132
Ağa Musa da vaxtı ilə qarşısında oğlu İsmayılın çarəsi ta-
pılmayan xəstəlikdən əridiyini gördükcə əlacsızlıqdan özünə yer
tapmırdı.
İndi biz bu canlı hadisənin şahidi idik. Amal bir idi. Yalnız
fərq onda idi ki, İsmayıl bəy əmimiz, Aydın bəy dostumuz idi.
Onun şərəfə verdiyi bütün ziyafətlərdə biz iki bacının yeri
xüsusi idi. Onun söylədiyi bu sözlər indi də qulağımdadır:
“Ağa Musa Nağıyevin nəvələrinə mənim hədsiz hörmət və
istəyim var.”
Aydın Qurbanov - oğlu Səmədin toyunda bizim iştirakımızın
mütləq olacağına o qədər inandırdı ki, hətta biz onun xəstəliyini
bir an unudurduq. O, həyat yoldaşı İrina xanıma bacım Solmaz
üçün bu toyda kraliça paltarı alacağını da vurğulamışdı.
O vaxt heç düşünməzdik ki, əlacsız - xeyriyyəçi Aydın Qur-
banova milyonlar kömək edə bilməyəcək. Yarım əsrlik ömrünün
tamamına 9 gün qalmış, 2004-cü il noyabrın 1-də dünyasını də-
yişəcək, oğlunun toyunu görməyəcək.
Doğum və ölüm, bu bir aksiomadır.
Biz bacılar isə toyda iĢtirak edəcəyimizə ümidliyik, çünki
həyat davam edir...
133
AЬA MUSANI
XATIRLAYANLAR...
B
əşirovlar ailəsi məni arayıb, tapdı.
Rəssam Əziz Əzizovun çəkdiyi Ağa Musanın portretini əldə
etmiş Xanlar Bəşirovun məqsədi şəkli bizə çatdırmaq idi.
Portreti təqdim edən Xanlar Bəşirovun danışdıqlarından:
Rəssam Əziz Əzizovun yaradıcılığında inqilabdan əvvəl
yaşamışların, fəaliyyətilə tarixdə iz qoymuşların yeri xüsusidir.
Belə ki, onun emalatxanasında Məmmədəmin Rəsulzadə, Səttar
Bəhlulzadə, Qara Qarayev kimi şəxsiyyətlərdən fərqli olaraq,
ictimai fəaliyyətilə tam fərqli olan Ağa Musanın portretini gö-
rəndə çox təəccübləndim. Sualımın cavabında Ağa Musa Nağı-
yevin Azərbaycan xalqı üçün etdiklərinin unudulmaz olduğunu
və bu şəxsiyyətə xüsusi hörməti olduğunu vurğuladı.
O, Fransada iş adamı kimi çalışan qardaşı Xaqaninin maddi
köməyilə bu portreti əldə edib, bizə çatdırmağı qərara alır.
Ağa Musaya olan məhəbbətin hardan olduğuna aldığım ca-
vab məni təsirləndirdi:
- Ağa Musa Nağıyevin etdiklərini unutmaq olarmı? Xəstə-
xanalar, möhtəşəm – analoqu olmayan binalar, nəhayət şollar
suyu - bütün bunları unutmaq nankorluq olardı. Bizim ailənin bu
şəxsiyyətə olan hörməti və istəyi tariximizdən irəli gəlir.
Xanlar Bəşirovun ailəsi – ulu babası Şeyx İsmayıl nəslindən
olub, 1859-cu ildə Şamaxıdan Neftçalaya köçür. Sonradan atası
kiçik ikən Bakıya köçür və evləndiyi zövcəsi də Bakının İçərişə-
hərindəndir.
134
Atası 1925-ci il təvəllüdlü Əyyub Balaməmməd oğlu Rusi-
yada Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasını bitirib,
bir alim kimi uzun müddət bu sahədə böyük işlər görüb.
Xanlar Əyyub oğlunun əsas məqsədi milli-mənəvi dəyərləri-
mizdən biri olan rəqs sənətinin sirlərini gələcək nəslə çatdırmaq-
la dünya miqyasında tanıtdırmaqdır.
Xanlar Bəşirov gözəl rəqqas olduğu kimi, bu gün rəqsin sir-
lərini “Xəzər” universitetində müəllim olaraq tələbələrinə öyrə-
dir.
Onun Ağa Musaya olan məhəbbətindən irəli gəlir ki, məq-
sədi peşəkar milli rəqslərin təməlini qoyan müəllimi, Respub-
likanın Xalq artisti Əlibaba Abdullayevin yaradıcılığını davam
etdirib onun məktəbini yaşatmaqdır.
