Ајәтуллаһ-үзма Мәһәммәд Фазил Ләнкәрани



Yüklə 2,08 Mb.
səhifə22/23
tarix01.11.2017
ölçüsü2,08 Mb.
#7817
1   ...   15   16   17   18   19   20   21   22   23

وَأَلْزِمِ الْحَقَّ مَنْ لَزِمَهُ مِنَ الْقَرِيبِ وَالْبَعِيدِ، وَكُنْ فِي ذلِكَ صَابِراً مُحْتَسِباً، وَاقِعاً ذلِكَ مِنْ قَرَابَتِكَ خَاصَّتِكَ حَيْثُ وَقَعَ، وَابْتَغِ عَاقِبَتَهُ بِمَا يَثْقُلُ عَلَيْكَ مِنْهُ، فَإِنَّ مَغَبَّةَ ذلِكَ مَحْمُودَةٌ


İstər yaxın olsun, istər uzaq, həmişə haqq-ədaləti gözlə, bu yolda dözümlü ol. Haqqa görə qohumların və yaxınların ziyan görsə, bu əməlini Allahın hesabına yaz. Həmişə haqqın aqibətini düşün, çünki haqqın sonu sitayişə səbəb olur.”

İNFORMASİYA VƏ MƏSƏLƏLƏRİN PRİNSİPİAL İZAHI


İslam mə’sumlar və xalqın qarşılıqlı e’timadını hökumətin həyati sütunlarından biri kimi qəbul edir və bildirir ki, belə bir e’timad olmadan ictimai həyat davam edə bilməz. Hakim xalqa e’timadlı olduğu kimi, xalqın da hakimə e’timadlı olması zəruridir. Xalq üçün bir məsələ qaranlıq qaldıqda, vəzifə dəyişiklikləri baş verdikdə hakim xalqı bu məsələlərdən xəbərdar etməli, müsəlmanların zehində yaranmış şübhələri məntiqi şəkildə aradan qaldırmalıdır. Həzrət buyurur:

وَإِنْ ظَنَّتِ الرَّعِيَّةُ بِكَ حَيْفاً، فَأَصْحِرْ لَهُمْ بِعُذْرِكَ، وَاعْدِلْ عَنكَ ظُنُونَهُمْ بِإِصْحَارِكَ، فَإِنَّ فِي ذلِكَ رِيَاضَةً مِنْكَ لِنَفْسِكَ، وَرِفْقاً بِرَعِيَّتِكَ، وَ إِعْذَاراً تَبْلُغُ فِيه حَاجَتَكَ مِنْ تَقْوِيمِهِمْ عَلَى الْحَقِّ

Əgər xalq səndən bədgüman olsa öz üzr və dəlilini onlara aşkar bildir, sui-zənnin qarşısını al. Çünki bu yol sənin özün üçün riyazət (nəfsin tərbiyəsi), rəiyyət üçün lütfdür. Belə bir üzrxahlıq onları haqq-ədalətə öyrətməyin və haqqa tabeçiliyə vadar etməyin üçün vasitədir.”

Bu cümlələrdən məsələlərin məntiqi izahının həyati nəticələri aydınlaşır:

1.Xalq qarşısında məsələlərin izahını özü üçün zəruri sayan hakim əslində xalqın üstünlüyünü qəbul etmişdir. Bu baxış, xalqla bu sayaq rəftar valinin öz nəfsinə hakimliyinə səbəb olacaq. Nəfsə bu sayaq hakimlik bir növ riyazətdir və hakim bu yolla özünün və başqalarının nəfs istəkləri ilə mübarizə apara bilər.

2.Məsələlərin köklü izahı səbəb olur ki, xalq həqiqətlə tanış olsun, ədalətli rəftarı özü üçün zəruri saysın və ədalətin icrasından narazı qalmasın.


DİNC YANAŞI YAŞAMAQ


İlahi İslam ayinləri hər şeydən öncə sülh, saziş və dinc yanaşı yaşayışa də’vət edir. Sülh ən ali hədəflərdən biri kimi tanıtdırılır.

Hakim xarici və daxili siyasi dinc-yanaşı yaşayış prinsipi əsasında tənzimləyir, həmişə, hər yerdə sülh və əmin-amanlığa çalışır.

Düşmən tərəfindən sülh və əmin-amanlıq təklif olunduqda İslam hakimi müsbət cavab verib savaşı dayandırmağa vəzifəlidir.

İslamın bu siyasəti ilə tanış olduqdan sonra müəyyənləşdirək ki, İslam bütün hallarda qeyd-şərtsiz sülhü qəbul etməlidir, yoxsa hansısa şərtlər var? Bütün şiə fəqihlərinin icma rə’yi budur ki, sülhün qəbulunda əsas şərt sazişin İslam və müsəlmanların xeyrinə olmasıdır. Əgər sülh İslamın və müsəlmanların zərərinə olarsa, belə bir sülhlə razılaşmaq olmaz. Bu səbəbdən həzrət Əli (ə) buyurur:


وَلاَ تَدْفَعَنَّ صُلْحاً دَعَاكَ إِلَيْهِ عَدُوُّ كَ لله فِيهِ رِضىً، فإِنَّ فِي الصُّلْحِ دَعَةًلِجُنُودِكَ، وَرَاحَةً مِنْ هُمُومِكَ، وأَمْناً لِبِلاَدِكَ، وَلَكِنِ الْحَذَرَ كُلَّ الْحَذَرِ مِنْ عَدُوِّكِ بَعْدَ صُلْحِهِ، فَإِنَّ الْعَدُوَّ رُبَّمَا قَارَبَ لِيَتَغَفَّلَ، فَخُذْ بِالْحَزْمِ، وَاتَّهِمْ فِي ذلِكَ حُسْنَ الظَّنِّ


Düşmənin təklif etdiyi və Allahın razılığına olan sülhü rədd etmə. Çünki sülh qoşunun, sənin və məmləkətin asayişinə səbəb olar. Amma sülh və sazişdən sonra ayıq ol. Olsun ki, sülh təklifində məqsəd yuxuya verməkdir. Yaxşı olar ki, ehtiyatı əldən verməyib, bu sazişdə nikbinliyə əsas axtarasan.”

SÜLHÜN NƏTİCƏLƏRİ VƏ DÜŞMƏN QARŞISINDA AYIQLIĞIN ZƏRURƏTİ


Həzrət mövlanın bəyanatına diqqət yetirdikdə sülhün əsas faydaları da aydınlaşır:

Dinc-yanaşı yaşayış bərpa olunduqda qoşun və silahlı qüvvələr rifah və asayişdən faydalanır.

İslam hakimi də ruhi aramlıqdan bəhrələnir, bu aramlıq sayəsində məmləkəti nizama sala bilir.

Hər şeydən mühümü, cəmiyyətin amalı olan əmin-amanlıq bərpa olunur.

Həzrət mövla bu faydaların bəyanının ardınca düşmən qarşısında ayıq olmağı tapşırır. Çünki düşmən düşməndir, daim meydanı özününkü etmək istəyir. Düşmən nəfəs dərmək üçün də sülh təklif edə bilər. Buna görə də hakim ehtiyatlı olmalı, düşmənə nikbinliklə yox, şübhələrlə yanaşmalıdır.

ƏHDƏ VƏFA


Əhdə vəfa və öhdəliklərə əməl İslam baxımından ən ali insani fəzilətlərdəndir. Qur’ani-kərim və mə’sum imamların əsərləri əhdə vəfanı iman şərtlərindən biri sayır. Əhdə vəfasızlıq dinsizlik və imansızlıq kimi qəbul olunur. Əhdə vəfa dedikdə təkcə müsəlmanların bir-birləri ilə vəfalı olması nəzərdə tutulmur. Müsəlmanlar vəzifəlidirlər ki, biganələr və kafirlər qarşısında da bu prinsipə əməl etsinlər. Həzrət buyurur:

وَإِنْ عَقَدْتَ بَيْنَكَ وَبَيْنَ عَدُوّ لَكَ عُقْدَةً، أَوْ أَلْبَسْتَهُ مِنْكَ ذِمَّةً، فَحُطْ عَهْدَكَ بِالْوَفَاءِ، وَارْعَ ذِمَّتَكَ بِالاَْمَانَةِ، وَاجْعَلْ نَفْسَكَ جُنَّةً دُونَ مَا أَعْطَيْتَ، فَإِنَّهُ لَيْسَ مِنْ فَرَائِضِ اللهِ عزوجلّ شَيْءٌ النَّاسُ أَشدُّ عَلَيْهِ اجْتَِماعاً، مَعَ تَفْرِيقِ أَهْوَائِهِمْ، وَتَشْتِيتِ آرَائِهِمْ، مِنَ تَعْظيمِ الْوَفَاءِ بِالْعُهُودِ، وَقَدْ لَزِمَ ذلِكَ الْمُشْرِكُونَ فِيَما بَيْنَهُمْ دُونَ الْمُسْلِمِينَ لِمَا اسْتَوْبَلُوا مِنْ عَوَاقِبِ الْغَدْرِ،

فَلاَ تَغْدِرَنَّ بِذِمَّتِكَ، وَلاَ تَخِيسَنَّ بَعَهْدِكَ، وَلاَ تَخْتِلَنَّ عَدُوَّكَ، فَإِنَّهُ لاَ يَجْتَرِىءُ عَلَى اللهِ إِلاَّ جَاهِلٌ شَقِيٌّ.

وَقَدْ جَعَلَ اللهُ عَهْدَهُ وَذِمَّتَهُ أَمْناً أَفْضَاهُ بَيْنَ الْعِبَادِ بِرَحْمَتِهِ، وَحَرِيماًيَسْكُنُونَ إِلَى مَنَعَتِهِ،يَسْتَفِيضُونَ إِلَى جِوَارِهِ، فَلاَ إِدْغَالَ، وَلاَ مُدَالَسَةَ، وَلاَ خِدَاعَ فِيهِ،

وَلاَ تَعْقِدْ عَقْداً تَجُوزُ فِيهِ الْعِلَلُ، وَلاَ تُعَوِّلَنَّ عَلَى لَحْنِ القَوْل بَعْدَ التَّأْكِيدِ وَالتَّوْثِقَةِ،

وَلاَ يَدْعُوَنَّكَ ضِيقُ أَمْر لَزِمَكَ فِيهِ عَهْدُ اللهِ، إِلَى طَلَبِ انْفِسَاخِهِ بِغَيْرِ الْحَقِّ، فَإنَّ صَبْرَكَ عَلَى ضِيق تَرْجُو انْفِرَاجَهُ وَفَضْلَ عَاقِبَتِهِ، خَيْرٌ مِنْ غَدْر تَخَافُ تَبِعَتَهُ، وَأَنْ تُحِيطَ بِكَ مِنَ اللهِ فِيهِ طَلِبَةٌ، لاَتَسْتَقِيلُ فِيهَا دُنْيَاكَ وَلاَ آخِرَتَكَ

Əgər düşmənlə peyman bağlasan və ya ona aman versən, əhdinə vəfa qıl, əhdinə uyğun əmanət şərtini yerinə yetir. Özünü düşmənə verdiyin müqabilində sipər et. Çünki bütün xalqın fərqli yanaşdığı heç bir ilahi vacibatda əhdə vəfada olduğu kimi yekdillik yoxdur. Müşriklər də İslamdan öncə öz aralarında əhdə vəfanı zəruri sayırdı. Çünki vəfasızlıq və xəyanətin acısını dadmışdılar.

Məbada əhdinə vəfa qılmayasan. Heç vaxt əhdini pozma, düşmənini aldatma. Çünki yalnız bədbəxt və nadan insan Allahın adı ilə bağladığı əhd-peymanı tapdayar.

Allah sənin əhd-peymanını salamatlıq və asayişin üçün səbəb qərar vermişdir. Onun sayəsində insanlar həyatını davam etdirir. Bu yolda yalana, hiylə və fəsada yer yoxdur.

Elə bir müqavilə imzalama ki, onda yayınma və bəhanəyə yol olsun. Müqavilə tənzimləndikdən sonra ikibaşlı danışma, Allahın əhdi gözləniləsi çətinlik səni müqaviləni haqsız pozmağa vadar etməsin. Açılışına ümid etdiyin müşkül qarşısında dözüm və nəsibin olacaq xoş aqibət günahı boynuna düşəcək hiylədən üstündür. (Bu hiyləyə görə) Allah tərəfindən elə tə’qib olunarsan ki, dünya və axirətdə sənin üçün üzr olmaz.”

DÖVLƏT ZÜLM VƏ QAN AXITMAQLA MÖHKƏMLƏNƏ BİLMƏZ!


İslam şərq və qərbdən fərqli olaraq zülm və qan axıtmaq vasitəsi ilə hökumətin möhkəmlənməsini qəbul etmir. Qan tökülməsi hökumətin sütunlarını laxladır, hakimiyyət dəyişikliyinə səbəb olur.

İslamın bu baxışı insan kəramətinə e’tiqaddan qaynaqlanır. İnsan hər fərdi o qədər kəramətli sayır ki, fərdin öldürülməsini toplumun öldürülməsi, fərdə həyat verilməsini topluma həyat verilməsi kimi qəbul edir. Həzrət buyurur:



Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə