140
FİLMİN SPONSORUNUN
DİLİNDЯN
“Tanrı çiynimizə elə yük qoyub ki...”
M
ilyonçu Ağa Musa Nağıyevin həyatından bir gün haqda
bəhs edən “Yük” filminin sponsoru (1990-1992-ci illərdə bunu
xeyriyyəçilik adlandırmaq olardı) Mirzə Fərəcovdan belə addı-
mın atmağının səbəbini soruşanlara cavab verirdi: Məqsədim
milli koloritli bir filmi ərsəyə gətirməkdir, vəssalam!
Mirzə Fərəcov söhbətə belə başlayırdı:
- Yaşadığım Buzovna qəsəbəsini Azərbaycanın “Hollivudu”
adlandırırlar. O mənada ki, Azərbaycan filmlərinin bir çoxu
burada çəkilib. 1971-ci ildə “Yeddi oğul istərəm” filmi çəkilən-
də mən uşaq idim. İlk dəfə canlı aktyorları görüb, onlarla söhbət
edirdik.
Aktyor Şahmar Ələkbərovu da onda tanıdım. Səmimi, çox
istiqanlı bir insan idi. Uşaqlarla çəkiliş qrupuna qatışıb, saatlarla
Şahmarın şirin – məzəli söhbətlərinə qulaq asıb, danışdığı lətifə-
ləri hafizəmdə saxlamağa çalışırdım. O mənim hafizəmdə nurlu,
müdrik bir insan kimi qalıb.
İş elə gətirdi ki, “Yük”dəki əsas rolu – Ağa Musa Nağıyevi
oynayacaq aktyor, yerlim Mirzə Ağabəyli, filmin ssenari müəl-
lifinin Şahmar Ələkbərov olacağını mənə bildirəndə, filmin
sponsorluğunu boynuma götürdüm.
Şahmar Ələkbərovun qəfil ölümü bizi nə qədər sarsıtdısa,
bir o qədər də filmin gələcək taleyi düşündürdü. Çıxış yolu ta-
pıldı.
Artıq “Yük” filminin uğur qazanacağına inanırdım. Çünki
Rövşən Almuradlının tarixə olan münasibətini aydın görürdüm.
Bu işi görməklə qazanc əldə etmək niyyətini güdməmişəm.
Əksinə, məhz “Arşın mal alan”, “O olmasın, bu olsun” filmlə-
rindən sonra, iri neft sahibkarının həyatının ekranlaşması bu
141
filmin işıq üzü görməsinə məni həvəsləndirdi. Bir də ki, mən
uşaqlıqdan milyonçuların həyat və fəaliyyəti ilə maraqlanırdım.
Ağa Musa Nağıyev atasının vəsiyyətinə əməl edib, tikdirdiyi
binaların sayını artırdığı kimi, məni də çoxdan düşündürən bir
fikir heç vaxt tərk etmir. Əgər maddi durumum imkan verərsə,
neftxudalarımız kimi xeyriyyəçiliklə məşğul olacağam.
Mirzə Fərəcovu “Yük” filmindən gələcək gəliri yalnız ki-
noya xərcləmək hissləri də heç vaxt məni rahat buraxmırdı.
Mütəxəssislərin apardıqları hesablamalara istinad edərək,
qazanc çəkilən xərcdən 10-15 dəfə çox, bəlkə də, daha artıq ol-
malı idi.
Mirzə Fərəcov əldə etdiyi gəlirin hesabına Hüseyn Cavidin
“İblis” əsərini ekranlaşdırmaq fikrində idi.
Rejissor Rövşən Almuradlının istedadından danışarkən onun
“İblis”in də öhdəsindən asanlıqla gələcəyinə çox inandığına
vurğulayırdı.
Ümid etmək olar ki, XIX-XX əsrin əvvəllərində Azərbay-
canın neft sənayesi haqqında zəngin bilgilər verə biləcək “Yük”
tarixi filmi - yeni nəslə Ağa Musa şəxsiyyətini tanıtdıra biləcək.
Ölkəmizdə neft müqavilələri bağlayan xarici şirkət sahibləri
üçün də film örnək ola bilər.
Uzun müddət ABŞ-nın prezidenti olmuş Terri Adams bu
filmə baxdıqdan sonra demişdir: “Film vasitəsilə tarixiniz mən-
də çox böyük təəssürat yaratdı. Biz gördük ki, həyatda biznes
əsas məsələ deyil. Xeyriyyəçi olmaq daha yüksəkdir”.
142
KİMDİ MİRZЯ FЯRЯCOV?
H
ələ uşaq ikən atası ona tez-tez deyərdi: “Ağac bar gətir-
dikcə, başını aşağı dikər”.
Əli pula çatan Mirzə, maddi imkanı yaxşılaşdıqca bu sözü
unutmayıb, xeyriyyə işlərinə qoşulur. Bu həmin Mirzədir ki,
1992-ci ildə könüllü olaraq Müdafiə Nazirliyinin hesabına 15
mln. manat pul köçürür. Tovuz rayonunun IV hərbi hissəsini öz
hesabına dörd tank və xeyli hərbi sürsat ilə təmin edir.