135
DЦШЦNMЯK ЦЧЦN MЮVZU
―Y Ц K‖ FİLMİ
(Yaxud milyonçunun həyatının bir günü)
Epiloq
M
əşhur neft sahibkarı, milyonçu Ağa Musa Nağıyevə həsr
etdiyim yazı qəzet və jurnallarda dərc edildikdən sonra, oxu-
culardan çoxlu sayda xoş və səmimi sözlər yazılmış məktublar
aldım. Bu sözləri “Panorama” qəzetinin müxbiri Georqiy Zaple-
tin hələ 1998-2002-ci illərdə tez-tez təkrar edirdi. Onun yazıla-
rına qayıdaq və fikirlərini öyrənək:
“XIX əsrin axırlarında XX əsrin əvvəllərində sənaye maliyyə
və ticarət elitası nümayəndələri sırasına daxil olan -H.Z.Tağıyev,
A.M.Nağıyev, M.Muxtarov, Ş.Əsədullayev kimi görkəmli şəxsiy-
yətlər öz koloriti ilə təsir edici fiqur olub. Başqa neft sənayeçiləri
kimi Ağa Musa Nağıyev də ona məxsus olan neft mədənlərindən
böyük gəlir əldə edib. Həmvətənləri arasında özündən sonra ən çox
arxitektur binalar yadigar qoyan Ağa Musa olub.
Kimdir Ağa Musa? Onun haqqında nə bilirik? Gələcək nəsil
nə biləcək?
Bu vaxtadək onun şəxsi keyfiyyətlərindən xəbərsiz olub,
gördüyü böyük işlər haqqında düşünməmişik.
Azərbaycan Sovet Ensiklopediyasında Ağa Musa Nağıyevin
iri neft sahibkarı olması və binalarının milliləşdirilməsi haqda
çox səth məlumat verilib. Onun xeyriyyəçiliyi haqda bir sətir
belə yazılmayıb.
Amma Ağa Musa Nağıyevə mənsub olan Binəqədidəki neft
mədənlərində 1900 ildə istehsal olunan neftin miqdarı 10 mln.
puda, 1904-1908-ci illərdə isə bu rəqəmin 12 mln.puda çatması;
orada çalışan fahlələrin sayının 800-ə çatması, milyonlarının
saya-hesaba gəlmədiyi haqda isə heç məlumat verilməyib”.
136
Georgiy Zapletin bizimlə (mən, qardaşım Rauf və bacım
Solmaz) dəfələrlə görüşüb, söhbət edərkən o, Ağa Musa Nağı-
yev haqqında heç yerdə eşitmədiklərini bizdən öyrənəndə heyrət
içərisində idi.
O, bu təəssüratlarını cəmləyərək, “Kontakt” jurnalında ailə-
mizi əhatə etməklə Ağa Musa haqqında yazısı ilə oxucular ara-
sında ajiotaj yaratdı.
1998-ci ildə Ağa Musa Nağıyevin nəşinin daimi qəbrə kö-
çürülməsi prosesində iştirak edən, milliyyətcə əcnəbi olan bu
insan, Azərbaycanın neft tarixinə elə baş vurdu ki, bir anlığa
mənim ensiklopediyanın hazırlanmasında iştirak edən müəllifə
“rəhmim” gəldi.
Yeri gəlmişkən G.Zapletin qürurla söyləyir ki, Mir Mövsüm
Ağa onun başına sığal çəkib (bunu qeyd etməyi vacib bildim).
Söhbət Ağa Musa Nağıyevin həyatından bir gününə həsr
edilmiş “Yük” filmindən gedəcək.
Ağa Musa Nağıyev və Hacı Zeynalabdin Tağıyevin həyata
keçirdikləri xeyirxah işləri və yaşadıqları dövrdən bəhs edən,
1995-ci ildə çəkilmiş “Yük” filmi 2000-ci ildə hələ ekran üzü
görməmişdi.
2000-ci ildə möcüzə baş verdi desəm, yanılmaram. Vaxtı
ilə “Azərbaycanfilm” Kinostudiyasında işlədiyimdən, yaradıcı
heyətlə əlaqəmi kəsməmişdim. Axtarış apardım, filmin rejissoru
Rövşən Almuradlı ilə görüşüb, film barəsində məlumat aldım.
Məmnuniyyətlə filmə baxış keçirməyi qərarlaşdırdıq.
Yaxın qohumlarım, mətbuat işçiləri və ən əsası G.Zapletini
filmə baxmağa dəvət etdim.
Filmin sonunda zalda sükutu pozmağa cürət edən tapılmadı.
Hamı sözün əsl mənasında təəccüb içərisində idi. Onlar bir
ağızdan dedilər: "Necə olub ki, bu cür şedevr film neçə illərdir
ekran üzü görməyib”?!
Düşünürəm ki, filmə baxan hər bir kəs bir işıqlı insanın
xatirinə digərinin ehtiyacı öz əksini “Yük” filmində tapa biləcək
və artıq dünyasını dəyişmiş Ağa Musanı, Mirzə Fərəcovu (spon-
Dostları ilə paylaş: |