Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikası



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə27/457
tarix25.12.2022
ölçüsü4,61 Mb.
#97890
1   ...   23   24   25   26   27   28   29   30   ...   457
ADTM dərsliyi ağarəhim müəllim

müəllim, şair, kolbasa
və s.) yazılış qaydalarına 
əsasən oxumaları və s. 
Oxu təlimi prosesində qarşıya çıxan bu çətinliklər və səhvlər 
mütləq nəzərə alınmalı, nöqsanların aradan qaldırılması ilə əlaqədar 
ilk gündən müntəzəm və sistemli şəkildə iş aparılmalıdır. Bunsuz 
şagirdlərdə düzgün, sürətli, ifadəli və şüurlu oxu vərdişləri forma-
laşdırmaq qeyri-mümkündür. 
 
5. Yazı təlimi 
 
Yazının ictimai mahiyyəti.
Yazı qrafik işarələr sistemidir. O 
ən mühüm ünsiyyət vasitələrindəndir. Yazının əmələ gəlməsilə in-
sanlar öz fikirlərini başqalarına çatdırmaqda ondan geniş istifadə 
etmişlər. Bu baxımdan yazı ən mühüm ictimai alətdir. Yazı bəşə-
riyyət tarixinin hər bir pilləsində böyük xidmət və rola malikdir: 
a) insanın maddi aləmlə bağlı bilik və təcrübəsini başqalarına 
olduğu kimi çatdırmasının ən mühüm vasitəsi tarixən yazı olmuş-
dur və indi də olmaqdadır. Yazının imkanları ünsiyyətin digər vasi-
tələrinə (şifahi nitqin ifadə vasitələrinə) nisbətən daha genişdir. 


Ağarəhim Əsərlər 
32 
b) elm və texnikanın, mədəniyyətin və s. inkişafında yazı mi-
silsiz xidmətlərə malikdir. O, dünyada olan bütün nəsillər və eləcə 
də millətlər arasında körpü rolunu oynamış, onların qarşılıqlı ya-
xınlaşmasına, mədəniyyətinin inkişafına güclü təkan vermişdir. 
c) xalqın savadlı olması, elm və mədəniyyəti yazı ilə bağlıdır. 
Yazısız və yazının ümumiləşmədiyi bir xalqda fikirin inkişafı son 
dərəcə zəif olur. Onun tarixi, soy kökü, inkişafı haqqında düşün-
mək artıqdır. 
ç) yazı insanların dünyaya və cəmiyyətə olan baxışlarını forma-
laşdırır, kainatı dərk etmələrinə kömək göstərir, maddi və mənəvi 
dəyərlərin, mədəni irsinin qorunub saxlanılmasını, mühafizə olun-
masını təmin edir. O, ―insan mədəniyyətini cəmiyyətdən cəmiyyətə 
yetirən, cəmiyyətlərin inkişaf tarixini özündə əks etdirən qırılmaz 
bir bağdır‖
1
.
d) yazı ictimailəşdirici xarakter daşıyır. O, insanların, eləcə də 
millətlərin elmi və mədəni əlaqələrini sıxlaşdıran, ortaqlaşdıran va-
sitədir. Bu vasitə ilə hər bir yeni kəşf, ixtira az bir zamanda bütün 
insanların ortaq malına çevrilir. Beynəlmiləl xarakter daşıyan yazı 
bütün millətləri və xalqları bir-biri ilə əlaqələndirir. 
e) yazı keçmişlə, bu günlə qapanıb qalmır, o eyni zamanda top-
lanmış maddi və mənəvi sərvətləri gələcək nəsillərə ötürməyə im-
kan verir. 
Müasir şəraitdə savadlı yazıya, gözəl xəttə yiyələnmək böyük 
didaktik əhəmiyyət kəsb edir. Bu işin əsası ibtidai siniflərdə qoyu-
lur. I sinifdə hər gün dərsin 12-15 dəqiqəsi yeni hərfin düzgün yazı 
qaydasının öyrədilməsinə ayrılır. 
Yazı hərəki prosesdir. Onda müxtəlif əməliyyatın bütöv bir 
kompleksi birləşir. Səslə hərf, yazının qrafık obrazı ilə onun yazılı-
şı üçün əl hərəkəti arasında müəyyən əlaqələr yaranır (L.M.Şvarts).
Şagirdlər həm zehni, həm də oxudan fərqli fəaliyyət göstərirlər. 
Onlar ilk dəfə yazacağı səsi əvvəl eşidir, onu bir neçə dəfə dodaq-
altı təkrarlayır, onun qrafık obrazı ilə yazılı forması arasındakı fərqi 
1
Dəmirçizadə Ə.M. Müasir Azərbaycan dili. I hissə. Bakı, ―Maarif‖, 1984, 
səh.256.



Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   457




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə