Ајәтуллаһ-үзма Мәһәммәд Фазил Ләнкәрани



Yüklə 2,08 Mb.
səhifə19/23
tarix01.11.2017
ölçüsü2,08 Mb.
#7817
1   ...   15   16   17   18   19   20   21   22   23

وَإِنَّمَا يُؤْتَى خَرَابُ الاَْرْضِ مِنْ إِعْوَازِ أَهْلِهَا،إِنَّمَا يُعْوِزُ أَهْلُهَا لاِِشْرَافِ أَنْفُسِ الْوُلاَةِ عَلَى الْجَمْعِ، وَسُوءِ ظَنِّهِمْ بِالْبَقَاءِ، وَقِلَّةِ انْتِفَاعِهِمْ بِالْعِبَرِ


Torpağı xaraba qoyan onun üzərində işləyənlərin yoxsulluğudur. Dövlət mə’murları var-dövlət toplamaq fikrində olduqda, hadisələrdən ibrət götürmədikdə torpaq əhlinin (əkinçilərin) vəziyyəti pisləşir.”

MÜAVİN SEÇİMİ ME’YARLARI


İslamın əsas və ali məqsədlərindən biri ümmət arasında, İslam cəmiyyətində haqq-ədalətin bərpası, tarazlığın gözlənilməsidir.

Əgər hakim müavin seçimində ədalətli olmaq istəsə, ən əxlaqlı, ilahi sifətlərə malik insana üstünlük verər. Təbii ki, ilahi əxlaqı qulağında sırğa etmiş insanda aşağıdakı sifətlər də olasıdır: Elm və düşüncə, əmanətdarlıq, güc, mütəxəssislik, hesab-kitablılıq, diqqət və yaradıcılıq, kamil ədəb və tutum, yaxşılarla dostluq, sitəmkarlardan uzaqlıq, təvazökarlıq.

Bir sözlə, bütün insani fəzilətlər və kamilliklər nəzərdə tutulmalıdır. Bunlardan bə’zilərinə imamın buyuruqlarında işarə olunmuşdur:

ثُمَّ انْظُرْ فِي حَالِ كُتَّابِكَ، فَوَلِّ عَلَى أُمُورِكَ خَيْرَهُمْ، وَاخْصُصْ رَسَائِلَكَ الَّتِي تُدْخِلُ فِيهَا مَكَائِدَكَ وأَسْرَارَكَ بِأَجْمَعِهِمْ لِوُجُودِ صَالِحِ الاَْخْلاَقِ مِمَّنْ لاَ تُبْطِرُهُ الْكَرَامَةُ، فَيَجْتَرِىءَ بِهَا عَلَيْكَ فِي خِلاَف لَكَ بِحَضْرَةِ مَلاَ،وَلاَ تُقَصِّرُ بِهِ الْغَفْلَةُ عَنْ إِيرَادِ مُكَاتَبَاتِ عُمَّالِكَ عَلَيْكَ، وَإِصْدَارِ جَوَابَاتِهَا عَلَى الصَّوابِ عَنْكَ، وَفِيَما يَأْخُذُ لَكَ وَيُعْطِي مِنْكَ، وَلاَ يُضعِفُ عَقْداً اعْتَقَدَهُ لَكَ، وَلاَ يَعْجِزُ عَنْ إِطْلاَقِ مَا عُقِدَ عَلَيْكَ، وَلاَ يَجْهَلُ مَبْلَغَ قَدْرِ نَفسِهِ فِي الاُْمُورِ، فَإِنَّ الْجَاهِلَ بِقَدْرِ نَفْسِهِ يَكُونُ بَقَدْرِ غَيْرِهِ أَجْهَلَ


Sonra müavinlərinə diqqət yetir, işlərini onların ən ləyaqətlisinə tapşır. Sənin siyasət və sirlərinin qeyd olunduğunu məhrəmanə məktubları onların əxlaq baxımından ən salehinə e’tibar et. O elə bir kəs olsun ki, sonralar tutduğun mövqe onu xudpəsəndliyə sövq etməsin, heç vaxt xalqın gözü qabağında sənə qarşı çıxmasın. Hakimlərin məktubunu sənə çatdırmaqda və sənin məsləhətin əsasında onları cavablandırmaqda qəflətə uğramasın. Əhd-peymanların tənzim qaydasını bilsin, sənin ziyanına olan müqavilələrin qarşısını almaqda aciz olmasın, həm də öz dəyər və mövqeyini yaxşı dərk etsin. Çünki öz dəyərini bilməyən insan başqalarını dəyərləndirə bilməz və naçar qalıb onlardan çəkinər.”

İSLAM NİZAMINDA SEÇİM ME’YARLARI


Qeyd etdik ki, həzrət Əlinin (ə) nəzərincə müavin seçimində ən üstün me’yar insanın ilahi rəngdə olmasıdır. Həzrət Əli (ə) müavinin seçim me’yarını bəyan etdikdən sonra diqqəti digər bir nöqtəyə yönəldib özünəməxsus dahiyanə bir baxışla insan vücudundakı gizli səciyyələrdən qaynaqlanan bir sirr üzərindən pərdəni qaldırır.

