10
UNUDULMUШ UNUDULMAZLAR
Ö
tən əsrin əvvəllərində varidatına görə məşhurlaşan 11
Bakı milyonçusu sırasında birincilik qazanmış Ağa Musa
Nağıyevə Sovet hakimiyyəti illərində “İstismarçı kapitalist”
damğası vurulmuşdu. Hətta bəzi araşdırmalar bu kapitalistlər
haqqında yazanda da nədənsə Ağa Musanın ünvanına “xəsis”
deməkdən çəkinmədilər. Halbuki, onun gördüyü xeyirxah iş-
ləri, tikdirdiyi binaları və digər qeyri-adi savab əməllərini saf-
çürük etdikcə başqa cür düşünürsən.
O, xalqına, millətinə nə dərəcədə xidmət etmək mümkünsə,
hamısını bacarırdı. Bəlkə də taleyin qəzavü-qədərinə düçar
olmasaydı, Ağa Musa Nağıyev daha nələr yaradacaqdı. Təəs-
süf ki, bu cür güclü və tərəqli bir şəxsiyyətin fəaliyyəti, doğma
xalqına göstərdiyi xidmət uzun müddət kölgədə qalmışdı.
Halbuki onun təkcə Bakı şəhərində tikdirdiyi 98 bina (arzusu
100 olub) tariximizin daş yaddaşıdır. Bu yadigarların hər
naxışında neft milyonçusunun saf əməlləri, vətənpərvərliyi,
milli təşəbbüskeşliyi sükuta dalır.
Əslində, Ağa Musa Nağıyev böyük ürək sahibi və nəcib
insan idi. Belə bir ifadə var ki, halal surətdə varidat qazanmaq
bacarıq, onu qoruyub saxlamaq müdriklik, ondan düzgün
istifadə etmək istedaddır.
Ağa Musa Nağıyevdə bu məziyyətin üçü də cəmləşmişdi.
Onun haqqında olan xatirələrdən, arxiv materiallarından öyrə-
nirik ki, Ağa Musa Nağıyev “xəsis” yox, sadəcə qənaətcil idi.
Pulunu hara və nəyə xərcləməyi dəqiq hesablaya bilirdi.
Milyonçunun nəvəsi Dilarə xanım ilə söhbət zamanı təqdim
etdiyi sənədlərdən bir Vətən övladının, unudulmaz Bakı milyon-
çusunun çox işıqlı obrazı boylanır. Töhvələrinin sayını sıralayan
rəqəmlərin, faktların arxasında fenomen bir şəxsiyyətin dəyərli
xidmətləri dayanır.
11
Əgər Ağa Musa Nağıyev tərəfindən tikilən və Bakı memar-
lığının qızıl fonduna daxil olan binaları saysaq, uzun bir siyahı
əmələ gələr.
Bakıya bir klassikalıq gətirən, onun hüsnünə Qərb və Şərq
memarlıq koloritini bəxş edən qeyri-adi gözəl binaların əksəriy-
yətini Ağa Musa Nağıyev tikdirmişdir. Bu gün Komitə və Na-
zirliklərin yerləşdiyi binalar onun yadigarlarıdır. 28 May küçə-
sində yol boyu sıra ilə düzülmüş, memarlıq üslubu ilə seçilən
binaların demək olar ki, əksəriyyəti Ağa Musa Nağıyevin təşəb-
büsü ilə inşa olunmuşdur. Təkcə Bakıda deyil, başqa şəhərlərdə
də məscidlər tikdirən Bakı milyonçusu digər dinlərə sitayiş
edənləri də unutmurdu. O, “Kirxa” və “Sinaqoq”un tikilməsinə
vəsait ayırıb.
Deyilənlərə görə, əgər XX əsrin binalarından Morozovun
Moskvadakı mülkünü dünya incəsənətinin keçid dövrünün
ixtirası hesab etmək mümkünsə, Azərbaycanda bu şərəf “İsmai-
liyyə” qotikasına (saray) görə Ağa Musa Nağıyevə ünvanlanır.
