41
AZЯRBAYCAN SЯNAYESİNDЯ
MİLLİ BURJUAZİYA
A
zərbaycanda neftin inkişafına həsr etdiyi kitabını mənə hə-
diyyə edən müəllif – İqtisad Universitetinin dosenti Zoya xanım
Nuriyeva belə bir dərkənar qoyub:
“Bu kiçik kitabçada öz əksini tapmış, haqqında qalaq-qalaq
kitablar yazılmağa layiq olan, həyatını, əməyini Vətəninin – mil-
lətinin gələcəyinə fəda edən, lakin hələ layiqli qiymətini alma-
yan Azərbaycanın görkəmli - tanınmış xeyriyyəçi oğlu Ağa Musa
Nağıyevin nəvəsi -Dilarə xanıma kiçik xatirə”.
Belə yazılara rast gəldikcə, düşünürəm... İnsan anadan olan-
dan, beşik başından axirət dünyasının astanasınadək bir ömür
hekayəti yaşayır. Dünya isə yarandığından təzadlar üstündə qə-
rar tutub. O, sevinci, toyu, kədəri, qəm yükü ilə bərabər dö-
zülməz dərdləri də yaşamağı öyrədir.
Bütün bunların hamısı insan dünyaya gəldiyi gün qismətinə
yazılan tale payıdır. Amma bu qismət payını pozan da, onu əksinə
çevirib məhvə sürükləyən də insan özü olur. Elə də olur ki, xe-
yirxah əməlləri ilə insan ölməzliyə vəsiqə alır. Belələrindən olub
- babam Ağa Musa Nağıyev. O, millətin, xalqın mənəvi inkişafı
üçün varlığından keçən insan olub. Bu yolda çalışdığım odur ki,
xalqın qəlbində Ağa Musa Nağıyev sevgisini yaşadım. Çünki
Ağa Musa Nağıyev inanırdı ki, min təlatümlər olsa da, nə qədər
küləklər əssə də, qədir bilən xalqı onun layiqli qiymətini verəcək.
Deyilənlərə görə əməllərimlə onu yenidən yaşatdım. Bu
mühüm işi yerinə yetirmək isə mənim alın yazım, tale payım
oldu!
İnanıram ki, Ağa Musa hər zaman yaşayacaq, çünki mən
axırıncı deyiləm! Axarıncıyam!
Mən nələr çəkmişəm ömrün yolunda,