137
sor) və Şahmar Ələkbərovu (ssenari müəllifi) hörmətlə yad
edəcək.
FİLM BAШLANDI
“Y
ük” filminin finalında Ağa Musa fəhlələrlə birgə əmək
haqqı kimi aldığı və bütün film boyu əlindən yerə qoymadığı
kəllə qəndi yeməkxana sahibinə verir və bayaqdan dinlədiyi
şairləri göstərib deyir ki, aparın uşaqlara şirin çay verin, mən
getdim.
Bir anlığa belə düşünürsən ki, Ağa Musa
hara isə başqa dün-
yaya yol alır.
Bu səhnə insana çox güclü təsir bağışlayır. “Dünya rəngi-
dür”
Ģeiri səslənən səhnədən sonra Ağa Musanın: “Gedin, Hacı
Zeynalabdinə deyin, mən getdim” – deməsi - onun həqiqətən
dünya ilə vidalaşdığı təsəvvürünü yaradır.
Hacı Mirzə Fərəcovu Biləcərili milyonçu-xeyriyyəçi Ağa
Musa Nağıyev haqqında film çəkmək fikri çoxdan düşündü-
rürdi.
Lakin nədənsə, alınmırdı. İngiltərənin Holand Oyld Elfede
neft şirkətinin vitse prezidenti, Bakıdakı nümayəndəsi Mirzə
Fərəcov və Ağa Musa Nağıyev. Çox maraqlıdır?!
Artıq neçə illərdir bu haqda düşünürəm. Hansı bağlılıq
Mirzə Fərəcovu buna məcbur edib?
Nəvə kimi illərlə babam ətrafında apardığım araşdırmalar
nəticəsində gəldiyim nəticə belə oldu: 1990-1991-ci illərdə Mir-
zə Fərəcov Ağa Musanın müsbət xüsusiyyətlərini görüb, duydu-
ğundan belə bir qənaətə gəlir ki, “Yük” filmini çəkməklə çoxla-
rının suallarına cavab verib, Ağa Musanın tarixdə görünməyən
tərəfini, var dövlətinin başına gətirdiyi fəlakəti, habelə xeyriy-
yəçiliyini nümayiş etməklə, dünyaya car çəksin.
Filmin sponsoru Hacı Mirzənin taleyi yaxşı başa çatmasa
da, filmin çəkilişinin sona çatması üçün əlindən gələni əsir-
gəmir. Elə bil o, 85 min ABŞ dollara başa gələn film vasitəsilə
Ağa Musa Nağıyevə ekran nəfəsi, özünə isə layiqli ehsan verdi.
139
milyonları havaya sovurur. Onun pulları göyə sovurması, mə-
nəvi
dəyərlərin aliliyin, saflığın, təmizliyin rəmzidir.
Filmin bugünkü taleyi də bir “Yük”dür. Bu həmin yükdür
ki, Ağa Musa ömrü boyu onu çiyinlərində daşıyıb.
2002-ci ildə Bakıda “Naməlum filmlər” festivalı keçirilər-
kən “Yük” filminin nümayişinin bu siyahıya salınmasına nail ol-
dum. Qazandığım da bu oldu ki, filmdə aktyor Mirzə Ağabəyli
“Ən yaxşı kişi rolu”nun ifasına görə mükafata layiq görülüb,
“Diplom” ilə mükafatlandırıldı.
Artıq bir neçə ildir ki, “Yük” filmi televiziya kanallarında
nümayiş etdirilir. Bu kanallar içərisində filmə ən çox efir həyatı
verən
Ġctimai televiziya xüsusi yer tutur. Filmə bu qədər yer
verib, Ağa Musa Nağıyevin yaddaşlarda qalmasında böyük rol
oynayan Tele kanalın Prezidenti İsmayıl Ömərov cənabıdır.
Ağa Musa rolunun ifaçısı Mirzə Ağabəylidən müsabiqə
alanlar, nəvəsinin – yəni mənim nə dərəcədə razı qaldığımı so-
ruşurlar.
Əlbəttə razıyam! Çünki ekran vasitəsilə, Ağa Musaya ikinci
nəfəsi verən Hacı Mirzə, Rövşən Almuradlı və Mirzə Ağabəyli -
həyatda isə deyilənlərə görə mən oldum.
Öz sözü ilə desəm: “Atam-atam, bu belə də olmalı idi!”
Ağa Musa Nağıyevin həyatının kiçik bir hissəsini, Azər-
baycan tarixinin də bir parçasını əks etdirən “Yük” bədii filmi-
nin də taleyi onun taleyinə bənzər olub.