Hamımız bilirik ki, vəzifə başına keçən şəxsin ətrafında xeyli adam toplanır. Bu növ dostların əksəri zahirən gözəl əxlaq sahibi olur. Bəli, onlar bə’zən zahid libasında yaxınlaşıb ibadətdən dəm vurur, bə’zən ağız dolusu şücaətdən danışıb İsfəndiyar və Rüstəmin qəhrəmanlığını məsxərəyə qoyur. Onlar bə’zən özünü Hatəmtək səxavətli sayır, bə’zən əsrin dahisi kimi təsəvvür edir. Əslində isə bu qəbil sözlər diqqəti cəlb edib vəzifəyə çatmaq üçün cızılmış planlardandır.

Bu səbəbdən həzrət Əli (ə) Malikə tövsiyə edir ki, yalnız şəxsi tanışlığı seçim me’yarı götürməsin, başqa nöqtələrə də nəzər salsın. Həzrət buyurur:

ثُمَّ لاَ يَكُنِ اخْتِيَارُكَ إِيَّاهُمْ عَلَى فِرَاسَتِكَ وَاسْتِنَامَتِكَ وَحُسْنِ الظَّنِّ مِنْكَ، فَإِنَّ الرِّجَالَ يَتَعَرَّفُونَ لِفِرَاسَاتِ الْوُلاَةِ بِتَصَنُّعِهِمْ وَحُسْنِ خِدْمَتِهِمْ، لَيْسَ وَرَاءَ ذلِكَ مِنَ النَّصِيحَةِ وَالاَْمَانَةِ شَيْءٌ، وَلكِنِ اخْتَبِرْهُمْ بِمَا وَلُوا لِلصَّالِحِينَ قَبْلَكَ، فَاعْمِدْ لاَِحْسَنِهِمْ كَانَ فِي الْعَامَّةِ أَثَراً، وَأَعْرَفِهِمْ بِالاَْمَانَةِ وَجْهاً، فَإِنَّ ذلِكَ دَلِيلٌ عَلَى نَصِيحَتِكَ لله وَلِمَنْ وَلِيتَ أَمْرَهُ


Müavin seçimində sırf öz nikbinliyinə və e’tibarına əsaslanmamalısan. Çünki bə’ziləri yaltaqlıq və xidmətkarlıqla özünü hakimlərə tədbirli və mütəxəssis tanıtdırmaq istəyir. Hansı ki bu görüntülərin arxasında düzlük, əmanətdarlıq, canıyananlıqdan əsər-əlamət yoxdur. Onları özündən qabaqkılarla həmkarlıqları əsasında qiymətləndir, xalq arasında doğruçu və pak kimi tanınanlarını seç. Bu iş sənin Allaha və öz imanına itaətinin dəlili olacaq.”

İŞ BÖLGÜSÜ VƏ MƏS’UL TƏ’YİNATI


Öncə qeyd etdik ki, İslam hakimi üçün iş bölgüsü zəruri, qüvvə seçimi mühüm və əsas məsələdir.

İmam əhdnamənin bu hissəsində iş bölgüsünü yada salaraq Malikə tapşırır ki, hər iş üçün xüsusi məs’ul tə’yin etsin. Həzrət buyurur ki, işin əzəməti ona nəzarət edən məs’ula üstün gəlməməli, işdəki dolaşıqlıqlar onu heyrətə salmamalıdır. Çünki bütün bu nöqsanlar sonda valinin hesabına yazılacaq. Həzrət buyurur:


وَاجْعَلْ لِرَأْسِ كُلِّ أَمْر مِنْ أُمُورِكَ رَأْساً مِنْهُمْ، لاَ يَقْهَرُهُ كَبِيرُهَا، وَلاَ يَتَشَتَّتُ عَلَيْهِ كَثِيرُهَا، وَمَهْمَا كَانَ فِي كُتَّابِكَ مِنْ عَيْب فَتَغَابَيْتَ عَنْه أُلْزِمْتَهُ


Hər bir işin üçün məs’ul seç. Elə bir məs’ul ki, işin böyüklüyü onu çarəsiz etməsin, işin çoxluğu və çeşidliliyi onu heyrətə salmasın. Əgər müavinlərində olan eybi görməsən xalq nöqsanı sənin hesabına yazacaq.”

TACİRLƏR, SƏNƏTKARLAR, FƏHLƏLƏR


Sağlam həyat vasitəsi olan, insanın ehtiyaclarını tə’min edən, xalqın ümumi vəziyyətini sahmana salan, insanların üzünə haqqın yolunu açan bir ticarət İslamda təsdiq və təşviq olunur. Amma ticarət və sənətkarlıq həyat məqsədinə çevrildikdə, kübarlıq və dəbdəbə üçün vasitə olduqda İslam tərəfindən məzəmmət olunur və bədbəxtlik səbəbi sayılır.

Həzrət Əli (ə) öz bəyanatının bu hissəsində o qəbil tacir və sənətkarları nəzərdə tutur ki, ticarət və sənəti həyat məqsədi yox, ehtiyacların tə’minat vasitəsi sayır. Onlar ticarət və sənəti insan həyatına ilahilik verən vasitə kimi tanıyırlar. İslamda bu sayaq ticarət təşviq olunur. Həzrət Əli (ə) buyurur:



Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə