54
1899-cu ildə Ağa Musa Nağıyev Merkuryev küçəsində –
indiki Akademik Zərifə Əliyeva prospekti 36-da memar Kazimir
Şkuryeviçin inşasında “Poçt-Teleqraf Kontoru” binasını tikdirir.
Binanı tikdirməkdə xeyriyyəçinin əsas məqsədi rayonlar ilə şə-
hər arasında əlaqə yaratmaq olub. Nəqliyyat vasitələrinin məh-
dud olduğu bir dövrdə belə bir töhfəni Bakıya Ağa Musa bəxş
edib.
“Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi” adlanan
binanın bu il 112 yaşı tamam olur.
28 may küçəsindəki binaların hər biri bu gün də öz təra-
vətini itirməyib, xarici bəzəyi ilə təzə gəlinə bənzəyir.
Memarlıq üslubu ilə şəhərə xüsusi gözəllik verən – Rabitə
və İnformasiya Texnologiyaları Nazirliyinin binasını – rabitəçi-
lərə, Akademiyanın binasını – elmə, Zabitlər evini – zabit heyə-
tinə, xəstəxanaları – insan sağlamlığının keşiyinə, İqtisad Uni-
versitetini – təhsilə ünvanladığı mesajıdır Ağa Musa Nağıyevin.
Çox ev tikdirənin ömrünü Allah yarımçıq qoymaz deyiblər.
Lakin bu kəlam varidatının ümumi miqdarı milyonlarla dəyər-
ləndirilən Ağa Musa Nağıyevə qismət olmadı.
Kapitalını o dövrdə cəhalət girdabında boğulan xalqın ma-
ariflənməsinə, onun dünya görüşünün ümumi mədəni səviyyəsi-
nin yüksəlişi istiqamətinə sərf etməklə bərabər Ağa Musa əsasən
bina tikintisinə də yönəltmişdi.
Ağa Musanın tikdirdiyi hər binanın arxasında onun surəti,
ardınca isə dövrün həsrəti təsvir olunub. Qəribədir ki, tikdirdiyi
binalar gözəlliyi, möhtəşəmliyi, nadir üslubu xatırlatmaqla ya-
naşı, kədərli duyğuları da özündə yaşadır. Bu duyğular sanki sa-
hibinin acınacaqlı taleyidir.
55
NUR İЧİNDЯ ЯBЯDİYYЯTЯ
QOVUШDU
O
nun taleyi başqa milyonçulardan çox fərqli idi. Qızı Üm-
mül Banu doğuş zamanı, oğlu İsmayıl isə çarəsi tapılmayan xəs-
təlikdən dünyasını dəyişmişdi.
Neft milyonçusu, xeyriyyəçi dünyaya sadə bir ailədə göz
açmasına, heç bir təhsil almadığına baxmayaraq, həyatda
zəhmətilə özünə yol açmıĢdı.
1901-ci ildə Bakıya həyat və məhsuldarlığın rəmzi olan
ġollar suyunun çəkiliĢində vəsaitin 75 faizini ödəyən Ağa
Musa olmuĢdur. Bütövlükdə suyun çəkiliĢinə 33 mln. xərclən-
miĢdi.
Avropa ölkələrində ilk və nəhəng inĢaat qurğusu ġollar
suyunun çəkiliĢi sayılırdı.
Bu gün də onun hər bir tikilisi Bakını möhkəmləĢdirir,
gözəlləĢdirir, insanda qürur hissi yaradır. Bəzəkli Ġsmailiy-
yə, rokkoko və borokko üslubunda tikdirdiyi “n” qədər mə-
bədlər! Bakının qarĢısında dünya üzünə açılan ən gözəl pey-
zajdır, nəqĢidir Azərbaycanın.
Gənc olmasına baxmayaraq, həyatın nəbzini psixoloq
dəqiqliyi ilə tuta bilən Ağa Musa Nağıyev əzab-əziyyətlə top-
ladığı vəsaiti hara, niyə və nəyə xərcləməyi bacarırdı.