Buzovna kəndində 1937-ci ildən sovet əsarəti illərindən
bağlı qalıb, fəaliyyət göstərməyən məscidin və mərkəzi yolun
təmirini həyata keçirir. Kəndin 12-dən çox ağsaqqalını Həcc
ziyarətinə göndərir. Kəndə asfalt çəkdirir, imkansızlara əl tutur.
Gördüyü xeyriyyə işlərinə görə “Əli ayağı” ziyarətgahı onu
“Fəxri Fərman” ilə təltif edir.
Müsahibələrində hər dəfə yada salırdı: Xatırlayırsınızsa,
H.Z.Tağıyev ilə A.M.Nağıyev söhbət edərkən deyir: Ağa Musa,
Tanrı hərənin çiyninə daşımaq üçün bir yük qoyub. Buna “Ömür
yükü” deyirlər. Çiynimizdəki yük nə qədər ağır olsa, izimiz də
bir o qədər dərinə işləyəcək. Elə tanrıya da bu cür yüksəlirik.
Yoxsa bu günah dünyasında yaşamağa dəyməz.
Söz yox ki, mən o böyük kişilərin yanında ümmanda bir
damlayam. Etdiklərimi az bilsəm də, gücüm çatan budur. 40
yaşım var. Allah ömür versə, planlarım çoxdur, hələ görüləsi iş-
lər irəlidədir.
Filmin çəkilişinin sonunu səbirsizliklə gözləyirdi ki, Ağa
Musa Nağıyevin “Əmanət” qəbrini əbədiləşdirsin. Heyif ki,
ömür ona vəfa etmədi. Tanrı yaxşıları tez aparır dərgahına.
O, hər zaman deyirdi ki, valideynimdən mənə heç bir miras
qalmayıb. Öz gücümə nə qazanmışamsa, qarşıma qoyduğum
məqsədə qulluq etmişəm: “ 20 faizini özümə, qalan faizini millət
üçün”!
Arzuları yarımçıq qalsa da, qısa ömür yolunda o, çox işlər
gördü.
143
Hörmət bəslədiyi Buzovna əhalisi Mirzə Hüseynağa oğlunu
– dövrünün xeyriyyəçisini axirət evinə kədər hissi ilə yola saldı.
Doğrudan da Tanrı yaxşıları tez aparır dərgahına.
Mirzə Hüseynağa oğlu Fərəcov 1955-ci ildə aprelin 9-da
Bakının Buzovna qəsəbəsində dünyaya göz açıb. Atası – Hü-
seynağa kişi vaxtı ilə neftçi olub, halal zəhmətilə dörd övlad
böyüdüb. Dördünü də oxutdurub, ali savad almaları üçün var-
qüvvəsini əsirgəməyib. Bəlkə də buna onun həyat yoldaşı Xə-
dicə xanımın dedikləri də təkan verirmiş? Xədicə xanım uşaq
bağçasında tərbiyəçi, sonradan isə müdir vəzifəsində çalışarkən,
hər hansı bir uşaqda gördüyü qeyri adilik barədə axşamlar
Hüseynağa kişi ilə danışar, sözünün sonunda isə “Savad başqa
şeydir” – deyərdi. Ağıllı uşaqlara rast gələndə öz övladları ilə
müqayisə edir və onların gələcəyini aydın, nurlu görürdü. Bəlkə
bu həmin nur idi ki, ən çoxu Mirzə balanın üzünə səpələnmişdi?
Mirzə hələ məktəb illərində sonradan neftçi və həkim olacaq
bacılarından çox – çox fərqlənirdi. Hərdən Hüseynağa kişi ilə
Xədicə xanım düşünürdülər ki, bəlkə Mirzəni bizə görə təriflə-
yirlər? Amma təriflərin arası kəsilmək bilmirdi. Çünki kiçik
yaşlarından qeyri-adiliyi ilə o, hamıdan seçilirdi. Nə idi səbəb?
Bu böyük suala cavab budur...
Sonradan Hacı Mirzə Hüseynağa oğlu - əlaçı tələbə, gözəl
dost, müqayisə edilməz həyat yoldaşı və sevimli ata kimi qa-
lacaq xatirələrdə.
Tarix və riyaziyyat fənləri ilə maraqlanan Mirzə məktəbin
ictimai işlərində də iştirak etməyə vaxt tapırdı. Dünyanın yükü-
nü daşımağı boynuna götürmüş kimi.
Atasının yolunu gələcəkdə davam etməyi qət edən Mirzə,
orta məktəbi fərqlənmə ilə bitirib, Neft və Kimya İnstitutuna
daxil olur.
Qısa bir zamanda “Maşınqayırma zavodu”nda mühəndis
vəzifəsindən – zavodun direktor müavininədək yüksəlir. Mirzə
bununla kifayətlənmir.
Çox tələsir. Amma hara? Özü də bilmədən, çox irəli gedir.
Dostları ilə paylaş: |