14
Milyonçu Şəmsi Əsədullayev müflisləşərək ağır vəziyyətə
düşüb, özünü öldürmək qərarına gələndə, ona öz varidatı ilə
kömək göstərən məhz Ağa Musa Nağıyev olur.
Deyirlər ki, ianə toplayarkən oğlu İsmayılın atasından çox
pul verdiyini soranlara “mən samançı oğluyam, o isə milyonçu”
deyə cavab verdi. Çünki onun milyonlara necə çətinliklərlə sa-
hib olması heç zaman yadından çıxmırdı. Maraqlıdır ki, bütün
ömrü boyu, hətta varidatını saymaq mümkün olmayan məqam-
larda da tikdirdiyi binaların üzərinə bu işarələri əks etdirib. Ağa
Musa saman satan oğlu olduğunu, vaxtı ilə limanda hamballıq
etdiyini nə unudub, nə danıb.
İsrafçılıqdan və yersiz xərclərdən boyun qaçıran Ağa Musa,
pulunu sağa-sola sovuran oğlu İsmayıla baxıb deyərdi: “Atam-
atam, mən o,
ola bilmərəm, görün o, kimin oğludur”?
Ağa Musa həm ciddiliyi ilə, həm də özünəməxsus atmaca-
ları və zarafatları ilə hamıdan seçilirdi. O, bütün suallara yu-
morla cavab verərdi.
Deyilənə görə çəkməsini silənə bir qəpik verən Ağa Musaya
çəkməçi: “Ağa, filankəs də bir qəpik, sən də? – sualına: Üç qə-
pik versəm, qədrimi biləcəksən?” – deyib.
Hazırcavablığı, müdrikliyilə bağlı el arasında dolaşan rəva-
yətlərdə Ağa Musanın necə böyük ağıl və idrak sahibi olduğu
aydın duyulur. Rəvayətlərdən birində danışılır ki, hətta onu
oğurlayanlara Ağa Musa tələb olunan pulun hamısını verməyə-
cəyini bildirərək deyib:
- Əgər öldürsəniz, heç onu da almayacaqsız.
Dilarə xanımın danışdıqlarından aydın görünür ki, Ağa
Musa 11 yaşından belini palan döyə-döyə halal zəhmət sayə-
sində milyonçu olmuşdur. O, nahaqdan deməzdi ki: “Zər qədrini
zərgər
bilən kimi, pulunun da qədrini bilən varlana bilər”.
Tikililərilə hətta Bakı milyonçularını lərzəyə gətirən Ağa
Musanın nəslinin başına gələn zülmün həddi olmayıb. Nəinki
yaxın adamlarını, övladlarını, hətta ən uzaq qohumlarını da
16
BAKINI QURUB–YARADAN
NEFTXUDALAR
T
arix zaman-zaman görkəmli şəxsiyyətlər yetişdirib, onlar:
Hacı Zeynalabdin Tağıyev, Ağa Musa Nağıyev, Şəmsi Əsə-
dullayev, Murtuza Muxtarov, Alfred Nobel, Əjdər bəy Aşur-
bəyov, İsabəy Hacınski, Hacı Əhədulla Eldarov, Kərbəlayi
Abdulla Zərbəliyev, Alfons Rotşeld, Teymurbəy Qulubəyovdur.
Çox qəribədir ki, onları eyni tale izləyib. Sadə ailənin öv-
ladları, savad görməyib, fəhləlikdən həyata atılanlar.
Bakı yalnız nefti, tarixi-memarlıq abidələri, bənzərsiz Xəzəri
və Abşeronu ilə deyil, həm də neftxudaları - milyonçuları ilə
tarixləşən şəhərdir. Hətta 70 illik Sovet rejimi onların üstündən
xətt çəkə bilmədi. Bu da ondan irəli gəlir ki, həmin şəxslər bütün
məqamlarda minilliklərini saxlaya biliblər. İndi həmin milyon-
çuların adları xalqımızın qürur mənbəyidir, desək yanılmarıq.
Hacı Zeynalabdin Tağıyev, Ağa Musa Nağıyev, Şəmsi Əsədul-
layev, İsa Bəy Hacınski və digər milyonçular bütün göstəriciləri
ilə milli sahibkar olduqlarını təsdiqləyiblər. Bolşevizmin qara
yeli Azərbaycanda əsməyə başlanandan bu milyonçuların vari-
datları əllərindən alınmış, həmin nəsildən olan başıpapaqlılar
ya güllələnmiş, ya da sürgün olunmuşdu. Bakıda qalan arvad-
uşaqları isə bilərəkdən səfil gününə salınmışdı.
Çağdaş zamanımızda həmin milyonçuların davamçıları bar-
maqla sayılacaq saydadır.
Hacı Zeynalabdin Tağıyev (1823 -1. 09. 1924)
Azərbaycanın ticarət sənaye-maliyyə burjuaziyasının yuxarı
dairələri içərisində ən koloritli, ən nüfuzlu simalardan biri ol-
muşdur.