23
bəyov 5 böyük neft mədəninin sahibi olub. Onun hər bir mədə-
nində ildə 1 mln. pud neft istehsal olunurdu.
İcarəyə verdiyi quyulardan çıxarılan neftin dörddə bir his-
səsi ona çatırdı ki, bu da 1 mln. pud neft təşkil edirdi.
Kommersiya və sahibkarlıq iĢlərində Əjdər bəy AĢurbə-
yovun firması hədsiz inam qazanmıĢdı!
Ġsabəy Hacınski (1861-1919)
Azərbaycan kapitalının mühüm təmsilçilərindən biri idi.
Zadəgan nəslindən olan İsabəy Hacınski Bakıda anadan
olub.
XIX əsrin sonu XX əsrin əvvəllərində o, Qara şəhərdə
“Ke-
rosin zavodu”nun, Abşeronda neft quyularının və torpaq sahə-
lərinin sahibi olmuş, Bakının abadlaşdırılması sahəsində böyük
işlər görmüşdür.
İsabəy Hacınskinin Qız Qalasının yanında tikdirdiyi
“Qartal yuvası” (Orlinoye qnezdo) kimi bakılılara tanış olan
bina şəhərin yaraşığına çevrilmişdi.
O, bir çox illər
“Hacınski-Bakı” neft sənayesi və
“Ticarət
Cəmiyyəti” nin
idarə heyətinin sədri,
Ģəhər Dumasının qlasnısı
olmuşdu.
Ġsabəy Hacınski – Bakı qradonaçalniki yanında neft
iĢləri üzrə kompaniyanın üzvü olub!
Hacı Əhədulla Eldarov (1873-1920)
1873-cü ildə Bakının Balaxanı kəndində kasıb ailədə dün-
yaya göz açıb.
XIX əsrin əvvəllərində Bakıda neft sənayesi sahiblərindən
idi.
Hacı Əhədulla XIX əsrin əvvəllərində qardaşı ilə birlikdə
“Eldarov QardaĢları Kompaniyası” adlı neft firmasını yarat-
24
mışdı. Firmanın kontoru Balaxanıda, qardaşlara məxsus neft bu-
ruqlarının yanında yerləşib.
“Eldarov QardaĢları Kompaniyası” firması neft işinin
mühüm hərəkətverici qüvvələrindən olmuş, sahiblərinə böyük
gəlir gətirmişdi.
Hacı Əhədulla Eldarov, Kompaniyanın qazancından
xeyriyyə iĢlərinə sərf etmiĢdi!
Kərbəlayi Abdulla Zərbəliyev (1853 - )
XIX əsrin sonu - XX əsrin əvvəllərində Bakıda tanınmış
neft sənayesi sahibi idi. Kərbəlayi Abdulla hələ uşaqlıqdan ata-
sının kiçik
“Kerosin zavodu”nda sahibkarlıq işinə qoşulur.
Sonradan ona miras qalan bu zavodu genişləndirir. O, Sabun-
çuda neftlə zəngin olan torpaq sahələrini alır. Kompanyonu ilə
payçı kimi yataqların fəaliyyətinə başlayır.
“K.A.Zərbəliyev” firması kommersiya dairələrində böyük
etibar qazanır. O, Bakı şəhər dumasının və
“ġəfa Müsəlman
Xeyriyyə Cəmiyyəti”nin idarə heyətinin üzvü idi.
Kərbəlayi Abdulla Zərbəliyev xatirələrdə məğrur, cəsur
və sözündən dönməyən insan kimi qalmıĢdır!
Alfons RotĢild ( - )
Bakıda neft sənayesinin güclü inkişafı xarici kapitalistlərin
diqqətini özünə cəlb edir. Qısa müddətdə
“Xəzər -Qara Dəniz
Neft Sənayesi Cəmiyyəti” yaradılır.
Cəmiyyəti idarə edən fran-
sız bankiri Alfons Rotşild özü idi. Yeni yaranmış Cəmiyyətin
imkanları geniş olduğundan, neftin istehsalı, emalı və ixrac edil-
məsinə xüsusi diqqət yetirilirdi. Cəmiyyətə aid olan quyulardan
alınan küllü miqdarda neft, bu işgüzar insanın fikrini yeni satış
bazarları axtarmağa yönəldir.