53
diyi məsləhətlər bu gün də memarları heyrətləndirməklə yanaşı,
onun fitri istedadına dərin rəğbət bəsləməkdə davam edir.
Tikdirdiyi binalar bu gün də Bakının arxitekturasına xüsusi
yaraşıq verməklə bərabər, paytaxtın kübar irslərini bütövlükdə
təsdiqləyir.
Bakının ən çox gözə gəlimli yerlərində Azərbaycan memar-
lığının nümunələri kimi görünən tikililər – məhz Ağa Musa Na-
ğıyevin şəxsi vəsaiti və təkliflərin əsasında inşa edilmişdir. Ağa
Musa Nağıyevin tikdirdiyi binalar elmimizin məbədidir.
O, iyirmi ildən artıq Şəhər Dumasının Qlasnısı olmuşdur.
Avropalaşmaq niyyətində olanlara: “Qərbi Azərbaycana gə-
tirəcəyəm” – deyirdi.
Onun tikililərindən bəzilərinə kiçik səyahət etdikcə:
– N.Rəfibəyli 49; 1910-cu ildə inşa olunan Nizami küçə-
sindəki 93 saylı və Rəsil Rza küçəsindəki 23 saylı binalar; 1912-
ci ildə inşa olunan Səməd Vurğun küçəsindəki 12 saylı bina, Xa-
qani 14 və16 saylı binaları – keçmiş “Astoriya” mehmanxanası
insanı heyrətə gətirir.
Ağa Musa Nağıyevin tikdirdiyi və bu gün Azərbaycanın ta-
rixinə çevrilən şedevr binalarından çoxu inzibati müəssisələr ki-
mi fəaliyyət göstərir: “SOKAR” və Rusiyanın “LUKOYL” neft
şirkəti, Elmlər Akademiyasının Rəyasət Heyəti binası, Zabitlər
evi, Diaspora, “ÜNS” teatrı, “Azərittifaq”, Ağır Cinayətlər üzrə
Məhkəmə, İqtisad Universiteti, dörd xəstəxana, “KİRXA”, Sina-
qoq üçün nəzərdə tutulmuş, sonradan “qəddar düşmənlərimiz”
tərəfindən naməlum yol ilə zəbt edilmiş kilsə, R.Rza küçəsi 11
və 12-də keçmiş İncəsənət İnstitutu yerləşən binalar, həmin
küçədə Xaqani ticarət evinin yerində keçmişdə fəaliyyət gös-
tərən Tibb Universiteti və Tənqid-Təbliğ teatrının binası, Gül
pasajı, M.Ə.Rəsulzadə 8 – keçmiş Qastonom (prodmaq kimi
məşhur olan), İctimai yığıncaqlar keçirilməsi
üçün nəzərdə tutul-
muş – Xaqani 47, həmin küçədə “Məhkəmə ekspertizası”, Mər-
dəkanda “Abşeron” mədə-bağırsaq sanatoriyası...