128
KЯRBЯLA HЯSRЯTLİ
AЬA MUSA
A
ğa Musa Nağıyevin vəsiyyəti olub ki, onu Kərbəlada oğlu
İsmayılın yanında dəfn etsinlər. Zaman-zaman baş verən hadisə-
lər onun vəsiyyətinin üzərindən xətt çəkdi...
İstirahətdən qayıdarkən yol boyu hər zaman olduğu kimi
Ağa Musa haqqında sorğu-suallara geniş və ətraflı cavablar
verdikcə elə bil yüngülləşirdim. Söhbətə qoşulan Azadə Taleh 8-
ci dəfə idi Həcc ziyarətinə hazırlaşırdı. Ağa Musanın “Əmanət”
qəbrinin dörd dəfə məcburi yerini dəyişməsini təkrar eşidən
Hacı xanım, onun daimi qəbri üstündən torpaq aparıb,
Kərbəlada kəfənləyib basdırmağı boynuna götürdü.
Artıq Ağa Musanın ölümündən 93 il keçsə də, vəsiyyətinə
əməl olunmadığı üçün onun “Kərbəla həsrətini” bu yol ilə ara-
dan götürməyə qərar verən Hacı xanım, ertəsi günü sübh nama-
zından sonra gördüyü yuxunu danışmaqla məni şoka saldı:
“Əlində əsa olan saqqallı bir kişi əlimdən tutaraq, hərdən
havada uçaraq məni harasa aparırdı.
Çatdığımız məkanın İraqda İmam Hüseyn ziyarətinin Kərbə-
la olduğunu anladım.
Mənə: “Dilarənin verdiyi 10 dollara kəfən al, torpağı və şək-
limi burada dəfn et” - deyəndə, bu insanın Ağa Musa olduğunu
başa düşdüm. Onun köməyilə “dəfn mərasimini” başa vurduq.
Ona Ağa Musa dayı deyib, müraciət edəndə, məni dayı deyil,
Kərbəlayi çağır. Nəhayət ki, oğlumun yanındayam – dedi və
yoxa çıxdı”.
129
Gördüklərinin təsirindən hövlanək ayılan Hacı xanım tele-
fonda yuxusunu mənə danışarkən keçirdiyim anları kağız üzə-
rinə köçürməkdə çətinlik çəkdim.
Yolüstü Beş barmaq adı ilə məşhur olan Xıdırzında Baba
ziyarətində elə bu barədə danışmışdıq.
Elə bil söhbətimizdən xərbərdar idi Ağa Musa.
Çox illər keçsə də, atanın ruhu Biləcəridə, oğlunun ruhu
Kərbəlada - bu ayrılığı kədər hissilə qarşılayıram. Bəlkə də bu
yuxu mənə yüngüllük gətirəcək? Çünki görüntülərin həyata keç-
məsini artıq Hacı xanım Azadə öz üzərinə götürüb.
İnanın, yuxular çox vaxt çin olur. İndi mən 2011-ci ildə
Həcc ziyarətinin başlandığı günü səbirsizliklə gözləyirəm.
Nabran- Bakı
7 sentyabr 2011-ci il
130
XEYRİYYЯЧİ
AYDIN QURBANOVUN XATİRЯSİNЯ
İTHAF OLUNUR
B
acım Solmaz xanım və mən bu insan ilə görüşəndə nə isə
bir doğmalıq hiss etdik. Axı xeyriyyəçilik bizim nəslin genindən
irəli gəlir. Düz deyiblər ki, igidin adını eşit, üzünü görmə. Artıq
müasir dövrün xeyriyyəçiləri sırasında birincilik qazanan mil-
yonçu Aydın Səməd oğlu Qurbanovun – bu igidin adı respub-
likadan kənarda da məşhur idi.
Səhhətinin getdikcə daha da pisləşdiyinə baxmayaraq mil-
yonçu Aydın Qurbanov xeyriyyəçilik əməllərini daha da geniş-
ləndirirdi. Elə bil həyat ilə vaxtsız vidalaşacağını duyurdu. Çox
tələsirdi, çox etdiklərini az bilirdi.