O, xeyir əməlləri, ziyalı təfəkkürü ilə zəmanəsinin mese-
natları arasında özünəməxsus Ģərəfli yer tutub.
Lakin nədənsə dövrünün qara kölgələri – bədxahları, sö-
zün məcazi mənasında həyat Universitetinin Ġqtisad fakül-
təsini “Qırmızı Diplom”la baĢa vurmuĢ Ağa Musa Nağıyevin
iĢıqlı fəaliyyətinə qara don geydirmiĢlər.
56
Allahın özünə belə xoĢ gələn qənaətcilliyi, zərrə qədər
israfa varmadığını ifrat dərəcədə qabardaraq üzərinə “xə-
sis” damğası vurmuĢlar.
Onu hər zaman insan taleyi düşündürürdü. Ocağın yanında
papirosunu (siqaretini) kibritlə yandıran işçisini işdən kənarlaş-
dırdığını bir neçə ədəbiyyatda işıqlandırılmasının şahidi oluruq.
Lakin bu əhvalat başa düşdüyümüz qədər də adi deyil. Hər bir
zəkalı insan burada böyük bir məna görə bilər.
Məhz onun vəsaiti hesabına Bakıda qısa müddətdə bütöv bir
ziyalı nəsli təşəkkül tapıb.
Deyirlər insan o zaman ölür ki, onu xatırlayan sonuncu
Ģəxs həyatdan köçür. Ağa Musa ölməyib. DüĢünürəm ki, mən
sonuncu deyiləm. Övladlarım və nəvələrim onu yaĢadacaq.
Ağa Musa Nağıyev 1919-cu il martın 4-də dünyasını də-
yişir.
O zaman Cümhuriyyət Parlamentinin orqanı olan “Azər-
baycan” qəzetində haqqında dərc edilən nekroloqda bu sözlər
qeyd edilmişdi:
“Ağa Musa Nağıyev – ən orijinal adamlardan biri, təbiətən
intəhasız enerjili, qabiliyyətli, mükəmməl formalaşmış bir insan
həyatdan getmişdir. İri kapital sahibi olan Ağa Musa xalqının
bütün tələblərinə rəğbətlə yanaşıb. Elə bir əhəmiyyətli ictimai
məsələ olmayıb ki, orada onun əvəzsiz xidməti olmasın...
Rəhmətliyin xidmətləri onun xalq arasında xatirəsini əbədi
yaşatmağa qadirdir”.
Vəfatından sonra qəzetlər bir ay onun haqqında dəyərli söz-
lər dərc etmiş, vəfatından təəssüfləndiklərini bildirmişlər.
Neft milyonçusu və xeyriyyəçi Ağa Musa Nağıyev kasıb bir
ailədə dünyaya göz açmasına, təhsil almadığına baxmayaraq,
fərasəti və ağlı ilə həyatda özünə yol açdı. Xalqın ehtiyacların-
dan irəli gələn hər bir çağrışa vaxtında cavab verməsi, doğma
57
şəhəri ilə bağlı bütün xeyriyyə işlərində yaxından iştirak etməsi,
nəhayət Bakı üçün etdikləri ona əbədilik qazandırdı.
Atasının – “Oğul, bacardığın qədər bina tikdir, ömrün uza-
nar” vəsiyyətinə əməl edib, 100 bina tikdirməyi qarşısına məq-
səd qoyan və 100 yaşayacağına, hətta ölümsüzlüyə qovuşacağı-
na inanan Ağa Musa Nağıyev 70 yaşında dünyasını dəyişdi.
Ölüm atasının vəsiyyətinə tam şəkildə əməl etməyə imkan ver-
məsə də, Bakı milyonçuları arasında doxsan səkkiz (98) bina
tikdirmək yalnız ona nəsib oldu.
Əlbəttə ki, həyat fiziki mənada ölümsüz ola bilməzdi. Am-
ma xərclədiyi vəsait hesabına ucalan gözəl tikililər ona mənəvi
ölümsüzlük qazandırdı.
Adı, əməlləri nur içində əbədiyyətə qovuşdu.
Dostları ilə paylaş: |