36
QЯNAЯTLЯ YAШA,
PADШAH
OLARSAN
A
zərbaycan xalqının xoşbəxtliyi ondadır ki, xalqının səxa-
vətli, böyük xeyriyyəçi oğulları olub!
Tarix bizə bu dədə-babalarımızın qədir qiymətini bilməyi,
kimliyimizə özgələşməyin nə demək olduğunu öyrətdi.
Doğum və ölüm arasındakı məsafədə hərə öz həyat trayekto-
riyasını cızır. Dünyaya göz açdığımız kimi, bir gün də
gözlərimizi yumub, ona əlvida deyirik. Ancaq hər şey bununla
bitmir. Çünki axirət evinin qapısına hərə bir cürə üz tutur. İnsan
var ki, dünyaya gəldiyi kimi pak və təmiz, günahsız köçür bu
dünyadan. İllər boyu belə insana rəhmət oxunur, gördüyü işlər
minnətdarlıqla xatırlanır.
Bakı milyonçusu, xeyriyyəçi Ağa Musa Nağıyev belə insan-
lardan olub. Ömrü boyu xeyirxahlığa, insanlığa can atıb.
Bu mənada onun dəyərini heç nə və heç kim ilə müqayisə
etmək mümkün deyil.
Ağa Musa Nağıyev özü olub!
“Qənaətlə yaşa, padşah olarsan”! Təəssüf ki, bu ərəb məsə-
lini unudan müasirlər Ağa Musa Nağıyevin təsərrüfatçılıq iste-
dadını düzgün və layiqincə qiymətləndirə bilməyib, bunu xəsis-
lik adlandırmışlar.
Amma Ağa Musa Nağıyevin mesenatlıq fəaliyyəti başqa söz
deyir. Onun tikdirdiyi binalar bu gün Müstəqil Azərbaycan Res-
publikasına və onun azad xalqına minnətsiz, təmənnasız xidmət
edir.
38
HAMBAL VЯ MİLYONЧU
Ġ
mkansız ailədə dünyaya göz açan Musa 11 yaşından zəh-
mətə qatlaşıb hamballıq edib, ailəsinə kömək edir. Ağırlığı bir
pud (16 kq) olan hambal palanına bir o
qədər də çəkidə yük yük-
ləyib, ona-buna xidmət edən Musa, elə bil qarşısında açılacaq
səadət qapılarını əvvəlcədən görürdü.
O, inanırdı ki, ağır zəhməti hədər getməyəcək. Əlinin qa-
barı, ayaqlarının döyənəkləri hesabına qazandığı pulu qəpik-
qəpik toplayaraq kiçik bir torpaq sahəsi alır. Hələ o zaman ağ-
lına da gətirməzdi ki, kiçik torpaq sahəsində qazdırdığı quyudan
su əvəzinə neft fontan vuracaq və bu neft bir müddət sonra onu
Bakının ən iri maqnatlarından birinə çevirəcək. Tale onunla
zarafat etmədi. Doğrudan da onun üzünə bəxt qapılarını açdı.
Vaxtı ilə nefti vedrə-vedrə satan Musa, sonradan 30 min
işçini, saysız-hesabsız var-dövləti idarə etməklə savadın əsas
şərt olmadığını təsdiqləyir. İşgüzarlıq, məsuliyyət və istedad
sayəsində həyat məktəbini bacarıqla başa vuran Musa, bu gün də
başqaları üçün örnəkdir.
Bəlkə də müasir dövrdə Avropa ölkələrində savad alanlar
düşünürlər ki, bu təhsil onları da Ağa Musa edə bilər.
Musanın sanki piano çalan, daxili intellektindən xəbər verən
nazik uzun barmaqları onun keçmişindən soraq vermirdi. Onun
foto şəkilləri daxilən intellektual bir insan olduğunu xatırladır,
mənəvi zənginliyindən xəbər verirdi.
Bisavad olmasına baxmayaraq, onun sahibkarlıq fəaliyyəti
bütövlükdə bir məktəb idi.
Ağa Musa Nağıyevin xasiyyəti də fərqli olub. Pulunun qəd-
rini bilib, göyə sovurmayıb, yeri gələndə isə əsirgəmədən
xərcləyib.
Mədənlərindən birində fəhlələrin nahar fasiləsində yararsız
taxtalardan tonqal qalayıb, ocağın istisinə yığışdıqlarını görən
Ağa Musa, onlardan birinin eşdiyi papirosunu (hazır siqaret
kasıblar üçün əl çatmaz olub) kibritlə yandırdığının şahidi olur.