30
Şəhər prokuroru Voronov cəbhəyə yardım məqsədilə milyo-
nerlərdən pul yığarkən, Ağa Musa 50 rubl verir. Voronov ona
Hacı Zeynalabdinin 50 min rubl verdiyini söyləyəndə: “Hacı
məndən dövlətlidir – o verər” – cavabını eşidir. Sonradan hadi-
sədən Ağa Musanın oğlu İsmayıl bəy xəbər tutanda istənilən
məbləği verir.
Bundan xəbər tutan Ağa Musa uşaqlıq
xatirələrindən bir mə-
qamı yada salıb, deyir:
-“Valideyinlərim məni alış-verişə göndərər, gəlirdən 5 qəpik
xərclədiyimi biləndə məni cəzalandırardılar. Mənim oğlum isə
başqa
şəraitdə böyüdüyündən, onun üçün 50 min pul deyil”.
Şübhəsiz ki, illərlə çox çətinliklərlə üzləşən, zəhməti hesa-
bına var-dövlət toplayan Ağa Musa pulu xərcləməyin yerini bi-
lirdi.
Həyatımın az hissəsi də olsa sürgündə keçdiyindən və bu-
nun ağrılarını zaman-zaman unutmaq istədiyimdən, ailəm ətra-
fında mübarizəmi gec başladığımdan üzülsəm də, babamın
tapdanmış hüquqlarını müdafiə etmək məqsədilə bir ömür də
sərf edərdim.
Ağa Musa gözlərini saman satan bir kişinin ailəsində dün-
yaya açmışdı. Gününə bir tikə çörək və bir qurtum su ilə bö-
yüyüb 11 yaşa çatanda, kasıb uşağına xas olaraq dərk etmişdi ki,
əməyə qatlaşmalıdır. Əyninə nazik, dizi cırıq şalvarını geyinib
hər gün hambal şələsi ilə qənşərindən ağır yüklərin altına gir-
məklə çörək pulu qazanırdı.
Belə anlar olurdu ki, ağırlığa tab gətirə bilmir, soyuq da bir
yandan əhdini kəsirdi, səndirləyib üzü üstə torpağa qapanırdı.
Bu anda elə uzandığı yerdəcə çiynində yük yuxulamaq, hər şeyi
unudub azacıq dincəlmək istəyirdi. Amma qulağını söykədiyi
torpağın pıçıltıları ona yenidən qüvvə verirdi: