31
- “Qalx! Döz, bir az da döz! Bu gün ağuşuna yıxıldığın
torpaq sabah səni göylərə ucaldacaq. Qalx!!!”
Beləcə... özündə daxili güc tapıb, qarşısına qoyduğu məq-
sədə doğru gedirdi. Bu minvalla topladığı vəsaitə kiçik bir tor-
paq sahəsi alır. Və bir gün doğma torpaq vədinə xitabən ona
“ənam” göndərir, su quyusu qazarkən neft fontan vurur. O vaxt-
dan 18 yaşlı Musa Nağıyevin də taleyi üzünə gülür.
Sahibkara çevrilməmişdən öncə, neft bilicilərini ətrafına
toplayır. Böyük bir sahibkar olanadək ağır həyat yolu keçir.
Nəticədə 1909-cu ildə 10 milyon pud neft çıxaran şirkətin
sahibi olur.
Neçə-neçə inqilablar, çevrilişlər, müharibələr, milli qırğınlar
yüz minlərlə insan taleyini məşəqqətə, fəlakətə düçar etmiş, icti-
mai-siyasi hadisələr görmüş, XIX və XX əsr artıq tarixə dönüb
arxada qalmışdır.
Tariximizin keşməkeşli olmasına baxmayaraq, iftixar etmə-
li, ondan öyrənməli, nümunə götürüləsi dəyərləri çoxdur.
Vətənə, xalqına və milli dövlətçiliyimizin inkişafına böyük
məhəbbət bəsləyən Ağa Musa, Azərbaycanın tarixi salnaməsin-
də dərin iz buraxmışdır.
Yazdıqlarımı oxuduqca, əminəm ki, bunların şahidi olacaq-
sınız.
32
YENİ SЯHİFЯ
D
eyirlər dünyanın aqibəti insanların əlindədir. Belələrinə pe-
şəsi, təcrübəsi, işgüzarlığı və istedadı ilə seçilən insanlar aiddir.
Azərbaycan tarixində elə şəxsiyyətlər olub ki, onlar yaşadıq-
ları dövr ərzində xalq və millət üçün işlər görüblər. Uzun illər
adının çəkilməsi yasaq olan, amma hər zaman tarixin və
qədirbilən insanların yaddaşlarında yaşayan Ağa Musa Nağıyev
kimi...
Söhbət bacarığı, istedadı və əməksevərliyi sayəsində iri neft
sənayeçilərindən birinə çevrilmiş, xalqın, millətin rifahı naminə
böyük işlər görmüş, Bakı milyonçularından olan Ağa Musa Na-
ğıyev haqqında gedəcək.
Ömrünün hələ gənclik çağını yaşayarkən Ağa Musanın qəl-
bi vətən eşqilə yanırdı.
Həyatının 50 ildən çox hissəsini xalqın rifahına həsr etmiş,
Bakı neftxudaları sırasında özünə məxsus yeri olan Ağa Musa
Nağıyevin xalqın millət kimi formalaşmasında böyük rolu da-
nılmazdır.
Xalqın zəngin tarixi ilə maraqlanan, şərəfli keçmişimizə eh-
tiramla nəzər salan hər bir ləyaqətli insan üçün onun adı əzizdir.
İnsanda qürur hissi oyadır bu ad.
XVIII əsrin axırları, XIX əsrin əvvəllərində Rusiya, Fransa,
və Almaniyanın, eləcə də Nobel qardaşlarının iri neft kompa-
niyaları Azərbaycanda fəaliyyət göstərib, yüksək məbləğdə gəlir
əldə edərək ölkəni çapıb – taladıqları bir dövrdə milli kapita-
listlər - əsilzadə milyonçularımız yaranmışdır: Hacı Zeynalab-
din Tağıyev, Ağa Musa Nağıyev, Şəmsi Əsədullayev, Murtuza
Muxtarov, Alfred Nobel, Əjdərbəy Aşurbəyov, İsabəy Hacınski
kimi şəxsiyyətlər milyonlarını Azərbaycanın inkişafına, milli
kadrların yetişdirilməsinə, gənclərin savadlanmasına sərf etmiş,
33
bununla da mənəviyyatımızın, iqtisadiyyatımızın formalaşması
ilə yanaşı bütövlükdə dövlətçiliyimizi qorumuşlar.
Ağa Musa Nağıyev tarixə əfsanəvi milyonçu kimi daxil
olub.
Varidatının ümumi miqdarı 413 mln. (bəzi məlumatlara görə
690 mln.) məbləğində dəyərləndirilən Ağa Musa Nağıyev ka-
pitalını o dövrdə cəhalət girdabında boğulan xalqının maariflən-
məsinə, onun dünya görüşünün ümumi mədəni səviyyəsinin
yüksəldilməsi istiqamətinə sərf etməklə bərabər, bina tikintisinə
də yönəltmişdir. Onun ən ağrılı yerlərindən biri səhiyyə sahə-
sindəki problemlər idi.
Oğlu İsmayılın faciəli ölümündən sonra təsəllini xəstə-
xanalar tikdirməkdə tapırdı. Bunlar: E.Əfəndiyev adına və öz
adını daşıyan xəstəxanalar, Elmi-Tədqiqat Pediatriya İnstitutu
(OMD) və Sabunçu qəsəbəsindəki Poliklinikanın binalarıdır.
Ağa Musanın tikdirdiyi hər bir binanın arxasında onun surəti
və dövrün həsrəti təsvir olunub. Onun hər bir tikilisi bu gün də
insan tarixini, insan taleyini qoruyur.
Bəzəkli “İsmailiyyə”, rokkoko və borokko üslubunda
tikdirdiyi “n” qədər məbədlər! Bunlar dünyanın üzünə açılan ən
gözəl peyzajdır, nəqşidir Azərbaycanın.
Xəstəxana tikdirməklə o, dərdini bir qədər yüngülləşdirmə-
yə çalışırdı. Qeyd etməyin yeridir ki, məhz onun vəsaiti hesa-
bına Bakıda qısa müddət ərzində bütöv bir ziyalı nəsli yetişir.
1901-ci ildə Bakıya həyat və bolluğun rəmzi olan Şollar suyu-
nun çəkilişində vəsaitin 75 faizini ödəyən Ağa Musa, bütövlük-
də suyun çəkilişinə 24 mln. vəsait sərf etmişdir. Şollar suyunun
çəkilişi Avropa ölkələrində ilk və nəhəng inşaat qurğusu sa-
yılıb.
34
Savadsız və gənc olmasına baxmayaraq, həyatın nəbzini
zərgər dəqiqliyi ilə tuta bilən Ağa Musa Nağıyev əzab-əziyyətlə
topladığı vəsaiti hara, niyə və nə üçün xərclədiyini bilirdi.
O, xeyirxah əməlləri və ziyalı təfəkkürü ilə zəmanəsinin
mesenatları arasında özünəməxsus şərəfli yer tutub.
Lakin nədənsə dövrün qara qüvvələri, sözün məcazi məna-
sında həyat Universitetini “Qırmızı Diplom”la başa vurmuş Ağa
Musa Nağıyevin işıqlı fəaliyyətinə qara don geydirmişlər.
Allahın özünə belə xoş gələn qənaətçilliyi, zərrə qədər israfa
varmadığını ifrat dərəcədə qabardaraq Ağa Musanın üzərinə
“xəsis” damğası vurmuşlar.
Həyata sadə bir ailədə göz açan, ibtidai təhsilini kənd molla-
xanasında alan Musa, uşaq yaşlarından əzab-əziyyətlə, sıxıntı-
larla üzləşməsinə baxmayaraq, həyatda zəhmətilə özünə yol
açmışdı.
Deyirlər insan o zaman ölür ki, onu xatırlayan sonuncu şəxs
həyatdan köçür.
Təvəzökarlıqdan kənar da olsa, deyirəm:
Nə yaxşı ki, mən varam. Ağa Musa ölməyəcək!
Dostları ilə paylaş: |