2003-2004-cü illərdə gördüyü işlərdən ən əsası nəhəng bir
işi öhdəsinə götürüb və onu sona yetirmək oldu. Xristian dininə
xidmət göstərərək Ģəfa tapacağına ümüdlü oldu Aydın
Qurbanov...
Hərbi şəhərcikdə yerləşən “Храм Святых Жен Мироно-
сец” məbədini tam bərpa etməyə həm maddi luzum, həm də
mənəvi güc tələb olunurdu. Belə bir möhtəşəm işin öhdəsindən
yalnız Aydın Səməd oğlu kimi oğul gələ bilərdi.
Bütün bunlar ona güc versə də, amansız xəstəlik öz işini gö-
rürdü. Lakin o, tutduğu amalından geri dönən deyildi.
Bu hadisə mənə və bacım Solmaz xanıma doğma olduğun-
dan sevincimiz iki qat idi. Belə ki...
... “Qırmızı Şərq” Hərbi şəhərcikdə 1886-cı ildə tikilmiş
“Kafedralnıy Sobor” kimi məşhur olan “Храм Святых Жен
Мироносец” məbədinin 1988-1990-cı illərdə fəaliyyəti birdən-
birə dayandırılır. Məbəd əvvəlcə hərbi qulluqçuların idman za-
lına, sonradan hərbi silahların saxlandığı anbara çevrilir, daha
sonra isə burada xoşagəlməz hadisələr baş verir...
131
Amma böyük Allah bütün bunlara biganə qalmır. 1990-cı
ildə burada böyük yanğın baş verir. Artıq tamam yararsız hala
düşmüş məbədin vəziyyəti heç kəsi maraqlandırmırdı.
1952-ci ildən bu şəhərcikdə yaşayan bütün sakinlər kimi
bacım Solmaz xanımın ailəsi də bu məbədin zənginə o qədər
alışmışdılar ki, hətta vaxtı da bu zəng ilə təyin edirdilər. Burada
yaşayan xristianların ibadət yerinin olmaması Solmaz xanımın
mühəndis oğlu Elşanı çox düşündürürdü.
O, nənəsi Zəhra xanımla bu barədə məsləhətləşərkən ondan
bu sözləri eşidir: “Məbədi əvvəlki vəziyyətinə qaytarmaq fikrini
bəyənirəm. Allah birdir. Allah evini bərpa etmək niyyətin xe-
yirxah niyyətdir. Ulu baban Ağa Musa da “Lüteran Kirxası”nı
və məscid tikdirib. Demək bu istək sənə qanla keçib. Bəlkə də
anamın xristian olması və sonradan müsəlman dinini qəbul et-
məsi də sənə bu addımı atmağa vadar edir”.
Elşanın ruhanilər idarəsilə apardığı danışıqlar və yazışmalar
nəticəsində burada təmir işləri başlayır və tez bir zamanda onun
zəngləri Hərbi şəhərciyi yenidən yuxudan oyadır.
Elşanın mükafatı - Ruhanilər idarəsinin Baş ruhanisi ata və
oğul Novokovskilərin bağışladığı dini kitabın üzərində qoyduq-
ları dərkənar oldu: “Kilsənin təmirində və yenidən bərpasında
böyük zəhməti olan Elşanın və qızı Leylanın başı üstündən Alla-
hın xeyir duası əskik olmasın”.
Aydın Qurbanov 1999-2000-ci ildə bu Kilsədə başladığı ye-
nidən bərpa işlərini qurtarar-qurtarmaz bizimlə - xeyriyyəçi Ağa
Musanın nəvələri ilə görüşdü. Çox heyif ki, dostluğumuz uzun
çəkmədi. Planlarımız böyük idi. Fələk qoymadı.
Sağlamlığını getdikcə itirən xeyriyyəçi Aydın Səməd oğlu
2002-ci ildə məbədi demək olar ki, yenidən tikdirdi. İndi onun
hər bir tədbirində bizim xüsusi yerimiz var idi.
Amma uğurlarına sevindiyimiz qədər də biz - iki bacını na-
rahat edən bu gözəl insanın taleyi idi. Bəlkə elə bizi yaxınlaş-
dıran da onun bu acınacaqlı taleyi idi?
Dostları ilə paylaş: |