18
Ağa Musa Nağıyev (1849- 4. 04. 1919)
Azərbaycan milli burjuaziyasının
nəhəng və görkəmli nüma-
yəndələrindən olub. 1849-cu ildə Bakının Biləcəri kəndində
saman satmaqla məşğul olan Hacı Nağının ailəsində dünyaya
göz açmış, yük daşımaqdan (hambalçılıq) böyük firmanın sa-
hibliyinə çatanadək ağır bir həyat yolu keçmişdi. Neftin və iş-
güzarlığının istedadı hesabına milyonçu olmuşdu.
Sonradan ona uğurlar gətirəcək kiçik torpaq sahəsi - əslində
Allahın Ağa Musaya etdiyi hədiyyə idi. Çünki Ulu Yaradan bu
yoxsul ailənin sədaqətini, namusunu, dolğunluğunu, qardaşların
bir-birinə, ata-anaya olan məhəbbətini görüb, bu halal ailəyə öz
qismətini göndərmişdi.
Onun əsil nəcabətini, kökünü, ailə fəxarətini binalarının üzə-
rindəki Ağa Musa Nağıyev firmasına məxsus emblema –
“Venzel” (daş kitabə) təsdiq edir. Bu venzellər öz gözəlliyi və
məna etibarilə diqqət cəlb edir. Kənarlarında saman çələngi,
ortada hambal şələsi və üzərində “
MN” və ya “
AM” təsvir olan
yazının önündən həyəcansız keçmək mümkün deyil. Milyonçu
bununla keçmişini unutmadığını təsdiqləyirdi. Onun imzası –
venzeli xeyriyyəçilik modeli olaraq binaların üzərində qalmaqda
davam edir.
Sahibi olduğu
“Neft firması” 1908-ci ildə rekord həcmdə
neft çıxarır. 12. 328. 300 pud xam neft – bu rəqəm Azərbaycanın
neft firmaları arasında ən yüksək göstərici olmuşdur. Hər il 25
müsəlman qızının ibtidai sinifdə oxuması üçün iri
məbləğdə ianə
verir. Tikililərinin sırasında Realnı məktəb və dörd xəstəxana
xüsusi diqqət cəlb edir.
Arxitektur binaları ilə Azərbaycanı dünyaya tanıtdıran Ağa
Musa olur. 28 may küçəsini bu gün də onun nəhəng binaları
bəzəyir. Bu tikililər şəhərimizin ən dəyərli memarlıq abidələrin-
dəndir.
Oğlu İsmayılın xatirəsinə həsr etdiyi - qotik üslubda tikdir-
diyi – binaları içərisində şah əsər sayılan
“Ġsmailiyyə” binası
(1908-1913) öz harmoniyası ilə bir simfonik əsər təsəvvürü