Bir faktı da xatırladaq ki, Bakıya Şollar suyunun çəkilmə
xərcinin xeyli hissəsini Ağa Musa Nağıyev ödəmişdi. Maarif-
çilik məqsədilə keçirdiyi işlərin və bu yolda verdiyi ianələrin
sayı-hesabı yox idi.
Bakının ilk neftxudalarından olan mesenat, milyonçu “xə-
sis” (anlamaq olmur ona bu damğanı hansı ürəklə vurublar) Ağa
Musa Nağıyev böyük səxavətlə imkansız ailələrin dayağı olub.
Dilarə Nağıyeva təəssüflə söyləyir: “Şükür, indi Hacı Zey-
nalabdin Tağıyev barəsində ədalət bərpa olunub, amma hələ də
Ağa Musa Nağıyev haqqında bunu tamamilə demək mümkün
deyil”.
Artıq Azərbaycan müstəqil dövlətdir. Ona görə də xalqımız
belə oğullarının, millət üçün yaşayan talesizlərin həyatını bil-
məli, fəaliyyətlərindən xəbərdar olmalıdır. Bu faktdır ki, Ağa
Musa Nağıyev Bakının iri neft maqnatları arasında Nobel qar-
daşlarından sonra ən varlı və ən mötəbər milyonçu kimi ta-
nınmışdı.
12
Samançı oğlu Ağa Musa, 11 yaşından hamballıq edərək
əlinin qabarı ilə qazandığı pulun hesabına 49 yaşında milyon-
çuya çevrildi.
Atası oğlunun varlandığını gördükcə nəsihət edir ki, ömrü
durduqca bina tikdirsin. 100 bina tikdirməyi qarşısına məqsəd qo-
yan Ağa Musa təəssüf ki, 98 bina tikdirə bilir. 1918-ci ildə ermə-
nilərin Bakıya hücumu zamanı onların “İsmailiyyə” binasını topa
tutmasına dözə bilmir. 1919-cu ildə 70 yaşında vəfat edir.
Əslində bu xeyirxah milyonçumuz erməni terrorunun gü-
dazına gedir.
Ölümündən sonra bu iman sahibi dəfələrlə gordan edilib.
Dilarə xanımın söylədiklərindən aşkar olur ki, 1938-ci ildə Dağ-
üstü parkda Kirova heykəl qoymaq istəyənlər Çəmbərəkənd qə-
biristanlığını dağıdıblar. Təkrar dəfn faciəsi də buradan başla-
yır... Yalnız 1998-ci ildə xeyirxah insanlar tərəfindən Ağa Musa
Nağıyev dördüncü dəfə dəfn edilərək, üstündə İsmailiyyə binası-
na bənzər məqbərə qoyulur.
O zaman Dilarə xanımın babasının ruhuna söylədiyi pıçıl-
tıları:
- “Sən öz doğma Vətənindəsən, rahat yat. Biz səni unudul-
mağa qoymarıq” – insanda təəccüblə bərabər rəhm oyadır.
Ağa Musa Nağıyevin taleyi çox acılara tuş gəlmişdi. Hər iki
övladını erkən yaşlarında itirmişdi. Çəkdiyi dərdlərə görə də
Ağa Musa Nağıyev Bakıda xəstəxana şəbəkəsinin genişləndiril-
məsinə, bu yöndə binaların tikilməsinə xüsusi diqqət yetirmişdi.
Fələyin qədərinə dözə bilməyən, övladsızlığı ona ağır olan
bu qeyri-adi milyonçu - qardaşı Ağa Əlinin yeni doğulan, sayca
beşinci oğlunu övladlığa götürür. Adını Fərəc – mənası “kədər-
dən sonra sevinc gələr” qoyur.
Fərəcin milyonçu vərəsəsi olması sonradan ona ağır bir tale
bəxş edir. Ağa Musanın vəsiyyəti Kərbəlada İsmayıl oğlunun
yanında dəfn edilmək olsa da, totalitar rejim imkan vermədiyin-
dən, sonradan onu Kərbəlaya aparmaq ümüdü ilə doğmaları cə-
Dostları ilə paylaş: |