli saydığından belə bir nöqtəyə xüsusi diqqət ayırır. Müqəddəs İslam şəriətində cümə və cəmiyyət namazlarında iştirak üçün qat-qat artıq savab nəzərdə tutulur. Məqsəd budur ki, müsəlmanlar daim toplum şəklində səhnədə olsun, parçalanmadan amanda qalsın. Həzrət buyurur:

وَإِذَا قُمْتَ فِي صلاَتِكَ لِلنَّاسِ، فَلاَ تَكُونَنَّ مُنَفّرِاً وَلاَ مُضَيِّعاً، فَإِنَّ فِي النَّاسِ مَنْ بِهِ الْعِلَّةُ وَلَهُ الْحَاجَةُ. وَقَدْ سَأَلْتُ رَسُولَ اللهِ(صلى الله عليه وآله) حِينَ وَجَّهَنِي إِلَى الَيمنِ كَيْفَ أُصَلِّي بِهِمْ؟ فَقَالَ: "صَلِّ بِهِمْ كَصَلاَةِ أَضْعَفِهِمْ، وَكُنْ بِالْمُؤْمِنِينَ رَحِيماً


(Ey Malik) Cəmiyyətlə namaza dayandığın vaxt namazı o qədər uzatma ki, insanlar yorulsun, nə də sən tələsməklə namazı zay etmə. Namaz qılanlar arasında xəstələr və tələsənlər ola bilər. Həzrət Peyğəmbər (s) məni Yəmənə göndərdiyi vaxt ondan soruşdum ki, onlarla necə namaz qılım? Həzrət buyurdu: “Elə düşün ki, onların ən zəifi ilə namaz qılırsan və mö’minlərlə mehriban ol.”

XALQLA OLMAĞIN SƏMƏRƏSİ VƏ ONLARDAN UZAQLIĞIN FƏSADLARI


Xalqla yaxın hakimin xüsusiyyətləri haqqında danışarkən qeyd olundu ki, belə bir hakim həmişə xalqladır və özü ilə xalq arasında səd qoymur.

Həzrət Əli (ə) fərmanın bu hissəsində xalqdan ayrılığın fəsadlarını qeyd etməklə yanaşı xalqla olmağın səmərələrindən danışır. Həzrət buyurur:

وَأَمَّا بَعْدَ هذا، فَلاَ تُطَوِّلَنَّ احْتِجَابَكَ عَنْ رَعِيَّتِكَ، فَإِنَّ احْتِجَابَ الْوُلاَةِ عَنِ الرَّعِيَّةِ شُعْبَةٌ مِنَ الضِّيقِ، وَقِلَّةُ عِلْم بِالاُْمُورِ، وَالاِْحْتِجَابُ مِنْهُمْ يَقْطَعُ عَنْهُمْ عِلْمَ مَا احْتَجَبُوا دوُنَهُ فَيَصْغُرُ عِندَهُمْ الْكَبِيرُ، وَيَعْظَمُ الصَّغِيرُ، وَيَقْبُحُالْحَسَنُ، وَيَحْسُنُ الْقَبِيحُ، وَيُشَابُ الْحَقُّ بِالْبَاطِلِ، وَإِنَّمَا الْوَالِي بَشَرٌ لاَ يَعْرِفُ مَا تَوَارَى عَنْهُ النَّاسُ بِهِ مِنَ الاُْمُورِ، وَلَيْسَتْ عَلَى الْحَقِّ سِمَاتٌ تُعْرَفُ بِهَا ضُرُوبُ الصِّدْقِ مِنَ الْكَذِبِ، وَإِنَّمَا أَنْتَ أَحَدُ رَجُلَيْنَِ: إِمَّا امْرُؤٌ سَخَتْ نَفْسُكَ بِالْبَذْلِ فِي الْحَقِّ، فَفِيمَ احْتِجَابُكَ مِنْ وَاجِبِ حَقٍّ تُعْطِيهِ، أَوْ فِعْل كَرِيم تُسْدِيهِ، أَوْ مُبْتَلَىً بِالْمَنعِ، فَمَا أَسْرَعَ كَفَّ النَّاسِ عَنْ مَسْأَلَتِكَ إِذَا أَيِسُوا مِنْ بَذْلِكَ! مَعَ أَنَّ أَكْثَرَ حَاجَاتِ النَّاسِ إِلَيْكَ مـ ما لاَ مَؤُونَةَ فِيهِ عَلَيْكَ، مِنْ شَكَاةِ مَظْلِمَة، أَوْ طَلَبِ إِنْصاف فِي مُعَامَلَة

Məbada xəlvətə çəkiləsən və rəiyyətdən uzaqlığın uzun sürə! Çünki hakimin xalqdan kənarlığı bir növ sıxıntı, işlərdən xəbərsizlikdir. Bundan əlavə, pərdədə qalmaq rəiyyəti baş verənlərdən xəbərsiz qoyur. Bu səbəbdən onların nəzərində böyük kiçik, kiçik isə böyük görünür. Onlar yaxşını pis, pisi yaxşı sayır, haq batilə qarışır. Vali (hakim) bir insandır və xalqın gizli saxladığı işləri öyrənə bilməz. Belə bir xüsusi nişanları da yoxdur ki, onlarla doğrunu yalandan seçsin.



Sən istənilən halda iki nəfərdən birisən: Ya haq yolda bağışlayansan-beləsə, nə üçün bağışladığın vacib haqqı, gördüyün yaxşı işi gizlədəsən? Ya da xəsis bir fərdsən, xalq tezliklə səndən ümidini üzər və bir daha sənə ağız açmaz. Əslində xalqın bir çox istəklərini həyata keçirməyin xərci yoxdur. Onlar ya düçar olduqları sitəmdən şikayətlənir, ya da müəyyən bir müamilə və ya işdə səndən ədalət gözləyirlər.”

Həzrət mövlanın buyuruqlarının bu hissəsində aşağıdakı nöqtələrə xüsusi diqqət ayrılır:



1. Mə’lumat əldə etmək üçün ən yaxşı yol

Mə’lumat əldə etmək üçün iki yol təsəvvür olunur: Birinci yol budur ki, hakim məxfi və aşkar qüvvələr, müxtəlif kanallar vasitəsi ilə ölkədə baş verən hadisələrdən xəbər tutur. İkinci yol budur ki, hakim arabir bilavasitə xalqla görüşür, xalqın özündən müəyyən hadisələr haqqında mə’lumat əldə edir. Həzrət Əlinin (ə) nəzərincə, ən yaxşı yol xalqla bilavasitə rabitədir. Çünki xalq hakimlə görüşdə həqiqətləri açıqlayır, gizli işlərin üzərindən pərdəni qaldırır. Hakim bu yolla mə’lumat əldə edib müxtəlif kanallarla daxil olmuş mə’lumatları dəyərləndirə bilər.



2. Firqə və dəstələri tanımağın yaxşı yolu

Yalnız götür-qoy və toplanmış mə’lumatlar əsasında ictimai məsələlərdən xəbər tutub haqqı batildən seçmək mümkünsüzdür. Çünki insanlar müxtəlif səbəblərdən öz iç fikirlərini müxbirlərə açıqlamırlar. Amma hakimlə bilavasitə görüşdükdə ona e’timad göstərdiklərindən həqiqətləri olduğu kimi çatdırırlar.


DÜZ YOLDA OLMAYAN QOHUMLAR VƏ ƏTRAFLA GÖRÜŞÜN ZƏRURİLİYİ


İslam nizamının məqsədi ilahi hökmlərin həyata keçirilməsidir. Hakim insan haqlarının keşikçisi sayılır.

Bu islami prinsip həm hakimin, həm də hakimin yaxın dairəsinin və qohumlarının vəzifələrini müəyyənləşdirir. Hakimin vəzifəsi budur ki, hakimiyyəti ov saymasın, var-dövlət əsiri olmasın. Onun yeganə məqsədi ilahi hökmlərin həyata keçirilməsi olmalıdır. Hakimin qohumları da hakimdən sui-istifadə etməməli, onun adı ilə zülm-sitəmə əl atmamalıdır. Amma qohumlar belə hərəkət etdikdə hakim ictimai ədalətin və insan haqlarının müdafiəsinə qalxıb qohumların yanlış hərəkətinin qarşısını almalı, sui-istifadələrin kökünü kəsməlidir. Ədalətsizliyin, fərdiyyətçiliyin, qarətçiliyin qarşısını almaq hakimin vəzifələrindəndir. Həzrət buyurur:

ثُمَّ إِنَّ لِلْوَالِي خَاصَّةً وبِطَانَةً، فِيهِمُ اسْتِئْثَارٌ وَتَطَاوُلٌ، وَقِلَّةُ إِنْصَاف فِي مُعَامَلَة، فَاحْسِمْ مَادَّةَ أُولئِكَ بِقَطْعِ أَسْبَابِ تِلْكَ الاَْحْوَالِ،

وَلاَ تُقْطِعَنَّ لاَِحَد مِنْ حَاشِيتِكَ وَحَامَّتِكَ قَطِيعةً، وَلاَ يَطْمَعَنَّ مِنْكَ فِي اعْتِقَادِعُقْدَة، تَضُرُّ بِمَنْ يَلِيهَا مِنَ النَّاسِ، فِي شِرْب أَوْ عَمَل مُشْتَرَك، يَحْمِلُونَ مَؤُونَتَهُ عَلَى غَيْرِهِمْ، فَيَكُونَ مَهْنَأُ ذلِكَ لَهُمْ دُونَكَ، وَعَيْبُهُ عَلَيْكَ فِي الدُّنْيَا وَالاْخِرَةِ

Hakimin özbaşınalıq, itaətsizlik, əli uzunluq, alış-verişdə insafsızlıq yolunu tutmuş yaxınları və qohumları var. Məzəmmət olunmuş bu hərəkətləri doğuran səbəbləri aradan qaldırmaqla onları yerində oturt!

Ətrafındakılar və qohumlarından kimsəyə torpaq tapşırma və heç vəchlə torpağa sahib olub qonşulara ziyan yetirməsinə icazə vermə. Belə olmasın ki, onların əkin xəzinəsi kəndliləri sıxıntıya salsın. Belə olsa, faydasını onlar götürəcək, həqarət və məzəmməti dünya və axirətdə sənin olacaq.”

Hazırkı cümlələrdə həzrət müəyyən sui-istifadə amilləri üzərində dayanır, aydınlaşdırır ki, qohumlar və yaxınlar müxtəlif adlarla başqalarının malını necə qarət edir. Onlar mülklərinə yaxın çarəsizlərin mülklərinə sahib durur, müştərək görüləsi işləri boyunlarından atırlar.


QANUN QARŞISINDA BƏRABƏRLİK


İslam qanunlarında mühüm və həyati üsullardan biri bütün fərdlərin qanun qarşısında bərabərliyidir. Müqəddəs İslam şəriəti eyni bir günaha görə hamı üçün eyni cəza nəzərdə tutur, bütün insanlar ictimai mövqeyindən, şəxsiyyətindən, mövcud dostluq və qohumluq rabitələrindən asılı olmayaraq eyni cür cəzalandırılır. Heç bir məsələ o bərabərliyə mane ola bilməz. Həzrət Əli (ə) buyurur:

Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə