20
şıqlı binalar tikdirmişdir. Onun tikdirdiyi mülklərindən birində
hazırda Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin kolleci
yerləşir.
Əhali onu Bakının “Qara qızıl”ını dünya bazarına ixrac edən
Nobel qardaşlarının qənimi kimi tanıyırdı.
Şəmsi Əsədullayev Rusiyada, Türküstanda, İranda, Polşada
Nobellərin kontorları ilə yanaşı ticarət müəssisələri açır, nefti
onlardan ucuz qiymətə sataraq, yadelli milyonçuların alış-verişinə
mane olurdu.
Qızıldan qiymətli Bakı neftinin ixracı ilə əlaqədar Şəmsi
Əsədullayev ömrünün 20 ildən çoxunu doğma yurddan kənarda
keçirir. Peterburq və Moskva azərbaycanlı neft milyonçusunun
çox sevdiyi şəhərlər idi.
O, çar sarayının bir sıra yüksək rütbəli əyanları ilə sıx əlaqə
saxlayırdı.
Bakıda və ondan çox-çox uzaqlarda məşhurlaşan nüfuzlu
neft sahibkarı Şəmsi Əsədullayevin qazılan buruqlarından biri-
nin vurduğu güclü fontan nəticəsində ətraf ərazi nəhəng “Qara
qızıl” dənizinə çevrilir. O quyu ki, hər gün 10 min ton neft ver-
miş, Bakının neftçıxarma sənayesinin tarixi salnaməsinə düş-
müşdür. Sonradan bu yerdə “xatirə” daşı qoymuşlar. Onun xü-
susi “NeftdaĢıma donanma”sı olmuşdu.
ġəmsi Əsədullayevin dəniz və çay gəmiləri bütün Xəzəri
və eləcə də Volqanı dolaĢardı.
Murtuza Muxtarov (1855-1920)
Ən aşağı sosial təbəqədən çıxmış, fəhləlikdən – ustayadək,
sonra isə şəxsi firma sahibinə çatanadək həyatda çətin bir yol
keçmişdir.
Murtuza Muxtar oğlu Muxtarov 1855-ci ildə Bakının Əmir-
can (Xilə) kəndində dünyaya göz açıb. Kiçik yaşlarından neft
21
mədənlərində fəhləlik edər, hər gün Əmircandan Zabrata qədər
pay-piyada gedərdi.
İşə həvəslə yanaşdığını görən neft mədənlərinin sahibkarı
Martov ona mexaniki alət və cihazların sirrini öyrədir. Sonradan
Murtuza Muxtarov əldə etdiyi qazanc hesabına hətta həmin
sahibkarın mədən emalatxanasını da alır.
Belə bir ömür yolu keçmiş Murtuza Muxtarov, adi fəh-
ləlikdən neft milyonçusu səviyyəsinə qədər ucalır. Neft sahib-
karlığı tarixində onun adı neftayırma texnologiyasının inkişafı
ilə bağlıdır. O, 1895-ci ildə təkmilləşmiş zərb ştanq üsulu ilə
qazma dəzgahı yaradır. Yaratdığı “Podrat qazma” kontorunun
Bakının Balaxanı, Suraxanı və Sabunçu rayonlarında neft qu-
yularının qazılmasında böyük rolu olub. Bir neçə il sonra Mur-
tuza Muxtarov Bibi Heybətdə “Qazma avadanlığı zavodu”nu
tikdirir və bu zavodda istehsal olunan avadanlıqlar xaricə ixrac
olunur. Bu zavod Azərbaycanda və bütövlükdə Çar Rusiyasında
neft avadanlıqları istehsal edən ilk müəssisə idi.
Neft mühəndisi kimi tanınmış Murtuza Muxtarovun texniki
təhsili olmasa da, o, neft maqnatlarının içərisində neft yataq-
larını və qazma işlərini dərindən bilən mütəxəssis sayılırdı.
O, 1911-12-ci illərdə Venesiyadakı binaların arxitekturası
üslubunda Bakıda möhtəşəm “Səadət Sarayı” binasını tikdir-
mişdir.
Elektrik enerjisinin qıtlığı olan dövrdə Şüvəlan və Mərdəkan
kəndlərini enerji ilə təmin edib. Mərdəkanda “Pirhəsən” ziya-
rətgahında Axund Əbu Turabın qəbri üzərindəki günbəzi də o
inşa etdirmişdi.
Onun min bir əziyyətlə Mərdəkanda yaratdığı bağ evi bu
gün dünyanın tanınmış “Dendrologiya parkı” kimi fəaliyyət
göstərərək, nadir bitki örtüyü və ağacları ilə məşhurdur.
1908-ci ildə Əmircan kəndində o illərdə analoqu olmayan,
47 metr hündürlüyündə “QoĢa minarəli məscid” tikdirir. İstan-
buldan gətirdiyi - çəkisi 25 kiloqramdan artıq olan qiymətli
22
kitabı - qızıl suyundan hazırlanan “Quran”ı da məscidə hədiyyə
edir.
Yerli əhalinin təşəbbüsü ilə etdiklərinə rəğmən, 1991-ci ildə
Murtuza Muxtarovun nəşi Əmircan qəbiristanlığından məscidin
həyətində torpağa tapşırılmışdı.
Murtuza Muxtarov - “Neft avadanlığı” istehsal edən ilk
zavod yaratmıĢdı!
Alfred Nobel (1833-1896)
Tarixdən bəllidir ki, Nobellərin sahibkarlıq fəaliyyəti Azər-
baycanın neft sənayesi ilə bağlıdır. Onların 1879-cu ildə əsasını
qoyduqları “Nobel QardaĢları Cəmiyyəti” tez bir zamanda
neft sənayesini öz monopoliyasına çevirir. Bu Cəmiyyət ölkənin
ən gəlirli müəssisələrindən sayılır və onların nəhəng neft maq-
natına çevrilmələrinə təkan verir.
1916-cı ildə bu Cəmiyyət - Abşeronda və başqa yerlərdə
olan 150 desyatin neftlə zəngin torpaq sahələrini bir yerə top-
layır. Həmin vaxtda bu güclü korporasiyanın təmiz gəliri - 42,3
mln. rubl təşkil edirdi.
Cəmiyyətin təsisçisi Alfred Nobelin kapitalı, məsləhətləri və
fəaliyyəti işlərin uğurla getməsinə köməklik edirdi. Ölümündən
sonra onun var-dövləti 50 mln. franka yaxın idi.
Alfred Nobel – Ġsveç sahibkarı, kapitalının müəyyən
faizini “Nobel mükafatı” təsis etmək üçün vəsiyyət etmiĢdir!
Əjdər bəy AĢurbəyov (1855-1921)
Qədim zadəgan nəslin – Aşurbəyovların nümayəndəsi idi.
Bakının Mərdəkan kəndində anadan olub.
Əjdər bəy Aşurbəyov “Neft sahəsindəki canlanma” döv-
ründə tanınmış neft sənayeçisinə çevrilmişdir. Əjdər bəy Aşur-
Dostları ilə paylaş: |