Ајәтуллаһ-үзма Мәһәммәд Фазил Ләнкәрани



Yüklə 2,08 Mb.
səhifə18/23
tarix01.11.2017
ölçüsü2,08 Mb.
#7817
1   ...   15   16   17   18   19   20   21   22   23

وَتفَقَّدْ أَمْرَ الْخَرَاجِ بِمَا يُصْلِحُ أَهْلَهُ، فَإِنَّ فِي صلاَحِهِ وَصلاَحِهِمْ صَلاَحاً لِمَنْ سِوَاهُمْ، وَلاَ صَلاَحَ لِمَنْ سِوَاهُمْ إِلاَّ بِهِمْ، لاََنَّ النَّاسَ كُلَّهُمْ عِيَالٌ عَلَى الْخَرَاجِ وَأَهْلِهِ


Xərac məsələsini elə qaydaya sal ki, xərac ödəyənlərin vəziyyəti düzəlsin. Xərac isə qaydaya düşsə, cəmiyyətin müxtəlif təbəqələri asayiş və rahatlıq içində yaşayar. Xərac ödəyənlər asayişdə olmasa cəmiyyətin digər təbəqələrinin də rahatlığı pozulur. Çünki xalq vergidən yeyənlərdən və vergi ödəyənlərdən ibarətdir.”

ƏKİNÇİLİYİN İNKİŞAFINDA DÖVLƏT SƏ’YLƏRİNİN ZƏRURİLİYİ


Əgər dövlət vergi və xərac intizarındadırsa, bundan ötrü zəmin hazırlamalıdır. Torpaqların mühafizəsi, su ilə tə’minat, suvarma sistemləri, quyuların qazılması, körpülər tikilməsi, bəndlərin çəkilməsi, əkinçilik məntəqələri arasında yollar salınması, zəhmətkeş kəndlilərə yardım, bir sözlə, əkinçiliyə rövnəq vermək dövlətin qarşısında duran vəzifələrdəndir.

Yalnız bu işlərdən sonra hökumət xalqdan vergi gözləyə bilər. Əkinçiliyin rövnəq tapmadığı bir ölkədə istənilən bir vergi xalq üçün ağır yükdür. Çünki onlar yetərincə qazanıb öz ehtiyaclarını tə’min edə bilmirlər. Öz ehtiyacını ödəyə bilməyən kəndlilərə vergi tətbiq olunması xalqı narazı salır, ölkədə sabitliyi pozur. Nəhayət, hökumət üçün süqut təhlükəsi yaranır. Bu səbəbdən də həzrət Əli (ə) vergi toplanması üçün xalqa qazanc şəraiti yaradılmasını tövsiyə edib buyurur ki, hakim vergi ödəmək fikrinə düşməzdən öncə məmləkəti abadlaşdırmaq barədə düşünməlidir. Həzrət buyurur:


وَلْيَكُنْ نَظَرُكَ فِي عِمَارَةِ الاَْرْضِ أَبْلَغَ مِنْ نَظَرِكَ فِي اسْتِجْلاَبِ الْخَرَاجِ، لاَِنَّ ذلِكَ لاَ يُدْرَكُ إِلاَّ بَالْعِمَارَةِ، وَمَنْ طَلَبَ الْخَرَاجَ بِغَيْرِ عِمَارَةأَخْرَبَ الْبِلاَدَ، وَأَهْلَكَ الْعِبَادَ، وَلَمْ يَسْتَقِمْ أَمْرُهُ إِلاَّ قَلِيلاً


Sən vergi toplanmasına diqqət ayırırsan. Amma məmləkətin abadlığına daha çox diqqət yetirməlisən. Çünki torpaqlar abadlaşmamış xərac toplamaq mümkün olmur. Abadlaşdırmaq üçün zəhmət çəkməyib xalqdan xərac tələb edən kəs şəhərləri viran qoymuş, Allah bəndələrini həlak etmiş olur. Belə bir hökumət qısa bir müddət yaşaya bilər.”

VERGİLƏRİN YÜNGÜLLƏŞDİRİLMƏSİ


Əkinçilər bütün digər təbəqələrdən daha zəhmətkeş, daha çalışqandırlar. Onların həyatı təbii amillərdən asılıdır. Təbiət aləminə kiçik bir diqqətsizlik böyük zərərlərlə nəticələnir. Bu səbəbdən də əkinçi il boyu bütün günü vaxtını əkin sahəsinə sərf etməyə məcburdur. Amma baş və təbəqələrin nümayəndələri həyatlarını istədikləri kimi tənzimləyir, istədikləri formada iş qururlar.

Əgər iş bir bu qədər üzücüdürsə, onun qazancı da münasib olmalıdır. Yaxşı qazanan və qazancının başqa ciblərə axmadığını görən əkinçi işindən möhkəm yapışır. Əkinçi torpağı özününkü bilməli, əmin olmalıdır ki, kimsə onun ruzisini əlindən ala bilməz.

Bütün bu məsələlərlə yanaşı əkinçinin torpaq və torpağın məhsuldarlığı barədə fikirləri nəzərə alınmalıdır.

Əgər əkinçi tə’yin olunmuş vergini qazancına uyğun saymırsa, hadisələr və məhsuldarlıqdan şikayətlənirsə, nəticədə tə’yin olunmuş vergini ödəmək imkanında olmadığını bildirirsə, hökumət məs’ulları onun çətinliklərini dərk etməli, vergini ya azaltmalı, ya da tamamilə dayandırmalıdır. Vergilərin azaldılması dövlətin öz xeyrinədir. Vergi az olduqda əkinçi həvəslə çalışır. Nəticədə məntəqə abadlaşır və cəmiyyət xeyir görür.

Bu işin digər bir nəticəsi əkinçilərin qəlbində mövcud hökumətə məhəbbət yaradan arxayınlıq və razılıq hissidir. Belə ki, dövlət çətinliyə düşdükdə əkinçilər ona yardım edir, böhran vaxtı onun himayəsinə qalxır. Həzrət Əli (ə) buyurur:

َإِنْ شَكَوْا ثِقَلاً أَوْ عِلَّةً، أَوِ انْقِطَاعَ شِرْب أَوْ بَالَّة، أَوْ إِحَالَةَ أَرْض اغْتَمَرَهَا غَرَقٌ، أَوْ أَجْحَفَ بِهَا عَطَشٌ، خَفَّفْتَ عَنْهُمْ بِما تَرْجُو أَنْ يصْلُحَ بِهِ أَمْرُهُمْ،

وَلاَ يَثْقُلَنَّ عَلَيْكَ شَيْءٌ خَفَّفْتَ بِهِ الْمَؤُونَةَ عَنْهُمْ، فَإِنَّهُ ذُخْرٌ يَعُودُونَ بِهِ عَلَيْكَ فِي عِمَارَةِ بِلادِكَ، وَتَزْيِينِ وِلاَيَتِكَ، مَعَ اسْتِجْلاَبِكَ حُسْنَ ثَنَائِهِمْ، وَتَبَجُّحِكَ بِاسْتِفَاضَةِ الْعَدْلِ فِيهِمْ، مُعْتَمِداًفَضْلَ قُوَّتِهِمْ، بِمَا ذَخَرْتَ عِنْدَهُمْ مِنْ إِجْمَامِكَ لَهُمْ، وَالثِّقَةَ مِنْهُمْ بِمَا عَوَّدْتَهُمْ مِنْ عَدْلِكَ عَلَيْهِمْ فِي رِفْقِكَ بِهِمْ،

فَرُبَّمَا حَدَثَ مِنَ الاُْمُورِ مَا إِذَا عَوَّلْتَ فِيهِ عَلَيْهِمْ مِنْ بَعْدُ احْتَمَلُوهُ طَيِّبَةً أَنْفُسُهُمْ بِهِ، فَإِنَّ الْعُمْرَانَ مُحْتَمِلٌ مَا حَمَّلْتَهُ


Əgər xalq xəracın ağırlığından, suyun kəsilməsindən, quraqlıqdan, sel və quraqlıq nəticəsində toxumun çürüməsindən şikayətlənsə, sən onların vergisini o qədər azalt ki, işlərini sahmana sala bilsinlər.

Vergini yüngülləşdirmək sənə ağır gəlməsin. Çünki bu yüngülləşdirmə şəhərlərin abadlığı, məmləkətinin rifahı şəklində sənə qayıdasıdır. Bundan əlavə, onlarda özünə qarşı razılıq yaradarsan, onlara münasibətdə ədaləti gözlədiyindən özün də xoşhal olarsan. (Bütün bunlar səbəb olar ki) güclü vaxtlarında sənə kömək edəcəklərinə bel bağlayarsan. Çünki sən onların rifahına səbəb olmusan, onları öz ədalətinə öyrətmisən, onlarla mülayim rəftar etmisən.

Çox olsun ki, müxtəlif cərəyanlarla bağlı baş vermiş hadisələrin həllini onlara tapşırsan, qəlbən qəbul edərlər. Çünki məmləkəti istədiyin qədər abadlaşdırmaq mümkündür.”

ƏKİNÇİLƏRƏ DİQQƏTSİZLİYİN NƏTİCƏLƏRİ


Həzrət Əlinin (ə) ötən buyuruqlarından anlaşılır ki, əkinçilərə ağır vergi tətbiq olunduqda, digər bir tərəfdən, əkinçiliyin inkişafı üçün dövlət tərəfindən addım atılmadıqda əkinçi qərara gəlir ki, o özü üçün işləmir, üzücü zəhmətlərindən qənaətbəxş əvəz götürmür, zəhmətindən başqaları bəhrələnir. Bu sayaq qənaətlər əkinçiləri yalana, fırıldaqçılığa, qaçaqçılığa, oğurluğa və digər azğın addımlara sövq edir. Nəticədə əkinçi öz ehtiyaclarını torpaqda işləməklə tə’min etmək əvəzinə cinayətə əl atır və ya insanların əlində olana göz tikir.

Belə bir vəziyyətin nəticələrindən biri də fəal işçi qüvvələrin, gənclərin şəhərə üz tutmasıdır. Belələri şəhərdə adətən baş qatmaqla məşğul olur. Təbii sonluq işsiz gənclərin günah və fəsada aludə olmasından, dövlət və hökumətin tənəzzülündən ibarətdir.


DÖVLƏTİN TƏNƏZZÜL AMİLLƏRİ


Həzrət Əlinin (ə) nəzərincə, dövlətin süquta uğramasının üç amili var: Dövlət mə’murlarında sərvət toplamaq ruhiyyəsi, hakimiyyətin uzun sürməyəcəyi ilə bağlı bədbinlik, hadisələrdən nəticə çıxarılmaması.

Əgər dövlət xadimləri hakimiyyətin möhkəmliyinə əmin olmasalar, onun müvəqqəti olduğunu düşünsələr, var-dövlət toplamaqla məşğul olsalar, qarşıya çıxan hadisələrdən ibrət götürməsələr, əslində dövlət və hökumətin süqutu üçün zəmin hazırlamışlar. Belə bir dövlət yaşayası və hökm verəsi deyil, istər-istəməz bir gün varlığı ilə vidalaşasıdır. Həzrət buyurur:



Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə